Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-126/2021 12.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı vəkili X6 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona məxsus ünvan 1 ünvanında yerləşən evə istifadə hüquqlarının itirilmiş hesab edilməsi və onun həmin evdən pasport qeydiyyatından çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə teleqram göndərərək, xəstəliyi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyini, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəməyə göndərdiyi iddia ərizəsindən görünür ki, Qusar şəhəri, T.İsmayılov küçəsi, 81 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. O, həmin evi Cavabdeh satın almış və həmin evə mülkiyyət hüququ xx xxxxxx 2018-ci il tarixli Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. O, həmin evi aldıqdan sonra ona məlum olmuşdur ki, iş üzrə Cavabdeh ona məxsus evdə formal olaraq qeydiyyatda qalmışdır. Araşdırma nəticəsində həmin şəxs evin ondan əvvəlki mülkiyyətçisi X3 qardaşıdır və o, uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayır və hazırda həmin evdə cavabdehə aid heç bir əşya yoxdur. Cavabdehin hal-hazırda formal olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi kimi onun hüquqlarını pozur və məhdudlaşdırır. Mənzilə dair sahiblik, istifadə və sərəncam hüquqularını sərbəst şəkildə həyata keçirə bilmir. Ona görə o, həmin evə dair əlavə kommunal və digər xərclər ödəyir. Cavabdeh özünə başqa daimi yaşayış sahəsi seçdiyindən, hazırda həmin evdə ona aid heç bir əmlakı olmadığından cavabdehin ona məxsus evdə qeydiyyatda olması formal xarakter daşıyır və bu isə onun mülkiyyət hüququnu pozur və məhdudlaşdırır. Odur ki, hesab edir ki, cavabdehin ona məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair istifadə hüquqları itirilməli və o, həmin mənzildən pasport qeydiyyatdan çıxarılmalıdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb cavabdeh X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəyə baxaraq, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan xx xxxxxx 2018-ci il tarixdə AN-l № ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinin surətindən görünür ki, X2 şəhəri, T.İsmayılov küçəsi, 81 ünvanda yerləşən ümumi sahəsi 96.3 kv.metr olan fərdi yaşayış evini və 0.0459 ha torpaq sahəsini İddiaçı oğluna satmışdır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya RX № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, Qusar şəhəri, T.İsmayılov küçəsi, 81 ünvanında yerləşən **********88-10301 reyestr nömrəli 0.0459 hektar torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə payı tam olmaqla İddiaçı adına rəsmiləşdirilmişdir. İşdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı Arayışın təsdiq olunmuş surətindən görünür ki, X9, Cavabdeh və X1 şəhəri T.İsmayılov küçəsi ev 81 ünvanında qeydiyyatdadırlar. İşdə olan Qusar RİHB-nın Qusar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 2030 saylı Arayışdan görünür ki, İddiaçı ünvan 2 saylı evdə yaşayır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 5 ünvanda İddiaçı məxsus olan 0.0459 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına dövlət qeydiyyatına alınmaqla Seriya RX ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçıya məxsus həmin evdə qeydiyyatdadır. Cavabdeh iddiaçıya məxsus olan ünvan 5 evdə qeydiyyatda olsa da, uzun müddətdir ki, həmin evdə yaşamır. Məhkəmə iclası zamanı araşdırılmış sübutlardan görünür ki, Qusar şəhəri, T.İsmayılov küçəsi, 81 ünvanında yerləşən torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələblərinə görə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, Cavabdeh ünvan 5 ünvanında yerləşən İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evində formal qeydiyyatdadır. Belə ki, faktiki olaraq Cavabdeh həmin evdə yaşamır. Evdən istifadəyə dair Cavabdehlə iddiaçı arasında hər hansı bir razılaşma yoxdur. Cavabdeh ünvan 5 ünvanda yerləşən İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evində formal olaraq qeydiyyatda olmaları mülkiyyətçi kimi İddiaçı hüquqlarını pozur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunan normaların tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh ünvan 5 ünvanda yerləşən İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Qusar şəhəri, T.İsmayılov küçəsi, 81 saylı ünvanda yerləşən İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evinə istifadə hüququ itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-126/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-126/2021
12.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver