Məhkəmə qərarları › İş №2(029)-1146/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1146/2025

18.12.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1146/2025 18.12.2025 QUSAR RAYON MƏHKƏMƏSİ X20 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılmasına dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı mirasın qəbul edilməsi vaxtının uzadılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum valideynləri X12 və X4 ölümündən sonra miras qalmış və digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətlərində olmaqla Qusar rayonunun Yasab kənd ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan Çıxarışa əsasən 2,34 ha və reyestr nömrəsi **********85, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan Çıxarışa əsasən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin onun tərəfindən qəbul edilməsi müddətinin uzadılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, onun valideynləri X12 və X2 rayonunun Yasab kəndində yaşamışlar və atası X12 xx.xx.2001-ci il tarixdə, anası X10 isə xx.xx.2014-cü il tarixdə vəfat etmişlər. Valideynlərinin ölümündən sonra onların digər ailə üzvləri ilə ümumi birgə mülkiyyətində Qusar rayonunun Yasab kənd ərazisində Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan Çıxarışa əsasən 2,34 ha və reyestr nömrəsi **********85, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan Çıxarışa əsasən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. Valideynlərinin ölümündən sonra onların ümumi birgə mülkiyyətində olmuş həmin miras əmlakı o, idarə etmişdir. X1 və anası X4 ölümündən sonra miras qalmış 2,34 ha və 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə onun adına vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Cavabdehnə ərizə ilə müraciət etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixli, 1741 və 1742 saylı məktublarla mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin onun tərəfindən buraxılması əsas göstərilməklə ərizənin icrasından imtina etmiş və mirasın qəbulu müddətinin uzadılması ilə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etməyini bildirmişdir. İddia ərizəsinə əlavə etdiyi sənədlərlə də sübuta yetir ki, atası X12 və anası X10 vəfatından sonra miras əmlakı o, idarə edir. Bu xüsusat iddia ərizəsinə əlavə edilmiş Qusar RİHB-nm Yasab kənd İƏDÜ Nümayəndəliyin xx.xx.2025-ci il tarixli arayışı ilə də təsdiq olunur. Bundan başqa, İddiaçı nümayəndəsi Nümayəndə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində qeyd edildiyi kimi torpaq sahələri miras qoyanlardan başqa, digər şəxslərə də məxsusdur. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan Çıxarışa əsasən 2,34 ha və reyestr nömrəsi **********85, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan Çıxarışa əsasən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qoyanlar X12 və X10 ilə birlikdə X6 və X16 məxsusdur. Bununla da, hər bir mülkiyyətçisinin mülkiyyət payı ¼ təşkil etdiyindən həmin torpaq sahələrinin ¼ hissəsi X9, ¼ hissəsi isə X4 miras kütləsinə daxildir. Odur ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan Çıxarışa əsasən 2,34 ha və reyestr nömrəsi **********85, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan Çıxarışa əsasən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras qoyan X11 məxsus ¼ hissəsinin və miras qoyan X7 məxsus ¼ hissəsinin İddiaçı tərəfindən qəbul edilməsi müddətinin uzadılmasına dair qətnamə çıxarılmasını xahiş edir. İddiaçı və onun nümayəndəsi Nümayəndə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, Nümayəndə məhkəməyə ərizə göndərərək işə onların iştirakları olmadan baxılaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Cavabdeh notariusuna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş və məhkəmə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Yasab kəndində yerləşən 2.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgəlik əsasında xüsusi mülkiyyət hüququ üzrə X5, X13, X4 və X9 adlarına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Yasab kəndində yerləşən 0.38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgəlik əsasında xüsusi mülkiyyət hüququ üzrə X5, X13, X4 və X9 adlarına qeydiyyata alınmışdır. İşdə olan AZ-İİ 418210 və AZ-İ 651744 saylı ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X12 30 oktyabr 2001-ci il tarixdə, X10 08 may 2014-cü il tarixdə vəfat etmişlər. İşdə olan İ-İE 130104 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 İddiaçı atası, X10 isə anasıdır. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Yasab kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 21 avqust 2025-ci il tarixli 5-63-29/2-R-176-42- 175/2025 saylı arayışdan görünür ki, X9 və X4 vəfatından sonra miras qalmış əmlakı İddiaçı tərəfindən idarə olunur. İşdə olan Cavabdeh tərəfindən verilmiş 21 avqust 2025-ci il tarixli 1741 və 1742 saylı məktublardan görünür ki, İddiaçı müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X8 və xx.xx.2014-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlaka mirasın qəbulu faktı və ya müddətin bərpası ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Göründüyü kimi, İddiaçı miras qoyanlar Şahlar Məmmədxanovun və Bacıqız Məmmədxanovanın övladı olmaqla qanun üzrə birinci dərəcəli vərəsə kimi həmin şəxslər vəfat etdikdən sonra onların miras kütləsinə daxil olan əmlakları qəbul etmək üçün subyektiv vərəsəlik hüququ vardır. Eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı miras qoyanların miras əmlaklarını faktiki olaraq qəbul etməklə onlara yiyələnmiş və onları idarə edir. Mirasla bağlı hər hansı hüquq mübahisəsi yoxdur. Belə olan halda, iddiaçı miras qoyanların miras kütləsinə daxil olan əmlakları vaxtında notariat orqanına ərizə verməklə qəbul etməsə də, həmin müddətin buraxılmasının səbəbi üzürlü sayılaraq uzadılmasını məhkəmə məqdədəuyğun hesab edir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslıdır, təmin edilməli, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan Çıxarışa əsasən 2,34 ha və reyestr nömrəsi **********85, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan Çıxarışa əsasən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras qoyan X11 məxsus ¼ hissəsinin və X7 məxsus ¼ hissəsinin İddiaçı tərəfindən qəbul edilməsi müddəti uzadılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən reyestr nömrəsi **********84, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan Çıxarışa əsasən 2,34 ha və reyestr nömrəsi **********85, qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2025-ci il olan Çıxarışa əsasən 0,38 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras qoyan X11 məxsus ¼ hissəsinin və X7 məxsus ¼ hissəsinin İddiaçı tərəfindən qəbul edilməsi müddəti uzadılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar