Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1152/2025 19.11.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2nun miras kütləsinə daxil olan, Qusar rayonu Cibir kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktı barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qusar rayonu Cibir kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi xx.xx.2023-cü il tarixli ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən X2na məxsus olmuşdur. X25 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun qanun üzrə 6 nəfər vərəsələri qalmışdır. Həmin şəxslər aşağıdakılardır. O, bacısı X13, qardaşı X14, qardaşı X15, bacısı X3 və qardaşı X16. Hazırda mərhum atasından miras qalmış torpaq sahəsi onun sahibliyində və idarəçiliyndədir, vaxtaşırı olaraq həmin evə və həyətyanı torpaq sahəsinə gedib gəlir, əmlaklara nəzarət edir. Mərhum atasının digər vərəsələri olan bacı, qardaşları mərhum atasından qalmış mirası qəbul etmək istəmir, bu barədə notarial qaydada təsdiqlənmiş ərizələr var. O, həmin torpaq sahəsinə və fərdi yaşayış evinə dair adına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan onun tərəfindən mirasın qəbul edilməsini təsdiq edən sənəd təqdim edilmədiyi bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuş, bu barədə 13 sentyabr 2025-ci il tarixli 1015 saylı məktub verilmişdir. X25 vəfat edərkən 1995-ci ildə hazırda qüvvədə olan Mülki Məcəllə qüvvədə olmamış, 1964-cü il Mülki Məcəlləsi qüvvədə olmuşdur. Ona görə də, hesb edir ki, onun ərizəsinin əsasları 1964-cü ildən 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları ilə müəyyən olunmalıdır. Mərhum X25 vəfat etdikdən sonra o mirasa faktiki olaraq yiyələnmiş, miras əmlakları qəbul edən yeganə vərəsə o olmuşdur. Hesab edir ki, mərhum atasından miras qalmış yuxarıda qeyd etdiyi fərdi yaşayış evini və həmin evin yerləşdiyi torpaq sahəsini miras əmlak kimi qəbul etmək üçün onun subyektiv vərəsəlik hüququ vardır. Həmçinin, mirasa dair vərəsələr arasında hər hansı mübahisə yoxdur. Göründüyü kimi, o, miras qoyan mərhum X25un mirasını mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmiş və ona görə də, həmin miras əmlakın onun tərəfindən qəbul edilmişi faktı müəyyən olunmalı və miras əmlak onun mülkiyyətinə verilməlidir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizəçi ərizədə göstərilənləri müdafiə etdiyini bildirmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, ərizəsində göstərilənləri təsdiq edir. Əlavəsi yoxdur, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə bildirmişdir ki, şəxsi işlərilə əlaqədar məhkəmə iclaslarına gələ bilmir, iş üzrə məhkəmə iclasının onun iştirakı olmadan baxılıb, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq həmin ofisin nümayəndəsi və digər şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı ildə anadan olmuşdur. X2, anası X12r. İşdə olan xx.xx.2023-cü il tarixli ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Cibir kəndində yerləşən 0.18 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 190.6 kv.metr sahəsi olan fərdi yaşayış evi X7 xüsusi mülkiyyətindədir. İşdə olan xx.xx.2023-cü il tarixli 492 saylı Qusar RİHB-nın Piral kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışın surətindən görünür ki, mərhum X17 vəfat etdiyi günə kimi Qusar rayonu Cibir kəndində yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır. Oğlu.Ərizəçi xx.xx.1956 2.Qızı.X19 xx.xx.1954 3.0ğlu.X21 xx.xx.1959. Oğlu. X22 xx.xx.1962 5.Qızı. X18 xx.xx.1963 6.Oğlu. X23 xx.xx.1965. Mərhumun ölümündən sonra miras əmlakı Ərizəçi idarə edir. İşdə olan X8 **********613 və **********614 saylı Notarial qaydada təsdiq edilmiş ərizələrin surətlərindən görünür ki, xx.xx.1995-ci ildə vəfat etmiş mərhum X4 və xx.xx.1995-ci ildə vəfat etmiş mərhum X5 miras qalmış əmlakların, ona çatan payı, məcburi payı nə faktiki nə də ki, ərizə ilə müraciət edərək qəbul etməmiş. 6 aylıq müddəti buraxmış. Hal- hazırda qəbul etmir. İşdə olan X6 **********617 və **********517 saylı Notarial qaydada təsdiq edilmiş ərizələrin surətlərindən görünür ki, xx.xx.1995-ci ildə vəfat etmiş mərhum X4 və xx.xx.1995-ci ildə vəfat etmiş mərhum X5 miras qalmış əmlakların, ona çatan payı, məcburi payı nə faktiki nə də ki, ərizə ilə müraciət edərək qəbul etməmiş. 6 aylıq müddəti buraxmış. Hal- hazırda qəbul etmir. İşdə olan X1 **********516 və **********515 saylı Notarial qaydada təsdiq edilmiş ərizələrin surətlərindən görünür ki, xx.xx.1995-ci ildə vəfat etmiş mərhum X4 və xx.xx.1995-ci ildə vəfat etmiş mərhum X5 miras qalmış əmlakların, ona çatan payı, məcburi payı nə faktiki nə də ki, ərizə ilə müraciət edərək qəbul etməmiş. 6 aylıq müddəti buraxmış. Hal- hazırda qəbul etmir. İşdə olan X9 **********431 və **********430 saylı Notarial qaydada təsdiq edilmiş ərizələrin surətlərindən görünür ki, xx.xx.1995-ci ildə vəfat etmiş mərhum X4 və xx.xx.1995-ci ildə vəfat etmiş mərhum X5 miras qalmış əmlakların, ona çatan payı, məcburi payı nə faktiki nə də ki, ərizə ilə müraciət edərək qəbul etməmiş. 6 aylıq müddəti buraxmış. Hal- hazırda qəbul etmir. İşdə olan X10 **********432 və **********433 saylı Notarial qaydada təsdiq edilmiş ərizələrin surətlərindən görünür ki, xx.xx.1995-ci ildə vəfat etmiş mərhum X4 və xx.xx.1995-ci ildə vəfat etmiş mərhum X5 miras qalmış əmlakların, ona çatan payı, məcburi payı nə faktiki nə də ki, ərizə ilə müraciət edərək qəbul etməmiş. 6 aylıq müddəti buraxmış. Hal- hazırda qəbul etmir. İşdə olan AZ-İİ 277670 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.1995-ci ildə ölmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının 1964-cü il Mülki Məcəlləsinin 552-ci maddəsində qeyd olunurdu ki, mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsələr olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Həmin Məcəllənin 554-cü maddəsində qeyd olunurdu ki, qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağırılmış vərəsə, vərəsəlik açıldıqdan sonra onu qəbul edənə qədər ölərsə, ona çatası miras payını almaq hüququ, onun vərəsələrinə keçir. Ölmüş vərəsənin həmin hüququ mirası qəbul etmək üçün qalan müddət ərzində, ümumi əsaslar üzrə, onun vərəsələri tərəfindən həyata keçirilə bilər. Müddətin qalan hissəsi üç aydan az olduqda, həmin müddət üç aya qədər uzadılır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Qusar rayonu Cibir kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi xx.xx.2023-cü il tarixli ********** saylı daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ərizəçinin X2na məxsus olmuşdur. Ərizəçinin X25 xx.xx.1995-ci il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun qanun üzrə 6 nəfər vərəsələri qalmışdır. Həmin şəxslər aşağıdakılardır. Ərizəçi yəni - Ərizəçi, X13, X14, X15, X3 və X16. Hazırda ərizəçinin mərhum atasından miras qalmış torpaq sahəsi onun sahibliyində və idarəçiliyndədir. Ərizəçinin mərhum atasının digər vərəsələri olan bacı-qardaşları mirası qəbul etmək istəmir, bu barədə notarial qaydada təsdiqlənmiş ərizələr var. Ona görə də, məhkəmə ərizəçinin dəlilləri ilə razılaşaraq hesab edir ki, mərhum X7 miras kütləsinə daxil olan, Qusar rayonu Cibir kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi 0.18 ha torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və həmin miras əmlak vərəsəlik yolu ilə Ərizəçi mülkiyyətinə verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi mərhum X2nun miras kütləsinə daxil olan, Qusar rayonu Cibir kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-1152/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1152/2025
19.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver