Məhkəmə qərarları › İş №2(029)-172/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-172/2021

16.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-172/2021 16.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat Ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat Ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2015-ci il tarixdə Qusar rayonun Gedəzeyxur kəndində vəfat etmiş X7 onun doğma atası olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1965-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuşdur. X3, anası X6r. X3 xx xxxxxx 2015-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində, anası X10 isə xx xxxxx 2013-cü il tarixdə Qusar rayon Gedəzeyxur kəndində vəfat etmişlər. Valideynlərinin birgə yaşadıqları müddətdə 4 qız, 1 oğlan uşaqları olmuşdur. Qusar rayonu Gedəzeyxur kəndində X3nun 2 mərtəbəli yaşayış evi, anası X4 isə həyətyanı və pay torpaq sahələri miras qalmışdır. Onun adına verilmiş İİİ-ЖГ nömrəli 394769 seriyalı doğum haqqında Şəhadətnamədə ata qrafası boş qalmışdır. Valideynlərinin ölümündən sonra, o, onlardan qalmış həmin mirası qəbul etmək istəyir və bu məqsədlə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Qusar rayon Notariat Ofisinə müraciət etmişdir. Lakin mövcud sənədlər üzrə X7 onun atası olduğunu müəyyənləşdirmək mümkün olmadığından Qusar rayon Notariat Ofisində vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Ona görə X7 onun doğma atası olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. X7 həqiqətən də doğma atası olması bir çox sənədlər və şahidlər təsdiq edə bilərlər. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Notariat Ofisi məhkəməyə məktub göndərərək, xidməti zərurətlə əlaqədar işdə iştirak edə bilməyəcəklərini və işə onların iştirakları olmadan baxılmasını məhkəmədən xahiş etmiş və həmin iş üzrə çıxarılacaq qərarın məhkəmənin mülahizəsinə buraxdıqlarını qeyd etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb maraqlı şəxs Qusar rayon Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, xx xxxxx 1972-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuşdur. Ərizəçi onun doğma qardaşıdır. Onlar 4 bacı, 1 qardaş olmuşlar. Bacıları 1962-ci il təvəllüdlü X20, 1971 təvəllüdlü X8 və 1976 təvəllüdlü X15, qardaşı isə Ərizəçidur. X3, anası X6r. X3 xx xxxxxx 2015-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində, anası X10 isə xx xxxxx 2013-cü il tarixdə Qusar rayon Gedəzeyxur kəndində vəfat etmişlər. Qardaşı Ərizəçi doğum haqqında Şəhadətnaməsində ata qrafasında ata adı göstərilməmişdir. 2016-cı ildə özünə təkrarən doğum haqqında şəhadətnamə alarkən atasının adı doğum haqqında şəhadətnamədə qeyd olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X30 ifadəsində göstərdi ki, Ərizəçi onun doğma dayısıdır. Anası 1962-ci il təvəllüdlü X16r. 3 xalası və 1 dayısı var. 1971 təvəllüdlü X8, 1972-ci il təvəllüdlü X14 və 1976 təvəllüdlü X11r. X17 onun babası, X10 nənəsi olmuşdur. X1 xx xxxxx 2013-cü il tarixdə, babası X13 xx xxxxxx 2015-ci il tarixdə vəfat etmişlər. Belə ki iş materiallarında olan İİİ-ЖГ nömrəli 394769 seriyalı doğum haqqında Şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1965-ci ildə Gedəzeyxur kəndində anadan olmuşdur. Ana qrafasında X10 yazılmış, ata qrafasında isə ata adı yazılmamışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qusar rayon Qeydiyyat Şöbəsinin xx xxxxxx 2020-ci il tarixdə verdiyi 34 saylı Arayışdan görünür ki, 1936-1955-ci illər üzrə aparılmış yoxlama nəticəsində X13 haqqında Doğum akt qeydiyyatı tapılmamışdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qusar rayon Qeydiyyat Şöbəsinin xx xxxxxx 2020-ci il tarixdə verdiyi 33 saylı Arayışdan görünür ki, 1936-1955-ci illər üzrə aparılmış yoxlama nəticəsində X10 haqqında Doğum akt qeydiyyatı tapılmamışdır. İşdə olan Qusar rayonu Gedəzeyxur kəndində tərtib olunmuş xx xxxxxx 2020-ci il tarixdə X5, X12, X2 iştirakları ilə tərtib olunmuş aktdan görünür ki, həqiqətən Ərizəçi mərhum X7 oğludur. İşdə olan AZ-l № 606060 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 xx xxxxx 2013-cü ildə ölmüşdür. Bu barədə xx xxx 2013-cü ilin Ölüm kitabında №-19 ilə qeydiyyat aparılmışdır İşdə olan AZ-l № 781290 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx xxxxxx 2015-ci ildə ölmüşdür. Bu barədə xx xxxxxx 2016-cı ilin Ölüm kitabında №-01 ilə qeydiyyat aparılmışdır. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Qusar rayon Dövlət Arxivi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 84 saylı Arxiv Arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu Gedəzeyxur kənd X25 İcraiyyə Komitəsinin 1983-1985-ci illərin Gedəzeyxur kəndi üzrə 4 nömrəli Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 266 olan X9 təsərrüfatın ailə üzvlərinin siyahisinda Ərizəçi onun oğlu kimi qeyd edilmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Gedəzeyxur İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il 114 saylı Arayışından görünür ki, Ərizəçi həqiqətən də Qusar rayonun Gedəzeyxur kənd sakinidir. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Gedəzeyxur İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2021-ci il tarixli 156 saylı Arayışından görünür ki, xx xxxxxx 1965-ci il tarixdə Qusar rayonun Gedəzeyxur kəndində doğulmuş Ərizəçi X3, X10 isə anasıdır. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qusar rayon Qeydiyyat Şöbəsinin xx xxxxxx 2021-ci il tarixdə verdiyi 13/15 saylı Arayışdan görünür ki, 1959-1965-ci illər üzrə aparılmış yoxlama nəticəsində X13 haqqında Nikah akt qeydiyyatı tapılmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx xxxx 2021-ci il tarixli X-215 saylı məktubundan görünür ki, vərəsəlik haqqında şəhadətnamənin verilməsi miras qoyanla vərəsənin qohumluq əlaqələrini təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən mümkün deyildir. Bununla bağlı qohumluluq faktının təsdiq olunması üçün məhkəməyə müraciət etməyi məqsədə uyğun görülmüşdür. İşdə olan Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1965-ci il tarixdə Qusar rayonu Gedəzeyxur kəndində anadan olmuş, hazırda Qusar rayonu Gedəzeyxur kəndində qeydiyyatdadır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, xx xxxxxx 2015-ci il tarixdə Qusar rayonun Gedəzeyxur kəndində vəfat etmiş X7 Ərizəçi doğma atası olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. xx xxxxxx 2015-ci il tarixdə Qusar rayonun Gedəzeyxur kəndində vəfat etmiş X7 Ərizəçi doğma atası olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar