Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-159/2022 09.06.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, onun vəkili X3, tərcüməçi X4 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 30 iyun 2009-cu il təvəllüdlü X14, 10 mart 2011-ci il təvəllüdlü X24 və 22 iyun 2016-cı il təvəllüdlü X17 adlı azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən ona məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə, onların X15 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğlu X15 həyat yoldaşı olmuş və ayrılmışlar. Belə ki, Qusar rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(029)-448/2020 saylı qətnaməsinə əsasən nikahın pozulması tələbinə dair iddia təmin edilmiş, onların nikahı məhkəmə qaydasında pozulmuşdur. Qusar rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(029)-448/2020 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh xeyrinə 30 iyun 2009-cu il təvəllüdlü X6, 10 mart 2011-ci il təvəllüdlü X16 və 22 iyun 2016cı il təvəllüdlü X12 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün sabit pul məbləğində hər ay hər uşağa görə 100 (yüz) manat, cəmi isə 300 (üç yüz) manat miqdarında aliment tutulması qət edilmişdir. Cavabdeh iddia ilə məhkəməyə müraciət edərək ona məxsus olan ünvan 3 ünvanda yerləşən evindən istifadə hüquqlarının tanınması və həmin evə köçürülməsini tələb etmişdir. Qusar rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(029)-711/2020 saylı qətnaməsi ilə iddia təmin edilmiş, iddiaçının 30 iyun 2009-cu il təvəllüdlü X14, 10 mart 2011-ci il təvəllüdlü X24 və 22 iyun 2016-cı il təvəllüdlü X17 adlı azyaşlı uşaqları ilə birlikdə ünvan 3 ünvanda yerləşən ona məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarının tanınması və onların həmin evə köçürülməsi qət edilmişdir. O, bu qətnamədən razı olmadığı üçün apellyasiya şikayəti vermiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(105)-765/2021 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmamış və Qusar rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(029)-448/2020 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. O, hesab edir ki, belə vəziyyətdə onun hüquqları kobud şəkildə pozulmuş olur. Çünki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ona məxsusdur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş **********3 nömrə ilə qeydə alınmış Çıxarışa əsasən ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onun xüsusi mülkiyyətindədir. Qusar rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(029)-448/2020 saylı qətnaməsinə əsasən cavabdeh başqa yaşayış yeri olmadığını əsas gətirərək iddia tələbinin təmin olunmasını, azyaşlı uşaqları ilə birlikdə mübahisəli evdən yaşayış və istifadə hüququnun tanınmasını xahiş etmiş və iddiası təmin olunmuşdur. Halbuki, cavabdehin daimi yaşayış yeri vardır. Belə ki, ünvan 7 ev ona məxsusdur və qəsdən həmin yaşayış evini öz adına rəsmiləşdirməmişdir. Həmçinin, cavabdehin keçmiş həyat yoldaşı-yəni onun oğlu X9 şəhəri Q.Əliyev küçəsi 15 saylı evdə yaşayır və onun ayrıca yaşayış evi vardır. Bundan başqa, onun oğlunun ünvan 9ən ümumi sahəsi 848.2 kv/m olan fərdi yaşayış evi vardır. Belə olan halda niyə cavabdeh onun evində yaşamalıdır? Qanuna uyğun olaraq Cavabdeh onun evindən heç bir qanuni əsas olmadan istifadə etməsi və cehiz əmlakını orada saxlaması bir mülkiyyətçi kimi onun mülkiyyət hüquqlarını məhdudlaşdırır. Ona görə də, iddia tələbi təmin olunmalı, Cavabdeh əmlakı ilə birlikdə həmin evdən çıxarılmalı və Cavabdeh ünvan 1 ünvanda yerləşən ona məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməlidir. Onun cavabdehlə heç bir yazılı razılığı yoxdur ki, cavabdeh onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evində yaşaya bilər. Əksinə, Cavabdeh onun üçün azruolunmaz şəxsdir. Cavabdehin onun evində yaşaması onun Konstitusiya və Qanunlarla müəyyən olunmuş mənzil hüququnu, yaşayış sahəsindən istifadə hüququnu və ən əsası isə onun azadlıq hüququnu pozur. Qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd olunmuşdur ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə, məhdud əşya hüquqdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyət etibarilə servitutdur. Şəxsi servitut müqavilə azadlığı və mülkiyyət hüququnun predmeti barəsində mülkiyyətçinin sərbəst sərəncam vermə azadlığına sahib olması nöqteyi nəzərindən yalnız mülkiyyətçinin ailə üzvləri üçün deyil, istənilən fiziki şəxslər üçün Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan qaydalar çərçivəsində təsis edilə bilər. Bu əsaslar aradan qalxdığı andan mülkiyyətçinin iradəsinə zidd olaraq yaşayış sahəsindən keçmiş ailə üzvünün istifadə etməsi hüquqi cəhətdən əsassız olar. Belə ki, hər hansı bir hüququ əmələ gətirən əsasın aradan qalxması həmin hüququn xitamı ilə nəticələnir. Azərbaycan Respublikası ƏMDKnin Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş **********27-10302 nömrəsi ilə qeydə alınmış Çıxarışa əsasən ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evi X15 xüsusi mülkiyyətindədir. Cavabdehlə onun şəxsi münasibətləri çox bərbaddır. Cavabdeh onu daimi təhqir edir, ona qarşı nalayiq ifadələr işlədir, bir sözlə gündəlik həyat ahəngini pozur. Onun cavabdehlə eyni evdə yaşamağı mümkün deyil. Artıq psixoloji gərginlik keçirir və əsəblərini cilovlaya bilmir. Həyat yoldaşı, özü və həmin evdə qalan digər ailə üzvləri çox əziyyət çəkir. Qeyd etmişdir ki, həmin evdə 9 ailə üzvü yaşayır.”Elektron notariat” X1 vasitəsi ilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan verilmiş Çıxarışdan görünür ki, X7, X8, İddiaçı, X13, X22 ünvan 3 ünvanda qeydiyyatdadır və yaşayırlar. Bir nəfərə, yəni Cavabdeh görə bu qədər adam əziyyət çəkir və daimi oalaraq gərginlik yaşayır. Eyni zamanda tez-tez aralarında baş verən bu münaqişə nəvələrinə də pis təsir edir. Belə ki, onların tərbiyəsi, psixi sağlamlığı və əxlaqi inkişafına dəyən zərərə görə çox narahatdır. O, nəvələrini çox istəyir. İstəməz ki, Cavabdeh ilə olan gərgin münasibətlər nəvələrinin psixi sağlamlığını pozsun. Cavabdehin keçmiş həyat yoldaşı, yəni onun oğlu X15 ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evində yaşasa bütün bu problemlər də həll olar və bəlkə də onlar yenidən barışıb xoşbəxt ailə olarlar. Cavabdeh iddiası ilə təmin olunmuş məhkəmə qətnaməsi ilə tərəfdar çıxdığı Azərbaycan Respublikasının “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair Protokolun” (Paris, 2 mart 1952-ci il) 1-ci maddəsinin və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 6-cı maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Çünki onun faktiki olaraq başqa yaşayış yeri vardır və o, iki ilə yaxındır ki, həmin evdə yaşayır. Eyni zamanda keçmiş həyat yoldaşının ünvan 5 ünvanında yerləşən tam təmirli fərdi yaşayış evi mövcuddur. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Əvvəlki məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək bildirmişdir ki, ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Cavabdeh oğlu Faikin həyat yoldaşı olub, onların aralarında olan nikah məhkəmə qaydasında pozulmuşdur. Cavabdeh ünvan 7 ünvanda yerləşən, atasına məxsus fərdi yaşayış evində qeydiyyatdadır. Cavabdehin uşaqlarına atasının, yəni oğlu Faikin ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evindən pay verilməlidir və həmin evdən istifadə hüququ tanınmalıdır. Həmin ev şəhərin mərkəzində yerləşir, uşaqların oxuduğu məktəbə yaxındır, ev tam təmirlidir, ağıllı ev sistemləri quraşdırılmış kommunal xidmətləri var. Lakin, cavabdehə və onun uşaqlarına onun mülkiyyətində olan evindən istifadə hüququnu tanıyıblar. Cavabdeh başqa evdə qalmasına razı deyil, ancaq ona məxsus evdə yaşamaq istəyir. Cavbadeh onlarla yaşadığı müddətdə öz əri ilə və onlarla yola getməyib, onlarla dalaşmışdır. Əgər cavabdeh ona məxsus evdə yaşasa orda hər hansı bir cinayət baş verə bilər. Bu isə uşaqların da psixologiyasına pis təsir edər. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında höstərmişdir ki, o, ekspertiza mərkəzinin verdiyi rəy ilə razı deyildir. Evin dəyəri çox göstərilmiş, hazırda həmin evin təmirə ehtiyacı vardır. Cavabdeh uşaqları ilə onun evinə köçürüldüyü vaxtdan həmin evdə yaşamamış, cavabdehin yaşamağa başqa evi vardır. O, cavabdehə qaz, işıq verməli deyildir. 810 manat qaz borcu olduğundan qazı kəsmişlər. Hazırda o, cavabdehin faktiki yaşadığı evdən yaxşı şəraitli ev tutaraq, ayda 300 manat kirayə haqqı verməyə razıdır. Odur ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, iddiaçıya məxsus ünvan 10 evdə 2009-cu ildən yaşayır, uşaqları da həmin evdə doğulub. Həmin evdə o, 11 ildən çox yaşamışdır. Evə köçürülməyi barədə qanuni qüvvəyə minmiş qətnamələr var, lakin indiyə kimi həmin evə köçürülməmişdir. Onun həmin evə istifadə hüququ tanınıb. Hər dəfə icraçılar onu evə köçürmək istəyəndə iddiaçı bəhanələr çıxarıb icradan boyun qaçırır. 2 dəfə icra təyin olunub, iddiaçı heç vaxt gəlməyib. O və uşaqları həmin evdə yaşamaq istəyir, uşaqlar atasını istəyir, uşaqların atası həmin evdə yaşayır. O, keçmiş əri Faiklə barışmaq istəyir, onun başqa ərə getmək fikri yoxdur, Faikin səhvləri olub, o, keçmiş ərini bağışlamışdır, üç uşağı var, ailəsini bərpa etmək istəyir, lakin iddiaçı buna imkan vermir, onlara barışmağa mane olur. O, ərdə olan vaxt qaynatasına və qaynanasına valideynləri kimi hörmət etmiş, yenə də edir. O, başqa ev istəmir, uşaqlarla həmin evdə yaşamaq istəyir. Hazırda müvəqqəti atasının evində yaşayır. Mübahisəli evdə hazırda keçmiş yoldaşı tək yaşayır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, vəkilin dedikləri ilə razıdır. O, 04 mart 2022-ci il tarixdə azyaşlı uşaqları ilə birlikdə ünvan 3 ünvanda yerləşən iddiaçının evinə köçürülmüşdür. O, keçmiş həyat yoldaşı X15 ünvan 8 ünvanında yerləşən evinə köçürülməsinə razı deyil, əgər həmin ev onun adına rəsmiləşdirilsə, o zaman razı olacaqdır. O, ekspert rəyi ilə razı deyil, evin qiyməti çox aşağı göstərilmişdir. Odur ki, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh vəkili X10 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, iddiaçının oğlu X25 cavabdehin həyat yoldaşı olmuşdur. İddiaçı cavabdehin və uşaqların ünvan 1 ünvandan çıxarılaraq oğluna aid olan ünvan 9ən evə köçürülməsini istəyir. İddiaçının oğlu ilə cavabdehin arasındakı nikah Qusar rayon Məhkəməsinin 16 sentyabr 2020-ci il tarixli, 2(029)-448/2020 saylı qətnaməsi ilə pozulmuşdur. O vaxta kimi, cavabdehin ərinin adına heç bir yerdə ev qeydiyyata alınmamış, buna görə də, məhkəmə haqlı olaraq cavabdehin və uşaqların iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən evə köçürülməsi barədə qətnamə qəbul etmişdir. İddiaçının oğlunun adına olan ev 36 kv/metrdən ibarətdir. Bildirir ki, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Bu barədə Konstitusiya Məhkəməsinin 8 oktyabr 2013-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə etmək ehtiyacının olmasına baxmayaraq, mülkiyyətçi və (və ya) mənzilin digər sakinləri onun həmin yaşayış sahəsindən istifadəsini mümkünsüz etdiyi hallarda, bu hüquqa yalnız müvafiq kompensasiyanın ödənilməsi şərti ilə xitam verilə bilər. Cavabdehin başqa hər hansı yaşayış evi yoxdur. Uşaqları qanun üzrə vərəsədirlər. İddiaçının cavabdehə Kompensasiya verilərək istifadə hüququna xitam verilməsi tələbi barədə məhkəmənin qanuna minmiş qətnaməsi var, həmin iddia rədd olunmuşdur. Hazırda həmin hal müzakirə mövzusu ola bilməz. Həmçinin, iddia kompensasiya ilə bağlı deyil, cavabdehin başqa şəxsə aid evə köçürülməsi ilə bağlıdır. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. Belə ki, işdə olan xx.xx.2020-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən 0.06 ha həyətyanı torpaq sahəsində yerləşən 225.20 kv-metrlik fərdi yaşayış evi tam xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli, qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanında yerləşən evin 1-ci mərtəbəsində olan 1 otaqlı, 36 kv/metr sahəsi olan mənzil tam xüsusi mülkiyyət hüququ üzrə X15 adına qeydiyyata alınmışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 23 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, X14 30 iyun 2009-cu il tarixdə Qusar şəhərində anadan olmuşdur. X11, anası X2r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 23 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, X24 10 mart 2011-ci il tarixdə Qusar şəhərində anadan olmuşdur. X11, anası X2r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 23 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, X17 22 iyun 2016-cı il tarixdə Qusar şəhərində anadan olmuşdur. X11, anası Cavabdehdır. İşdə olan AZ-İ 366984 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə Cavabdeh nikahlarına xx.xx.2020-ci il tarixində Qusar rayonu Qeydiyyat şöbəsində xitam verilmişdir. İşdə olan Qusar rayon Məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(029)-711/2020 saylı qətnaməsindən görünür ki, Cavabdeh 30 iyun 2009-cu il təvəllüdlü X14, 10 mart 2011-ci il təvəllüdlü X24 və 22 iyun 2016-cı il təvəllüdlü X17 adlı azyaşlı uşaqları ilə birlikdə ünvan 3 ünvanda yerləşən İddiaçı məxsus fərdi yaşayış evindən istifadə hüquqları tanınmış və iddiaçının azyaşlı uşaqları ilə birlikdə həmin evə köçürülmələri qət edilmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin 27 aprel 2021-ci il tarixli, 2(105)- 765/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı apelyasiya şikayəti təmin edilməmiş, Qusar rayon Məhkəməsinin 2(029)-711/2020 saylı 19 oktyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Qusar rayon Məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(029)-566/2021 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı 5000 (beş min) manat kompensasiya ödənilməklə ona məxsus ünvan 1 yaşayış evindən istifadə hüququna xitam verilməsi və uşaqları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddiası rədd edilmişdir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 16 may 2022-ci il tarixli ƏEM/M 51- 391/22 saylı rəyin surətindən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evin bazar dəyəri 91000 (doxsan bir min) manat təşkil edir. İşdə olan "xxxx" MMC tərəfindən verilmiş 16 may 2022-ci il tarixli ƏEM/M 51- 391/22 saylı məktubdan görünür ki, həmin tarixli və saylı ekspert rəyi üzrə xidmət haqqı 200 (iki yüz) manat təşkil edir. İşdə olan 28 oktyabr 2021-ci il tarixli İŞ 2021-005021 saylı mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki, İddiaçı Cavabdeh qarşı yaşamaq hüququna xitam verilməsinə dair müraciəti ilə əlaqədar Cavabdeh mediasiya prosesində iştirak etməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinin tələbinə görə, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutları əlaqələndirməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəblərini aydın göstərməlidir (S.Əliyevanın şikayəti ilə əlaqədar 31 may 2006-cı il tarixli Qərar). Dispozitivlik prinsipinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hüququn hamılıqla qəbul olunmuş dispozitivlik adlanan bu prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri gütürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərar). Beləliklə, birinci instansiya məhkəməsi bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən mülkiyyətçinin həmin məbləgin ödənilməsi barədə razılığını nəzərə almalıdır. Bu halda mülkiyyətçi məhkəmə tərəfindən mülki prosessual qanunvericiliyə uyğun olaraq müəyyən edilmiş bazar qiymətinə uyğun kompensasiya məbləgi ilə razılaşa və ya razılaşmaya, öz iddiasından imtina edə, yaxud onun iddiası təmin olunmadığı təqdirdə yuxarı instansiya məhkəmələrinə şikayət verə bilər. Bazar qiymətinə uyğun olaraq kompensasiya məbləginin ödənilməsinə dair iddiaçının razılığı nəzərə alınmadan iddianın təmin edilməsi onun məhkəməyə müraciət etməsini əhəmiyyətsiz edər və dispozitiv hüququnu pozmuş olar. Bundan başqa, həmin qərarda qeyd olunur ki, qeyd olunmalıdır ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2007-ci il tarixli qərarında qeyd olunur ki, «Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Məhkəmə İddiaçı özünə məxsus ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinə dair Cavabdeh istifadə hüququna xitam verilməsi və uşaqları ilə birlikdə Cavabdeh keçmiş həyat yoldaşı X15 ünvan 2 ünvanda yerləşən evə köçürülməsi barədə dəlillərini müzakirə edərək hesab edir ki, Cavabdeh himayəsində olan azyaşlı uşaqların da mənafeləri nəzərə alınmaqla müvafiq kompensasiya verilmədən onun ünvan 10 ünvanda yerləşən evə dair istifadə hüququna xitam verilməsi və başqa bir mənzilə köçürülməsi qanuni, əsaslı və ədalətli olmamaqla onun və azyaşlı uşaqlarının məhrumiyyətlərə düçar olmasına səbəb ola bilər. Belə ki, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh istifadə hüququ Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixli Mənzil Məcəlləsi qüvvəyə minməmişdən əvvəl yaranmış və Qusar rayon məhkəməsinin 19 oktyabr 2020-ci il tarixli, 2(029)-711/2020 saylı qətnaməsinə əsasən Cavabdeh istifadə hüququ müəyyən müddətə-yəni müvəqqəti olaraq saxlanılmamış, onun mübahisəli evə istifadə hüququ daimi olaraq tanınmışdır. Belə olan halda, Mənzil Məcəlləsinin 30.4-cü maddəsi hazırkı mübahisəyə tətbiq edilə, cavabdehin istifadə hüququ müvəqqəti hüquq kimi qəbul edilə bilməz. Bundan başqa, iddiaçı tərəf Cavabdeh özünə məxsus başqa bir yaşayış sahəsinin olduğunu göstərsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmiş, həmin hal məhkəmədə öz təsdiqini tapmamışdır. Bu səbəbdən də, Cavabdeh həmin hüququ istənilən şəxsdən, o cümlədən mülkiyyətçidən müdafiə olunmalıdır. Mülki Məcəllənin tələblərinə əsasən isə şəxsin istifadə hüququna xitam verilməsi ona mülkiyyətçi tərəfindən müvafiq kompensasiya verilməklə mümkündür. Bundan başqa, Qusar rayon məhkəməsinin 26 avqust 2021-ci il tarixli, 2(029)-566/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı 5000 (beş min) manat kompensasiya ödənilməklə ona məxsus ünvan 1 yaşayış evindən istifadə hüququna xitam verilməsi və uşaqları ilə birlikdə evdən çıxarılması tələbinə dair iddiası rədd edilmiş, həmin qətnamə hazırda qüvvədədir. Həmin qətnamə ilə məhkəmə iddiaçının təklif etdiyi məbləğdə kompensasiya müqabilində cavabdehin istifadə hüququna xitam verilməsini məqsədəmüvafiq hesab etməmişdir. Hazırkı halda isə iddiaçı cavabdehə hər hansı kompensasiya verilməklə deyil, onun özünə deyil, başqa bir şəxsin mülkiyyətində olan mənzilə köçürülməklə cavabdehin istifadə hüququna xitam verilməsini tələb etmişdir. Məhkəmə həmin tələbi iddiaçının mülkiyyət hüququ ilə cavabdehin istifadə hüququ arasında balansın qorunması baxımından da düzgün və əsaslı hesab etmir və belə qənaətə gəlir ki, belə olan halda Cavabdeh və uşaqlarının istifadə hüququ və mənzil toxunulmazılığı hüququ əsassız olaraq pozula bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə qənaətə gəlir ki, Cavabdeh 30 iyun 2009-cu il təvəllüdlü X14, 10 mart 2011-ci il təvəllüdlü X24 və 22 iyun 2016-cı il təvəllüdlü X17 adlı azyaşlı uşaqları ilə birlikdə ünvan 1 ünvanda yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə onların X15 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsi tələbinə dair İddiaçı iddiası əsassız olduğundan rədd edilməlidir. İş üzrə 200 (iki yüz) manat məbləğində məhkəmə xərcləri, təyin olunmuş məhkəmə-qiymətləndirmə ekspertizası İddiaçı təşəbbüsü ilə təyin olunduğundan həmin şəxsdən tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab H AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Cavabdeh 30 iyun 2009-cu il təvəllüdlü X14, 10 mart 2011-ci il təvəllüdlü X24 və 22 iyun 2016-cı il təvəllüdlü X17 adlı azyaşlı uşaqları ilə birlikdə ünvan 10 ünvanda yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməklə onların X15 ünvan 9ən fərdi yaşayış evinə köçürülmələri tələbinə dair İddiaçı iddiası rədd edilsin. İş üzrə 200 (iki yüz) manat məbləğində məhkəmə xərcləri İddiaçı tutularaq "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab H AZN: AZ30GUNA********************, Bank: GUNAY BANK ASC VÖEN: **********, Müxbir hesab: AZ25NABZ********************, KOD: 505594; SWİFT: GUNAAZ22) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV
Məhkəmə qərarları › İş №2(029)-159/2022
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-159/2022
09.06.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver