Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-180/2024 15.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X9 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı N saylı hərbi hissənin nümayəndəsi Nümayəndə, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı N saylı hərbi hissənin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı N saylı hərbi hissə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin İddiaçı ünvan 1 ünvanında yerləşən xidməti mənzilindən başqa yaşayış sahəsi verilmədən çıxarılmaları barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22.11. 2023-ci il tarixdə İddiaçı Qusar rayonun ərazisində olan Qusar-N hərbi şəhərciyinin daxilində yerləşən xidməti istifadə üçün nəzərdə tutulmuş mənzillərdə yoxlamalar keçirilmiş və yoxlama zamanı İddiaçı ünvan 2 ünvanında yerləşən xidməti mənzildə vətəndaş Cavabdeh1, həyat yoldaşı Cavabdeh2, onların birgə nigahdan dünyaya gəlmiş qız övladı 2014-cü il təvəllüdlü vətəndaş X4 ilə birlikdə heç bir əsas olmadan qanunsuz olaraq Azərbaycan Respublikası Müdafiə nazirinin 05 aprel 2014-cü il tarixli 2 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrində xüsusi təyinatlı yaşayış sahəsi ilə təmin olunma qaydaları haqqında” əsasnamənin tələblərini pozaraq yaşadıqları müəyyən olunmuşdur. Belə ki, vətəndaş X2 İddiaçı xidmətdə olduğu vaxtda 2013-cü ildə yuxarıda qeyd olunan ünvanda yerləşən xidməti istifadə üçün nəzərdə tutulmuş xüsusi təyinatlı yaşayış sahəsi xidməti məznillərin verilməsi barədə protokol tərtib edilmədən şifahi şəkildə verilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixdə hərbi hissənin mənzil-istismar xidməti üzrə Qusar-N hərbi şəhərciyini daxilində olan xidməti mənzillərin verilməsi ilə bağlı əsaslar yoxlanılarkən sözügedən ünvanda vətəndaş Cavabdeh1 yuxarıda qeyd olunan tərkibdə ailə üzvləri ilə birlikdə əsasız olaraq yaşadıqları müəyyən olmuşdur. Həmçinin, vətəndaş Cavabdeh1 07 avqust 2023-cü il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının nəzdində fəaliyyət göstərən ştatlı hərbi həkim komissiyası tərəfindən şəhadətləndirilmiş və onun hərbi xidmətlə bağlı olmayan “X5” virusuna yoluxduğu aşkar edilmişdir. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının nəzdində fəaliyyət göstərən ştatlı hərbi həkim komissiyasının qərarına əsasən o, sülh dövründə hərbi xidmətə yararsız müharibə dövründə isə məhdud yararlı hesab edilmişdir. Bu halda öz növbəsində hazırda hərbi şəhərciyin daxilində yaşayan digər sağlam ailələrin üzvlərinin vətəndaş Cavabdeh1 ilə və onun ailə üzvləri ilə təmasda olarkən qeyd olunan virusa yoluxmalarına təhlükə yaradır. Bundan başqa, “X6” virusuna yoluxduğuna görə Cavabdeh1 Azərbaycan Respublikası Müdafiə Nazirinin X1 04 oktyabr 2023-cü il tarixli müvafiq nömrəli əmri ilə “ Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) ordu sıralarından ehtiyyata buraxılmış və N noyabr 2023-cü il tarixdən etibarən isə hərbi hissənin şəxsi heyətinin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata durması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət xidmətinin Kürdəmir rayon şöbəsinə göndərilmişdir. Belə olduğu halda Cavabdeh1 “Hərbi qulluqçuların statusu haqqında” “Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən hərbi qulluqçu statusunu itirmiş hesab edilir. Həmçinin, onu da qeyd etmək istəyir ki, Cavabdeh1 “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 12-ci maddəsində göstərilən hərbi qulluqçuların mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ilə təmin olunmaq hüququnu qazanmamışdır. Dəfələrlə hərbi hissə tərəfindən ailə başçısı olan vətəndaş Cavabdeh1 həmin xidməti mənzilin boşaldılması və aiddiyəti üzrə təhvil verilməsi ilə bağlı şifahi və yazlı xəbərdarlıq edilsə də, onun tərəfindən həmin xəbərdarlıqlara heç bir məhəl qoyulmamış və həmin xidməti mənzildən istifadə olunmasına, yaşanılmasına davam etdirilmişdir. Məhkəmə iсlasında iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında göstərdi ki, 11 il hərbi xidmətdə qulluq etmiş və qanuni əsaslarla mübahisəli mənzildə yaşamışdır. Onda immun çatışmazlığı virusu aşkar olunduğu üçün onu hərbi xidmətdən tərxis etmişlər, lakin həmin virus keçici deyil. İddia tələbi təmin edildiyi tədqirdə Qusar rayonunda orta məktəbdə oxuyan 10 yaşlı övladı təhsilini davam etdirə bilməyəcəkdir. O, dərk edir ki, mübahisəli mənzil xidməti, yəni yalnız hərbi qulluqçuları üçün nəzərdə tutulmuşdur, lakin ona may ayına kimi möhlət verilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, onun və ərinin qalmağa başqa yeri yoxdur. Onların yaşadıqları binada hərbi qulluqçu olmayan bir çox insanlar var, onları oradan çıxarmırlar. Mənzili tərk etmələri üçün onlara 2024-cü ilin may ayına kimi vaxt verilməsini məhkəmədən xahiş edir. İşə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakılara görə təmin edilməlidir. Belə ki, işdə olan N saylı hərbi hissənin N noyabr 2023-cü il tarixli 367 saylı əmrindən çıxarışdan görünür ki, gizir Cavabdeh1, hərbi hissənin 1-ci taborun 3-cü bölüyünün 3-cü taqımının 1-ci qrupunun komandiri, Azərbaycan Respublikası Müdafiə Nazirinin X1 04 oktyabr 2023-cü il tarixli 0101 gm nömrəli əmri ilə “Hərbi Xidmədkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N noyabr 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kürdəmir rayon şöbəsinə göndərilmişdir. İşdə olan N saylı hərbi hissə tərəfindən verilmiş arayışlardan görünür ki, “ünvan 3 ünvanda yerləşən xüsusi təyinatlı yaşayış sahəsində N saylı hərbi hissənin sabiq hərbi qulluqçusu gizir Cavabdeh1 xidmətdə olarkən 2013-cü ildə verilmiş həmin xidməti mənzil, verilməsi haqqında protokol tərtib olunmadan verilmişdir. Hərbi hissənin sabiq hərbi qulluqçusu gizir Cavabdeh1 heç bir əsas olmadan həyat yoldaşı Cavabdeh2 və qızı X4 ilə birlikdə həmin mənzildə yaşayır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 91.1, 91.1.1-ci maddələrinə əsasən xidməti yaşayış sahələri xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aiddir. Həmin Məcəllənin 92-ci maddəsinə əsasən xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Göründüyü kimi, Cavabdeh1 əvvəllər N saylı hərbi hissədə hərbi xidmət etmiş və hərbi xidmət etməsi ilə əlaqədar Qusar şəhəri ünvan 4 ünvanda yerləşən xidməti mənzili həmin şəxsin və ailə üzvlərinin istifadəsinə verilmişdir. Lakin, həmin mənzil hərbi hissənin mənzil komissiyasının qərarı olmadan və həmin şəxslə kirayə müqaviləsi bağlanmadan verilmişdir. Bununla da, həmin mənzil, mənzil qanunvericiliyində nəzərdə tutulan əsas olmadan istifadəyə verilmişdir. Bundan başqa, N noyabr 2023-cü il tarixdən Cavabdeh1 hərbi hissənin 1-ci taborun 3-cü bölüyünün 3-cü taqımının 1-ci qrupunun komandiri, Azərbaycan Respublikası Müdafiə Nazirinin X1 04 oktyabr 2023-cü il tarixli 0101 gm nömrəli əmri ilə “Hərbi Xidmədkeçmə Haqqında” Əsasnamənin 156-cı maddəsinin “v” bəndinə (xəstəliyə görə) əsasən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş, N noyabr 2023-cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və bununla da, onun və ailə üzvlərinin mübahisəli mənzildə yaşamalarına əsas olmuş hal aradan qalxmışdır. Ona görə də, məhkəmənin qənaətinə görə cavabdehlərin hazırda həmin xidməti mənzildə mənzilə dair sərəncam səlahiyyətlərinə malik qurum olan Qusar rayonu N saylı Hərbi Hissənin icazəsi və razılığı olmadan yaşamaları qanunsuzdur. Azərbayсan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məсəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Həmin Məсəllənin 217.2-сi maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 N saylı hərbi hissənin ünvan 4 ünvanda yerləşən xidməti mənzilindən, başqa yaşayış sahəsi verilmədən çıxarılmalıdır. Göstərilənlərə əsasən və Azərbayсan Respublikasının MPM-in 216-220-сi maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 N saylı hərbi hissənin ünvan 4 ünvanda yerləşən xidməti mənzilindən, başqa yaşayış sahəsi verilmədən çıxarılsınlar. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-180/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-180/2024
15.02.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver