Məhkəmə qərarları › İş №2(029)-131/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-131/2023

17.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-131/2023 17.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15000 (on beş min) manat məbləğinin cavabdeh "xxxx" ASC tərəfindən alınaraq kompensasiya kimi, birdəfəlik ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, hal-hazırda Qusar rayonu Yasab kəndində yaşayır. Ona məxsus torpaq sahəsi Yasab kəndinin Tulab massivində yerləşir. Torpaq sahəsi Yasab kəndindən 9 km məsafədə yerləşir. Rəsmi sənəd olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı 074715 saylı, 23 oktyabr 2015-ci il tarixli çıxarış mövcuddur. Daşınmaz əmlakın növü: torpaq sahəsi, daşınmaz əmlakın olduğu yer: Qusar rayonu Yasab kəndi, torpaq sahəsinin mülkiyyət növü: xüsusi, torpaq sahəsi üzərində hüquq növü: mülkiyyət, torpaq sahəsinin kategoriyası: kənd təsərrüfatı təyinatlı torpaq, daşınmaz əmlakın reyestr nömrəsi: **********21, torpaq sahəsinin ümumi ərazisi 1.42 ha. 2018-ci il 18- 19-20 oktyabr tarixlərində, "xxxx" ASC, X6 rəhbərliyi tərəfindən ağır texnikan istifadə edilərək, həmin ərazidən keçən 30000 kv-lıq yksək gərginlikli elektrik xətdindən əlavə qoşma kimi, 10000 kv yüksək gərginlikli naqillərin çəkilməsi üçün 5 ədəd dirək basdırılmış və əlavə olaraq paylayıcı qurğular quraşdırılmışdır. Yaranmış vəziyyəti araşdırmaq üçün onun tərəfindən həmin təşkilata şifahi xəbərdarlıq olunmuşdur. Xəbərdarlıq olunmasına baxmayaraq işlərini davam etdirmişlər. "xxxx" ASC Qusar EŞ-nin rəisi Səhman Səmədovun verdiyi şifahi məlumatına əsasən, işlərin icrası üçün göstərişi Sumqayıt şəhərində yerləşən “ŞİMAL” RETSİ-nin rəhbəri Şahin Əliyev tərəfindən verildiyini təsdiq etmiş və ərizə ilə həmin təşkilata müraciət edilməsi tövsiyyə olunmuşdur. 28 oktyabr 2021-ci il tarixində Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Əfəndiyev 8 ünvanında yerləşən “ŞİMAL” RETSİ-nin rəhbərliyinə, yaranmış vəziyyətlə əlaqədar məsələnin araşdırılması üçün SS748898670AZ saylı sifariş xəbərnamə yazılmışdır. Nə yazılı, nə də şifahi cavab almadığı halda təkrar olaraq 15 yanvar 2022-ci il tarixində ikinci dəfə, həmin təşkilata SS721579195AZ saylı sifarişli xəbərnamə yazılmışdır. Müraciət olunan yazılı məktubu cavabsız qalmışdır. 08 avqust 2022-ci il tarixində SS748924057AZ saylı sifarişli xəbərnamə ilə "xxxx" ASC X6 rəhbərliyinə məktub yazılaraq müraciəti olunub. Hal-hazırki vaxta qədər, istər "xxxx" ASC Qusar EŞ, istərsədə "xxxx" “ŞİMAL” RETSİ-nin rəhbərlikləri tərəfindən ona məxsus torpaq sahəsində aparılmış işlərin hüquqi olaraq razılaşdırılmış sənəd mövcud deyildir. Torpaq sahəsində yaranmış mübahisəli vəziyyətin araşdırılması, kənd təsərrüfatı məhsullarının becərilməsində, yetişdirilməsində, torpağın şumlanılmasına, əkini, məhsulun yığılması, daşınması və ya digər agrotexniki tədbirlərin aparılmasında, kənd təsərrüfatı texnikasından istifadə edilərkən müxtəlif çətinliklərin ortaya çıxması səbəbindən, qonşu torpaqlarda görülən agrotexniki tədbirlərə nisbətən, hər bir əməliyyatda qoyulan xərclərin baha başa gəlməsidir. Sərf olunan xərclərin çoxalması, alınan məhsulun maya dəyərinə mənfi təsir göstərir. 1 (bir) ha torpaq sahəsinin korrodinatlarını nəzərə alınmaqla, cavabdeh təşkilat tərəfindən ödəniləcək kompensasiya məbləği hesablanmışdır. Hesablama ətraf ərazilərdə aparılan, alqı-satqı və bazar qiymətlərinə uyğun olaraq orta qiymətləndirilərək, ödəniləcək məbləğ 15000 (on beş min) manat nəzərdə tutulmuşdur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş və iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək izahatında göstərmişdir ki, 1998-ci ildə həmin pay torpaq sahələri onlara verilmiş, islahat komissiyasının, Xaçmaz regional idarəsinin nümayəndələri gələrək torpaq sahələrini püşk ataraq bölüşdürmüşlər. Ona düşmüş 1.42 ha torpaq sahəsindən Rusiya Federasiyasından gələn 35 KV-lıq yüksək gərginlikli xətt keçmişdir. Sonradan o, rayon kənd təsərrüfatı idarəsinə, icra hakimiyyətinə və islahat komissiyasına müraciətlər edərək torpaq sahəsindən istifadə edə bilmədiyini və həmin torpaq sahəsinin ona verilməməsini bildirmişdir. O, 3 il həmin torpaq sahəsindən istifadə etməmişdir, 2022-ci ilin sentyabr oktyabr aylarında o, həmin torpaq sahəsini şumlamış,noyabr ayında torpaq sahəsində əkin əkib hazır olan vaxt A hərfi formasında basdırılmış taxtadan olan dirəkləri beton dirəkləri ilə əvəz etmişlər. Köhnə xəttin yanından təzə xətt çəkmişlər, sonra xətti təzə dirəklərə bağlamışlar. İşin aparılması barədə məlumat verilməmişdir. O, kənddə yaşayır, torpaq sahəsində taxıl, yonca əkir, onu da əlindən alıblar, o, həmin sahəyə traktor sala bilmir, yüksək gərginlikli xətlər perpendikulyar çəkilsəydi sahəyə traktor sala bilərdi, lakin xətlər küncdən küncə çəkilib, torpağı şumlatdıra bilmir, qonşu pay torpaq sahələrinin şumlanma xərci 50 manat təşkil edirsə, onun torpaq sahəsinin şumlanma xərci 70-100 manat arasında dəyişir. Sahəsində olan dördüncü dirəkdən sonra dirəklər arasında olan məsafə 20-25 metrdir. Torpağın uzunluğu 220 metrdir, həmin ərazidə 5 dirək basdırılıb. İddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X7 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçının özünü qeyd etdiyi kimi, həmin ərazidə taxtadan olan dirəklər təhlükə mənbəyi olduğundan aşma təhlükəsi olduğundan yeni beton dirəkləri ilə əvəz edilib. Ekspert və onların əməkdaşlar tərəfindən yerində baxış keçirilib, iddiaçı həmin torpaq sahəsindən istifadə etdiyi müəyyən olunub. İddiaçının dediyi kimi, torpaq sahəsinə traktorun girməməsi "xxxx" ASC-yə heç bir aidiyyəti yoxdur. "xxxx" ASC tərəfindən bir ədəd elektrik dirək və bir ədəd paylayıcı qurğu quraşdırıb, torpağın yan hissəsinə təxminən 11 sot əraziyə düşür. Qalan 0,6309 ha hissəsi isə köhnədən quraşdırılmış yüksək gərginlikli elektrik xəttinin qoruma zolağına düşür, həmin yüksək gərginlikli elektrik xətt isə Azərenejinin balansındadır. Nazirlər Kabinətinin 103 nömrəli qərarında da göstərilir ki, vətəndaşlar torpaq sahələrindən istifadə edə bilər. Onlar tərəfindən quraşdırılmış qurğular vətəndaşa heç bir maneçilik törətmir. 11 sot ərazidə olan köhnə dirəklər yeni dirəklər ilə əvəz olunub. İşə baxıb, iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, təqdim olunmuş sübutları araşdıraraq məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsassızdır və aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2015-ci i tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Qusar rayonu Yasab kəndində yerləşən 1.42 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X3, X5, X2 və İddiaçı payları ümumi birgə olmaqla məxsusdur. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-6518/2023 saylı mütəxəssis rəyinən görünür ki, xx.xx.2015-ci il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının və ailə üzvlərinin xüsusi mülkiyyətində olan, Qusar rayonu Yasab kəndində yerləşən 1.42 ha torpaq sahəsində Cavabdeh ASC tərəfindən 1 (bir) ədəd elektrik dirəyi və 1 (bir) ədəd paylayıcı qurğu quraşdırılmışdır, quraşdırılmış dirək və qurğu 35 kV-luq yüksək yərginlikli elektrik xətlərə aiddir, bundan əlavə torpaq sahəsində köhnədən quraşdırılmış 2 (iki) ədəd 35 kV-luq yüksək gərginlikli elektrik xəttinin dirəkləri də mövcuddur. xx.xx.2015-ci il tarixli Seriya RX ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının və ailə üzvlərinin xüsusi mülkiyyətində olan, Qusar rayonu Yasab kəndində yerləşən 1.42 ha torpaq sahəsi Cavabdeh ASC tərəfindən quraşdırılmış elektrik dirəyin və qurğunun mühafizə zonasına düşür, beləki torpaq sahəsinin 0.1103 ha hissəsi 1 (bir) ədəd elektrik dirəyinin və 1 (bir) ədəd paylayıcı qurğunun mühafizə zonasına və 0.6309 ha hissəsi isə köhnədən quraşdırılmış 35 kV-luq yüksək gərginlikli elektrik xəttinin qoruma zolağına düşür. Bu bənddə qeyd olunan sualı cavablandırmaq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səjahtyyətinə aid deyildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 24 iyun 2023-cü il tarixli 10/4232 saylı rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, xx.xx.2015-ci il tarixli Seriya RX ******* saylə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Qusar rayonu, Yasab kəndində yerləşən 1.42 ha torpaq sahəsində cavabdeh "xxxx" ASC tərəfindən 1 (bir) ədəd elektrik dirəyi və 1 (bir) ədəd paylayıcı qurğu quraşdırılmışdır, quraşdırılmış dirək və qurğu 35 kV-luq yüksək gərginlikli elektrik xətlərə aiddir, bundan əlavə torpaq sahəsində köhnədən quraşdırılmış 2 (iki) ədəd 35 kV-luq yüksək gərginlikli elektrik xəttinin dirəkləri də mövcuddur. xx.xx.2015-ci il tarixli Seriya RX ******* saylə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının və ailə üzvlərinin xüsusi mülkiyyətində olan Qusar rayonu, Yasab kəndində yerləşən 1.42 ha torpaq sahəsində cavabdeh "xxxx" ASC tərəfindən quraşdırılmış elektrik dirəyin və qurğunun mühafizə zonasına düşür, beləki torpq sahəsinin 0.1103 ha hissəsi 1 (bir) ədəd elektrik dirəyinin və 1 (bir) ədəd paylayıcı qurğunun mühafizə zonasına və 0.6309 ha hissəsi isə köhnədən quraşdırılmış 35 kV-luq yüksək gərginlikli elektrik xəttinin qoruma zolağına düşür.Bu bənddə qeyd olunan sualı cavablandırmaq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 24 iyun 2023-cü il tarixli 10/4232 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-6518/2023 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli mütəxəssis rəyi ilə və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş məhkəmə tikinti-texniki ekspertizasının 24 iyun 2023-cü il tarixli 10/4232 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azəbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti,incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə qeyd edir ki, sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcüd olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltadək olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları” 5-ci maddəsinə əsasən Gərginliyi 1000 voltadək olan elektrik ötürücü xətlərinin mühafizə zonasında həmin xətlərin istismarçısının rəsmi razılığı olmadan aşağıda göstərilən işləri görmək qadağandır: a) tikinti, quraşdırma, partlayış və suvarma işləri aparmaq, ağac əkmək və qırmaq, idman və oyun meydançaları düzəltmək, yem, gübrə, yanacaq və başqa materiallar yığmaq; b) sualtı kabel elektrik ötürücü xətlərinin mühafizə zonalarında gəmilərin, barjların və üzən kranların dayanması üçün körpülər düzəltmək, yükvurma-boşaltma, dibdərinləşdirmə və yerqazma işləri aparmaq, lövbər atmaq, suya atılmış lövbərlə və tralla keçmək, balıq ovu sahələrini ayırmaq, sualtı ov alətləri vasitəsilə balıq, habelə su heyvanları və bitkilərini əldə etmək, suvatlar düzəltmək; c) hava elektrik ötürücü xətlərinin mühafizə zonalarında yüklə birlikdə və yüksüz, yol səthindən ümumi hündürlüyü 4,5 m-dən çox olan maşın və mexanizmlər üçün keçidlər, habelə avtomobil və at-araba nəqliyyatı, maşın və mexanizm dayanacaqları düzəltmək; ç) quruda elektrik ötürücü kabel xətlərinin mühafizə zonalarında 0,3 m-dən artıq dərinlikdə buldozerlər, ekskavatorlar və başqa torpaqqazan maşınlar vasitəsilə torpaq işləri görmək və planlaşdırmaq. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.3-cü maddəsinə əsasən Zona üzrə müəyyən edilmiş rejimlə, torpaqların tamamilə təsərrüfat dövriyyəsindən çıxarılması nəzərdə tutulan hallar istisna olmaqla, ərazisində mühafizə zonası müəyyən edilən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaq sahəsi üzərində hüquqlardan məhrum edilmirlər. Mühafizə zonasının hüdudlarında torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri bu zonalar üçün təsdiq edilmiş qaydalara əməl etməyə borcludurlar. Elektrik şəbəkələrinin mühafizə zonalarına daxil olan torpaq sahələrinin istifadə qaydalarında məhdudiyyətlər nəzərdə tutulsa da, onların mülkiyyətdə olmasına hər hansı qadağa yoxdur. Əksinə, həmin torpaq sahələri torpaq mülkiyyətçisinin və ya istifadəçisinin istifadəsində qalır və onlar tərəfindən qanunvericiliyin tələblərinə riayət edilməklə istifadə olunur. Həmçinin, elektrik xəttinin çəkilməsi zamanı aidiyyəti dövlət orqanları ilə razılaşmalar əldə edilmiş və həmin ərazidən xəttin çəkilməsi məqsədəmüvafiq sayılmışdır. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən keçən elektrik xətləri əvvəldən mövcud olmuş və bununla da iddiaçının torpaq sahəsinə dair mülki hüququn məhdudlaşdırılmasında cavabdehin hər hansı təqsiri müəyyən olunmur. Hazırki iş bilavasitə sübut etmə yükü ilə bağlıdır. İddiaçı, iddia ərizəsində göstərdiyi 15000 (on beş min) manat məbləğində pulun cavabdeh "xxxx" ASC tərəfindən alınaraq kompensasiya kimi alınıb ödənilməsi hallarının əsasları, həmin məbləğin nəyə görə verilməsi, hansı əsaslara görə ödənilməsi, həmin məbləğin hesablanmasının halları məhkəmə iclasında müəyyən edilməmiş, kompensasiya məbləğinin verilməsinin halları iddiaçı tərəf əsaslandırılmamışdır. Həmçinin həmin əraziyə kənd təsərrüfatlı təyinatlı texnikanın(traktorun) girməsinə maneçilik törədilməsi halları da aşkar edilməmiş, bununla bağlı sübutlar məhkəməyə təqdim olunmamışdır. Odur ki, iddiaçı iddia tələbinin sübut etməsi barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən iddia rədd edilməlidir Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı torpaq sahəsinə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X1, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar