Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-17/2024 05.03.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X8 və Cavabdeh iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-yə tam mülkiyyət hüququ üzrə məxsus olan Qusar rayonu, Xürel kəndində yerləşən 104.326 ha torpaq sahəsinin 5.77 ha hissəsindən (daşınmaz əmlakın reyestr nömrəsi: **********66) qanunsuz şəkildə zəbt etmiş Cavabdeh çıxarılması, həmin torpaq sahəsinin İddiaçı MMC-yə təhvil verilməsi və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-nin mülkiyyətində Qusar rayonu, Xürel kəndində yerləşən ümumi sahəsi 104.326 ha olan, **********66 reyestr nömrəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus olan sözügedən 104.326 ha torpaq sahəsinin 5.77 ha hissəsi uzun müddətdir ki, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir və bununla iddiaçının mülkiyyət hüququ ciddi şəkildə pozulmuşdur. Cavabdehdən dəfələrlə torpaq sahəsini boşaltması tələb olunsa da, o, bu tələblərə heç bir məhəl qoymamış, iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə etməyə davam etmiş və hal-hazırda da davam etməkdədir. Odur ki, iddiaçının mülkiyyət hüququ qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilmiş və buna dair onun mülkiyyət hüququnu təsdiq edən **********66 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış mövcuddur. Cavabdeh iddiya etiraz ərizəsi vermiş, etiraz ərizəsini onunla əsaslandırmışdır ki, aşağıda göstərilənlərə əsasən "xxxx" MMC-nin həmin iddiası əsassız olduğundan təmin edilə bilməz: Belə ki, iddia ərizəsində göstərilir ki, “..."xxxx" MMC-nin mülkiyyətində Qusar rayonu, Xürel kəndində yerləşən ümumi sahəsi 104.326 ha olan **********66 reyestr nömrəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur. Mülkiyyət hüququ ilə "xxxx" MMC-yə məxsus sözü gedən 104.326 ha torpaq sahəsinin 6,77 ha hissəsi uzun müddətdir ki, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir və bununla iddiaçının mülkiyyət hüququ ciddi şəkildə pozulmuşdur. Cavabdehdən dəfələrlə torpaq sahəsinin boşaldılması tələb olunsa da, o, bu tələblərə heç bir məhəl qoymamış, iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə etməyə davam etmiş və hal-hazırda da davam etməkdədir...” Bildirir ki, iddiaçı "xxxx" MMC-nin mövcudluğundan, onun kimə məxsus olmasından bu vaxta kimi ümumiyyətlə xəbəri olmamış və həmin MMC-yə məxsus torpaq sahəsindən də heç bir vaxt istifadə etməmiş, eləcə də hazırkı iddia ərizəsində göstərilənlərlə əlaqədar ona heç kim yaxud da həmin MMC-nin nümayəndələri tərəfindən xəbərdarlıq edilməmişdir. İddia ərizəsində "xxxx" MMC-yə məxsus sözü gedən 104.326 ha torpaq sahəsinin 6,77 ha hissəsi uzun müddətdir ki, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmişdir və bununla iddiaçının mülkiyyət hüququ ciddi şəkildə pozulmuşdur” və “Cavabdehdən dəfələrlə torpaq sahəsinin boşaldılması tələb olunsa da, o, bu tələblərə heç bir məhəl qoymamış, iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz olaraq istifadə etməyə davam etmiş və hal-hazırda da davam etməkdədir” barədə deyilənlər yalandır və iddia ərizəsinə bunu təsdiq edəcək heç bir sübut da əlavə edilməmişdir. İddia ərizəsinin "xxxx" MMC-nin mülkiyyətində Qusar rayonu, Xürel kəndində yerləşən ümumi sahəsi 104.326 ha olan **********66 reyestr nömrəli kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mövcuddur” barədə deyilənlər isə ola bilsin ki, doğrudur və buna etiraz edə bilmir. Ona görə ki, belə bir MMC-nin, eləcə də onun mülkiyyətində hər hansı torpaq sahəsinin mövcud olub-olmaması barədə heç bir məlumatı yoxdur. Qeyd etmək istəyir ki, Sumqayıt şəhərində pasport qeydiyyatında olmağına baxmayaraq, əslən Qusar rayonun Kuzun kəndindən olmaqla həm Sumqayıt şəhərində, həm də Qusarda yaşayır. Hazırda onun icarəsində Qusar rayonun Kuzun Bələdiyyəsindən xx.xx.2004-cü il və xx.xx.2007-ci il tarixlərdən etibarən 99 il müddətinə icarəyə götürdüyü 18 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi (qeydiyyat tarixi xx.xx.2016, qeydiyyat №-si **********, reyestr nömrəsi **********55 olan Seriya RX ******* №-li Çıxarış və qeydiyyat tarixi xx.xx.2016, qeydiyyat №-si **********, reyestr nömrəsi **********54 olan Seriya RX ******* №-li Çıxarış). Eləcə də Kuzun Bələdiyyəsi ilə bağlanmış xx.xx.2007-ci il tarixli 08 №-li Torpaq icarəsi müqaviləsi əsasında 99 il müddətinə icarəyə götürdüyü, yuxarıda qeyd olunan 18 ha torpaq sahəsinə bitişik, daşlı, çınqıllı və kol-koslu olmaqla istifadəyə yararsız vəziyyətdə olan 3 ha torpaq sahəsi mövcud olmuş, həmin icarə müqaviləsinin şərtinə əsasən həmin sahəni də yararalı vəziyyətə gətirərək hazırda istifadəsindədir. Uzun müddətdir ki, 99 il müddətinə icarəsində olan cəmi, 21 hektardan ibarət həmin torpaq sahəsinin 13 hektarı hazırda bağ sahəsidir, yararlı hala saldığı 3 ha ilə birlikdə 8 ha sahədə də taxıl əkilmiş və bununla bağlı ona heç bir vaxt hər hansı irad bildirilməmişdir. Həmin torpaq sahəsinə görə icarə haqqı da vaxtlıvaxtında Kuzun Bələdiyyəsinə ödəyir, eyni zamanda da həmin sahədə kənd təsərrüfatı ilə məşğul olduğuna görə dövlət tərəfindən ona hər il subsidiya verilir. Bütün yuxarıda qeyd olunanlara görə də hazırkı iş üzrə "xxxx" MMC-nin Cavabdeh qarşı, “İddiaçı "xxxx" MMCyə tam mülkiyyət hüququ ilə məxsus olan Qusar rayonu, Xürel kəndində yerləşən 104.326 ha torpaq sahəsinin 6,77 ha hissəsindən (daşınmaz əmlakın reyestr nömrəsi: **********66) qanunsuz şəkildə zəbt etmiş Cavabdeh çıxarılması, həmin torpaq sahəsinin iddiaçı "xxxx" MMC-yə təhvil verilməsi və iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun Cavabdeh tutulması” tələbinə dair iddiası rədd olunmalıdır. Məhkəmə iclasında iddiaçı Agrarco” MMC-nin etibarnamə üzrə nümayəndəsi X9 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, o, mütəxəssis və ekspertiza rəyləri ilə razı deyildir. İddiaçı MMC-nin həmin torpaq sahəsinə dair mülkiyyət hüququ ********** qeydiyyat nömrəli xx.xx.2022-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında tanınmışdır. İddiaçı MMC-yə tam mülkiyyət hüququ üzrə məxsus olan Qusar rayonu, Xürel kəndində yerləşən 104.326 ha torpaq sahəsinin 5.77 ha hissəsindən Cavabdeh çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, ekspert və mütəxəssis rəyləri ilə razıdır. O, sözü gedən torpaq sahəsini Kuzun Bələdiyyəsindən 25 aprel 2007-ci il tarixli torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə əsasında 99 illik icarəyə götürmüşdür. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının etibarnamə üzrə nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan 25 aprel 2007-ci il tarixli 08 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, Kuzun X1 tərəfindən Cavabdeh icarə əsasında yararsız 3 (üç) hektar (daşlı, çınqıllı, kol-koslu tam yararsız) olan torpaq sahəsini, o cümlədən su ilə örtülmüş sahəsi 18 (on səkkiz) hektara bitişik ərazini yararlı hala salmaq məqsədilə 99 il müddətinə icarəyə verilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-14521/2023 saylı mütəxəssis rəyinən görünür ki, qərardadda mütəxəssis qarşısında qoyulmuş sualı cavablandırmaq məqsədilə tərəflərin və mütəxəssisin iştirakı ilə mübahisələndirilən torpaq sahəsinin mövqeyi, ölçüləri və ərazinin koordinatlarını naturadan plana alınaraq kameral şəraitdə, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1455 nömrəli Fərmanına uyğun olaraq məhkəmələrin müraciətləri əsasında mübahisə predmeti olan daşınmaz əmlaka dair rəy və sxemlərin verilməsi zamanı vətəndaşların mülkiyyətində olan torpaq sahələri torpaq islahatı zamanı texniki qüsurla hazırlanmış, naturaya uyğun gəlməyən DWG xəritələrindən deyil (Aqrar İslahat zamanı tərtib olunmuş qüsurlu xəritə), TEKİUS və AZCAD modelinə inteqrasiya olunmuş torpaqların elektron kadastrı uçotu məlumat bazasında dəqiqləşdirilmişdir, nəticədə, xx.xx.2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 306 nömrə reyestr kitabında 86 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, İddiaçı MMC-nin xüsusi mülkiyyətində olan, Qusar rayonu Xürəl kəndində yerləşən 104.326 ha torpaq sahəsinin 2.12 ha hissəsi 06 fevral 2023-cü il tarixli 4Ə-307 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Xaçmaz rayon 1 saylı notariat ofisində X2 və İddiaçıMMC-nin xüsusi mülkiyyətində 102.21 ha torpaq sahəsi qalmışdır. Torpaq sahəsinin ölçüləri sonradan İddiaçı MMC-yə verilmiş sənədə uyğundur. Həmin torpaq sahəsi və ya hər hansı hissəsi Cavabdeh tərəfindən zəbt və ya müdaxilə olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 24 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/9761 saylı rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, 14.01,2022-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, daşınmaz əmlakın dövlət reyestrində 306 nömrəli reyestr kitabında 86 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, "xxxx" MMC-nin xüsusi mülkiyyətində olan, Qusar rayonu Xürel kəndində yerləşən 104.326 ha torpaq sahəsinin 2.12 ha hissəsi 06 fevral 2023-cü il tarixli 4Ə-307 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında Xaçmaz rayon 1 saylı notariat ofisində X2 və "xxxx" MMC-nin xüsusi mülkiyyətində 102.21 ha torpaq sahəsi qalmışdır. Qərardadın 2-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, torpaq sahəsinin ölçüləri sonradan "xxxx" MMC-yə verilmiş sənədə uyğundur. Qərardadın 3-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Tərlan Səfərovun mütəxəssis rəyində qeyd edilir ki, həmin torpaq sahəsi va;:ya hər hansı hissəsi Cavabdeh tərəfindən zəbt və ya müdaxilə olurmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 24 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/9761 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-in 76.1 və 76.2-ci maddələrinə əsasən də tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-14521/2023 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 24 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/9761 saylı ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İnsan Hüquqlarının və X7 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə görə torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 4-cü bəndinə görə torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır “Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli, 2 nömrəli qərarının 3-cü bəndinə əsasən torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Həmin qərarın 6-cı bəndinə əsasən Torpaq Məcəlləsinin 78-ci və Mülki Məcəllənin 139-cu maddələrinə müvafiq olaraq, torpaq sahələri üzrə hüquqların dövlət qeydiyyatı məcburidir. Torpaq üzərində hüquqlar (mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ) habelə alqı-satqı, ipoteka, bağışlama müqavilələri, torpaqla bağlı digər əqdlər və vərəsəlik hüququ haqqında şəhadətnamə dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyata alınmalıdır. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsdiq edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Göründüyü kimi, məhkəmə tədqiqatı zamanı Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsində onun mülkiyyət hüququnu hər hansı şəkildə pozması öz təsdiqini tapmamış, əksinə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməri Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-14521/2023 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 24 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/9761 saylı ekspert rəyi ilə təkzib olunmuşdur. İddiaçı MMC-yə tam mülkiyyət hüququ üzrə məxsus olan Qusar rayonu, Xürel kəndində yerləşən 104.326 ha torpaq sahəsinin 5.77 ha hissəsindən (daşınmaz əmlakın reyestr nömrəsi: **********66) qanunsuz şəkildə Cavabdeh tərəfindən zəbt etməsi sübuta yetirilmədiyindən iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddia rədd olunduğundan iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı MMC-nin iddia tələbinin əsası kimi istinad olunmuş hallar sübuta yetirilmədiyindən, işin faktiki halları iddia tələbinin hüquqi əsası ilə uzlaşmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyindən iş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 24 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/9761 saylı rəy üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı iddiaçının mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İş üzrə 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri İddiaçı MMC-dən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-17/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-17/2024
05.03.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver