Məhkəmə qərarları › İş №2(029)-1269/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1269/2025

28.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1269/2025 28.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ X21 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 06 noyabr 2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyənləşdirilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırmışdır ki, onun qardaşı X10 06 noyabr 2023-cü il tarixdə Qusar rayonu Urva kəndində vəfat etmiş, onun vərəsələri kimi o və bacısı X6 qalmışlar. X2 ölümündən sonra miras kimi VAZ-21053 markalı, ** EE *** qeydiyyat nişanlı minik avtomaşını qalmış və onun tərəfindən faktiki olaraq olaraq qəbul edilərək hal-hazırda istifadəsindədir. Digər vərəsə X6 X1 qalmış mirasdan özünə düşən payından onun xeyrinə imtina etmişdir. Mirasın qəbul edilməsi barəsində qanunla müəyyənləşdirilmiş müddətdə notariat kontoruna rəsmi müraciət edə bilməmişdir. O, X1 miras qalmış əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin qanunla müəyyənləşdirilmiş müddət buraxıldığı üçün Maraqlı şəxs ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Bu səbəbdən də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Mirasın açıldığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasın açıldığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən “vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.” Onun X1 miras qalmış əmlakı faktiki qəbul etməyi Qusar RİHB- nın Urva kənd İƏD üzrə nümayəndəliyinin 15 fevral 2024-cii il tarixli 133 nömrəli və 14 noyabr 2024-cü il tarixli 636 nömrəli arayışları ilə təsdiq olunur. Ona görə də 06 noyabr 2023-cü il tarixdə vəfat etmiş X1 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktı məhkəmə qaydasında müəyyənləşdirilməlidir. X1 miras qalmış əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyənləşdirilməsi ona vərəsəlik hüquqlarını həyata keçirmək üçün zəruridir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, ərizə üzrə tələbini müdafiə edir, məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs notariusuna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 28 dekabr 2024-cü il tarixli 781 saylı Arayışdan görünür ki, X10 06 yanvar 1969-cu ildə anadan olmuş, atası X13, anası X3r. İşdə olan İ-İE 750150 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1959-cu ildə anadan olmuş, atası X13, anası X3r. İşdə olan xx.xx.2023-cü tarixli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, VAZ-21053 minik markalı ** EE *** dövlət qeydiyyat nişanlı avtomobil xüsusi mülkiyyət hüququ üzrə X7 adına qeydiyyata alınmışdır. İşdə olan AZ-İİ 388336 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İşdə olan AZ-İİ 260801 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X11 27 avqust 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İşdə olan AZ-İİ 314750 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Urva kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 noyabr 2024-cü il tarixli 636 saylı arayışdan görünür ki, X10 vəfat etdikdən sonra aşağıdakı vərəsələri qalmışdır:

1. Ərizəçi Veysıl oğlu

2. X8. Mərhumun ölümündən sonra əmlakını Ərizəçi idarə edir. İşdə olan X4 18 noyabr 2024-cü il tarixli 64/82-n/64-2024-3-463 reyestr nömrəli notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, X9 mirasında ona çatası miras payından Ərizəçi xeyrinə imtina etmişdir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli 196 saylı məktubdan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 miras qalmış əmlaka mirasın qəbulu faktı və ya müddətin bərpası ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, Ərizəçi miras qoyan Fazər Bağırovun qardaşı olmaqla qanun üzrə ikinci dərəcəli vərəsə kimi həmin şəxs vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan əmlakları qəbul etmək üçün subyektiv vərəsəlik hüququ vardır. Miras qoyan Fazər Bağırovun mirasını qəbul etmək hüququ olan digər vərəsə mirası qəbul etməmiş, bu barədə notarial qaydada ərizələr vermiş və bununla da mirasa dair mübahisə yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, ərizəçi miras qoyanın miras əmlaklarını faktiki olaraq qəbul etməklə onlara yiyələnmiş və onları idarə edir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Göründüyü kimi, Ərizəçi uzun müddətdir ki, miras qoyan Fazər Bağırovun miras kütləsinə daxil olan əmlakına faktiki sahiblik edir və onu idarə edir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi miras qoyan Fazər Bağırovun miras əmlakını mirasın qəbul edilməsini faktiki üsulu ilə qəbul etmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ərizə əsaslıdır, təmin edilməli, 06 noyabr 2023-cü il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qətetdi:

Ərizə təmin edilsin. 06 noyabr 2023-cü il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.

HAKİM: ANAR QASİMOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar