Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-144/2025 04.03.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə qarşı “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə qarşı “şəxsin ölmüş elan edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək,X2nun ölmüş elan edilməsi barədəqətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, ailəsilə birlikdə Qusar rayonu Quxuroba kəndində yaşayır. X2 təxminən 20 il bundan əvvəl radikal dini qruplaşmaya qoşulmuş, əvvəlcə Rusiya Federasiyasının Çeçenistan Respublikasına getmiş, bir müddət orada qaldıqdan sonra Suriyayada olan məlum hadisələrlə bağlı oraya getmişdir. Həmin vaxtdan etibarən onun harada olması barədə məlumatı yoxdur, oğlu Əlikərim həmin vaxtdan sonra bir daha daimi yaşadığı Qusar rayonu Quxuroba kəndinə qayıtmamış, harada olduğu barədə məlumat verməmiş, onun əlaqə nömrələrini, ünvanını bilmir.Bu səbəbdən də, o, oğlu Əlikərim Sadullayevin xəbərsiz itkin düşmüş hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir və Qusar rayon məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(029)-113/2023 saylı qətnaməsi ilə ərizəm təmin edilmiş, oğlum X3 xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir.Qusar rayonu Quxuroba kəndində oğlu Əlikərim Sadullayevin 0.10 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin idarə edilməsi üçün oğlu Əlikərim Sadullayevin ölmüş elan edilməsi zərurəti yaranmışdır.X9 20 ildir ki, Azərbaycandan getməsi və bir daha yaşadığı yerə geri qayıtmaması və itkin düşməsi, onun Suriyada hərbi əməliyyatlar nəticəsində həlak olmasına ehtimal verən əsasların olması Qusar rayon məhkəməsinin 13 fevral 2023-cü il tarixli qətnaməsi ilə öz təsdiqini tapmış və ona görə də, hesab edir ki, oğlu Əlikərim Sadullayev ölmüş elan edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, ərizədə qeyd edilənləri təsdiq edir və ərizənin təmin olunmasını xahiş edir. Bundan əlavə bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir,mülki işin onun iştirakı olmadan keçirilərək ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxs Qusar rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(029)- 113/2023 saylı qətnaməsindən görünür ki, Ərizəçi oğlu, xx.xx.1975-ci ildə Qusar rayonu Quxuroba kəndində anadan olmuş və yaşamış Sadullayev (Hacıkərimov) Əlikərim Hacıkərim oğlu xəbərsiz itkin düşmüş hesab edilməsi qət edilmişdir. İşdə olan 3-38-33/2-525/25 saylı xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş məktubdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü SadullayevƏlikərim Hacıkərim oğlunun dövlət sərhəddindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətdən verilmiş məktubdan görünür ki, Penitensiar Xidmətdə 2000-ci ildən fəaliyyət göstərən “Mərkəzi məlumat bazası”nda xx.xx.1975-ci il təvəllüdlü X4 adlı şəxs haqqında məlumat qeyddən keçmir. İşdə olan 3-13-93/2-1421/2025 saylı xx.xx.2025-ci il tarixli Qusar rayon Polis Şöbəsindən verilmiş məktubun surətindən görünür ki, Qusar rayon sakini X1 RPŞ-si tərəfindən xəbərsiz itkin düşmüş şəxs qismində axtarışda elan edilmiş şəxslər siyahısında yoxdur. İşdə olan 3-39-9/2-401/25 saylı xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən verilmiş arayışdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X3 barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinin icraatında olan cinayət işləri üzrə cinayət təqibi aparılmamışdır. İşdə olan KOD 30127018 JN-053F saylı torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Qusar rayonu Quxur oba kəndi ərazisində yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsi Qusar rayon Aqrar İslahat Komissiyasının 28 dekabr 2001-ci il tarixli 14/2 saylı qərarı ilə X3 mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respiblikasının Mülki Məcəlləsinin 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1975-ci il təvəllüdlü X2nun ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir, belə ki, həmin şəxsə məxsus əmlakın ərizəçininvərəsəlik yolu ilə mülkiyyətə verilməsi üçün isə onun ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi zəruridir.Həmçinin hazırki iş üzrə Qusar rayon məhkəməsinin 13 fevral 2023-cü il tarixli 2(029)-113/2023 saylı qətnaməsi ilə X5 itkin düşmüş elan edilmişdir.Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və Ərizəçi X2 ölmüş elan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi X2 ölmüş elan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-144/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-144/2025
04.03.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver