Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1220/2025 05.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ X1 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1980 (min doqquz yüz səksən) manat pulun və məhkəməyə ödənilən 40 (qırx) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilıməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırmışdır ki, o, Cavabdeh Qusar rayonu, Həsənqala kəndindən tanıyır, tanışlığı uzun müddət olduğu üçün Cavabdeh ondan borca pul istədikdə o, onun vəziyyətini başa düşərək onu pis vəziyyətdə qoymaq istəməmiş, Özünün pulu olmadığından ona pul vermək üçün Kapital Bankdan borca pul götürməli olmuş, xx.xx.2024-ci ildə ilkin olaraq 966 (doqquz yüz altmış altı) manat məbləğində vəsait götürərək kart vasitəsi ilə 750 (yeddi yüz əlli) manatı Tahirə vermiş və yerdə qalan pulu sığorta və digər ödənişlər üçün xərcləmişdir. Cavabdeh bu pulu və faizləri ödəyəcəyinə söz versə də, borcu qaytarmamışdır. O, borcunu faizlərlə birlikdə qaytarılması üçün növbəti dəfə kreditlər götürmüş və hər dəfə Tahirin vədlərinə inanmışdır. Ümumilikdə kart və nağd vasitəsi ilə 2024-cü ilin iyulun və sentyabr aylarında hissə-hissə Cavabdeh 1980 (bir min doqquz yüz səksən) manat pul vəsaiti vermiş, lakin Tahir pulunu qaytarmamışdır. Rəsmi olaraq qarşı tərəfə xx.xx.2025-ci ildə "pretenziya" məktubu da göndərmiş, lakin rəsmi məktuba da qarşı tərəf cavab verməmişdir. Cavabdehin borcun etiraf etməsi ilə bağlı videogörüntü də mövcuddur. Odur ki, qeyd olunanları nəzərə alaraq öhdəliyin icra edilməsi üçün və pul tələbi ilə bağlı məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bədrixan oğluna məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına razı olduğunu bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qəbzlərdən görünür ki, soyadı, adı və atasının adı “A.T.B” (Cavabdeh) kimi qeyd edilmiş şəxsin bank kartına cəmi 650 manat məbləğində pul köçürülmüşdür. Bundan başqa, iddiaçı tərəfindən məhkəməyə təqdim edilən videogörüntüləri əks etdirən CD diskə baxış keçirilərkən müəyyən olunur ki, Cavabdeh İddiaçı cəmi 1980 manat borcunun olduğunu etiraf edir. Bununla da, məhkəmə iclasında müəyyən olunan hallar ondan ibarətdir ki, iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1980 manat məbləğində pul verməsi təqdim edilmiş sübutlarla təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı, yəni cavabdehin hazırda iddiaçiya 1980 manat məbləğində pul borclu olduğunu sübut etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki prosessual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddiaçı cavabdehə pulun borc verilməsini sübut etməlidir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh bağlanmış borc müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmış və o, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 1980 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, İddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 40 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1980 (min doqquz yüz səksən) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 40 (qırx) manat məbləğində pul vəsaiti alınıb İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Qusar rayon məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. . SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-1220/2025
Qusar Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(029)-1220/2025
05.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver