Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1285/2025 26.01.2026 QUSAR RAYON MƏHKƏMƏSİ X14 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X1nun və mərhum anası X9 miras kütləsinə daxil olmaqla, KOD 30104018 JN-019F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə ümumi birgəlik əsasında xüsusi mülkiyyət hüququ üzrə həmin şəxslərin adlarına rəsmiləşdirilmiş, Qusar rayonu Əcəxur oba kəndində yerləşən 0.21 ha həyətyanı torpaq sahəsinin və KOD 30104018 JN:0069 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ümumi birgəlik əsasında xüsusi mülkiyyət hüququ üzrə həmin şəxslərin adlarına rəsmiləşdirilmiş, Qusar rayonu Əcəxur oba kəndində yerləşən 3.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlaklar kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonu Əcəxur oba kəndində yerləşən 0.21 ha həyətyanı torpaq sahəsi ümumi birgəlik əsasında xüsusi mülkiyyət hüququ üzrə valideynləri X3 və X9 adlarına qeydiyyata alınmaqla KOD 30104018 JN- 019F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Bundan başqa, Qusar rayonu Əcəxur oba kəndində yerləşən 3.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi də ümumi birgəlik əsasında xüsusi mülkiyyət hüququ üzrə həmin şəxslərin adlarına qeydiyyata alınmaqla KOD 30104018 JN:0069 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X1 23 yanvar 2005-ci il tarixdə, anası X12 12 mart 2015-ci il tarixdə vəfat etmişlər. Vəfat etdikdən sonra onların qanun üzrə vərəsəsləri kimji özü və qardaşı X6 qalmışlar. Valideynləri vəfat etdiyi vaxtdan etibarən o, onların miras kütləsinə daxil olan torpaq sahələrini idarə edir, həmin torpaq sahələri onun faktiki sahibliyində və istifadəsindədirlər. Digər vərəsə olan qardaşı Mahir Cavadov mirasdan pay tələb etmir, mirasa dair vərəsəlik hüquq mübahisəsi yoxdur. O, həmin torpaq sahələrinə dair adına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin oradan onun tərəfindən mirasın qəbul edilməsini təsdiq edən sənəd təqdim edilmədiyi bildirilərək hər iki valideyninin mirasının qəbulu faktının müəyyən edilməsi və ya müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyi 06 noyabr 2025-ci il tarixli 2574 və 02 dekabr 2025-ci il tarixli 2867 saylı məktublarla tövsiyyə olunmuşdur. Ərizəçi İslamuddin oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək göstərmişdir ki, ərizə üzrə tələbini müdafiə edir, məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs notariusuna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan KOD 30104018 JN-019F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Əcəxur oba kəndində yerləşən 0.21 ha həyətyanı torpaq sahəsi ümumi birgəlik əsasında xüsusi mülkiyyət hüququ üzrə X3 və X9 adlarına qeydiyyata alınmışdır. İşdə olan KOD 30104018 JN:0069 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayonu Əcəxur oba kəndində yerləşən 3.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgəlik əsasında xüsusi mülkiyyət hüququ üzrə X3 və X9 adlarına qeydiyyata alınmışdır. İşdə olan AZ 146937 və AZ-İ 721515 saylı ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X4 23 yanvar 2005-ci il tarixdə, X12 12 mart 2015-ci il tarixdə vəfat etmişlər. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Əcəxur kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 01 dekabr 2025-ci il tarixli 5-63-32/2-C- 182-42-182/2025 və 5-63-32/2-C-183-42-183/2025 saylı arayışlardan görünür ki, X4 və X12 vəfat etdikdən sonra onların qanun üzrə aşağıdakı vərəsəsləri qalmışdır:
1. Ərizəçi İslamuddin oğlu
2. X6. İşdə olan X5 notarial qaydada təsdiq olunmuş 09 avqust 2022-ci il və 07 sentyabr 2022-ci il tarixli ərizələrindən görünür ki, o, X3 və X9 miras əmlaklarını qəbul etməmiş, müddəti ötürmüş, həmin mirasın Ərizəçi İslamuddin oğlunun adına rəsmiləşdirilməsinə etiraz etmir. İşdə olan Maraqlı şəxs tərəfindən verilmiş 06 noyabr 2025-ci il tarixli 2574 saylı və 02 dekabr 2025-ci il tarixli 2867 saylı məktubdan görünür ki, Ərizəçi İslamuddin oğlunun müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X8 və xx.xx.2005-ci il tarixdə vəfat etmiş X2 miras qalmış əmlaka mirasın qəbulu faktı və ya müddətin bərpası ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, Ərizəçi miras qoyanlar İslamuddin Cavadovun və Tamu Cavadovanın övladı olmaqla qanun üzrə birinci dərəcəli vərəsə kimi həmin şəxslər vəfat etdikdən sonra onların miras kütləsinə daxil olan əmlakları qəbul etmək üçün subyektiv vərəsəlik hüququ vardır. Miras qoyanların mirasını qəbul etmək hüququ olan digər vərəsə olan Mahir Cavadov mirası qəbul etmək niyyəti olmadığı və mirasın ərizəçi tərəfindən qəbul edilməsinə etiraz etmədiyi barədə məhkəməyə notarial qaydada ərizə vermiş və bununla da mirasa dair mübahisə yoxdur. Eyni zamanda müəyyən edilmişdir ki, ərizəçi miras qoyanın miras əmlaklarını faktiki olaraq qəbul etməklə onlara yiyələnmiş və onları idarə edir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Göründüyü kimi, Ərizəçi miras qoyanlar İslamuddin Cavadovun və Tamu Cavadovanın miras kütləsinə daxil olan əmlakları mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ərizə əsaslıdır, təmin edilməli, miras qoyanlar İslamuddin Cavadovdan və Tamu Cavadovadan miras qalmış əmlakların ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Qətetdi:
Ərizə təmin edilsin. Miras qoyanlar mərhum X3 və mərhum X9 miras kütləsinə daxil olmaqla, KOD 30104018 JN-019F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə ümumi birgəlik əsasında xüsusi mülkiyyət hüququ üzrə həmin şəxslərin adlarına rəsmiləşdirilmiş, Qusar rayonu Əcəxur oba kəndində yerləşən 0.21 ha həyətyanı torpaq sahəsinin və KOD 30104018 JN:0069 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə ümumi birgəlik əsasında xüsusi mülkiyyət hüququ üzrə həmin şəxslərin adlarına rəsmiləşdirilmiş, Qusar rayonu Əcəxur oba kəndində yerləşən 3.06 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlaklar kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar.
HAKİM: ANAR QASİMOV