Məhkəmə qərarları › İş №2(029)-115/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-115/2021

26.01.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-115/2021 26.01.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxs rəisi Mövlanov Adıgözəl Mövlüd oğlunun iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, qəyyumluğu altında olan nəvələri X8 xx xxxxxx 2016-cı il tarixdə İraq Respublikasında doğulması faktının müəyyən edilməsi, onun soyadının “Cəfərov” qeyd edilməsi, X9 xx xxxxxx 2018-ci il tarixdə İraq Respublikasında doğulması faktının müəyyən edilməsi, onun soyadının “Cəfərova” qeyd edilməsi, hər iki uşağın doğum qeydinin ata qrafasında Cəfərov Rəvan, ana qrafasında isə X10 qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək izahatında göstərdi ki, qızı xx xxxxxx 1991-ci il təvəllüdlü X11 xx xxxx 2009-cu il tarixində xx xxxxxx 1978-ci il təvəllüdlü X6 ilə rəsmi nikaha girməklə evlənmişlər, nikahları Sumqayıt şəhər qeydiyyat şöbəsində 403 nömrəli Akt qeydi ilə rəsmiləşdirilmiş və birgə nikahlarından xx xxxxx 2009-cu il təvəllüdlü X7 və xx xxxxx 2010-cu il təvəllüdlü X20 adlı uşaqları anadan olmuşdur. X11 əri X6 və övladları ilə birlikdə 2013-cü ildə Türkiyə Respublikasına və oradan da Suriya Respublikasına gedərək orada yaşamağa başlamışlar. X1 terror təşkilatına qoşulmuş və daha sonra hərbi əməliyyatlar zamanı həlak olmuşdur. X31 isə İraqda əsir düşərək, uşaqları ilə birlikdə əsir ddüşərgəsinə yerləşdirilmişdir. Qızının əri Elşad Cəfərov öldükdən sonra qızı X25 Camalov adlı şəxslə dini nikaha girmişlər və bu nikahdan iki övladları xx xxxxxx 2016-cı il təvəllüdlü X17 və xx xxxxxx 2018-ci il təvəllüdlü X5 Respublikasında anadan olmuşlar. 2020-ci ilin mart ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Azərbaycan Respublikasının İraqdakı Səfirliyinin dəstəyi ilə X31nın övladları xx xxxxx 2009-cu il təvəllüdlü X7, xx xxxxx 2010-cu il təvəllüdlü X20, xx xxxxxx 2016-cı il təvəllüdlü X17 və xx xxxxxx 2018-ci il təvəllüdlü X21 Azərbaycan Respublikasına gətirilərək ona təhvil verilmişlər. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2020-ci il tarixli, 69 saylı sərəncamı ilə o, Ərizəçi nəvələri xx xxxxx 2009-cu il təvəllüdlü X7, xx xxxxx 2010-cu il təvəllüdlü X20, xx xxxxxx 2016-cı il təvəllüdlü X17 və xx xxxxxx 2018-ci il təvəllüdlü X9 üzərində qəyyum təyin edilmişdir. Hal-hazırda nəvələri xx xxxxxx 2016-cı il təvəllüdlü X8 və xx xxxxxx 2018-ci il təvəllüdlü X9 doğum haqqında şəhadətnamələri yoxdur, buna görə də o, yaşadığı yer üzrə Maraqlı şəxsnə müraciət edərək nəvələrinə doğum haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin Maraqlı şəxs xx xxxxxxxx 2020-ci il tarixli məktubla onun ərizəsinə imtina məktubu vermiş və doğum faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi bildirmişdir. Ona görə də, nəvələri xx xxxxxx 2016-cı il təvəllüdlü X8 və xx xxxxxx 2018-ci il təvəllüdlü X9 doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs rəisi Mövlanov Adıgözəl Mövlüd oğlu izahatında göstərdi ki, Ərizəçi nəvələri X8 və X9 doğumları haqqında vətəndaş vəziyyəti aktlarının qeydiyyatı kitablarında qeydiyyat yoxdur. Ərizəçinin bu barədə qeydiyyat aparılmasına dair müraciətinə həmin şöbə tərəfindən baxılmış və qeydiyyat üçün lazım olan sənədlər təqdim edilmədiyindən bu barədə qeydiyyatın aparılması mümkün olmamış, ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. O, ərizənin təmin olunub-olunmaması məsələsini məhkəmənin öz mülahaizəsinə buraxır və iş üzrə qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, Ərizəçi onun həyat yoldaşıdır. X31 xx xxxx 2009-cu il tarixdə Elşad Cəfərov ilə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahlarından xx xxxxx 2009-cu il təvəllüdlü X7 və xx xxxxx 2010-cu il təvəllüdlü X20 adlı uşaqları anadan olmuşdur. X31 əri Elşad Cəfərov və uşaqları ilə birlikdə 2013-cü ildə Türkiyə Respublikasına getmiş və sonradan onlara məlum olmuşdur ki, qızının əri Elşad orada ölmüş. O, Rəvan adlı şəxsə ərə getmiş və Rəvan adlı şəxsdən xx xxxxxx 2016-cı il təvəllüdlü X17 və xx xxxxxx 2018-ci il təvəllüdlü X21 adlı uşaqları İraq Respublikasında anadan olmuşdur. 2020-ci ilin mart ayında Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Azərbaycan Respublikasının İraqdakı Səfirliyinin dəstəyi ilə X31 və övladları Azərbaycan Respublikasına gətirilmişlər. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2020-ci il tarixli, 69 saylı sərəncamı ilə həyat yoldaşı Ərizəçi nəvələri xx xxxxx 2009-cu il təvəllüdlü X7, xx xxxxx 2010-cu il təvəllüdlü X20, xx xxxxxx 2016-cı il təvəllüdlü X13 və xx xxxxxx 2018-ci il təvəllüdlü X9 üzərində qəyyum təyin edilmişlər və həmin uşaqlar hal-hazırda onlarla birlikdə yaşayır. Məhkəmə ərizəçinin, Maraqlı şəxs rəisi Mövlanov Adıgözəl Mövlüd oğlunun izahatlarını və şahid ifadəsini dinləyib, iş materialları tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan XVİ-ЖГ № 371442 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx xxxxxx 1991-ci il tarixdə anadan olmuşdur. X2, anası Ərizəçidır. İşdə olan Azərbaycan Respublikasının İraqdakı Səfirliyi tərəfindən verilmiş AZE № AA ******* saylı Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsindən görünür ki, X17 xx xxxxxx 2016-cı il tarixdə İraq Respublikasında anadan olmuşdur. İşdə olan olan Azərbaycan Respublikasının İraqdakı Səfirliyi tərəfindən verilmiş AZE № AA ******* saylı Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsindən görünür ki, X21 xx xxxxxx 2018-ci il tarixdə İraq Respublikasında anadan olmuşdur. İşdə olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti tərəfindən Qusar rayon məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020ci il tarixli, 33/4307 nömrəli sorğuya cavabdan görünür ki, X4, X8 və X9 dövlət sərhədindən hərəkətləri barədə İAMAS bazasında X4 xx xxxxx 2013-cü il tarixdə Çıxış Türkiyə, X8 xx xxxx 2020-ci il tarixdə giriş İraq, X9 xx xxxx 2020-ci il tarixdə giriş İraq məlumatları qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidməti Terrorçuluğa qarşı mübarizə Baş İdarəsi tərəfindən Qusar rayon məhkəməsinə ünvanlanmış xx xxxxxx 2020-ci il tarixli 5/5026 nömrəli sorğuya cavabdan görünür ki, məlumat üzrə keçən, ünvan 2 ünvanında qeydiyyatda olan xx xxxxxx 1978-ci il təvəllüdlü X6 və onun həyat yoldaşı Qusar rayonunun Balaqusar kəndində qeydiyyatda olan xx xxxxxx 1991-ci il təvəllüdlü X16 azyaşlı övladları xx xxxxx 2009-cu il təvəllüdlü Abdulqafar və xx xxxxx 2010-cu il təvəllüdlü Əsma Cəfərovla birlikdə Suriyada qanunsuz hərbi birləşmələrin tərkibində iştirak etmək məqsədilə xx xxxxx 2013-cü il tarixdə Gəncə-İstanbul aviareysi ilə ölkəni tərk etmiş və bu günədək geri qayıtmamışlar. Sorğuda göstərilən Rəvan Camalov barədə müəyyənedici məlumatlar tam göstərilmədiyi üçün barəsində məlumatlar əldə etmək mümkün olmamışdır. İşdə olan Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2020-ci il tarixli 69 nömrəli Sərəncamından görünür ki, xx xxxxxx 1964-cü il təvəllüdlü Ərizəçi nəvələri- xx xxxxx 2009-cu il təvəllüdlü X7, xx xxxxx 2010-cu il təvəllüdlü X20, xx xxxxxx 2018-ci il təvəllüdlü X21 və xx xxxxxx 2016-cı il təvəllüdlü X8 üzərində qəyyum təyin edilməsi qərara alınmışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Qusar rayonunun Balaqusar kəndində yaşayan Ərizəçi ünvanlanmış xx xxxxxxxx 2019-cu il tarixli 05/Q-191/15 nömrəli cavab məktubundan görünür ki, nəzərdə tutulan sənədlərin heç biri qeydiyyat şöbəsinə təqdim edilmədiyi üçün şöbədə xx xxxxxx 2016-cı il tarixdə İraq Respublikasında doğulmuş oğlan və xx xxxxxx 2018-ci il tarixdə İraq Respublikasında doğulmuş qız nəvələrin doğumunun qeydiyyatının aparılması mümkün olmamış və uşaqların doğum faktının müəyyən edilməsi ilə əlaqədar Qusar rayon məhkəməsinə müraciət edilməsi bildirilmişdir. Beləliklə, məhkəmə tədqiqi zamanı xx xxxxxx 2016-cı il təvəllüdlü X17 və xx xxxxxx 2018-ci il təvəllüdlü X21 adlı uşaqların İraq Respublikasında anadan olmaları müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən doğum qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi qəyyumluğu altında olan nəvələri X8 xx xxxxxx 2016-cı il tarixdə İraq Respublikasında doğulması faktı, X9 xx xxxxxx 2018-ci il tarixdə İraq Respublikasında doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə qismən təmin edilsin. Ərizəçi qəyyumluğu altında olan nəvələri X8 xx xxxxxx 2016-cı il tarixdə İraq Respublikasında doğulması faktı, X9 xx xxxxxx 2018-ci il tarixdə İraq Respublikasında doğulması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar