Məhkəmə qərarları › İş №2(029)-207/2021

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-207/2021

08.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-207/2021 08.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılmasına və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar rayonu Aşağı Ləyər kəndi ərazisində yerləşən sahibliyində olan Cavabdeh tərəfindən zəbt edilmiş 0.12 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına və cavabdeh tərəfindən həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin sökülməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmin mülki iş üzrə məhkəmənin hazırlıq iclası xx xxxxxx 2020-ci il tarixə təyin edilmiş, məhkəmə hazırlıq iclası tərəflərin iştirakı olmadan keçirilmiş və işin məhkəmə baxışı xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş, həmin tarixdə tərəflər məhkəmə iclasına gəlməmiş, məhkəmə baxış iclası xx xxxxxx 2021-ci il tarixə təyin edilməklə təxirə salınmış, bu barədə tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq tərəflər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Həmin Məcəllənin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflərin məhkəməyə gəlməməsi ərizənin baxılmamış saxlanması üçün əsasdır. Məhkəmə iş üzrə sənədləri tədqiq edib, yuxarıda şərh edilənlərə əsasən hesab edir ki, tərəflərin iştirakları olmadan işə mahiyyəti üzrə baxmaq mümkün deyildir. Ona görə də mülki iş baxılmamış saxlanmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264 və 268.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılmasına və qanunsuz tikililərin sökülməsi tələbinə dair mülki iş tərəflər məhkəmə iclasına təkrarən gəlmədiklərinə görə baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardadın surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar rayon məhkəməsinə verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar