Məhkəmə qərarları › İş №2(029)-151/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-151/2024

14.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-151/2024 14.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Dövlət Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Qusar rayon Dövlət Notariat kontoruna qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 24 dekabr 2013-cü il tarixdə vəfat etmiş X6 ilə onun arasındakı qohumluq münasibətlərinin, yəni həmin şəxsin onun doğma anası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonu Urva kəndində yerləşən 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun X1na məxsusdur. Həmin şəxsin torpaq sahəsinə dair mülkiyyət hüququ xx.xx.1998-ci il tarixli KOD 30121018 JN:207 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə rəsmiləşdirilmişdir. X1 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Hazırda o, mərhum anasının qanun üzrə yeganə vərəsəsidir və torpaq sahəsini miras əmlak kimi faktiki olaraq qəbul etməklə ondan istifadə edir və ona sahiblik edir. Həmin əmlakları qanun üzrə vərəsəlik qaydasında adına rəsmiləşdirmək məqsədi ilə Qusar rayon Notariat Ofisinə müraciət etdikdə ona bildirilmişdir ki, ona məxsus doğum haqqında akt qeydi olmadığından mirasın notariat orqanı vasitəsi ilə qəbul edilməsi mümkün deyil və ona görə də mərhum anası ilə onun arasında qohumluq münasibətlərinin təsdiq olunması ilə bağlı məhkəməyə müraciət etməyi ona tövsiyyə olunmuşdur. O, 1942-ci ildə Qusar rayonu Urva kəndində anadan olmuşdur. Hamıya məlumdur ki, həmin vaxt keçmiş SSRİ dövrü idi, həmin dövrdə X9 gedirdi, ona görə də, anadan olarkən onun adına hər hansı doğum haqqında akt qeydi tərtib olunmamış, sonradan ona birbaşa pasport verilmiş, Azərbaycan Respublikasının müstəqilliyi bərpa olunduqdan sonra isə şəxsiyyət vəsiqəsi verilmişdir. Ona məxsus doğum haqqında şəhadətnamə olmasa da, yaşadığı Qusar rayonu Urva kəndində bütün qohum və tanışlar bilirlər ki, mərhum X6 onun doğma anasıdır. Qusar rayon İcra Hakimiyyəti Başçısının Urva kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən bu barədə xx.xx.2023-cü il tarixli 561 saylı arayış da verilmişdir. O, hazırda mərhum Rəbiyyə Aydayevanm mirasını qəbul etmək hüququ olan şəxslərin dairəsinə daxildir. Hal-hazırda mərhum Rəbiyyə Aydayevanm mirası ilə bağlı vərəsəlik müəyyən olunmalı olduğundan hesab edir ki, həmin şəxslə onun arasındakı qohumluq münasibətləri, yəni həmin şəxsin onun doğma anasım olması faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, onun etibarnamə üzrə nümayəndəsi X4 məhkəməyə ərizə göndərərək bildirmişdir ki, o, ərizəni müdafiə edir, təmin edilməsini xahiş edir. Həmçinin bildirmişdir ki, işi ilə əlaqədar 14 mart 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasına gələ bilmir, işə onun və Ərizəçi iştirakı olmadan baxılıb ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X7 xx.xx.2013-cü ildə Qusar rayonu Urva kəndində ölmüşdür. İşdə olan Qusar RİHB-nın Urva kənd İƏD üzrə nümayəndəliyində verilmiş 14 sentyabr 2023-cü il tarixli 61 saylı arayışdan görünür ki, həqiqətən , Qusar rayonu Urva kənd sakini Ərizəçi, mərhumə Urva kəndində qeydiyyatda olmuş X3 doğma övladıdır. İşdə olan Qusar RİHB-nın Urva kənd İƏD üzrə nümayəndəliyində verilmiş 12 may 2023-cü il tarixli 318 saylı arayışdan görünür ki, həqiqətən mərhum X7 vəfat etdiyi günədək Qusar rayon çiləgir kəndində yaşamış və ölümündən sonar aşağıdakı vərəsələri qalmışdır: Ərizəçi. Mərhumun ölümündən sonar əmlakı Ərizəçi idarə edir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 23 may 2023-cü il tarixli 144 saylı arayışdan görünür ki, Ərizəçi barəsində Qusar rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan JN:207 KOD 30121018 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 16 iyun 1998-ci il tarixli 10/5 saylı qərarı ilə Qusar rayon Urva kəndində X5 0.53 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsi mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X7 24 dekabr 2013-cü il tarixdə ölmüşdür. X11 Ərizəçi doğma anasıolsa da, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydlər tapılmamışdır. Buna baxmayaraq, həmin hal məhkəməyə təqdim edilmiş Qusar RİHB-nın Urva kənd İƏD üzrə nümayəndəliyinin 14 sentyabr 2023-cü il tarixli 561 saylı arayışla və digər sənədlərlə təsdiq olunur. Hal-hazırda Ərizəçi X11nın miras əmlakını vərəsəlik yolu ilə qəbul etmək istəyir. Bu məqsədlə o, Qusar rayon Notariat Ofisinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, oradan ona bildirmişlər ki, onunla X11 arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ərizəçi ilə X11nın arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmasa da, ərizəçi ilə həmin şəxsin arasında olan qohumluq faktı-yəni ərizəçinin həmin şəxsin doğma anası olması məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.1-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 24 dekabr 2013-cü il tarixdə vəfat etmiş X3 Ərizəçi doğma anası olmasını təsdiq edən rəsmi sənəd olmasa da, həmin hallar işdə olan sənədlərlə təsdiq olunduğundan həmin şəxslərin arasındakı qohumluq münasibətləri-yəni mərhum X3 Ərizəçi doğma anası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 24 dekabr 2013-cü il tarixdə vəfat etmiş X7 ilə Ərizəçi arasındakı qohumluq münasibətləri-yəni mərhum X3 Ərizəçi doğma anası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əli Cəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar