Məhkəmə qərarları › İş №2(029)-111/2020

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-111/2020

30.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-111/2020 30.10.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin buraxılması və torpaq sahəsinə yolun açılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən zəbt edilmiş, mülkiyyətində olan tikililərin arxasında, həmin tikililər boyu yerləşən 70 kv.metr torpaq sahəsindən çıxarılması və həmin torpaq sahəsinə yolun açılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Mucuq kəndində yaşayır. X2 1989-cu ilin yanvar ayında alqısatqı müqaviləsinə əsasən təxminən 333.78 kv.metr olan torpaq sahəsində yerləşən fərdi yaşayış evini satın almışdır. Həmin fərdi yaşayış evi xx xxxx 1988-ci ildən onun mülkiyyətindədir. Həmin torpaq sahəsinin şimaldan üzərində fərdi yaşayış evi və ona bitişik tövlə binası tikilmişdir. Yaşayış evinin və tövlənin arxasında 70 kv.metr həmin tikililər boyu boş torpaq sahəsi yerləşir. O, tikililərin arxasında yerləşən torpaq sahəsinə kənddaxili yoldan və qonşusu iş üzrə Cavabdeh həyətindən daxil olaraq gedirdi. 2017-ci ilə kimi həmin tikililərin arxasında yerləşən torpaq sahəsinə kənddaxili yoldan getmişdir. 2017-ci ildə cavabdeh ona kənddaxili yoldan olan keçidi hasarla bağlamağı və torpaq sahəsinə onun həyətyanı torpaq sahəsindən getməyi təklif etmişdir. Onun razılığı ilə cavabdeh həmin keçidə çiy kərpicdən hasar çəkmiş, sonradan isə həmin hasarı sökərək keçiddə qapı qoymuşdur. 2017-ci ilin ortalarında cavabdeh onu nə özünə məxsus həyətyanı torpaq sahəsindən nə də kənddaxili yoldan getməsinə icazə verməmişdir. Mövcud vəziyyətdə o, zəruri hallarda evinin arxasında yerləşən torpaq sahəsinə daxil olub tikililərin qorunması üçün zəruri tədbirləri görə bilməmişdir. Cavabdeh əsassız olaraq tikililərinin arxasında yerləşən torpaq sahəsinin özünə məxsus olduğunu iddia edir. 1989cu ilin may ayında evinə texniki pasport almışdır. Texniki pasportun ikinci vərəqinin dördüncü səhifəsində torpaq sahəsinin planı çəkilmiş və həmin planda evinin arxa hissəsində 70 kv.metr torpaq sahəsinin olması göstərilmişdir. Tikililərinin arxasında boş torpaq sahəsinin olması və həmin torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilərək onun girişinə qapının qoyulması xx xxxxxxx 2019-cu il tarixli Aktla da öz təsdiqini tapır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında göstərdi ki, o, ailəsi ilə birlikdə Qusar rayonu Mucuq kəndində yaşayır. İddiaçı onun qonşusudur. İddiaçı qeyd olunan əmlakı X1 alqı-satqı müqaviləsinə əsasən satın almışdır. İddiaçı yaşayış evini xx xxxx 1988-ci il tarixdən ona məxsus olduğunu iddia etsə də, 1989-cu ilin yanvar ayında tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçı hal-hazırda yaşayış evinin qonşuluğunda onun atasına məxsus olmuş sonradan anasının adına keçirilmiş torpaq sahəsi vardır. Həmin torpaq sahəsi də vərəsəlik hüququ üzrə ona məxsusdur. Bu fakt xx xxxx 1965-ci il tarixdə tərtib olunmuş Aktla öz təsdiqini tapır. Qusar rayon AİK-nın xx xxxx 1998-ci il tarixli 10/6 saylı qərarı ilə mərhum anasına 852.02 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin sərhədləri və döngə nöqtələrinin koordinatları 2003-cü ildə müəyyənləşdirilmiş, elektron xəritədə yerləşdirilmiş, A № 121280 saylı Torpaq sahəsinin plan və ölçüsü sənədi verilmişdir. Bu barədə Dövlət torpaq kadastrı kitabında xx xxxxxx 2008-ci il tarixdə 314 nömrə ilə qeydiyyat aparılmışdır. Eləcə də İddiaçı də həmin vaxt 333.78 kv.metr torpaq sahəsinin verilməsi barədə A № 121187 saylı Torpaq sahəsinin plan və ölçüsü sənədi verilmişdir. O, öz mülkiyətində olan 852.02 kv.metr torpaq sahəsinə sahiblik edərək ondan istifadə edir. İddiaçı isə ona məxsus olan torpaq sahəsini zorla əlindən almaq istəyir. Halbuki ona məxsus torpaq sahəsi 333.78 kv.metrdir. Həmin torpaq sahəsini iddiaçının evinin arxasında yox qabaq tərəfindədir. Amma faktiki olaraq onun çəpərləri daxilində qeyd olunandan çox sahə vardır. İddiaçının iddia etdiyi texniki pasportun ikinci vərəqində dördüncü səhifəsində torpaq sahəsinin planı çəkilmiş və həmin planda evin arxa tərəfində 70 kv.metr torpaq sahəsi olması göstərilmişdir. Həmin sənəd torpaq sahəsinə aid deyildir və torpaq sahəsi yalnız kvadrat metrlə göstərilməlidir. Həmçinin sənəddə faktiki olaraq sahəsinin 252.0 kv.metr olması qeyd olunmuş, lakin sonradan həmin sahə artırılaraq 333.78 kv.metr olmuşdur. İddiaçı və onun həmkəndliləri tərəfindən tərtib olunmuş Akt da yalandır. Qeyd olunan torpaq sahəsinin ona məxsus olmasının, həmin torpaqdan 1965-ci il tarixdən onun ailəsinin istifadəsində olduğunu bilsələr də, yalandan o Aktı imzalamışlar. O, iddiaçıya məxsus torpaq sahəsini zəbt etməmiş və onun həyətinə gedən yolunu bağlamamışdır. Bunu mütəxəssis rəyi və ekspert rəyinə baxarkən də görmək mümkündür. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxx 2008-ci il tarixdə 397 nömrə ilə uçota alınmış A № 121187 nömrəli Torpaq sahəsinin planı və ölçüsününü təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X17 xx xxxx 1998-ci il tarixli 10/6 saylı qərarı ilə İddiaçı mülkiyyətində Qusar rayonu, Mucuq kəndi ərazisindən 333.78 kv.mtr torpaq sahəsi verilmişdir. İşdə olan X11, X15 və X10 iştirakları ilə, xx xxxxxxx 2019-cu il tarixdə Qusar rayonu, Mucuq kəndində tərtib edilmiş Aktdan görünür ki, 1989-cu ildə Mucuq kənd sakini X4 tərəfindən həmin kənddə yerləşən fərdi yaşayış evi Mucuq kənd sakini İddiaçı satılmışdır. İddiaçı satın aldığı fərdi yaşayış evi və ona bitişik tikilmiş əlavə (tövlə binası) həmin tikililərin yerləşdiyi torpaq sahəsində, onun torpaq qonşusu Cavabdeh məxsus həyətyanı torpaq sahəsi tərəfdə, torpaq sahəsi boyu tikilmişdir. Ona görə də İddiaçı fərdi yaşayış evinin və əlavə tikilinin arxasında həmin tikililər boyu yerləşən təxminən 70 kv.metr torpaq sahəsinə yalnız kənddaxili yoldan və Cavabdeh həyətyanı torpaq sahəsindən daxil olmaq mümkündür. 2017-ci ilə kimi İddiaçı zəruri hallarda yaşayış evinin və ona bitişik tikilmiş əlavə tikilinin arxasına kənddaxili yoldan daxil olurdu. Həmin ildə onun qonşusu Cavabdeh tərəfindən qeyd edilən 70 kv.metr torpaq sahəsinə giriş bağlanmış, daha sonra isə həmin girişə qapı quraşdırılmışdır. Həmçinin, Cavabdeh İddiaçı onun evinin arxasında yerləşən torpaq sahəsinə daxil olmağa icazə vermir. İşdə olan Azərbaycan Respublikasnın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş Dövlət Torpaq Kadastrı kitabında xx xxxxxx 2008-ci il tarixdə 314 nömrə ilə uçota alınmış A № 121280 nömrəli Torpaq sahəsinin planı və ölçüsünün təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X17 xx xxxx 1998-ci il tarixli 10/6 saylı qərarı ilə X18 Qusar rayonu, Mucuq kəndi ərazisindən 852.02 kv.metr həyətyanı torpaq sahəsi verilmişdir. İşdə olan X5, X12, X13, X7 və Cavabdeh iştirakları ilə xx xxxxxx 2019-cu il tarixdə Qusar rayonu, Mucuq kəndində tərtib edilmiş aktdan görünür ki, Mucuq kəndində yaşayan İddiaçı tərəfindən Cavabdeh 70 kv.metr torpaq sahəsinin zəbti ilə əlaqədar Qusar rayon məhkəməsində qaldırılmiş iddia ilə bağlı Cavabdeh təklifi ilə onun həyətyanı torpaq sahəsinə baxış keçirmişlər və məlum olmuşdur ki, İddiaçı X3 məxsus 0.0252 hektar və ya 252 kv.metr torpaq sahəsində yerləşən yaşayış evini alarkən Cavabdeh hal-hazırda məxsus əmlaklar mövcud olmuşdurş və həmin əmlakların yerləşdiyi torpaq sahəsinin sərhədi hal-hazırda İddiaçı mülkiyyətində olan yaşayış evinin divarının dibindədir. Cavabdeh və onun ailəsi həmin ərazidən 1965-ci ildən etibarən istifadə edir. Belə ki, həmin torpaq sahəsini Cavabdeh atası X22 tərəfindən alq-satqı qaydasında X8 alınmışdır. Cavabdeh İddiaçı məxsus torpaq sahəsini zəbt etməmişdir və İddiaçı ailəsinin istənilən vaxt evin divarlarına xidmət göstərmək üçün həmin əraziyə girməsinə maneçilik törətməmişdir. Cavabdeh özünə məxsus torpaq sahəsini qorumaq məqsədilə həmin torpağın ətrafına hasar çəkmiş, 2001-ci ilədək həmin ərazidə olan tikililəri əvvəllər olduğu kimi istifadə etmiş, 2001-ci ildə isə tövlənin qabağındakı damı köhnəlməsi ilə əlaqədar sökmüş, mal-qara və ailəsinin gediş-gəlişini rahatlaşdırmaq üçün həmin ərazidən qapı qoymuşdur. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DaşınmazƏmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X31 tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli **********64 nömrəli cavab məktubundan görünür ki, İddiaçı Qusar rayonu Mucuq kəndi ərazisində yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X27 daxil olmuş xx xxxxxx 2019-cu il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmış, təqdim edilmiş sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş fərdi yaşayış evinin faktiki yerləşdiyi torpaq sahəsinin koordinatları ilə ərizəyə əlavə edilmiş DTXK-nin Qusar rayon şöbəsi tərəfindən tərtib edilmiş torpaq sahəsinin planı və ölçüsündə göstərilən koordinatları arasında 5 saylı X25 elektron məlumat bazasında olan xəritəyə əsasən 55.5 metr məsafə fərqi mövcuddur. Qeyd edilənləi nəzərə alaraq ərizənin icrasından imtina olunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 10/732 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli, **********08 nömrəli mütəxəssis rəyindən də göründüyü kimi, Qusar rayonu, Mucuq kəndi ərazisində yerləşən A № 121187 saylı Torpaq sahəsinin plan və ölçüsünə əsasən İddiaçı məxsus olan 333.78 kv.metr həyətyanı torpaq sahəsinin naturada faktiki ölçüləri 359 kv.metr təşkil etdiyi və həmin ölçülərin hüquqmüəyyənedici sənədlərə uyğun olmadığı müəyyən edilir. Cavabdeh tərəfindən İddiaçı məxsus torpaq sahəsinin və həmin istifadə edilən torpaq sahəsinin ölçüsü 13.6 kv.metr təşkil edir. Ekspert tərəfindən qeyd olunur ki, mübahisəli torpaq sahəsinə dair ərizənin baza məlumatlarının Mərkəzə təqdim olunması barədə xx xxx 2020-ci il tarixli, 10/732 nömrəli vəsatət verilməsinə baxmayaraq, ərazinin baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahələrinin bölgü layihəsi) Mərkəzə təqdim olunmamışdır. Buna görə də, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. Beləliklə, məhkəmə iclasında Cavabdeh tərəfindən İddiaçı mülkiyyətində olan tikililərin arxasında, həmin tikililər boyu yerləşən 70 kv.metr torpaq sahəsi tutulması müəyyən olunmamışdır. Belə ki, İddiaçı öz tələbini əsaslandırdığı hallara dair məhkəməyə heç bir mötəbər sübut təqdim edə bilməmiş və bu hallar məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, məhkəmə hesab edir ki İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin buraxılması və torpaq sahəsinə yolun açılması tələbinə dair iddiası rədd edilməlidir. İş üzrə 232.98 (iki yüz otuz iki manat doxsan səkkiz qəpik) manat təşkil edən ekspertiza xərcləri İddiaçı tutularaq 100 (bir yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabınavə 132.98 (bir yüz otuz iki manat doxsan səkkiz qəpik) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin buraxılması və torpaq sahəsinə yolun açılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə 232.98 (iki yüz otuz iki manat doxsan səkkiz qəpik) manat təşkil edən ekspertiza xərcləri İddiaçı tutularaq 100 (bir yüz) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabınavə 132.98 (bir yüz otuz iki manat doxsan səkkiz qəpik) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar