Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-125/2023 14.02.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı ümumi mülkiyyət hüququnun müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı ümumi mülkiyyət hüququnun müəyyən edilməsi və maneələrin aradan qaldırılması”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Qusar rayonu, Çiləgir kəndində yerləşən 0.0265 ha torpaq sahəsinə və "xxxx" MMC tərəfindən inşa olunan Qusar şəhəri, Fizulu küçəsində yerləşən binanın “B” blokunun 3-cü mərtəbəsində 3 otaqlı 20 saylı mənzilə dair İddiaçı ½ paylı ümumi mülkiyyət hüququnun müəyyənləşdirilməsi və qeyd olunan torpaq sahəsindən və mənzildən istifadəyə cavabdehlər tərəfindən yaradılan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin məhkəmə baxış iclasında baxılması xx.xx.2023 və xx.xx.2023-cü il tarixlərinə təyin edilsə də, iddiaçı və onun etibarnamə üzrə nümayəndəsi və vəkilinə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə əvvəlcədən lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər,gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə saat 15:00-a təyin edilmiş baxış iclasında üzürlü səbəblərdən iştirak edə bilməyəcəyi üçün mülki işə onların (cavabdehlərin) iştirakları olmadan məhkəmə baxışının keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 məhkəməyə ünvanlandığı ərizədən görünür ki, işə mahiyyəti üzrə baxılıb yekunlaşdırılması barədə hər hansı mövqe bildirməmişdir. Azərbaycan Respublikasının MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, mülki iş üzrə tərəflər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlmədiklərindən – iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanmalıdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarının 9.1-ci bəndində qeyd olunur ki,Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Həmin qərarın 9.2-ci bəndində qeyd olunur ki, məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlanıldıqda məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. Hal-hazırda İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı ümumi mülkiyyət hüququnun müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonraİddiaçı geri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili məhkəmə iclasına gəlmədiyindən, cavabdehlər və onların etibarnamə üzrə nümayəndəsi və vəkili mülki işə baxılaraq qanuni qərarın qəbul edilməsini məhkəmədən xahiş etmədiyindən, mülki iş baxılmamış saxlanmalıdır. Həmçinin, məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə, ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM–nin259, 260, 263, 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı ümumi mülkiyyət hüququnun müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı ümumi mülkiyyət hüququnun müəyyən edilməsi və maneələrin aradan qaldırılması” tələbinə dair məhkəmədə işə baxılması üçün ödənilmiş 100 (yüz) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonraİddiaçı geri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etməklə iddiaçı təkrarən ərizənin baxılmamış saxlanması barədə qərardadın ləğv edilməsinə dair vəsatətlə məhkəməyə müraciət etmək hüquqları tərəflərə izah edilsin. Qərardaddan tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-125/2023
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-125/2023
14.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver