Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-1333/2025 17.02.2026 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı qarşı “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı qarşı “şəxsin ölmüş elan edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1982-ci ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə yaşamış oğlu X5 və xx.xx.1982-ci ildə Bakı şəhəri Əmircan qəsəbəsində anadan olmuş, Qusar rayonu İmamqulukənd kəndində yaşamış gəlini Cumartova (Əmiraslanova) Aidə Niyazi qızının ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Qusar rayonu İmamqulukənd kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Onun oğlu, xx.xx.1982-ci il təvəllüdlü X1 adlı şəxslə ailə həyatı qurmuş, nikahları Qusar rayon İHB-nın İmamqulukənd kənd İƏD üzrə Nümayəndəliyində 14 iyul 2009-cu il tarixdə 11 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahlarından 17 fevral 2012-ci il təvllüdlü Xədicə adlı bir uşaqları anadan olmuşdur. X14 2013-cü ildə öz arvadını və uşağını götürüb Suriya Respublikasına getmişdir. Həmin vaxtdan sonra uzun müddət nə oğlu Samirdən, nə də ailə üzvlərindən heç bir xəbər ala bilməmişdir. Bir müddət bundan əvvəl isə oğlu Samirin və onun arvadı Aidənin həlak olduğu xəbərini almışdır. Bundan sonra onun Azərbaycan Respublikasının müxtəlif qurumlarına etdiyi çoxsaylı müraciətlərindən sonra orada tək və baxımsız qalmış nəvəsi X6 dövlət orqanları tərəfindən Suriyadan Azərbaycan Respublikasına departasiya edilmiş və sığınacağa yerləşdirilmişdir. Bundan sonra isə onun müraciəti əsasında Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 10 avqust 2023-cü il tarixli 30 saylı Qərarı ilə o, nəvəsi Xədicə Cumartovanın üzərində qəyyum təyin edilmişdir və onun hüquqlarının qorunması ona həvalə edilmişdir. X7 valideynləri, yəni onun oğlu X5 və gəlini X2 xəbərsiz itkin düşmüş hesab edilmələri zərurəti yarandığından o, həmin şəxslərin xəbərsiz itkin düşmüş hesab edilmələri barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Qusar rayon məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(029)-502/2024 saylı qətnaməsi ilə ərizəsi təmin edilmiş, oğlu X5 və gəlini X2 xəbərsiz itkin düşmüş hesab edilmələri qət edilmişdir. Hazırda isə X7 valideynləri, yəni onun oğlu X5 və gəlini X2 əmlakları ilə bağlı vərəsəlik hüquqlarının həyata keçirilməsi üçün həmin şəxslərin ölmüş elan edilmələri zərurəti yaranmışdır. Qusar rayon məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2024-cü il tarixli 2(029)- 502/2024 saylı qətnaməsi ilə müəyyən edilmişdir ki, oğlu xx.xx.1982-ci il təvəllüdlü X10 xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikasını Rusiya Federasiyası istiqamətində, gəlini Cumartova (Əmiraslanova) Aidə Niyazi qızı isə xx.xx.2013-cü il tarixdə Türkiyə Respublikası istiqamətində tərk etmişlər və həmin vaxtdan bir daha geri qayıtmamışlar. Eyni zamanda müəyyən olunmuşdur ki, X14un, o cümlədən gəlini Aidə Cumartovanın (Əmiraslanovanın) iki ildən artıq müddətdir ki, yaşadıqları ünvanda olmamaları, harada olmaları barədə məlumatların mövcud olmaması, nəticədə isə ərizəçinin üzərində qəyyum təyin olunduğu Xədicə Cumartovanın uzun müddətdir ki, faktiki olaraq valideyn himayəsindən məhrum olması tam təsdiq olunur. Ona görə də, hesab edir ki, xx.xx.1982-ci ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə yaşamış oğlu X10 və xx.xx.1982-ci ildə Bakı şəhəri Əmircan qəsəbəsində anadan olmuş, Qusar rayonu İmamqulukənd kəndində yaşamış gəlini Cumartova (Əmiraslanova) Aidə Niyazi qızı ölmüş elan edilməlidirlər. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, ərizədə qeyd edilənləri təsdiq edir və ərizənin təmin olunmasını xahiş edir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(029)- 502/2024 saylı qətnaməsindən görünür ki, xx.xx.1982-ci ildə Qusar rayonu imamqulukənd kəndində anadan olmuş, həmin kənddə yaşamış X10 və xx.xx.1982-ci ildə Bakı şəhəri Əmircan qəsəbəsində anadan olmuş, Qusar rayonu İmamqulukənd kəndində yaşamış X8 xəbərsiz itkin düşmüş hesab edilmələri qət edilmişdir. İşdə olan AZ-İ 460755 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X3 14 iyul 2009-cu il tarixdə rəsmi nikaha daxil olmuşlar və Aidə Əmiraslanova “Cumartova” soyadını qəbul etmişdir. İşdə olan V-BD 508297 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 17 fevral 2012-ci il tarixdə anadan olmuş, atası X10, anası X4r. İşdə olan Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 10 avqust 2023-cü il tarixli 30 nömrəli qərarından görünür ki, Qusar rayonu İmamqulukənd kəndində yaşayan Ərizəçi öz nəvəsi 17 fevral 2012-ci ildə anadan olmuş X6 üzərində qəyyum təyin edilmiş və onun hüquqlarının qorunması Ərizəçi həvalə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respiblikasının Mülki Məcəlləsinin 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1982-ci ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə yaşamış Ərizəçi oğlu X5 və xx.xx.1982-ci ildə Bakı şəhəri Əmircan qəsəbəsində anadan olmuş, Qusar rayonu İmamqulukənd kəndində yaşamış gəlini Cumartova (Əmiraslanova) Aidə Niyazi qızının ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir, belə ki, həmin şəxsə məxsus əmlakın ərizəçinin vərəsəlik yolu ilə mülkiyyətə verilməsi üçün isə onun ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi zəruridir.Həmçinin hazırki iş üzrə Qusar rayon məhkəməsinin 13 iyun 2024-cü il tarixli 2(029)-502/2024 saylı qətnaməsi ilə xx.xx.1982-ci ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə yaşamış X10 və xx.xx.1982-ci ildə Bakı şəhəri Əmircan qəsəbəsində anadan olmuş, Qusar rayonu İmamqulukənd kəndində yaşamış X8 xəbərsiz itkin düşmüş hesab edilmişdir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və xx.xx.1982-ci ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə yaşamış Ərizəçi oğlu X10 və xx.xx.1982-ci ildə Bakı şəhəri Əmircan qəsəbəsində anadan olmuş, Qusar rayonu İmamqulukənd kəndində yaşamış gəlini Cumartova (Əmiraslanova) Aidə Niyazi qızı ölmüş elan edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1982-ci ildə Qusar rayonu İmamqulukənd kəndində anadan olmuş, həmin kənddə yaşamış Ərizəçi oğlu X10 və xx.xx.1982-ci ildə Bakı şəhəri Əmircan qəsəbəsində anadan olmuş, Qusar rayonu İmamqulukənd kəndində yaşamış gəlini Cumartova (Əmiraslanova) Aidə Niyazi qızı ölmüş elan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-1333/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-1333/2025
17.02.2026 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver