Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-12/2025 23.01.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, onun vəkili X11 və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınmaqla əvvəlki sərhədin bərpa edilməsi və qanunsuz yerləşdirilmiş dəmir darvazanın cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınmaqla əvvəlki sərhədin bərpa edilməsi və qanunsuz yerləşdirilmiş dəmir darvazanın cavabdehin hesabına sökülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X1ndan miras qalmış və Qusar rayonunun Yuxarı Qələnxur kəndində yerləşməklə onun qanuni istifadəsində və sahibliyində olan fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin Cavabdeh tərəfindən zəbt olunmuş hissəsinin onun qanunsuz sahibliyindən alınıb X1nun adına verilmiş 15 iyul 1988-ci il tarixli qeydiyyat vəsiqəsi və 1989-cu ildə tərtib edilmiş texniki pasporta uyğun olaraq sərhədin bərpa edilməklə aidiyyəti üzrə geri qaytarılmaqla onun sahiblik və istifadə hüququnun bərpa edilməsinə və Cavabdeh tərəfindən həyətyanı torpaq sahəsi ilə sərhəddə evin həyətinə giriş üçün qanunsuz olaraq quraşdırılan dəmir darvazanın cavabdehin hesabına sökülməsinə və ödənilmiş dövlət rüsumunun cavabdehdən alınaraq onun xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, Qusar rayonunun Yuxarı Qələnxur kəndində yaşayır. Yaşadığı ev 2 mərtəbəli, 3 otaqlı olmaqla X1na məxsus olmuş və bu barədə adına 15 iyul 1988-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsi və texniki pasport mövcuddur. Həmin evin yerləşdiyi torpaq sahəsi isə 1500 kv. metr, yəni 0,15 hadır. X1 30 oktyabr 1998-ci il tarixdə, anası X13 isə xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. Valideynlərinin vəfatından sonra onlardan miras qalmış evdə ailəsilə birlikdə o yaşayır və təsərrüfatı faktiki idarə etməklə həmin ev və evin yerləşdiyi həyətyanı torpaq sahəsi onun qanuni sahibliyində və istifadəsindədir. Neçə illərdir ki, ailəsini dolandırmaq məqsədi ilə yay aylarında Rusiya Federasiyasının Dağıstan Respublikasına işləməyə gedir. Son illər ona məlum olmuşdur ki, çəpər qonşusu-iş üzrə Cavabdeh onun Dağıstan Respublikasına getməklə uzun müddət evdə olmamağından sui-istifadə edərək faktiki idarəçiliyində və sahibliyində olan, mərhum valideynlərindən miras qalmış fərdi yaşayış evinin yerləşdiyi həyətyanı torpaq sahəsinin onun həyətyanı torpaq sahəsi ilə həmsərhəd olan tərəfindən qanunsuz olaraq çəpər boyu içəri daxil olmaqla çəpərin yerini dəyişmiş, həyətyanı torpaq sahəsi ilə sərhəddə evin həyətinə giriş üçün istifadə olunan dəmir darvaza quraşdırmışdır. Cavabdehin bu hərəkətlərindən xəbər tutan kimi bu barədə Qusar RİHB-nın Yuxarı Qələnxur İƏDÜ Nümayəndəliyə, Qusar rayonunun Yuxarı Qələnxur bələdiyyəsinə və Qusar Rayon Polis Şöbəsinə yazılı müraciətlər etmişdir. Onun müraciətləri əsasında həmin təşkilatların nümayəndələri tərəfindən onun və Cavabdeh iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, müəyyən ölçmə işləri aparılmış, lakin koordinatların yerində dəqiq müəyyən edilməməsi səbəbindən ölçmə işlərinin aparılması mümkün olmamış, mübahisənin həll edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə və məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. Ona görə də valideynlərimin ölümündən sonra miras qalmış fərdi yaşayış evi üzərində mülkiyyət hüquqlarının dövlət reyetrində qeydiyyata alınması və yeni texniki pasportun hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə tərəfindən müraciət olunmuş və qeydiyyatın 15 iyul 1988-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsi və texniki pasporta uyğun aparılmasını xahiş etmişdir. Müraciətilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin nümayəndəsi tərəfindən həmin torpaq sahəsi müayinə edilmiş, lakin evin texniki pasportunda göstərilən ölçülər faktiki naturaya uyğun olmadığına, həmçinin fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi üzərində mübahisə olduğuna görə müraciəti təmin edilməmişdir. Göründüyü kimi, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində o, miras qalmış əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasını həyata keçirə bilmir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X14 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan İV-ЖГ 474287 olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 30 oktyabr 1998-ci il tarixdə Qusar rayonunda ölmüşdür. İşdə olan AZ-İ 540795 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2010-cu ildə Qusar şəhərində anadan olmuşdur. İşdə olan JN-036A KOD 30125018 saylı torpağın mülkiyyətə verilməsi tələbinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon AİK-nın 28 oktyabr 1998-ci il tarixli 13 saylı qərarına əsasən X10 mülkiyyətinə Qusar rayonu Yuxarı Qələxur kəndi ərazisində 0.15 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-21-34/2-B-00xx-xx/2024 saylı mütəxəssis rəyinən görünür ki, Qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatlarını naturadan plana alınaraq kameral şəraitdə, torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmişdir, nəticədə müəyyən olunmuşdur ki, 5 yanvar 1989-cu il tarixli yaşayış evinin texniki pasportuna əsasən, X4 məxsus Qusar rayonu Yuxarı Kalanxur kəndində yerləşən torpaq sahəsinin naturada ölçüsü 0.1511 ha təşkil edir. 5 yanvar 1989-cu il tarixli yaşayış evinin texniki pasportuna əsasən, X4 məxsus Qusar rayonu Yuxarı Kalanxur kəndində yerləşən torpaq sahəsinin künc koordinatları müəyyən edilməklə sərhədlərin müəyyən edilməsi mümkün deyildir. Həmin torpaq sahəsi və ya hər hansı bir hissəsi Cavabdeh tərəfindən istifadə olunmur. Heç bir ölçüdə istifadə olunmur. İddiaçı iddia ərizəsində sökülməsini tələb etdiyi dəmir darvaza iddiaçıya məxsus torpaq sahəsində inşa edilməmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 22 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/7957 saylı rəyindən görünür ki, Qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Faiq Seyidovun mütəxəssis rəyində qeyd edilir ki, 15 yanvar 1989-cu il tarixli yaşayış evinin texniki passportuna əsasən, X4 məxsus Qusar rayonu Yuxarı Kalanxur kəndində yerləşən torpaq sahəsinin naturada ölçüsü 0.1511 ha təşkil edir. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Faiq Seyidovun mütəxəssis rəyində qeyd edilir ki, 15 yanvar 1989-cu il tarixli yaşayış evinin texniki passportuna əsasən, X4 məxsus Qusar rayonu Yuxarı Kalanxur kəndində yerləşən torpaq sahəsinin künc koordinatları müəyyən edilməklə sərhədlərin müəyyən edilməsi mümkün deyildir. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Faiq Seyidovun mütəxəssis rəyində qeyd edilir ki, həmin torpaq sahəsi və ya hər hansı bir hissəsi Cavabdeh tərəfindən istifadə olunmur. Qərardadın 4-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinin mühəndisi Faiq Seyidovun mütəxəssis rəyində qeyd edilir ki, heç bir ölçüdə istifadə olunmur. Qərardadın 5-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi idarəsinin mühəndisi Faiq Seyidovun mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı iddia ərizəsində sökülməsini tələb etdiyi dəmir darvaza iddiaçıya məxsus torpaq sahəsində inşa edilməmişdir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3-21-34/2-B-00xx-xx/2024 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 22 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/7957 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X12 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə əəsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam verək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzrə hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsdiq edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Göründüyü kimi, məhkəmə tədqiqatı zamanı Cavabdeh tərəfindən iddiaçıya məxsus hər hansı torpaq sahəsində tikili inşa etdirməsi və onun mülkiyyət hüququnu hər hansı şəkildə pozması öz təsdiqini tapmamış, əksinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli 3- 21-34/2-B-00xx-xx/2024 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 22 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/7957 saylı ekspert rəyi ilə təkzib olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən, işin faktiki halları iddia tələbinin hüquqi əsası ilə uzlaşmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyi üçün iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 22 oktyabr 2024-cü il tarixli 3-16-16/2-10/7957 saylı rəy üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X9, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi : İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin qanunsuz sahiblikdən geri alınmaqla əvvəlki bərpa sərhədin edilməsi və qanunsuz yerləşdirilmiş dəmir darvazanın cavabdehin hesabına sökülməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X9, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-12/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-12/2025
23.01.2025 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver