Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-138/2023 26.01.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Məmmədov Tural Etibar oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirsın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, X4 miras kütləsinə daxil olan, Qusar rayonu Zuxul-oba kəndində yerləşən 0.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə və onun həmin mirasa dair vərəsəlik hüququnun tanınmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonu Zuxul-oba kəndində onun X1na məxsus 0.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə X15nın adına rəsmiləşdirlilməklə KOD 30125038 JN-0028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X1 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən əvvəl mərhum xalası özünə məxsus həmin torpaq sahəsini ona vəsiyyət etmiş və bu barədə 15 noyabr 2001-ci il tarixli vəsiyyətnamə tərtib etmişdir. Həmin vəsiyyətnamə müvafiq qaydada təsdiq olunmuşdur. Mərhum xalası vəfat etdikdən sonra o, xalasına məxsus olan 0.46 ha torpaq sahəsini miras əmlak kimi faktiki olaraq qəbul edərək onu idarə etməyə, ondan istifadə etməyə başlamış, hazırda da torpaq sahəsindən o istifadə edir, torpaq vergilərini də o ödəyir. Mərhum xalasının ondan başqa digər hər hansı vərəsələri yoxdur, vərəsəlik hüququ barədə hər hansı mübahisə yoxdur. Bu yaxınlarda o, həmin torpaq sahəsinə dair adına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Qusar rayon Notariat Ofisinə müraciət etmiş, lakin oradan onun tərəfindən mirasın qəbul edilməsini təsdiq edən sənəd təqdim edilmədiyi bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuş, bu barədə 16 noyabr 2022-ci il tarixli 1607 saylı məktub verilmişdir. O, mərhum X15nın mirasını qəbul etmək üçün notariat ofisinə vaxtında ərizə verməsə də mirası onun qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmişdir. Belə ki, miras açıldığı vaxtdan həmin mirası o idarə edir, ondan istifadə edir, orada müxtəlif kənd təsərrüfatı məhsulları əkib becərir, torpaq vergilərini də ödəyir. Ona görə də hesab edir ki, həmin mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və onun mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Bundan başqa bildirmişdir ki, səhhətində yaranmış problemlə əlaqədar xx.xx.2023-cü il tarixə saat 11:30-a təyin olunmuş məhkəmə iclasına gələ bilmir, ona görə də işə onun iştirakı olmadan baxaraq ərizənin təmin edilməsinə dair və ədalətli qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə baxışı iclasında iş yükünün çoxluğu ilə əlaqədar olaraq iştirak edə bilmədiyləri üçün işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN 0028 kod 30125038 saylı Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 1998-ci il tarixli 7/9 saylı qərarı ilə Qusar rayonu Sudur-oba kəndində yerləşən 0.46 ha torpaq sahəsi X4 xüsusi mülkiyyətinə verilmişdir. İşdə olan 15 noyabr 2001-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X3-oba kəndində olan həyətyanı torpaq sahəsini, torpaq payını bacısı oğlu Ərizəçi vəsiyyət etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki , X7 xx.xx.2001-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki , X9 xx.xx.1968-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki , X16 xx.xx.1978-ci il tarixdə ölmüşdür. İşdə olan Qusar rayon Məhkəməsinin 2(029)-266/2021 saylı qətnaməsindən görünür ki, 21 yanvar 1978-ci il tarixdə Qusar rayonun Zuxul-oba kəndində vəfat etmiş X16 və 01 dekabr 2001-ci il tarixdə Qusar rayonunun Zuxul-oba kəndində vəfat etmiş X4 doğma bacıları faktı müəyyən edilmişdir. İşdə olan ИЕ № 958104 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçixx.xx.1953-cü il tarixdə Qusar rayonu Zuxul kəndində anadan olmuşdur. Atası X17oğlu, anası X10r. İşdə olan Qusar rayon Notariat ofisindən verilmiş 13 iyul 2021-ci il tarixli x-727 saylı məktubdan görünür ki, Ərizəçi X4 vərəsələri sırasına daxildir. İşdə olan Şirvanlı bələdiyyəsindən verilmiş arayışdan görünür ki, Ərizəçi Zuxul-oba kəndində xx.xx.2001-ci ildə vəfat etmiş X1na məxsus 0.46 ha pay torpaq sahəsini ölümündən sonra Ərizəçi istifadə edir və bələdiyyəyə vergi ödəyir. İşdə olan Qusar rayon Notarat ofisi tərəfindən Ərizəçi ünvanlanmış 16 noyabr 2022-ci il tarixli 1607 saylı məktubdan görünür ki, onun tərəfindən mirasın qəbul edilməsini təsdiq edən hər hansı fakt təqdim edilməmişdir. Ona görə də, Mirasın qəbulu faktının müəyyən edilməsi və ya müddətin bərpası ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməyi həmin şəxsə bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddıəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1 -ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, KOD 30125038 JN-0028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı xüsusi mülkiyyət hüququ üzrə ərizəçinin mərhum X1na aiddir. X2 xx.xx.2001-ci il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən əvvəl mərhum xalası özünə məxsus həmin torpaq sahəsini Ərizəçi vəsiyyət etmiş və bu barədə 15 noyabr 2001-ci il tarixli vəsiyyətnamə tərtib edilmişdir. Mərhum xalası vəfat etdikdən sonra Ərizəçi xalsına məxsus olan 0.46 ha torpaq sahəsini miras əmlak kimi faktiki olaraq qəbul edərək onu idarə etməyə, ondan istifadə etməyə başlamışdır, hazırda da torpaq sahəsindən o istifadə edir, torpaq vergilərini də o ödəyir. Bununla da, Ərizəçi həmin mirası həm vəsiyyət üzrə, həm də qanun üzrə vərəsə kimi mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmiş, mirasa sahiblənməklə və onu idarə etməyə başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirən hərəkətlər etmişdir. Miras qoyan Güləbatın Atluxanovanın ərizəçidən başqa digər hər hansı vərəsələri, o cümlədən vərəsəlik hüququ barədə hər hansı mübahisə yoxdur. Ona görə də, məhkəmə ərizəçinin dəlilləri ilə razılaşaraq hesab edir ki, X4 miras kütləsinə daxil olan, Qusar rayonu Zuxul-oba kəndində yerləşən 0.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və onun həmin mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X4 miras kütləsinə daxil olan, Qusar rayonu Zuxul-oba kəndində yerləşən 0.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və onun həmin mirasa dair vərəsəlik hüququ tanınsın. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-138/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-138/2023
26.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver