Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-176/2023 28.03.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Dövlət Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Qusar rayon Dövlət Notariat kontoruna qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X6 ilə onun arasındakı qohumluq münasibətlərinin, yəni həmin şəxsin onun xalası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 kəndində yerləşən 0.61 ha həyətyanı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun xalası X4 məxsusdur. Həmin şəxsin torpaq sahəsinə dair mülkiyyət hüququ ********** qeydiyyat nömrəli torpağın mülkiyyətə verilməsinə dair çıxarış ilə rəsmiləşdirilmişdir. X6 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. X1 ilə onun qohumluğu olmuşdur. Belə ki, həmin şəxs onun anası X5 bacısı olmaqla onun xalası olmuşdur. Onun anası X8 isə X2 əvvəl, yəni xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. X6 vəfat etdikdən sonra X3 ondan başqa digər qanun üzrə vərəsələri olmamış, həmin şəxsin mülkiyyətində olmuş 0.61 ha həyətyanı torpaq sahəsi vərəsə kimi onun sahibliyinə və idarəçiliyinə keçmişdir. Hal-hazırda torpaq sahəsinin torpaq vergilərini o ödəyir. Hal-hazırda o, X1nın ünvan 1 kəndində yerləşən 0.61 ha həyətyanı torpaq sahəsini vərəsəlik yolu ilə qəbul etmək istəyir. Çünki, həmin mirası faktiki olaraq o qəbul etmişdir. Bu məqsədlə o, Qusar rayon Notariat Ofisinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin, oradan ona bildirmişlər ki, onunla X1nın arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Bildirmişdir ki, X1nın doğumu haqqında akt qeydi mövcud deyildir, onun anası X5 doğumu haqqında akt qeydi mövcud deyildir və ona görə də, bu barədə sənədləri əldə etmək mümkün olmamışdır. Mərhum anasının və X3 doğumu haqqında akt qeydinin olmaması barədə Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən müvafiq arayışlar verilmişdir. Bununla belə, yaşadığı kənddə bütün qohumları bilir ki, X1 onun xalasıdır. Yaşadığı kənd üzrə icra nümayəndəliyi tərəfindən də bu barədə xx.xx.2022-ci il tarixli 856 saylı arayış verilmişdir. O, hazırda X1nın mirasını qəbul etmək hüquq olan şəxslərin dairəsinə daxildir. Çünki, onun anası sağ deyil və vəfat etmişdir. Hal-hazırda X1nın mirası ilə bağlı vərəsəlik müəyyən olunmalı olduğundan hesab edir ki, həmin şəxslə onun arasındakı qohumluq münasibətləri, yəni həmin şəxsin onun xalası olması faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmə iclasına şəxsi işləri ilə əlaqədar olaraq gələ bilmir, işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsassızdır və rədd edilməlidir. Belə ki, işdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 295 saylı arayışdan görünür ki, 1946-cı ilə aid X6 haqqında Qusar rayon qeydiyyat şöbəsində və Qusar rayon qeydiyyat şöbəsinin arxivində nikah haqqında akt qeydi tapılmamışdır. Yoxlama 1955-1962-ci illər üzrə aparılmışdır. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 319/15 saylı arayışdan görünür ki, 1928-ci ilə aid X6 haqqında Qusar rayon qeydiyyat şöbəsində və Qusar rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi tapılmamışdır. Yoxlama 1936-1942-ci illər üzrə aparılmışdır. İşdə olan Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 319/15 saylı arayışdan görünür ki, 1930-cu ilə aid X7 haqqında Qusar rayon qeydiyyat şöbəsində və Qusar rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydi tapılmamışdır. Yoxlama 1936-1942-ci illər üzrə aparılmışdır. İşdə olan Qusar rayon İHB-nın İmamqulukənd kənd İƏD üzrə nümayənəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 856 saylı arayışdan görünür ki, Qusar rayonun İmamqulukənd kənd sakini olmuş X1 həqiqətən mərhum X5 doğma bacısıdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.2021-ci il tarixdə ünvan 1 kəndində ölmüşdür. İşdə olan AZ-İ 721431 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 26 mart 2015-ci il tarixdə ünvan 1 kəndində ölmüşdür. İşdə olan Qusar rayon İHB-nın İmamqulukənd kənd İƏD üzrə nümayənəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 594 saylı arayışdan görünür ki, X1 vəfat etdiyi günə kimi, ünvan 1 kəndi ünvanında yaşamışdır və onun ölümündən sonar aşağıdakı yeganə varisi bacısı oğlu Ərizəçi qalmışdır. Mərhumun ölümündən sonra miras əmlakı Ərizəçi idarə edir. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.1-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə işdə olan X1nın mərhum X5 doğma bacısı olması arayışını sübut kimi qəbul etmir. Belə ki, həmin arayışın hansı hallara dayanaraq verilməsi, arayışda göstərilən şəxslərin qohum olmasını təsdiqləyən hallar göstərilməmiş, sadəcə ümumi xarakterli qaydada qohum olması yazılmışdır.Məhkəmə həmin halın mötəbərliyini şübhə altına alaraq sübut kimi qəbul etmir. Məhkəmə, ərizəçinin xx.xx.2015-ci il tarixdə vəfat etmiş X3 yeganə vərəsəsi olmasını da şübhə ilə yanaşır. Belə işdə olan 1955-1962-ci illər üzrə yoxlama aparılmış 1946-cı ilə aid X6 haqqında Qusar rayon qeydiyyat şöbəsində və Qusar rayon qeydiyyat şöbəsinin arxivində nikah haqqında akt qeydi tapılmamışdır. Məhkəməyə təqdim edilmiş arayışdan da görünür ki, yoxlama yalnız 1955-1962-ci illər üzrə aparılmışdır. Məhkəmə hesab edir ki, yalnız bir dövr üçün yəni 1955-1962-ci illər üzrə aparılmış yoxlama üzrə arayışa əsasən həmin şəxsin nikahda olmaması halı sübuta yetirilmir. Məhkəmə mərhumun nikahda olmamasını o zaman qəbul edərdi ki yoxlama hansısa dövr üçün yox və ya uzun müddətli yoxlama halları ilə bağlı arayışlar təqdim edilsin. Belə bir arayış isə təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cü maddəsində qanun üzrə vərəsələrin dairəsi göstərilmişdir. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1159.1.5. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur. 1159.2. İkinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. 1159.3. Üçüncü növbədə - həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın. 1159.4. Dördüncü növbədə - xalalar və bibilər, dayılar və əmilər. 1159.5. Beşinci növbədə - xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları Həmin Məcəllənin 1160-cı maddəsində qeyd olunur ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Məhkəmə hesab edir ki, ərizəçinin, X1nın digər vərəsələri olmaması halı sübuta yetirilməmiş, məhkəmə ərizəçinin tələbini qəbul edə bilməz. Ərizəçi şəxsi işləri ilə əlaqədar olaraq məhkəməyə gəlməməsini, məhkəməyə göndərmiş olduğu həmin ərizəni şübhə ilə yanaşır. Belə ki, bu növ işlərdə araşdırılma tələb olunduğundan, şahid ifadələrinə istinad olunması zəruri olduğu halda ərizəçi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, ərizəçinin məhkəməyə gəlməməsini ərizəçinin məhkəmənin araşdırmaq istədiyi suallarına cavab verməkdən yayınma kimi qəbul edir. Bundan başqa ərizəçi məhkəməyə təqdim etmiş olduğu ərizədə qeyd etmişdir ki, yaşadığı kənddə bütün qohumları bilir ki, X1 onun xalasıdır. Lakin həmin qohumların ad və soyadlarını göstərməmiş, həmin halla bağlı akt məhkəməyə göndərilməmişdir. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.2015-ci il tarixdə vəfat etmiş X6 ilə qohumluq münasibətləri, yəni həmin şəxsin onun xalası olması faktı sübuta yetirilməmiş, bununla bağlı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Odur ki, işin faktiki halları ilə ərizə üzrə tələbin hüquqi əsası arasında uyğunsuzlaq vardır və bu səbəbdən də ərizə əsassız olduğundan rədd edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi maraqlı şəxs Qusar rayon Dövlət Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-176/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-176/2023
28.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver