Məhkəmə qərarları › İş №2(029)-186/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-186/2023

19.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-186/2023 19.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X2 miras kütləsinə daxil olan, Qusar rayonu Köhnə Xudar kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi mənim tərəfimdən qəbul edilməsi faktının müəyyən edilməsi və mənim həmin mirasa dair vərəsəlik hüququmun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Qusar rayonu Köhnə Xudat kəndində onun X1na məxsus 0.12 ha həyətyanı torpaq sahəsi vardır. Həmin torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə qardaşı Kamran Məhsimovun adma rəsmiləşdirilməklə KOD 30116018 JN-556F saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə rəsmiləşdirilmişdir. X1 16 aprel 2005ci il tarixdə vəfat etmişdir. Vəfat edənədək mərhum qardaşı Kamran Məhsimov ailə həyatı qurmamış, heç bir övladı olmamışdır. Hazırda onun qanun üzrə birinci dərəcəli vərəsələri yoxdur. Valideynləri də uzun müddət əvvəl vəfat etmişlər. Bununla da, mərhum qardaşı Kamran Məhsimovun qanun üzrə birinci dərəcəli vərəsələri yoxdur. O, qardaşının qanun üzrə ikinci dərəcəli vərəsəsidir. X32 vəfat etdikdən sonra o, Kamran Məhsimova məxsus olan 0.12 ha torpaq sahəsini miras əmlak kimi faktiki olaraq qəbul edərək onu idarə etməyə, ondan istifadə etməyə başlamışdır, hazırda da torpaq sahəsindən o, istifadə və idarə edir. Mərhum qardaşı Kamran Məhsimovun həmin mirası ilə bağlı hər hansı mübahisə yoxdur. Bu yaxınlarda o, həmin torpaq sahəsinə dair adına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Qusar rayon Notariat Ofisinə müraciət etmiş, lakin oradan onun tərəfindən mirasın qəbul edilməsini təsdiq edən sənəd təqdim edilmədiyi bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuş, bu barədə 04 noyabr 2022ci il tarixli 1555 saylı məktub verilmişdir. O, mərhum qardaşı Kamran Məhsimovun mirasını qəbul etmək üçün notariat ofisinə vaxtında ərizə verməsə də mirası onun qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmişdir. Belə ki, miras açıldığı vaxtdan həmin mirası o, idarə edir, ondan istifadə edir, torpaq vergilərini də ödəyir. Ona görə də hesab edir ki, həmin mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və mənim mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Ərizəçi etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə iclasında ərizəni müdafiə etmiş, ərizədəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, ərizəçinin qardaşı Kamran Rusiya Federasiyasında vəfat etdi. Həmin vaxtlar pandemiya ilə əlaqədar sərhədlər bağlı olub, çətinliklərlə Kamranın yasını orda keçirtmişlər. Ərizəçinin üç qardaşı və üç bacısı rəhmətə gedib, onun heç kimi qalmayıb, Kamrandan qalan bütün əmlakını ərizəçi faktiki qəbul edib idarə edir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin ofisin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə göndərərək xx.xx.2023-cü il tarixdə keçiriləcək məhkəmə baxışı iclasında iş yükünün çoxluğu ilə əlaqədar olaraq iştirak edə bilmədiyləri üçün işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4 və 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan JN 556F kod 30116018 saylı Torpağa Mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 12 may 2000ci il tarixli 12/8 saylı qərarı ilə Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.12 ha torpaq sahəsi X2 xüsusi mülkiyyətinə verilmişdir İşdə olan İİ-БС № 504933 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 16 aprel 2005-ci il tarixdə Rusiya Federasiyası, Kurqan Vilayəti, Pritobolnıy rayonu, Plotnikovo kəndində ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli X8 xx.xx.2014-cü il tarixdə Qusar rayonu Yeni-Həyat kəndində ölmüşdür. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli X24 xx.xx.2019-cu il tarixdə Qusar şəhərində ölmüşdür. İşdə olan AZ-İİ 277537 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2022-ci il tarixdə Qusar şəhərində ölmüşdür. İşdə olan AZ-İİ 277602 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2021-ci il tarixdə Qusar rayonu Köhnə Xudat kəndində ölmüşdür. İşdə olan 19 may 2022-ci il tarixli Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş arayışın surətindən görünür ki, Azərbaycan Respublkasının vətəndaşı xx.xx.1973-cü il tarixdə Qusar rayonunun Köhnə Xudat kəndində anadan olmuş X2 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə 16 aprel 2005-ci ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X2 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İşdə olan Qusar RİHB-nın Köhnə Xudat kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 140 saylı xx.xx.2023-cü il tarixli arayışın surətindən görünür ki, mərhum X2 vərəsələri Qusar rayon Dövlət arxivinin arayışına əsasən aşağıdakılardır. X14, X15, X3, X9, X19, X20, X10, X21, X16 və X11. İşdə olan 30 iyul 2022-ci il tarixli 6758 saylı ərizədən görünür ki, X17 bu ərizə ilə onun qardaşı X4 16 aprel 2005-ci il tarixində ölümündən sonra qalan, harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq əmlakın qanun üzrə mirasın ona çatan payından imtina edir, mirasın qəbulu və miras əmlakın bölünməsi müddətin uzadılması üçün məhkəməyə müraciət etməyəcəkdir. Gələcəkdə iddia qaldırmıyacaqdır. İşdə olan X5, X18, Nümayəndə, X27, X6 iştirakları ilə tərtib edilmiş aktdan görünür ki, X12 məxsus Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.12 ha həyətyanı torpaq sahəsinə mərhumun ölümündən sonra bacısı Ərizəçi nəzarət etmiş və baxmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddıəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1160-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1243.1 -ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, həqiqətən də, KOD 30116018 JN-556F saylı Torpağa mülkiyyətə verilməsinə dair şəhadətnamə xüsusi mülkiyyət hüququ üzrə ərizəçinin mərhum X1na aiddir. X1 16 aprel 2005-ci il tarixdə vəfat etmişdir. Mərhum qardaşı vəfat etdikdən sonra Ərizəçi qardaşına məxsus olan 0.12 ha torpaq sahəsini miras əmlak kimi faktiki olaraq qəbul edərək onu idarə etməyə, ondan istifadə etməyə başlamışdır, hazırda da torpaq sahəsindən o, istifadə edir, torpaq vergilərini də o, ödəyir. Bununla da, Ərizəçi həmin mirası qanun üzrə vərəsə kimi mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmiş, mirasa sahiblənməklə və onu idarə etməyə başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirən hərəkətlər etmişdir. Miras qoyan Kamran Məhsimovun ərizəçidən başqa digər hər hansı vərəsələri, o cümlədən vərəsəlik hüququ barədə hər hansı mübahisə yoxdur. Ona görə də, məhkəmə ərizəçinin dəlilləri ilə razılaşaraq hesab edir ki, X2 miras kütləsinə daxil olan, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və onun həmin mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X2 miras kütləsinə daxil olan, Qusar rayonu Köhnə Xudat kəndində yerləşən 0.12 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və onun həmin mirasa dair vərəsəlik hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar