Məhkəmə qərarları › İş №2(029)-145/2025

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-145/2025

28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-145/2025 28.01.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi və mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 24.03,2008-ci il tarixdə vəfat etmiş X8 qardaşı oğlu olmağı faktı müəyyən edilməsi və miras qoyan X8 miras kütləsinə daxil olan, Qusar rayonu Haçatala kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonu Haçatala kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bibisi X12 məxsusdur. Həmin torpaq sahəsinə dair X34nın adına KOD 30109028 JN:0002 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı verilmişdir. X34 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Həmin şəxs Qusar rayonu Haçatala kənd sakini X15 ilə evli olmuş, vəfat edənədək onların uşaqları olmamışdır. X29 Qayıbxanovadan əvvəl, yəni xx.xx.2004-cü il tarixdə vəfat etmişdir. Tamus Qayıbxanovanm qardaşı, yəni onun atası X9 isə xx.xx.1987-ci il tarixdə vəfat etmişdir. Lakin, Tamus Qayıbxanovanın doğumu haqqında akt qeydi aşkar olunmamış, bu səbəbdən də, məhkəmə qaydasında həmin şəxsin onun bibisi olmasının müəyyən edilməsi zərurəti yaranmışdır. Belə ki, Tamus Qayıbxanovanın doğumu haqqında akt qeydi aşkar olunmasa da, həmin şəxsin onun bibisi olması bu barədə icra nümayəndəliyi tərəfindən verilmiş arayışla təsdiq olunur. Eyni zamanda həmin fakt qohumların iştirakları ilə tərtib olunmuş aktla da təsdiq olunur. X35 ilə onun arasındakı qohumluq münasibətlərini, yəni həmin şəxsin onun bibisi olmasının müəyyən edilməsi ona həmin şəxsin mirasını qəbul etmək üçün lazımdır. Belə ki, hazırda həmin şəxsin mirasını qəbul etmək üçün onun subyektiv vərəsəlik hüququ var. Çünki, mərhum Tamus Qayıbxanovun birinci dərəcəli vərəsələri mövcud deyil. Onun xx.xx.2008-ci il tarixdə vəfat etmiş X8 qardaşı oğlu olmağı faktı təqdim etdiyi sənədlərlə sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, onunla həmin şəxs arasında qohumluq münasibətləri məhkəmə tərəfindən müəyyən olunmalıdır. Göründüyü kimi, o, miras qoyan Tamus Qayıbxanovanın qardaşı oğlu olmaqla ikinci dərəcəli vərəsə kimi həmin şəxs vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan əmlakları qəbul etmək hüququ vardır. Belə ki, mərhumun mirası açılan zaman onun atası sağ deyildi. Miras qoyan Tamus Qayıbxanovanın miras əmlaklarım faktiki olaraq qəbul etməklə onlara yiyələnmişdir, hazırda ona məxsus torpaq sahəsi onun idarəçiliyindədir və o, torpaq sahəsini qohumu Cabir Seyidmətovun istifadəsinə vermişdir, torpaq sahəsinin vergiləri də onun göstərişi əsasında həmin şəxs tərəfindən ödənilir. Mirasa dair hər hansı mübahisə mövcud deyil. Onun miras qoyan Tamus Qayıbxanovanın miras əmlaklarını, yəni Qusar rayonu Haçatala kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini miras əmlak kimi qəbul etməyi faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, o, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Həmçinin bildirmişdir ki, işi ilə əlaqədar təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun iştirakı olmadan baxılıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZ-İ 811473 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2004-cü ildə Qusar rayonu Haça-tala kəndində ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 10 may 2024-cü il tarixli arayışın surətindən görünür ki, X16 24 mart 2008-ci il tarixdə Qusar rayonu Haçatala kəndində ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 05 iyun 2024-cü il tarixli arayışın surətindən görünür ki, X15 ilə X8 nikahları 18 oktyabr 1961-ci il tarixdə 15 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 07 noyabr 2024-cü il tarixli arayışın surətindən görünür ki, X10 27 oktyabr 1918-ci ildə Azərbaycan Respublikası Qusar rayonunun Sudur kəndində anadan olmuşdur. X3, anası X4r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 07 noyabr 2024-cü il tarixli arayışın surətindən görünür ki, X17 xx.xx.1952-ci ildə Azərbaycan Respublikası Qusar rayonunun Sudur kəndində anadan olmuşdur. X3, anası X5r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 07 noyabr 2024-cü il tarixli arayışın surətindən görünür ki, X16 haqqında Qusar rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan 06 noyabr 2024-cü il tarixli 14 saylı Qusar rayon Gilahoba Bələdiyyəsi tərəfindən verilmiş arayışdan görünür ki, X8 adında olan JN-0002 torpağa mülkiyyət hüququna dair dövlət aktında qeyd olunan 1.40 ha torpaq sahəsi X18 tərəfindən istifadə edilir və həmin torpağın vergisi X18 tərəfindən ödənilib. İşdə olan 20 noyabr 2024-cü il tarixli X18, Milailov Fərhad və X19 tərəfindən tərtib edilmiş aktdan görünür ki, Qusar rayonu Haçatala kəndində yaşamış və xx.xx.2008-ci il tarixdə vəfat etmiş X1 Adil Şəmsəddin oğlunun atası Qayıbxanov Şəmsəddin oğlunun doğma bacısı olmaqla Adil Qayıbxanovun bibisidir. İşdə olan 21 noyabr 2024-cü il tarixli 135 saylı Qusar RİHB-nn Gilahoba kənd İƏD üzrə nümayəndəliyindən verilmiş arayışdan görünür ki, mərhumə X2 Adil Şəmsəddin oğlunun bibisidir. İşdə olan JN-0002 KOD 30109028 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən görünür ki, Qusar rayonu AİK-nın 24 iyun 1997-ci il tarixli 08 saylı qərarı ilə Qusar rayonu Haçatala kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X8 xüsusi mülkiyyətinə verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2 və 307.2.3-cü maddələrinə müvafiq olaraq, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.1, 307.2.9-cu maddəsinə əsasən şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi, mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. `Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, Ərizəçi 24 mart 2008-ci il tarixdə vəfat etmiş X11 qardaşı oğlu olması faktı təqdim edilmiş sənədlərlə sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, Ərizəçi ərizəsi əsaslıdır və göstərilən qohumluq münasibətləri məhkəmə tərəfindən müəyyən olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasənmirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1252-ci maddəsinə əsasən əgər vərəsə miras açıldıqdan sonra, lakin miras qəbul edilənədək ölərsə, mirasdan pay almaq hüququ onun vərəsələrinə keçir (irsi transmissiya). Ölmüş vərəsənin vərəsələri mirası onun qəbulu müddətinin sonunadək qalmış vaxt ərzində qəbul etməlidirlər. Əgər bu müddət üç aydan azdırsa, üç ayadək uzadılmalıdır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, Ərizəçi miras qoyan Tamus Qayibxanovanın qardaşının oğlu olmaqla beşinci dərəcəli vərəsə kimi həmin şəxs vəfat etdikdən sonra onun miras kütləsinə daxil olan əmlakları qəbul etmək hüququ vardır. Miras qoyan Tamus Qayibxanovanın Ərizəçi başqa digər vərəsələri isə mövcud deyildir. Eyni zamanda müəyyən edilmişdir ki, ərizəçi miras qoyanın miras əmlaklarını faktiki olaraq qəbul etməklə onlara yiyələnmiş və onları idarə edir. Mirasa dair hər hansı mübahisə mövcud deyil. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Ərizəçi 24.03,2008-ci il tarixdə vəfat etmiş X8 qardaşı oğlu olması faktı müəyyən edilsin. X7 miras kütləsinə daxil olan,Qusar rayonu, Haça-tala kəndində yerləşən 1.40 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar