Məhkəmə qərarları › İş №2(029)-1147/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1147/2025

22.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1147/2025 22.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 mart 2005-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyənləşdirilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X2 15 mart 2005-ci il tarixdə Qusar rayonunun Hil kəndində vəfat etmişdir. X1 ölümündən sonra Qusar rayonunun Hil kəndində fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi, habelə kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. X2 hələ sağlığında, 03 fevral 2004-cü il tarixli vəsiyyətnaməyə əsasən özünün bütün əmlaklarını ona vəsiyyət etmişdir. X1 ölümündən sonra ondan miras qalmış həmin əmlakları o faktiki olaraq olaraq qəbul etmiş, ailəsiilə birlikdə həmin evdə yaşayır. Hazırda X1 birinci və ikinci növbədə vərəsələri qalmamışdır. O, vəsiyyətnaməyə əsasən nənəsindən qalmış mirasın qəbul edilməsi barəsində qanunla müəyyənləşdirilmiş müddətdə notariat kontoruna rəsmi müraciət etməmişdir. O, X1 miras qalmış həmin əmlaklara dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Qusar rayon Notariat ofisinə müraciət etmişdir. Lakin qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı üçün Qusar rayon Notariat ofisi ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Nənəsinin ölümündən sonra ondan miras qalmış əmlakları o faktiki qəbul etmişdir. Onun, X1 miras qalmış əmlakı faktiki qəbul etməyi Qusar RİHB-nın Hil kənd İƏD üzrə nümayəndəliyinin 19 sentyabr 2025-ci il tarixli və 30 sentyabr 2025-ci il tarixli arayışları ilə təsdiq olunur. Bu faktı bir çox şahidlər təsdiq edə bilərlər. Ona görə də 15 mart 2005-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyənləşdirilməlidir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında Ərizəçi ərizədə göstərilənləri müdafiə edərək ərizəsinin təmin olunmasını xahiş etmişdir. Sonuncu məhkəmə iclasında Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, ərizəsində göstərilənləri təsdiq edir. Əlavəsi yoxdur, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə bildirmişdir ki, şəxsi işlərilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan baxılıb, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq həmin ofisin nümayəndəsi və digər şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. İşdə olan AZ-İİ 314715 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2005-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, mərhum X6 vəfat etdiyi günə kimi Qusar rayonu, Hil kəndi ünvanında yaşamış və onun ölümündən sonra birinci və ikinci növbə vərəsələri qalmamışdır. İş materiallarından görünür ki, mərhum X6 vəfat etdiyi günə kimi ünvan 1i ünvanında yaşamış və onun ölümündən sonra ona məxsus Qusar rayonu, Hil kəndində yerləşən fərdi yaşayış evində Ərizəçi ailəsi ilə birlikdə yaşayır. İş materiallarında olan xx.xx.2004-cü il tarixli vəsiyyətnamədən görünür ki, X3 rayonu, Hil kəndində yerləşən evini nəvəsi Ərizəçi vəsiyyət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddələrinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1 -ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Ərizəçi X2 15 mart 2005-ci il tarixdə Qusar rayonunun Hil kəndində vəfat etmişdir. X1 ölümündən sonra Qusar rayonunun Hil kəndində fərdi yaşayış evi və həyətyanı torpaq sahəsi, habelə kənd təsərrüfatı təyinatlı torpaq sahələri miras qalmışdır. X2 hələ sağlığında, 03 fevral 2004-cü il tarixli vəsiyyətnaməyə əsasən özünün bütün əmlaklarını ona vəsiyyət etmişdir. X1 ölümündən sonra ondan miras qalmış həmin əmlakları o faktiki olaraq olaraq qəbul etmiş, ailəsi ilə birlikdə həmin evdə yaşayır. Hazırda X1 birinci və ikinci növbədə vərəsələri qalmamışdır. Nənəsinin ölümündən sonra ondan miras qalmış əmlakları o faktiki qəbul etmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 15 mart 2005-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlak Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar