Məhkəmə qərarları › İş №2(029)-145/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-145/2024

14.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-145/2024 14.05.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi maraqlı şəxslər Aslanova (Savziyeva) Telli Sərkər qızına və Qusar rayon Notariat ofisinə qarşı “miras qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxslər Aslanova (Savziyeva) Telli Sərkər qızına və Qusar rayon Notariat ofisinə qarşı “miras qəbul edilməsi müddətinin uzadılması, vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Uqur kəndində yerləşən ümumi sahəsi 113 kv.metr o cümlədən yaşayış sahəsi 34 kv.metr metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,25 hektar həyətyanı torpaq sahəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunmaqla həmin mirasın onun tərəfindən qəbul edilməsi müddətinin uzadılması və həmin mirasa dair onun vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonu Uqur kəndində yerləşən ümumi sahəsi 113 kv.metr o cümlədən yaşayış sahəsi 34 kv.metr metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,25 hektar həyətyanı torpaq sahəsi X1na məxsus olmuşdur. X1 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Vəfat etdikdən sonra onun 2 qanun üzrə vərəsələri qalmışdır. Həmin şəxslər aşağıdakılardır: bacısı Aslanova( Savziyeva) Telli Sərkər qızı, o, yəni Ərizəçi. X2 1966-cı ildə vəfat etmişdir. Valideynləri vəfat etdikdən sonra həmin evdə yalnız o qeydiyyatda olmaqla yaşayır. Bununla da, həmin mirası faktiki olaraq o qəbul etmiş və indiyədək ailəsilə birlikdə orada yaşamaqla mirası idarə edir. Valideynlərinin digər vərəsələri isə həmin mirası qəbul etməmişlər, nə natoriat orqanına mirası qəbul etmək barədə ərizə verməmişlər, nə də, mirası faktiki qəbul etməmişlər. Bununla da, digər vərəslərə mirasa dair susmuşlar. Bundan başqa vərəsələrin hamısı notariat qaydasında ərizə verərək mirası qəbul etmədiklərini, etmək niyyətlərinin olmadığını bildirmişlər. Yuxarıda qeyd etdiyi kimi, həmin əmlakları miras əmlak kimi ondan başqa digər vərəsələr qəbul etməmişlər və mirasa dair susmuşlar. Onların susmaları bu barədə notarial qaydada verdikləri ərizələri ilə təsdiq olunur. O isə, notariat orqanına qanunla müəyyən olunmuş müddət ərzində ərizə verməsə də və mirasın qəbul edilməsi müddətini ötürsə də, həmin mirası faktiki olaraq qəbul edərək indiyədək mirası idarə edir. Odur ki, həmin mirasın onun tərəfindən qəbul edilməsi müddəti uzadılmalı və onun həmin mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Digər vərəsələrin vərəsəlik hüquqları isə itirilmiş kimi qəbul edilərək həmin hüquqları tanınmamalıdır. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Həmçinin bildirmişdir ki, işi ilə əlaqədar təyin olunmuş məhkəmə iclasına gələ bilmir, odur ki, işə onun iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Qusar rayon Notariat ofisinə və Aslanova (Savziyeva) Telli Sərkər qızına məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq həmin ofisin nümayəndəsi və digər şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X6 xx.xx.1999-cu il tarixdə Qusar rayonu Uqur kəndində ölmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli 3-48-30RA/1-S-2xx-xx/2023 saylı Qusar rayon Dövlət Arxivindən verilmiş arxiv arayışının surətindən görünür ki, Qusar rayon Dövlət Arxivi bildirir ki, rayon arxivində saxlanılan Qusar rayon Mucuq kənd inzibatı ərazi üzrə nümayəndəliyinin 1991 -1995-ci illərin Uqur kəndi üzrə 5№li Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 352 olan X3 təsərrüfatın şəxsi mülkiyyətində 1972-ci ildə tikilmiş ümumi sahəsi 113 kv.metr o cümlədən yaşayış sahəsi 34 kv.metr olan yaşayış evi və təsərrüfatın şəxsi istifadəsində 1990- 1994-cü illərdə cəmi 0.25 hektar torpağın olduğu qeyd edilmişdir. İşdə olan Qusar RİHB-nın Mucuq kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2023cü il tarixli 263 saylı arayışdan görünür ki, X6 vəfat etdiyi günə kimi ünvan 1 ünvanında yaşamışdır və onun ölümündən sonra aşağıdakı vərəsələri qalmışdır. Oğlu-Ərizəçi, qızı-Maraqlı şəxs2, əri-X8 (1966-cı ildə vəfat edib), qızı-X10 (2010-cu ildə vəfat edib). Ölümündən sonra miras əmlakı oğlu Ərizəçi idarə edir. İşdə olan V-ЖГ № 445009 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxxx 1956-cı il tarixdə anadan olmuşdur. X2, X1dır. İşdə olan İ-БД № 718344 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X10 20 fevral 2010-cu il tarixdə Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənt şəhərində ölmüşdür. İşdə olan АЗ № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx xxxxxx 1953-cü il tarixdə anadan olmuşdur. X2, X1dır. İşdə olan **********519 saylı notarial qaydada təsdiq olunmuş X7 ərizəsinin surətindən görünür ki, Qusar rayonu Mucuq kənd İƏD üzrə nümayəndəliyinin Uqur kəndində 0.25 ha torpaq sahəsinin və ümumi sahəsi 113 kv.m o cümlədən yaşayış sahəsi 34 kv.m olan yaşayış evinin Ərizəçi adına keçməsinə razıdır, etiraz etmir. İşdə olan inventar nömrəsi 78 olan texniki passportun surətindən görünür ki, Qusar rayonu Uqur kəndində yerləşən ümumi sahəsi 113 kv.metr o cümlədən yaşayış sahəsi 34 kv.metr metr olan fərdi yaşayış evi X4 məxsus olmuşdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 158.1. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: 158.1.1. girov hüququ; 158.1.2. əmlakdan istifadə hüququ; 158.1.3. servitutlar. 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər 1133.1. ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1160. fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. 1243.1. mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255. qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, Qusar rayonu Uqur kəndində yerləşən ümumi sahəsi 113 kv.metr o cümlədən yaşayış sahəsi 34 kv.metr metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,25 hektar həyətyanı torpaq sahəsi X4 məxsus olmuşdur. X6 xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Ərizəçi mərhum anasının miras kütləsinə daxil olan həmin evin və torpaq sahəsinin adına rəsmiləşdirmək üçün Qusar rayon Notariat Ofisinə müraciət etmiş və həmin ofisin notariusu mirasın qəbulu müddəti ötürüldüyündən onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, ərizəçinin anası öldükdən sonra anasına məxsus əmlakı o idarə etmişdir. X3 ölümündən sonra qalan vərəsələr Ərizəçi və Aslanova (Savziyeva) Telli Sərkər qızıdır. Aslanova (Savziyeva) Telli Sərkər qızına mirası qəbul edilməsi ilə hərəkət etmədiyindən və məhkəmədən xahiş etmədiyindən, həmçinin mirasın qəbul edirlməsinə ərizə ilə etiraz etdiyindən Ərizəçi ərizəsi təmin edilməlidir. Ona görə də, məhkəmə iddiaçının dəlilləri ilə razılaşaraq hesab edir ki, Qusar rayonu Uqur kəndində yerləşən ümumi sahəsi 113 kv.metr o cümlədən yaşayış sahəsi 34 kv.metr metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,25 hektar həyətyanı torpaq sahəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunmalı, həmin mirasın Ərizəçi tərəfindən qəbul edilməsi müddəti uzadılmalı və həmin mirasa dair Ərizəçi vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Qusar rayonu Uqur kəndində yerləşən ümumi sahəsi 113 kv.metr o cümlədən yaşayış sahəsi 34 kv.metr metr olan fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,25 hektar həyətyanı torpaq sahəsinə dair qanun üzrə vərəsəlik müəyyən olunsun, həmin mirasın Ərizəçi tərəfindən qəbul edilməsi müddəti uzadılsın və həmin mirasa dair Ərizəçi vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar