Məhkəmə qərarları › İş №2(029)-114/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-114/2023

06.02.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-114/2023 06.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh, onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mülkiyyətə edilən qəsdə son qoyulması, torpaq sahəsindən çıxarılma, torpaq sahəsinədən istifadəyə edilən maneçiliklərə son qoyulması tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı mülkiyyətə edilən qəsdə son qoyulması, torpaq sahəsindən çıxarılma, torpaq sahəsindən istifadəyə edilən maneçiliklərə son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən, Sumqayıt İnzibati məhkəməsinin qanuni qüvvəyə minmiş 05 may 2021-ci il tarixli 2-1(118)-l50/2021 saylı qərarı xüsusi mülkiyyət hüququ üzrə onun adına dövlət qeydiyyatına alınmalı olan 0.125 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinin onun qanuni sahibliyinə və istifadəsinə qaytarılması, həmin şəxs tərəfindən həmin torpaq sahəsinə edilən hər bir müdaxiləyə son qoyulması, bu cür hərəkətlərin edilməsinin, o cümlədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən torpaq sahəsində müayinə işlərinin aparılmasına edilən maneçiliklərin həmin şəxsə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, xx.xx.1953-cü ildə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş və indiyədək həmin kənddə qeydiyyatda olmaqla orada yaşayır. 1979-cu ildə həmin kənddə onun tərəfindən fərdi yaşayış evi inşa edilmiş və kənd üzrə təsərrüfatbaşına kitablarda bu barədə müvafiq qeydiyyat aparılmışdır. Həmin fərdi yaşayış evi onun təsərrüfatının şəxsi mülkiyyətində, yerləşdiyi torpaq sahəsi isə qanuni istifadəsində olmuşdur. Həmin fərdi yaşayış evini yerləşdiyi torpaq sahəsi ilə birlikdə xüsusi mülkiyyət hüququ üzrə adına qeydiyyata alınması üçün qeydiyyat orqanı olan Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və oradan ona bildirmişlər ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi həmin idarənin elektron baza kadastr məlumat bazasına əsasən JN-450 saylı kod 30107018 «Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə» ilə digər şəxslərin adına qeydə alınmışdır. Bu səbəbdən də onun qeydiyyatla bağlı müraciətindən imtina olunmuş və bu barədə xx.xx.2016-cı il tarixli məktub verilmişdir. Bu səbəbdən də, o, Qusar rayon məhkəməsində iddia qaldırmış və Qusar rayon məhkəməsinin 24 noyabr 2016-cı il tarixli 2(029)-1579/2016 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.24 hektar torpaq sahəsinə dair X2, Cavabdeh, X8 (Samiddin) qızının, X5 (Samiddin) qızının, X10 (Samiddin) qızının və X11 (Samiddin) qızının adlarına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş kod 30107018 CN-450F saylı 17 avqust 2005-ci il tarixli Şəhadətnamə ləğv edilmişdir. Qusar rayon məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verilmiş, lakin həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən də, kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə həmin qətnamə də qüvvədə saxlanılmışdır. Bundan sonra o, həmin 0.24 ha həyətyanı torpaq sahəsinin mülkiyyət hüququ üzrə öz adına qeydiyyata alınması və adına müvafiq Çıxarışın verilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş, lakin həmin idarə tərəfindən yenidən imtina olunmuşdur. Bu səbəbdən də həmin idarəyə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 05 may 2021-ci il tarixli 2-1(118)-150/2021 saylı qərarı ilə iddia təmin edilərək Qusar rayon Orconokidze adına sovxozun direktorunun 12 may 1978-ci il tarixli əmri ilə ona ayrılmış Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.125 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(118)-150/2021 saylı qərardadı ilə 0.24 ha torpaq sahəsinin 0.115 ha hissəsinə dair hissədə onun iddiası mümkünsüz sayılmışdır. Həmin qərardan narazı qalan ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qərardan apellyasiya şikayəti verilmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(105)-46/2022 saylı qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(118)-150/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2-1 (102)-847/2022 saylı qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(105)-46/2022 saylı qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bununla da, Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(118)-150/2021 saylı qərarı qüvvəyə minmiş və icraya yönəldilmişdir. Halhazırda isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən 0.125 ha torpaq sahəsinə dair ölçü işlərinin aparılmasına, müvafiq texniki sənədlərin tərtib edilməsinə və onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına Cavabdeh maneçilik törədir, torpaq sahəsinə qanunsuz olaraq sahiblənməklə oradan istifadə edir. Bu səbəbdən də, torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına çıxarışın, o cümlədən plan və ölçü sənədinin verilməsi mümkün olmamış, qeydiyyat orqanı tərəfindən xx.xx.2022-ci il tarixli **********47 saylı məktub verilmişdir. Cavabdeh həm onun mülkiyyətinə qəsd edərək orada hər hansı işlərin görülməsinə maneçilik törədir, həm də, torpaq sahəsinə qanunsuz sahiblənməklə ondan istifadə edir. Bunun nəticəsi olaraq o, hazırda həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. Ona görə də, hesab edir ki, onun pozulmuş hüquqları bərpa edilməli, Cavabdeh zəbt etdiyi ona məxsus 0.125 hektar torpaq sahəsindən çıxarılmalı və həmin torpaq sahəsi Cavabdeh qanunsuz sahibliyindən onun qanuni sahibliyinə qaytarılmalıdır. Həmçinin, həmin şəxs tərəfindən ona məxsus torpaq sahəsinə edilən qanunsuz müdaxiləyə, maneçiliklərə, o cümlədən qeydiyyat orqanı tərəfindən müvafiq sənədlərin tərtib olunması məqsədi ilə torpaq sahəsində müayinə işlərinin aparılmasına edilən maneçiliyə son qoyulmalı, bu cür hərəkətlərin edilməsi həmin şəxsə qadağan edilməlidir. Cavabdeh məhkəməyə iddiaya etiraz ərizəsi təqdim edərək göstərmişdir ki, İddiaçı H. oğlu tərəfindən onlara qarşı 2016-cı ilin noyabr ayında Qusar rayon Məhkəməsində torpaqla mülkiyyət hüququna dair şəhadətnamənin ləğv edilməsi tələbinə dair iddia qaldırıb, məhkəməyə həqiqətə uyğun olmayan arayışları və dəlilləri təqdim edərək, öz iddiasını qismən təmin etmiş və onların adlarına Qusar rayon AİK tərəfindən xx.xx.2000-ci il tarixli 6/9 saylı qərarı ilə verilən 450F nömrəli, kod 30107018, xx.xx.2005 il tarixli şəhadətnamə ləğv olunmuşdur. Bununla əlaqədar olaraq onlar apellyasiya məhkəməsinə və Ali Məhkəməyə şikayətlə müraciət etmişlər, amma nə səbəbdənsə, Qusar rayon Məhkəməsinin qətnaməsini yuxarı instansiya məhkəmələri tərəfindən dəyişilmədən saxlanılmışdır. Apellyasiya və kassasiya şikayətlərə əlavə olaraq bildirir ki, İddiaçı tərəfindən onlara və öz anasına X.Qazıyevaya qarşı iddia əsassızdır, iddia Sovet İttifaqı vaxtının sovxozun direktorunun əmrinə əsaslanıb. O vaxtlarda qanuna görə torpaq yalnız dövlətin mülkiyyətində olmuşdur. Torpağın alqı-satqısına və yaxud hədiyyə verilməsi qadağan idi, torpaq sahəsi vətəndaşların istifadəsinə ayrılırdı (həmçinin həyətyanı torpaq sahəsi). İşdə yalnız sovxoz direktorun əmrinin xx.xx.1978-ci il tarixdə verildiyi haqqında arayış vardır, orada göstərilmişdir ki, İddiaçıa öz atasının N.Qazıyevin ərizəsinə görə atasının təsərrüfatından 0,12.5 ha torpaq sahəsi veriblər, N.Qazıyevə isə 0,15 ha torpaq sahəsi saxlayıblar, amma işdə, nə N.Qazıyevin ərizəsi, nə də torpaq sahəsinin hansı tərəfini İddiaçıa verildiyinə dair akt və yaxud başqa sənəd mövcuddur. Həm də Q.Zeyvəddin tərəfindən göstərilən, mübahisəli torpaq sahəsinə və fərdi yaşayış evinə öz adına (heç bir sənəd alınmamışdır və heç bir sənəd hər hansı dövlət orqanların tərəfindən onun adına tərtib olunmamışdır. O vaxtın qanunlarına əsasən sovxoz direktorunun heç bir aidliyi həyətyanı torpağın bölüşdürməyə və yaxud həyətyanı torpaqdan hər hansı ölçüdə torpaq sahəsini götürüb başqa şəxslərə verməyə səlahiyyəti olmayıbdır. Ona görə göstərdiyi əmr qanunsuzdur və leqitim deyildir. Həyətyanı torpaq sahəsinin bölüşdürməsini və yaxud o torpaqdan kiməsə hissəsini verilməsini qanuna görə notarial qaydada, ya da məhkəmənin qərarı ilə bütün təsərrüfat üzvlərinin razılığı ilə həyata keçirilməli idilər. Qeyd edir ki, İddiaçı heç vaxt yuxarıda mübahisəli kimi göstərilən torpaq sahəsi və fərdi yaşayış evi onun qanuni və yaxud hələ-belə istifadəsində olmamışdır. Bələdiyyənin və icra hakimiyyətinin nümayəndəliyin kitablarında onun adına qeydiyyatı aparılmayıb. Təsərrüfat başına kitablarda şəxsi hesab nömrələrin ardıcıllığına baxanda onun evinin və torpaq sahəsinin nömrələri əvvəlcədən № 170, hal-hazırda № 556 və şəhadətnamənin isə № 450 göstərilib, lakin İddiaçı isə əvvəlcədən ev № 171, hal- hazırda № 557 və şəhadətnamənin isə № 451F olduğunu qeyd ediblər, hal-hazırda iddiaçı yaşayan ev, iddiaçının torpaq sahəsi onun adına yazılıb. Məhz bu ev, torpaq sahəsi ilə Q.Zeyvəddinə ayrılıb. Yuxarıda mübahisəli kimi qeyd olunan ev N.Qazıyev tərəfindən oğlu Q.Samiddinə tikərək evinə və torpaq sahəsinə öz adına 1988-ci ildə sənəd çıxardaraq vəfat olunmasından qabaq öz təsərrüfatında onu qeydiyyata salıb. Onlar tərəfindən məhkəməyə təqdim olunmuş sübutlar nə işə salınıb, nə də öz əkslərini qətnamələrdə tapıblar. 1916-cı ilin mart ayında Q.Zeyvəddin Dövlət 5 saylı reyestr ərazi xidmət idarəsinə öz adına mübahisəli kimi göstərilən evə və torpaq sahəsinə sənədlər (çıxarış) çıxarmaq üçün ərizə ilə müraciət etmişdir. Reyestr xidməti onun ərizəsinə əsasən yoxlama aparıb. № **********39, xx.xx.2016-cı il tarixli həmin ərizəyə cavab olaraq ona bildiriblər ki, onun tərəfindən təqdim edilmiş sənədlərin ekspert şöbəsində ekspertiza zamanı aşkar olmuşdur ki, onun göstərdiyi fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka aid hüququların dövlət qeydiyyatına əsas olan hüququnu müəyyən edilən sənədlər təqdim olunmamışdır. Bu səbəbdən də onun ərizəsini icrasından imtina etmişdir. Həm də hələ-belə onun nəzərinə çatdırıblar ki, göstərilən torpaq sahəsi başqa şəxslərin adına yazılmışdır. (Yuxarıda göstərilən ərizəyə cavab iş materiallar da mövcuddur). İş № 2(102)-6437/17, xx.xx.2017ci il. Q.Zeyvəddinin iddia ərizəsində göstərilib ki, o bu mübahisəli kimi qeyd olunan torpaq sahəsinin onun ailəsinin (Q.Xəticə, Q.Səbirə və övladların adlarına) və təsərrüfat üzvlərinin adlarına sənədlərin yazdığını qeyd etdiyini ərizəsinin cavabında sonra ona məlum olmuşdur. Amma bunu o yalan söyləyir. Ona görə ki, o özü 2005-ci ilin avqust ayında onun adına (Q.Xəticə, Q.Səbirə) torpaq mülkiyyətə verilməsinə dair şəhadətnaməni, həm də öz adına, ümumi siyahıda imza edərək, öz pasport nömrəsini qeyd edərək təhvil alıb. İddiaçı özü onların şəhadətnamənisi onlaraqaytarıb. Hələ o bunu yəni evin və torpaq sahəsinin mülkünə verildiyini o vaxtdan bilib, siyahısının səyifəsini təqdim edir. Məhkəmə iclasında onların № 450F torpağın mülkiyyətinə verilməsi haqqında şəhadətnamədə göstərilən 02 may 2000-ci il tarixli 6/9 nömrəli AİK-ın qərarın və adlarının islahat siyahısında olmadığını müəyyən edərək, göstərilən şəhadətnaməsini ləğv edirlər. Q.Zeyvəddinə aid olan 451F nömrəli şəhadətnaməsində də məhz qeyd etdiyi 02 may 2000-ci il tarixli 6/9 nömrəli AİK-ın qərarı yazılmışdır. Bu qərarnan ona da torpaq sahəsi mülkiyyətə verilmişdir. Amma iddiaçının adına olan şəhadətnamə nə səbəbdənsə ləğv olunmur. İddiaçının ailə üzvlərinin adları hansı siyahılarda və kitablarda qeyd edilibsə, onun da ailə üzvlərin adları orada mövcuddur. AİK xx.xx.1999 il 14/3 qərarı ilə təsdiq olunmuş adlı pay və həyətyanı torpaq sahəsinin almaq hüququ olan subyektlərin siyahısını və xx.xx.1999 il 14/3 qərarı da təqdim edir. Bu siyahı da 154-cü nömrədə onun ailəsinin adları qeyd edilmişdir, 155-ci nömrəsində isə Q.Zeyvəddinin ailə üzvlərin adları göstərilmişdir. Arxiv surəti 1778, 11.102017-ci il tarixli əlavə olunur. 11 oktyabr 2017-ci il tarixli 178 saylı Azərbaycan Respublikası Dövlət Arxivinin Quba filialının arxiv arayışına əsasən ona aid olan 17 avqust 2005-ci il tarixdə verilmiş JN- 450F Kod 30107018 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş Qusar rayon Aqrar İslahat Komissiyasının 02 may 2000-ci il tarixli 6/9 saylı qərarı həmin komissiyasının 12 may 2000-ci il tarixdə keçirilmiş iclas protokoluna aiddir. Ona görə də ona verilmiş şəhadətnamə qanunu qaydada verilmişdir (əlavə 178 saylı xx.xx.2017-ci il tarixli arxiv arayışı), 21 avqust 2017-ci il tarixli 65 saylı Qusar rayon Gedəzeyxur kənd bələdiyyəsi tərəfindən verilən arayışa əsasən ona torpaq Aqrar islah komissiyası tərəfindən məlumdur ki, JN-0173 saylı Dövlət aktnan 1,8889 ha ümumi torpaq sahəsi verilmişdir, həmin sahədən 0,24 ha torpaq sahəsi həyətyanı kimi çıxaraq mülkiyyətə verilmişdir, bələdiyyə fondunda 1,6489 ha torpaq sahəsi saxlanmış bu arayışı təqdim edir. Məhkəmələrin qərarlarında göstərilmişdir ki, guya mübahisəli torpaq sahəsinin dövlət vergiləri İddiaçı tərəfindən ödənilmişdir. Amma bu həqiqətə uyğun deyildir. Qeyd etdiyi mübahisəli torpaq sahəsinin dövlət vergiləri onun tərəfindən ödənilmişdir. Bunu № 24 saylı 21 may 2017-ci il tarixli müraciətə Qusar rayonu Gədəzeyxur kənd bələdiyyəsinin cavabı ilə və ona əlavə olunmuş Cavabdeh adına yazıldığı qəbzlərlə sübut edə bilər (bu əlavə qəbzlərin surətlərini müraciətə (cavabına) əlavə olunub). Məhkəmə qərarlarında göstərilmişdir ki, 25 dekabr 1999-cu il tarixli 14/3 saylı qərarı torpağın bölüşdürməsi və torpağın mülkiyyətə verilməsi münasibətləri tənzimləmir, ancaq məhz bu qərarın əsası ilə torpaqların özəlləşdirilməsi üçün sənədlər hazırlanıb subyektlər arasında püşk atılmışdır və S.Stalski adına sovxozun torpaqlarının qanunvericiyə uyğun bölüşdürməklə torpağa mülkiyyət hüququna dair dövlət aktların hazırlanması Dövlət Torpaq Komitəsindən xahiş edilmişdir. Qeyd etdiyi Qusar rayon AİK-n 25 dekabr 1999- cu il tarixli 14/3 saylı qərarı ilə Qusar rayon S.Stalski adına (Gədəzeyxur kənd sovxozda torpaqdan pay almaq hüququ olan subyektlərinin siyahısı təsdiq edilmişdir. Bu siyahısında onlara, ona və övladlarına) həyətyanı torpaq sahəsinin 0,24 ha miqdarda almaq hüququnu müəyyən etmişdir. Göstərilən siyahısı bu sovxozun AİK sədri Muradov Çingiz və başqa AİK üzvləri tərəfindən imzalanmışdır. (Arxiv surəti № 1778 saylı xx.xx.2017 il tarixli qərar və AİK adlı siyahısı 3 (üç) vərəqə). Qətnamələrdə göstərilmişdir ki, Qusar rayon AİK xx.xx.2000-ci il tarixli 6/9 saylı qərarı ümumiyyətlə mövcud olmayıb. Qeyd edir ki, məhz göstərilən bu qərara əsasən bütün Qusar rayonu Gədəzeyxur kənd (S.Stalski sovxozu) sakinlərinə həyətyanı torpaq sahələri mülkiyyətə verilmişdir. Həmin qərarın mövcudluğunu Gədəzeyxur kənd sakinləri tərəfindən tərtib olunmuş 22 dekabr 2016 il tarixli aktının sübut olunur, (əlavə olunur xx.xx.2016-cı il tarixli akt). Qusar rayon İHB-nın Gədəzeyxur kənd İƏD üzrə nümayəndənin müraciətə cavabda bildirmişdir ki, kəndə həyətyanı torpaq sahəsinin islahatı 2004-2005-ci illərdə nümayəndəliyin 2001-2005-ci illərin kənd üzrə 5 (beş) nömrəli Təsərrüfatbaşına kitaba əsasən keçirilmişdir və bütün təsərrüfat üzvlərinin mülkiyyətinə verilmişdir, bunu da məlum şəhadətnamə ilə rəsmiləşdirilmişdir (əlavə olunur № 28 saylı xx.xx.2017-ci il tarixli ərizə cavab (işdə mövcuddur 20 saylı xx.xx.2017-ci il tarixli məktub, 298 saylı, xx.xx.2017-ci il tarixli arxiv arayışı). Qeyd edir ki, İddiaçı məhkəməyə təqdim etmiş bütün sənədlər (sübutlar) heç biri həqiqətə uyğun deyildir. Onun tərəfindən isə təqdim etdiyi sənədlər (sübutlar) hamısı həqiqətə uyğundur, yuxarıda göstərilmiş qərarları ilə Qazıyeva Zuxranəyə l-ci qrup əlilə də həmin həyətyanı torpaq sahəsi mülkiyyətə verilmişdir, əlil onunla yaşayır və əlili o saxlayır. Yenə qeyd edir ki, İddiaçı mübahisəli kimi göstərilən torpaq sahəsi və fərdi yaşayış evi heç vaxt nə qanuni, nə də hələ-belə iddiaçının istifadəsində olmuşdur. Bunu xx.xx.2016 il tarixli Gədəzeyxur kənd sakinləri tərəfindən tərtib olunmuş aktının sübut eləyə bilər, həmin akt birinci və apeliyasiya instansiya məhkəmələrə təqdim etmiş, amma akt işə qoşulmayıb, iclaslarda müzakirə olunmayıb və məhkəmə qərarlarda (qətnamələrdə) göstərilməyib. Müzakirə olunan evdə 1984-cü ildə tikintisi qurtarılmış onun qaynatası N.Qazıyev və qayınanası Qazıyeva Xəticə ilə bir ailə kimi yaşamamışlar, həm də evin həyətyanı torpaq sahəsi onun qanuni istifadəsində torpaq islahatın keçirilməzdən də qabaq olmuşdur (əlavə 473 saylı xx.xx.2017-ci il tarixli Çıxarış). Onun məhkəmə iclasına dəvət olunmuş şahidlər (qonşular) məhkəmə iclas zalından çıxarıldaraq qovdular, onları dindirmədilər. Onu da qeyd edir ki, məhkəmələrin qərarlarında göstərilmişdir, Qazıyeva Xədicə, Qazıyeva Zöhranə, Qazıyeva Aliza və Qazıyeva Alina heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Bildirir ki, Qazıyeva Xədicə xx.xx.2016-cı ildə vəfat edib, Qazıyeva Z., Qazıyeva A. və Qazıyeva Arina adına yazılan etibarnamələr mövcuddur. Həmin etibarnamələri məhkəməyə təqdim etmiş, nə səbəbdənsə bu sənədlər işə qoşulmayıb. Həm də bu şəxslərin Cavabdeh qanuni nümayəndəsidir, (əlavə etibarnamələrin surətləri 4 (dörd) vərəqə). Həm də İddiaçı öz iddia ərizəsində göstərmişdir ki, guya onun mübahisəli kimi qeyd edilmiş ev və altındakı torpaq sahəsi onun qanuni istifadəsində olub. Onda nə səbəbdən göstərdiyi evə və torpaq sahəsinə mərhum N.Qazıyev tərəfindən öz adına texniki pasporta (sənəd) 1988-ci ilin noyabr ayında alınır, həmin təsərrüfata onları, onu və övladlarını qeydiyyatı aparılır. İddiaçı adına o vaxt sənədlər, yuxardakı evə və torpaq sahəsinə olsaydı, nə N.Qazıyevin adına sənəd tərtib olunardı, nə də onları ora qeydiyyata salardılar. Bundan sonra iddiada göstərilmişdir ki, hal-hazırda İddiaçı yaşadığı ev və onun altındakı torpaq sahəsi məhrum N.Qazıyevdən X.Qazıyevə məxsusdur, yəni torpaq islahatı keçiriləndə onların istifadəsində (qanuni) olmuşdur, mübahisəli ev isə onun istifadəsində (qanuni) olmuşdur. Onda elə alınır ki, İddiaçı və onun təsərrüfat üzvlərinə verilən 451F nömrəli Kod 30107018 xx.xx.2005 il tarixli şəhadətnamədə qanunsuz verilmişdir. Bu şəhadətnamədə həmin onların, yəni inlara verilmiş № 450F nömrəli Kod 30107018 şəhadətnamədə göstərilmiş Qusar rayon torpaq AİK 02 may 2000-ci il tarixli 6/9 saylı qərarı ilə verilmişdir, onda İddiaçı və onun ailə üzvlərinə verilən № 451F nömrəli 30107018 şəhadətnamə ləğv olunmalıdır və onlara verilən şəhadətnamə 450F saylı kod 30107018 N.Qazıyevə məxsus olmuş təsərrüfatı bərpa olunmalıdır. Qeyd edir ki, Nəsrəd Qaziyev M. oğlu xx.xx.1992 ildə və Qazıyeva Xədicə xx.xx.2017-ci ildə vəfat etmişdir. Apeliyasiya və kassasiya şikayətlərində göstərdiklərini daha ətraflı yazmışlar. Belə baxımdan yuxarıda yazdıqları nəzərə alınsa, bu işlə əlaqədar olaraq İddiaçı həqiqətə uyğun olmayan saxta arayışları və sənədləri verən vəzifəli şəxslərin, həm də İddiaçı hərəkətlərində müxtəlif cinayət işlərin tərkibi mövcuddur. xx.xx.2017-ci ildə keçirilmiş Ali Məhkəmənin iclasında onların məhkəmə kollegiyasına əlavə əldə edilmiş sənədi sübutlara təqdim etmişlər, amma məhkəmə onlara bildirdi ki, bu sübutların işə qatmağı ali məhkəmə üçün qadağandır. Ona görə Ali Məhkəmə apeliyasiya məhkəməsini qətnaməsini dəyişilmədən saxlayacaq və onlara məsləhət gördü ki, Ali Məhkəmənin “Plenumu”na müraciət etsinlər, sonradan əldə edilmiş sənədli sübutları “Plenuma” təqdim edilsin. Onların vəkili də buna razılıq verdi. Sonradan vəkili Plenuma şikayət yazmaq yə orada iştirak üçün onlardan yenə də əlavə pul istədi, həm də bildirdi ki, hal-hazırdakı işin Plenuma çıxarılmasına şansları yoxdur. Qeyd edir ki, Dövlət Reyestr Xidməti bütün halları (sənədləri) nəzərə alaraq, ekspertiza apararaq onların mülkiyyətə verilmiş torpaq sahəni dövlət qeydiyyata alaraq adlarına (xx.xx.2019 il tarixli, A № 407788 torpaq sahəsinin planı və ölçüsü təsdiq edərək Çıxarış vermiş, (surətini təqdim edir). O, heç kimə, heç bir maneəçilik törətmir, həmin torpaq sahəsi onlara məxsusdur. İddiaçı iddiası əsassızdır. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq xahiş edir ki, qeyd etdiyi işin əlavə əldə edilmiş sənədli sübutların və bütün işin halların müzakirə olunmaqla Azərbaycan Respublikasının MPM əsasən bu mülki işin təzədən baxaılmasını və qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusətləri təsdiq edərək izahatında bildirmişdir ki, Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli qərarı ilə iddiaçının iddiası təmin edilərək Qusar rayon Orconokidze adına sovxozun direktorunun 12 may 1978-ci il tarixli əmri ilə iddiaçıya ayrılmış Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.125 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qətnamə qanuni qüvvəsini almışdır. Lakin cavabdeh mütəxəssisləri ölçü işlərin aparılması üçün həyətə buraxmır. İddiaçı mülkiyyət hüququnu mübahisələndirmir, mülkiyyət hüququna artıq qiymət verilib, sadəcə torpaq sahəsində ölçü işlərinin aparılmasını istəyir. Buna görə də Qusar rayonu Gedəzeyxur kəndində yerləşən, Sumqayıt İnzibati məhkəməsinin qanuni qüvvəyə minmiş 05 may 2021-ci il tarixli qərarı xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına dövlət qeydiyyatına alınmalı olan 0.125 ha torpaq sahəsindən Cavabdeh çıxarılması, həmin torpaq sahəsinin iddiaçının qanuni sahibliyinə və istifadəsinə qaytarılması, həmin şəxs tərəfindən həmin torpaq sahəsinə edilən hər bir müdaxiləyə son qoyulması, bu cür hərəkətlərin edilməsinin, o cümlədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən torpaq sahəsində müayinə işlərinin aparılmasına edilən maneçiliklərin həmin şəxsə qadağan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, sovxoz direktorun torpaq sahəsinin verilməsi barədə əmr vermək səlahiyyəti yoxdur. Sovxoz direktorun sovxoza aid torpaq sahələrini fəhlələrə, işçilərə ayırıb verə bilər. Kənd təsərrüfatlı, kənd altı, 30-cu ildən tikilmiş tikilinin altındakı torpaq sahələri İddiaçı kimi onlara də məxsusdur, onlar doqquz nəfərdirlər, ordan onlara da pay düşür. İddiaçı onun qardaşıdı. Həmin evdə atasının iki qardaşı və iki bacısı da yaşayıb, onlar da vərəsələrdir. İslahat komissiyası tərəfindən torpaq sahəsi onlara verilib, iddiaçı qeydiyyatda başqa yerdə qeydiyyatdadır, iddiaçı təsərrüfat kitabında iki yerdə qeydiyyatda olduğu qeyd edilib. Orada 6.05 ha torpaq sahəsi var, necə olur ki, ora 0.125 ha torpaq sahəsi sığışır, qalan hissəsi də atasının zəbt etdiyi torpaq kimi yazdırıb. Orada ölçü işlərin aparmağa gələnləri qoymurlar, çünki, həmin yer onlara məxsusdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Kazıyev Samiddinin dediklərini təsdiq etmiş və əlavə olaraq bildirmişdir ki,reyestr xidmətindən gələndə o, hər şeyi onlara başa salmışdır, demişdir ki, onlar orada daimi qeydiyyatdadırlar, orada olan hər şey onların zəhmətləridir, orada bağ salmışlar. Atasının 24 sot torpaq sahəsi Zeyvəddinin əlindədir, tam təmirli səkkiz otaqlı evində olur, oradan heç çıxmır, özü istifadə edir. İddiaçının dedikləri yalandır, həmin evdə onlar olmuşlar, vergiləri onlar vermişlər, su pulunu onlar vermişlər, onlar idarə etmişlər, əlil uşağı ilə orada olur. Zeyvəddin ona “o senin vurduğun setkalar mənim olacaq görərsən” deyib. Bu üç qardaşın əlindən onun əri boğaza gəlib, bütün kənd bilir. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli 2- 1(118)-150/2021 saylı qərarının surətindən görünür ki, İddiaçı cavabdeh DƏDRX 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı kod 30107018 JN-450F saylı 17 avqust 2005-ci il tarixli şəhadətnamədə göstərilən 0.24 hektar torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası torpaq sahəsinin 115 kv/m aid hissəsində mümkün sayılmasın. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 03 fevral 2022-ci il tarixli 2-1(105)-46/2022 saylı qərarının surətindən görünür ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş apelyyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati Məhkəməsinin 19 may 2021-ci il tarixli 2-1(118)-150/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 may 2022-ci il tarixli 2-1(102)- 847/2022 saylı qərarının surətindən görünür ki, cavabdehin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-46/2022 nömrəli 03 fevral 2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İşdə olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri piblik hüquqi şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış **********47 saylı xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Qusar rayonu Gedəzeyxur kəndi ərazisində yerləşən 0.125 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması işi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri piblik hüquqi şəxs 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə və həmin daşınmaz əmlaka dair sənədlərə baxılmış, sənədlərin ekspertizası və müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət etdiyi torpaq sahəsi üzərində mübahisə mövcud olduğundan nəticədə daşınmaz əmlakın müayinəsi baş tutmamışdır. Bu səbəbdən də, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması və dövlət reyestrində qeydiyyata alınması mümkün alınmamışdır. İşdə olan Qusar rayon Dövlət Arxivindən verilmiş xx.xx.2016-cı il tarixli 204 saylı arxiv çıxarışından görünür ki, Orconokidze adına sovxoz direktoru Q.Qədimov tərəfindən verilmiş 12 may 1978-ci il tarixli 59 saylı əmrə əsasən İddiaçı ərizəsinə görə 12/v-78 il tarixdən Qaziyev Nəsrəddin torpaq sahəsi 0.15 hektar saxlanılmışdır. Qaziyev Nəsrəddindən götürülmüş 0.125 hektar torpaq sahəsi Qaziyev Zeyvəddinə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı oğlunun Qusar rayon məhkəməsinin 24 noyabr 2016-cı il tarixli 2(029)-1579/2016 saylı qətnaməsi ilə iddiası qismən təmin edilmiş, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.24 hektar torpaq sahəsinə dair X2, Cavabdeh, X8 (Samiddin) qızının, X5 (Samiddin) qızının, X10 (Samiddin) qızının və X11 (Samiddin) qızının adlarına Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qusar rayon Şöbəsi tərəfindən verilmiş kod 30107018 CN-450F saylı 17 avqust 2005-ci il tarixli Şəhadətnamə ləğv edilmişdir. Qusar rayon məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti verilmiş, lakin həmin qətnamə Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən də, kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə həmin qətnamə də qüvvədə saxlanılmışdır. Bundan sonra Qazıyev X4 rayon məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi ilə etibarsız hesab edilmiş torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə göstərilən torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması ilə bağlı qeydiyyat orqanına müraciət etmiş, müsbət cavab almadığından isə bu barədə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 05 may 2021-ci il tarixli 2-1(118)- 150/2021 saylı qərarı ilə iddia təmin edilərək Qusar rayon Orconokidze adına sovxozun direktorunun 12 may 1978-ci il tarixli əmri ilə ona ayrılmış Qusar rayonu Gedəzeyxur kəndində yerləşən 0.125 ha torpaq sahəsi üzrərində onun mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Sumqayıt İnzibati məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(118)-150/2021 saylı qərardadı ilə 0.24 ha torpaq sahəsinin 0.115 ha hissəsinə dair hissədə İddiaçı oğlunun iddiası mümkünsüz sayılmışdır. Həmin qərardan narazı qalan ƏMDX-nin yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən qərardan apellyasiya şikayəti verilmiş, lakin Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(105)-46/2022 saylı qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(118)-150/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2-1 (102)-847/2022 saylı qərarı ilə isə Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(105)-46/2022 saylı qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır. Bununla da, Sumqayıt İnzibati Məhkəməsinin 05 may 2021-ci il tarixli 2-1(118)-150/2021 saylı qərarı qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hal-hazırda isə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən 0.125 ha torpaq sahəsinə dair ölçü işlərinin aparılmasına, müvafiq texniki sənədlərin tərtib edilməsinə və onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına Cavabdeh maneçilik törədir, torpaq sahəsinə qanunsuz olaraq sahiblənməklə oradan istifadə edir. Bu səbəbdən də, torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və adına çıxarışın, o cümlədən plan və ölçü sənədinin verilməsi mümkün olmamışdır. Cavabdeh həm İddiaçı oğlunun mülkiyyətinə qəsd edərək orada hər hansı işlərin görülməsinə maneçilik törədir, həm də, torpaq sahəsinə qanunsuz sahiblənməklə ondan istifadə edir. Bunun nəticəsi olaraq İddiaçı oğlunun həmin torpaq sahəsinə dair mülkiyyət kimi qiymətləndirilməli olan əmlak hüquqlarına əsassız müdaxilə baş vermiş, həmin şəxs hazırda həmin torpaq sahəsindən sərbəst şəkildə istifadə edə və ona sahiblik edə bilmir. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzssiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Qusar rayonu Gedəzeyxur kəndində yerləşən, Sumqayıt İnzibati məhkəməsinin qanuni qüvvəyə minmiş 05 may 2021-ci il tarixli 2-1(118)-l50/2021 saylı qərarı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı oğlunun adına dövlət qeydiyyatına alınmalı olan 0.125 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalı, həmin torpaq sahəsi İddiaçı oğlunun qanuni sahibliyinə və istifadəsinə qaytarılmalı, Cavabdeh tərəfindən həmin torpaq sahəsinə edilən hər bir müdaxiləyə son qoyulmalı, bu cür hərəkətlərin edilməsi, o cümlədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən torpaq sahəsində müayinə işlərinin aparılmasına edilən maneçiliklər Cavabdeh qadağan edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Qusar rayonu Gedəzeyxur kəndində yerləşən, Sumqayıt İnzibati məhkəməsinin qanuni qüvvəyə minmiş 05 may 2021-ci il tarixli 2-1(118)-l50/2021 saylı qərarı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı oğlunun adına dövlət qeydiyyatına alınmalı olan 0.125 ha torpaq sahəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsi İddiaçı oğlunun qanuni sahibliyinə və istifadəsinə qaytarılsın. Cavabdeh tərəfindən Qusar rayonu Gedəzeyxur kəndində yerləşən, Sumqayıt İnzibati məhkəməsinin qanuni qüvvəyə minmiş 05 may 2021-ci il tarixli 2-1(118)-l50/2021 saylı qərarı xüsusi mülkiyyət hüququ üzrə İddiaçı oğlunun adına dövlət qeydiyyatına alınmalı olan 0.125 ha torpaq sahəsinə edilən hər bir müdaxiləyə son qoyulsun, bu cür hərəkətlərin edilməsi, o cümlədən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin əməkdaşları tərəfindən torpaq sahəsində müayinə işlərinin aparılmasına edilən maneçiliklər Cavabdeh qadağan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar