Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-136/2024 09.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı, Cavabdeh və onun etibarnamə üzrə nümayəndələri X4 və X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Cavabdeh 2500 manat məbləğində pul vəsaitinin, o cümlədən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2023-cü ilin aprel ayında Cavabdeh ondan 2500 (iki min beş yüz) manat pul almış, həmin pul müqabilində onun adına “bitkoin” növündə kriptovalyuta alacağını, həmin kriptovalyutanın bir həftə ərzində ona 8.000 (səkkiz min) manat gəlir gətirəcəyini demiş, bundan əlavə ondan aldığı 2500 (iki min beş yüz) manat pulu da həmin bir həftə müddətin sonunda nağd olaraq ona qaytaracağını bildirmişdir. Lakin, ondan 2500 (iki min beş yüz) manat pul almasından 4- 5 ay vaxt keçməsinə baxmayaraq Cavabdeh, onun adına bitkoin və ya digər növdə hər hansı kriptovalyuta almamış, kriptovalyutadan əldə ediləcək gəlirlərdən hər hansı bir məbləğdə gəliri ona verməmiş, ondan aldığı 2500 (iki min beş yüz) manat pulu da geri qaytarmamışdır. O,Cavabdeh ondan alınan pulların geri qaytarılması üçün dəfələrlə müraciət etmişdir. Lakin cavabdeh, ona hər dəfə müxtəlif bəhanələrlə aldadaraq pulunu qaytarmamışdır. Cavabdeh ondan aldığı pulları qaytarmamaqla və özündə saxlamaqla cavabdehin onun qarşısında pul öhdəliyi var, onun 2500 manat məbləğində pulu tələb etmək hüququ vardır. Odur ki, Cavabdeh 2500 manat məbləğində pul vəsaiti, o cümlədən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğində pul vəsaiti tutularaq ona qaytarılmalıdır. Bundan başqa iddiaçılar X13 və İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7500 manat məbləğində pul vəsaiti, o cümlədən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 95 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçı X10, Cavabdeh 2500 manat məbləğində pul vəsaitinin, o cümlədən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qusar rayon Məhkəməsinin 18 dekabr 2023cü il tarixli qərardadı ilə iddiaçılar X5 və İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddia “Cavabdeh 2500 manat məbləğində pul vəsaitinin, o cümlədən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 45 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı verilməsi” tələbi hissəsində ayrıca icraata ayrılması qərara alınmışdır Cavabdeh məhkəməyə etiraz ərizəsi göndərmiş və etirazını onunla əsaslandırmışdır ki, kripto-valyutiabitkonsaytı ilə yüksək gəlir əldə etmək istəyən həmyerliləri X13 və İddiaçı uğursuzluğa düçar olmuş (uduzmuş),sonradan isə həmin pulları hədə qorxu gəlməklə ondan tələb etməyə başlamışlar. Qusar RPŞ-nə şikayət edərək onu cinayət məsuliyyətə (AR CM-nin 178 maddəsinə əsasən) cəlb etməsini, dələduzluq yolu ilə mənimsəmiş pulları geri qaytarılmasını tələb etmişlər. Həmin şikayət əsasında Qusar RPŞ-nin İB araşdırma aparılmış və Qusar RPŞ-nin xx.xx.2023-cü il tarixli qərarı onun barəsində cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İddiaçı hansı əsasla ondan 2.500 (iki min beş yüz) pul tələb edir ki, həmin pulu özü, oğlu Daniyalın iştirakı ilə öz adına Qusar şəhərində yerləşən "Pioner” terminalından köçürmüşdür. Qeyd etmişdir ki, həmin sayt sonradan bağlanılıb və o, da bu dələduzların qurbanı olmuşdur, 5000 (beş min) manat məbləğində ziyana düşmüş və Qusar RPŞ-də həmin faktla bağlı araşdırma aparılır. Bununla da aydın olur ki, iddiaçının iddia tələbi qanuna, sübut və dəlillərə əsaslanmır, iddiaçının öz şəxsi fikirləridir və məhkəmə tərəfindən iddia tələbi rədd edilməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, Cavabdeh bildirmişdir ki, “mənim kriptovalyutam batır, mənə pul lazımdır, 5000 manat pul ver”. Onda cavabdehə lazım olduğu qədər pul olmadığından 2500 manat verə biləcəyini bildirmiş, cavabdeh ona həmin pulun qarşılığında 8000 ABŞ dolları qaytaracağına dair söz vermişdir. O, həmin pulu 07 aprel 2023-cü il tarixdə cavabdehə vermiş və cavabdeh ona pulu həmin ayın 14ü qaytaracağını bildirmişdir. O, həmin pulu Pioneer mağazasından cavabdehin kartına köçürmüşdür. 2-3 ay sonra o, cavabdehdən onun verdiyi 2500 manat pulu geri tələb etmiş, lakin hər dəfəsində cavabdeh onu müxtəlif bəhanələrlə aldadaraq pulu qaytarmamışdır. Cavabdeh ona olan borcunu qaytarmadığından o, Qusar rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, oradan ona Qusar rayon Məhkəməsinə müraciət etmək hüququnun olduğu izah olunmuşdur. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddianı qismən qəbul etmiş və izahatında bildirmişdir ki, o, 2023-cü ilin mart ayında kriptovalyuta alış-verişi ilə məşğul olmuşdur. İddiaçı 2500 manatı kriptovalyuta oyunu üçün ona məxsus olan kart hesabına milli ön ödəmə terminalı vasitəsi ilə köçürmüşdür. Göndərilmiş həmin 2500 manat İddiaçı məxsus olmuşdur. Sonradan o, İddiaçı göndərdiyi həmin pulu öz kartından kripto-valyuta oyunu üçün hesabına köçürmqşdür. İddiaçı milli ön ödəmə terminalı vasitəsi ilə kripto-valyuta oyunu üçün hesaba pul göndərə bilərdi, lakin daha çox pul qalması üçün İddiaçı bildirmişdir ki, ona məxsus olan karta pul köçürsün, sonrada 2500 manatı kripto-valyuta oyununa köçürmüşdür. Həmin pulu iddiaçıya artıqlaması ilə qaytaraqcaqdı. Sonda özüdə kriptovalyuta oyununda aldanmış, külli miqdarda pulunu uduzmuş və dələduzların qurbanı olmuşdur. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümyəndəsi X11 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, iddiaçı onun nəvəsinin kartına 2500 manat pulu xeyir qazanması üçün atmışdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh etibarnamə üzrə nümyəndəsi X2 iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, ona bir müddət sonra iddiaçının onun oğlu iş üzrə cavabdeh İddiaçı hesabına pul atdığı məlum olmuşdur. O, oğlundan bu haqda soruşduqda onun oğlu iddiaçı tərəfindən onun kartına 2500 manat pul göndərildiyi bildirmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 02 avqust 2023-cü il tarixli Qusar RPŞ-dən verilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Qusar rayonu Gican kənd sakini İddiaçı Qusar RPŞ-nə ərizə ilə müraciət edərək 2023-cü ilin yanvar-fevral aylarında Qusar rayonu Gican kənd sakini Cavabdeh onun üçün kripto-valyuta bitkoin almaqla və sonra yüksək gəlir əldə etmək məqsədi ilə hissəhissə ümumilikdə 2500 manat pul verdiyini, lakin Cavabdeh vədinə əməl etmədiyini,verdiyi pulu geri qaytarmayaraq onu aldatdığını bildirmişdir.Həmin məlumat xx.xx.2023-cü il tarixdə HK-1/557 sayı ilə qeydiyyata alınmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə Qusar rayonu Gican kəndində qeydiyyatda olan və yaşayan X3 RPŞ-nə ərizə ilə müraciət edərək 2023-cü ilin yanvar-fevral aylarında Qusar rayonu Gican kənd sakini Cavabdeh onun üçün kripto-valyuta bitkoin almaqla və sonra yüksək gəlir əldə etmək məqsədi ilə hissə-hissə ümumilikdə 8000 manat pul verdiyini, lakin Cavabdeh vədinə əməl etmədiyini,verdiyi pulu geri qaytarmayaraq onu aldatdığım bildirmişdir. Həmin məlumat xx.xx.2023-cü il tarixdə HK-1/556 sayı ilə qeydiyyata alınmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Qusar rayonu Gican kənd sakini Cavabdeh 2023-cü ilin yanvar ayından 2023-cü ilin may aynadək olan müddət ərzində müxtəlif vaxtlarda həmkəndliləri X12, İddiaçı və X6 müvafiq olaraq 6300, 2500 və 7750 manat məbləğində pulları borca alıb, həmin pulları kripto-valyuta bitkoin almaq üçün xərcləmişdir. Bundan sonra Cavabdeh həmkəndlisi Nəsimi Məlikova 1500 manat, Cəmil Xidirova isə 500 manat pulu qaytarmış, qalıq qalan pulları ilə maddi vəziyyəti zəif olduğu üçün qaytara bilməmişdir. Qusar rayonu Gican kənd sakinləri X12, İddiaçı və X8 ərizələri əsasında toplanılmış material üzrə cinayət hadisəsi olmadığından, Azərbaycan Respublikası CPM-nin 39.1.1 -ci maddəsi ilə cinayət işinin başlanılması rədd edilmişdir.X12, İddiaçı və X8 Qusar rayon sakini Cavabdeh qarşı borc pulun geri qaytarılmasına dair tələbi mülki mübahisəli olduğundan, həmin xüsusat üzrə mülki iddia qaydasında məhkəmə orqanlarına müraciət etmək hüququ olduğu barədə izah edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, cavabdeh iddiaçıdan 2500 manatı kripto-valyuta bitkoin almaqla və sonra yüksək gəlir əldə etmək məqsədi ilə pul götürmüş, ödəyəcəyini öhdəsinə götürmüşdür. Həmçinin, işdə olan xx.xx.2023-cü il tarixli Qusar RPŞ-dən verilmiş cinayət işinin başlanmasını rədd edilməsi haqqında qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Qusar rayonu Gican kənd sakini İddiaçı Qusar RPŞ-nə ərizə ilə müraciət edərək 2023-cü ilin yanvar-fevral aylarında Qusar rayonu Gican kənd sakini Cavabdeh onun üçün kripto-valyuta bitkoin almaqla və sonra yüksək gəlir əldə etmək məqsədi ilə hissə-hissə ümumilikdə 2500 manat pul verdiyini, lakin Cavabdeh vədinə əməl etmədiyini,verdiyi pulu geri qaytarmayaraq onu aldatdığını bildirmişdir. Həmin qərardan görünür ki, araşdırma zamanı müəyyən edilmişdir ki, Cavabdeh 2023-cü ilin yanvar ayından 2023-cü ilin may ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda həmkəndlisi İddiaçı 2500 məbləğində pulu borca alıb, həmin pulları kripto-valyuta bitkoin almaq üçün xərcləmiş, iddiaçı Eldar Rüstəmova pulu qaytarmamışdır. Qusar RPŞ-nin 02 avqust 2023-cü il tarixli qərarı Cavabdeh tərəfindən də mübahisələndirilməmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərmişdir ki, ona məxsus pul kartına İddiaçı tərəfindən 2500 manat pul göndərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının 2500 manatı cavabdehə verilməsi elə cavabdehin öz izahatı ilə təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Həmçinin Cavabdeh etiraz ərizəsində göstərdiyi hallara dair məhkəməyə sübut, dəlil təqdim etməmişdir. Odur ki, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Cavabdeh 2500 (iki min beş yüz) manat borc pul vəsaiti tutularaq İddiaçı verilməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia təmin olunduğu iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 45 (qırx beş) manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat borc pul və 45 (qırx beş) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətindəQusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-136/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-136/2024
09.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver