Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-202/2021 16.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı məhkəməyə ərizə ilə müraciət edərək, xx xxxxxxx 2017-ci il tarixdə Qusar rayonu, Düztahir kəndində ev şəraitində doğulmuş Zəminə adlı uşağın doğulması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək X9 ilə evlənmiş, nikahı xx xxxx 2020-ci il tarixdə rəsmiləşdirmişlər. Evləndikdən sonra o, əri ilə Qusar rayonu Düztahir kəndində yaşamışdır. Faktiki nikahlarından xx xxxxxxx 2017-ci il tarixdə Zəminə adlı uşaqları olmuşdur. Həmin uşaq doğulanda çox zəif və xəstə olduğu üçün uşağı Zəminə adlandırmışlar. Zəminə adlı uşaq ev şəraitində doğulmuş, hazırda onlarla yaşayır. Uşaq doğulduqdan sonra qanunla müəyyən edilmiş müddətdə tibb müəssisəsinə müvafiq məlumat verilməmiş, uşağın doğulması rəsmi qaydada qeydə alınmamışdır. Belə ki, yaşadıqları Qusar rayonu Düztahir kəndində ambulator tibb müəssisəsi olmamışdır. O, uşaq doğulduqdan sonra Maraqlı şəxsnə ərizə ilə müraciət edərək Zəminə adlı uşağın doğumunun qeydiyyata alınaraq onun adına X7 verilməsini xahiş etmişdir. Maraqlı şəxs xx xxxxxxxx 2020-ci il tarixli 165/15 saylı cavab məktubu ilə doğumun qeydə alınmasından imtina edilmiş, Zəminə adlı uşağın doğulması faktının müəyyən edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etməsi tövsiyyə olunmuşdur. Zəminə adlı uşağın xx xxxxxxx 2017-ci il tarixdə Qusar rayonu Düztahir kəndində doğulması faktının müəyyən edilməsi, uşağın adına X7nin alınması üçün zəruridir. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Maraqlı şəxs Qusar rayonu Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb, maraqlı şəxs Qusar rayonu Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, Ərizəçi onun arvadıdır. Ərizəçi ilə nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək evlənmiş, nikahı isə xx xxxx 2020-ci il tarixdə rəsmiləşdirmişlər. Faktiki nikahlarından xx xxxxxxx 2017-ci il tarixdə yaşadıqları Qusar rayonu Düztahir kəndində ev şəraitində Zəminə adlı uşaqları anadan olmuşdur. Hazırda uşaq sağ və salamat olmaqla onlarla birlikdə yaşayır. Uşaq doğulduqdan sonra qanunla müəyyən edilmiş müddətdə tibb müəssisəsinə müvafiq məlumat verilmədiyinə görə uşağın doğulması rəsmi qaydada qeydə alınmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Ərizəçi onun qonşusudur. X5 xx xxxxxxx 2017-ci il tarixdə Qusar rayon Düztahir kəndində ev şəraitində doğulmuşdur, həmin uşağın doğumu ilə bağlı həkim arayışı alınmadığı üçün uşağa X7 almaq mümkün olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 şahid X2 ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materialları tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin edilməlidir. İşdə olan AZ-ll № 368018 saylı nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X9 ilə Şövlətova Sinavər Cabir qızı arasında xx xxxx 2020-ci il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına Həsrətova soyadı verilmişdir. İşdə olan X2, Şixnəbiyev Şövkət Gadaməhəmməd oğlunun və X1 iştirakları ilə tərtib edilmiş xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon Düztahir kəndində tərtib edilmiş Qusar rayon İƏD üzrə nümayəndəliyi tərəfindən təsdiq edilmiş Aktdan görünür ki, X9 və Ərizəçi hal-hazırda birgə nikahda olmaqla Qusar rayonu Düztahir kəndində bir yerdə yaşayırlar. xx xxxxxxx 2017-ci il tarixdə Qusar rayonu Düztahir kəndində onların bir qız uşağı doğulmuşdur. Halhazırda onlar həmin uşağı birgə böyüdürlər. İşdə olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx xxxxxxxx 2020ci il tarixli 165/15 saylı cavab məktubundan görünür ki, şöbəyə doğum haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən doğumun qeydə alınması qeyrimümkündür. Ona görə də xx xxxxxxx 2017-ci il tarixdə ev şəraitində doğulmuş qız uşağının doğum faktının müəyyən edilməsi barədə məhkəməyə ərizə ilə müraciət edilməsi tövsiyyə olunmuşdur. İşdə olan Qusar rayon İHB-nın Düztahir kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 88 saylı Arayışdan görünür ki, Ərizəçi xx xxxxxxx 2017-ci il tarixdə Qusar rayonu Düztahir kəndində ev şəraitində qız uşağı dünyaya gətirmişdir. İşdə olan Qusar rayon İHB-nın Düztahir kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 448 saylı Arayışdan görünür ki, X4 Ərizəçi-xx xxxxxx 2001-ci il təvəllüdlü arvadından ibarət ailə tərkibi vardır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki, Ərizəçi ilə X9 nikahı rəsmi qeyd etdirmədən el adəti ilə toy edərək evlənmiş, nikahlarını xx xxxx 2020-ci il tarixdə rəsmiləşdirmişlər. Faktiki nikahlarından xx xxxxxxx 2017ci il tarixdə Qusar rayonu Düztahir kəndində Zəminə adlı uşaqları ev şəraitində doğulmuşdur. Ona görə də həmin uşağa X7 almaq mümkün olmamışdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 307-ci maddəsinə əsasən doğum qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə məhkəmə təqdim olunmuş sübutlara məzmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin doğum faktının müəyyən edilməsinə dair ərizəsi təmin edilməli, xx xxxxxxx 2017-ci il tarixdə Qusar rayonu, Düztahir kəndində Zəminə adlı uşağın ev şəraitində doğulması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: Ərizə təmin edilsin. xx xxxxxxx 2017-ci il tarixdə Qusar rayonu, Düztahir kəndində Zəminə adlı uşağın ev şəraitində doğulması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-202/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-202/2021
16.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver