Məhkəmə qərarları › İş №2(029)-126/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-126/2024

03.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-126/2024 03.12.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbr edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbr edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli və xx.xx.2017-ci il qeydiyyat tarixli hüququnların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ona məxsus olan Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 2.19 ha torpaq sahəsinin 0.32 ha hissəsindən çıxarılaraq həmin torpaq sahəsinin aidiyyatı üzrə ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Qusar rayonu Aşağı Ləyər kəndi ərazisindən 2.19 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi almışdır və həmin torpaq sahəsinə dair onun mülkiyyət hüququ Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli və xx.xx.2017-ci il qeydiyyat tarixli hüququnların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ilə təsdiq olunur. Həmin torpaq sahəsinə kol-kosla hasara almışdır, orada yonca, həmçinin albalı, gavalı, fındıq və başqa meyvə ağacları əkmişdir və öz torpaq sahəsini istifadə etməyə davam etmişdir. Cavabdeh Qəfəddin oğlu onun qonşusudur. O, 2021-ci ildə o, naxır növbəsində qayıtdıqdan sonra cavabdehdən tərəfindən yuxarıda qeyd etdiyi torpaq sahəsindəki kol-kosdan hazırladığı çəpərin yandırıldığını, xeyi sayda meyvə ağaclarının çıxarıldığını görmüşdür. Cavabdeh Qəfəddin oğlu ona torpaq sahələrinin ölçülərinin müəyyən edilməsi üçün guya mütəxəssis gətirdiyini, torpaq sahələri ölçülərkən guya onun cavabdehə məxsus torpaq sahəsinə girdiyini bildirmişdir. Cavabdeh təxminən 190 metr uzunluqda 16 metr enində, ümumi 0.32 hektardan çox onun torpaq sahəsini zəbt etmişdir. Dəfələrlə cavabdehə zəbt etdiyi ona məxsus torpaq sahəsindən çıxmasını bildirsə də, onun müraciətlərinə heç bir məhəl qoymamış, özbaşına hərəkətini davam etdirmişdir. Bundan sonra şübhə qalmaması üçün o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Mütəxəssislər tərəfindən torpaq sahəsində ölçülmüş və döngə nöqtələri yerində göstərilmişdir. Bu hal, yəni ona məxsus qanuni torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilərək istifadə olunması bir növ 5 saylı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-21 -3-34/2- 13712/2023 saylı cavab məktubu ilə də öz təsdiqini tapır. Artıq bu mütəxəssis rəyindən sonra da Cavabdeh Qəfəddin oğlu özbaşına hərəkətini xoşluqla dayandımadığı üçün, yəni ona məxsus torpaq sahəsindən çıxmaq istəmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 iddianı qəbul etməmiş və iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işə iddiaçının və cavabdehin etibarnamə üzrə nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, işdə olan seriya RX ******* olan xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 2.19 ha kənd təsərrüfı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 17 iyul 2024-cü il tarixli 3-21-3-34/2-7653/2024 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Qərardadda mütəxəssis qarşısında qoyulmuş sualları cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatlarını naturadan plana alınaraq kameral şəraitdə, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmişdir, nəticədə müəyyən olunmuşdur ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli və xx.xx.2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən, İddiaçı məxsus Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən torpaq sahəsinin naturada ölçüləri 2.0 ha təşkil edir və həmin ölçü hüquq müəyyənedici sənəd uyğun deyildir. Cavabdeh və onun ailə üzvlərinə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2.8 ha olmaqla **********03 reyestr nömrəli çıxarış verilmişdir və naturada cavabdehin faktiki torpaq sahəsi 2.8 ha təşkil edir. Cavabdehin faktiki istifadəsində 2.8 ha torpaq sahəsinin olmasını nəzərə alınsa, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsindən istifadə edilmir. Qeyd: İddiaçı məxsus torapaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 2.19 ha olmasına baxmayaq faktiki 2.0 ha təşkil edir yəni 0.19 ha azalmanın olması aşkarlanmışdır, torpaq sahəsində TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən azalma mövcud deyildir, lakin həmin məlumat bazasına əsasən iddiaçıya məxus torpaq sahəsindən 0.127 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 2.8 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh Elşad oğluna məxsus 2.8 ha torpaq sahəsinin sərhədlərini həmin torpaq sahəsinə müvafiq çıxarışın verilməsi zamanı naturada torpaq islahatı zamanı hazırlanmış xəritəyə əsasən göstərilmişdir və cavabdehin torpaq sahəsinin faktiki sərhədləri həmin cizgilərdən kənarda yerləşmir, lakin həmin torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə 0.21 ha azalma ilə uçota alınmışdır, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən həmin ərazidə yerləşən digər qonşu torpaq mülkiyyətçilərində də torpaq azalmaları qeydə alınmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli 3-16-16/1-10/6489 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-34/2-7653/2024 saylı mütəxəssis rəyinin məlumatlarına istinad olunur. Mütəxəssis rəyindən görünür ki, Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı ********** qeydiyyat nömrəli və 07.01,2017-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı məxsus Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən torpaq sahəsinin naturada ölçüləri 2.0 ha təşkil edir və həmin ölçü hüquq müəyyən edici sənədə uyğun olmadığı göstərilmişdir. Cavabdeh və onun ailə üzvlərinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 2.8 ha olmaqla **********03 reyestr nömrəli çıxarış verilmişdir və naturada cavabdehin faktiki torpaq sahəsi 2.8 ha təşkil etdiyi göstərilmişdir. Cavabdehin faktiki istifadəsində 2.8 ha torpaq sahəsinin olmasını nəzərə alınsa, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsindən istifadə edilmədiyi göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli 3-16-16/1-10/6489 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, İddiaçı Cavabdeh Qəfəddin oğlunun Seriya RX № ******* saylı, ********** qeydiyyat nömrəli və xx.xx.2017-ci il qeydiyyat tarixli hüququnların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ona məxsus olan Qusar rayonu Aşağı Ləyər kəndində yerləşən 2.19 ha torpaq sahəsinin 0.32 ha hissəsindən çıxarılaraq həmin torpaq sahəsinin aidiyyatı üzrə ona qaytarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 17 iyul 2024-cü il tarixli 3-21-3-34/2- 7653/2024 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli 3-16-16/1-10/6489 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı məxsus torapaq sahəsi hüquq müəyyənedici sənəd üzrə 2.19 ha olmasına baxmayaq faktiki 2.0 ha təşkil edir yəni 0.19 ha azalmanın olması aşkarlanmışdır, torpaq sahəsində TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən azalma mövcud deyildir, lakin həmin məlumat bazasına əsasən iddiaçıya məxus torpaq sahəsindən 0.127 ha hissəsinin cavabdehin faktiki istifadəsində olan 2.8 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdeh Elşad oğluna məxsus 2.8 ha torpaq sahəsinin sərhədlərini həmin torpaq sahəsinə müvafiq çıxarışın verilməsi zamanı naturada torpaq islahatı zamanı hazırlanmış xəritəyə əsasən göstərilmişdir və cavabdehin torpaq sahəsinin faktiki sərhədləri həmin cizgilərdən kənarda yerləşmir, lakin həmin torpaq sahəsi TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirildikdə 0.21 ha azalma ilə uçota alınmışdır, TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasına əsasən həmin ərazidə yerləşən digər qonşu torpaq mülkiyyətçilərində də torpaq azalmaları qeydə alınmışdır. Cavabdehin faktiki istifadəsində 2.8 ha torpaq sahəsinin olmasını nəzərə alınsa, cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir hissəsindən istifadə edilmədiyi göstərilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X3 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzrə hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsdiq edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 17 iyul 2024-cü il tarixli 3-21-3-34/2-7653/2024 saylı mütəxəssis rəyini və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 20 avqust 2024-cü il tarixli 3-16-16/1-10/6489 nömrəli ekspert rəyini işin halları müəyyən edən əsas sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi hallar iş materialları və ekspert rəyi ilə təkzib olunduğundan iddia tələbi əsassızdır, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Odur ki, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbr edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi rədd edildiyindən, iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 20 avqust 2024-cü il tarixli 3-16-16/1-10/6489 saylı rəyi üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı Cavabdeh qarşı qanunsuz olaraq zəbr edilmiş torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 20 avqust 2024-cü il tarixli 3-16-16/1-10/6489 saylı rəyi üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar