Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-148/2021 18.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Gülməhəmməd oğlunun cavabdehlər Mirzəağayeva Zarbikə Abdulcabbar qızına və X2 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsində tikilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Gülməhəmməd oğlu cavabdehlər Mirzəağayeva Zarbikə Abdulcabbar qızına və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 JN 011B KOD 30108028 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnaməyə əsasən Qusar rayonu, Xuluq kəndində yerləşən 0.02 hektar torpaq sahəsindən çıxarılması, torpaq sahəsindən mülkiyyət hüququnun həyata keçirilməsi və cavabdehlər Cavabdeh1 Abdulcabar qızı və Cavabdeh2 tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, ona məxsus həmin torpaq sahəsində tikilmiş tikililərin cavabdehlər Cavabdeh1 Abdulcabar qızı və Cavabdeh2 tərəfindən sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Gülməhəmməd oğlu məhkəməyə ərizə göndərərək mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Gülməhəmməd oğlu və cavabdehlər Mirzəağayeva Zarbikə Abdulcabbar qızı və X3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə İddiaçı Gülməhəmməd oğlunun, cavabdehlər Mirzəağayeva Zarbikə Abdulcabbar qızının və X1 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının məhkəməyə göndərdiyi ərizəni nəzərə alaraq hesab edir ki, İddiaçı Gülməhəmməd oğlunun cavabdehlər Mirzəağayeva Zarbikə Abdulcabbar qızına və X2 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsində tikilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Gülməhəmməd oğlunun cavabdehlər Mirzəağayeva Zarbikə Abdulcabbar qızına və X2 qarşı torpaq sahəsindən çıxarılma və torpaq sahəsində tikilmiş tikililərin sökülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki iş baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-148/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-148/2021
18.02.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver