Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-208/2020 10.09.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun vəkili X24, müstəqil tələb irəli sürən üçüncü şəxs X18, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 Mübariz oğlunun və üçüncü şəxs X18 nümayəndəsi və vəkili X16, qarşılıqlı iddia üzrə cavabdeh X9 nümayəndəsi və vəkili X10 iştirakları ilə İddiaçı Cavabdeh1 Mübariz oğluna və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddiası, Cavabdeh1 Mübariz oğlunun İddiaçı, X12, üçüncü şəxslər Qusar rayon Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X39rşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Çıxarışın ləğvi və 1/2 payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası, müstəqil tələb irəli sürən üçüncü şəxs X18 İddiaçı, X12, üçüncü şəxslər Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X39rşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Çıxarışın ləğvi, 2/3 payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh1 Mübariz oğluna və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 Mübariz oğlunun və Cavabdeh2 xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan ünvan 1 saylı ünvanda yerləşən evdən çıxarılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, Cavabdeh1 Mübariz oğlu İddiaçı, X12, üçüncü şəxslər Qusar rayon Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X39rşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Çıxarışın ləğvi və 1/2 payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı iddiasının rədd edilməsi, Qusar rayon X44 X34 Adıgözəl oğlu tərəfindən X19 ilə İddiaçı arasında Qusar şəhəri N.Şərifov (Ç.Qurbanov) küçəsi 53 saylı fərdi yaşayış evinin alqı-satqısına dair bağlanmış xx xxxxxxx 2012-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2014-cü il tarixli Seriya RX ******* saylı Çıxarışın ləğv edilməsi, Qusar şəhəri N.Şərifov (Ç.Qurbanov) küçəsi 53 saylı fərdi yaşayış evinə ½ hissədə mülkiyyət hüququnun tanınması, Qusar şəhəri N.Şərifov (Ç.Qurbanov) küçəsi 53 saylı fərdi yaşayış evinə 1/1 hissənin yarı dəyəri 14000 manatdan artıq ödədiyi 5200 manat pulun cavabdehlər X6 və İddiaçı müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, müstəqil tələb irəli sürən üçüncü şəxs X2 Gürci Bahaddin oğluna, X12, üçüncü şəxslər Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X39rşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Çıxarışın ləğvi, 2/3 payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X19 ilə İddiaçı arasında ünvan 2, indiki adı Ç.Qurbanov küçəsi 53 olan fərdi yaşayış evinə dair Qusar rayon Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxxx 2012-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş Seriya RX ******* saylı xx.xx.2014-cü il tarixli Çıxarışın ləğv edilməsi, ünvan 2, indiki adı Ç.Qurbanov küçəsi 53 olan fərdi yaşayış evinə ödədiyi 19200 manat pulun müqabilində 2/3 hissədə payının müəyyən edilərək mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa, müstəqil tələb irəli sürən üçüncü şəxs X31 məhkəməyə iddianın dəyişdirilməsinə dair ərizə təqdim edərək X19 ilə İddiaçı arasında ünvan 2, indiki adı Ç.Qurbanov küçəsi 53 olan fərdi yaşayış evinə dair Qusar rayon Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxxx 2012-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş Seriya RX ******* saylı xx.xx.2014-cü il tarixli Çıxarışın ləğv edilməsi, ünvan 2, indiki adı Ç.Qurbanov küçəsi 53 ünvanında 0.06 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin alınması üçün ödədiyi 19200 manat pulun müqabilində həmin fərdi yaşayış evindən və evin yerləşdiyi 0.06 ha həyətyanı torpaq sahəsindən 3/2 hissədə payının müəyyən edilərək mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, ünvan 5 saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Mülkiyyət hüququ dövlət qeydiyyatına alınmaqla Seriya RX ******* saylı xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla adına rəsmiləşdirilmişdir. Cavabdeh1 Mübariz oğlu və onun həyat yoldaşı, digər Cavabdeh2 onun uzaq qohumlarıdırlar. 2018-ci ilin may ayında Cavabdeh1 Mübariz oğlu ona müraciət edərək yaşayış yeri olmadığını və bir müddət ona məxsus həmin evdə yaşamalarına icazə vermələrini ondan xahiş etmişdir. O, isə uzaq qohumu olduğundan və tək yaşadığından buna razılıq vermişdir. Həm də, ona görə razılıq vermişdir ki, Cavabdeh1 həyat yoldaşı ilə birlikdə ona baxarlar, qayğısına qalarlar. Həmin vaxtdan sonra Cavabdeh1 və həyat yoldaşı Cavabdeh2 ona məxsus həmin evdə yaşamağa başlamışlar. Həmçinin, həmin şəxslər yaşayış yeri üzrə ona məxsus həmin evə qeydiyyatına alınmışlar. Bir müddət həmin şəxslər onunla yaxşı yola getmişlər, onunla birlikdə mehriban yaşamışlar və aralarında heç bir problem olmamışdır. Lakin, sonradan tədricən həmin şəxslərin ona qarşı olan münasibətləri dəyişməyə başlamış və onu incitməyə başlamışlar. Cavabdeh1 evdə özbaşınalıqlar etməyə, mütəmadi olaraq birgəyaşayış qaydalarını pozmağa başlamışlar. Artıq bir ilə yaxındır ki, həmin şəxslərlə onun birlikdə yaşamağı qeyri-mümkün hal olmuşdur. Belə ki, Cavabdeh1 onu tez-tez hədələyir, təhqir edir, hətta bir dəfə aralarında dava düşmüş, Zamik onu, o, da Zamiki vurmuşdur. Cavabdeh1 onun barəsində polisə şikayət etmiş, Qusar Rayon Polis Şöbəsi tərəfindən onun barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi inzibati xəta haqqında protokol tərtib edilmişdir. Lakin, sonradan Cavabdeh1 ondan şikayətçi olmaması barədə təkrar ərizə vermiş və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Bundan sonra, o, Cavabdeh1 və Cavabdeh2 ona məxsus evdən çıxmalarını tələb etmiş, lakin onlar ona məhəl qoymayaraq evdən çıxmayacaqlarını bildirmişlər. Hal-hazırda da həmin şəxslər ona məxsus evdən çıxmırlar, evdə onun iradəsinə zidd yaşayırlar. Həmin şəxslər onun yaşlı olmağından istifadə edirlər, ölməyini gözləyirlər ki, evini mənimsəsinlər. Bundan başqa, həmin şəxslər artıq həmin evdə qeydiyyatda olduqlarını və bu səbəbdən də, heç kimin onları onun evindən çıxara bilməyəcəyini bildirirlər. Cavabdehlər yaşayış yeri üzrə ona məxsus evə qeydiyyata alınsalar da, onların həmin evə istifadə hüquqları yoxdur. Çünki, həmin şəxslərlə onun arasında bu barədə heç bir müqavilə bağlanmamış, onlar onun ailə üzvləri də deyillər, onların həmin evdə yalnız bir müddət yaşamalarına icazə vermişdir. Ona görə də, həmin şəxslərin orada qeydiyyatda olmaları onların həmin evə istifadə hüquqlarının olması kimi qiymətləndirilə bilməz. Bir daha qeyd edir ki, cavabdehlər həmin evdə onun iradəsinə zidd olaraq yaşayırlar, oradan isrtifadə edirlər və bu da, onun həmin evə sərbəstşəkildəsahibliketməyisinəvəondanistifadəetməsinəmaneolur. Odurki, hesabedirki, onuncavabdehlər tərəfindənpozulan mülkiyyət hüququ bərpaedilməlivəsonuncular həminevdənçıxarılmalıdırlar. Cavabdeh1 Mübariz oğlu qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, İddiaçı ilə onların çox yaxın dostluq və qohumluq münasibətləri olmuşdur. Həmin şəxs ona tək yaşadığı üçün oğlu deyə müraciət etmişdir. O, da onun bu səmimiyyətinə inanmışdır. Halhazırda onu aldadaraq 19200 manat ona ödətdirdiyi evi hiylə ilə mülkiyyətinə aldırdığı Qusar şəhəri Ç.Qurbanov (keçmiş N.Şərifov 53) küçəsində yerləşən 53 saylı fərdi yaşayış evini onlar birlikdə almışlar. Bunu həmin evin keçmiş mülkiyyətçisi X19 və onun arvadı Lütfiye Mimişeva da etiraf edirlər. Bu barədə onların və şahidlərin iştirakları ilə akt da tərtib edilmişdir. X19 ona deyir ki, İddiaçı onu aldadaraq etibarından sui-istifadə etmiş, guya onun şəxsiyyət vəsiqəsi itdiyi üçün notariat kontoruna gedib alqı-satqıda iştirak edə bilməyəcəyini inandıraraq ona bildirmişdir ki, gələcəkdə onunla özü arasında əmlakdan bərabər paylarının müəyyən ediləcəyini söyləyib və onu aldadaraq onun xəbəri olmadan alqı-satqı etmişlər və İddiaçı həmin evi öz mülkiyyətinə keçirtmişdir. Həmin evi onlar 28000 manata razılaşmışlar və həmin puldan 17200 manatını o, 10800 manatını isə İddiaçı ödəmişlər. Bundan başqa, İddiaçı ondan 2000 manat da evin sənədləşməsi üçün lazım olacağını dediyi üçün onu da gedib X3 borc alıb gətirib Gürciyə və Mehrəddinə vermişdir. Həmin şəxslər onu aldatmışlar və xəbəri olmadan öz aralarında alqı-satqı müqaviləsi bağlayaraq həm 19200 manat pulunu mənimsəmişlər, həm də onu razılaşdıqları ½ hissədə əmlaka mülkiyyət hüququnun tanınmasından məhrum etmişlər. Ona görə də, qarşılıqlı iddia ərizəsi vermək məcburiyyətində qalmışdır. Belə ki, hesab edir ki, həmin alqı-satqı müqaviləsi etibarsız hesab edilməli, çıxarış ləğv edilməli və həmin əmlaka ½ hissədə mülkiyyət hüququ tanınmalıdır. İlkin iddia tələbi isə əsassız olduğundan rədd edilməlidir. İş üzrə təqdim edilmiş sübutlardan biri olan xx xxxxxxx 2012-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 3 (yeni adı Ç.Qurbanov) ünvanında yerləşən fərdi yaşayış evinin alınması üçün 19200 manat pulu onun ödədiyini satıcı X19 bilə-bilə həmin evin İddiaçı tərəfindən özgəninkiləşdirilməsinə şərait yaratmasını bilmələri qeyd olunan alqı-satqı müqaviləsinin legitimsizliyinə əsas verir və haqqında bəhs etdiyi müqavilə üzrə İddiaçı vicdanlı alıcı qismində qəbul oluna bilməz. Həmin evin alınması üçün ödədiyi pulları satıcı, satıcının arvadı etiraf edirlər və əlavə olaraq bunu şahidlər də təsdiq edə bilərlər. Müstəqil tələb irəli sürən üçüncü şəxs X31 öz iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh1 Mübariz oğlu onun oğlu, Cavabdeh2 isə onun gəlini olmaqla ailə üzvləri sayılırlar. Qusar şəhəri Ç.Qurbanov küçəsi (keçmiş N.Şərifov adlanırdı) 53 saylı fərdi yaşayış evini o, İddiaçı ilə birlikdə X6 3 tərəfli qaydada qarşılıqlı razılaşma əsasında şərik alaraq oğlu Cavabdeh1 Mübariz oğluna hədiyyə etmiş və həmin evin alınması üçün İddiaçı vasitəsi ilə Mehrəddin Qədimova 17200 (on yeddi min iki yüz) manat, evin sənədləşməsi üçün isə 2000 manat olmaqla ümumilikdə 19200 manat pul ödəmişdir. Bu barədə Qusar rsyon Polis Şöbəsində 3 dəfə araşdırma aparılaraq onun həmin evin alınması üçün 19200 manat pulu İddiaçı verdiyi tam sübuta yetirilmişdir. Bu barədə bütün məlumatlar və faktlar Qusar RPŞ-nin İstintaq Bölməsinin xx.xx.2020-ci il tarixli HK-1/174 saylı araşdırma materialı üzrə cinayət işi başlanmasının rədd edilməsi haqqında sonuncu Qərarında tam əks olunmuşdur. O, evi oğlu Cavabdeh1 alıb hədiyyə etdiyi üçün Zamik və arvadı həmin evə pasport qeydiyyatına düşmüşlər. İddiaçı da onların etibarından suiistifadə edərək razılaşmalarını pozmuş, razılığa əsasən həmin fərdi yaşayış sahəsini xəbərləri olmadan 2012-ci ildən öz adına özəlləşdirərək bu vaxta kimi bunu onlardan məharətlə gizlətməyi bacarmış və mülkiyyət hüquqlarının tanınmasına müxtəlif yalanlar uydurmaqla imkan verməyərək qeyri-qanuni yollara əl ataraq onlara qarşı iddia qaldıraraq evdən çıxmalarını tələb edir. O, və oğlu Cavabdeh1 İddiaçı bu qanunsuz əməllərindən məhkəmədə evdən çıxarılma tələbi barədə iddia qaldırdıqdan sonra xəbərləri olmuşdur. Ona görə də, İddiaçı və Mehrəddin Qədimovun onlara qarşı etdikləri cinayət əməllərinə hüquqi qiymət verilməsi barədə Qusar RPŞ-nə və Qusar rayon prokurorluğuna şikayət əizələri yazmışdır. Qusar RPŞ-də onun şikayəti əsasında araşdırma aparılmış və ünvan 1 saylı fərdi yaşayış evinin keçmiş mülkiyyətçisi X4 alınması üçün İddiaçı ödədiyi 191200 manat pulun oğlu Zamik ilə birgə qazancları olsa da, həmin pulun onun tərəfindən Gürciyə ödədiyi tam sübuta yetirilmişdir. Onun üçün də Mehrəddin Qədimov ilə İddiaçı arasındakı alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək həmin fərdi yaşayış evinə verilən çıxarışın ləğv edilməsi və ödədiyi pulun müqabilində həmin fərdi yaşayış evinə pay hüququnun müəyyən edilərək mülkiyyət hüququnun tanınması barədə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Çünki, həmin evin alınması və pulların iki il ərzində hissə-hissə ödənilməsində özü iştirak etmişdir. İddiaçı bunu izahatlarında etiraf etməsə də, evin keçmiş mülkiyyətçisi olmuş X19, onun arvadı Lutfiye Mimişeva pulları ödəməyə gedərkən onunla bir yerdə olmuş qudası X13, oğlu Zamik və gəlini Mayanın izahatları ilə tam təsdiqini tapmışdır. Bundan başqa, İddiaçı hər dəfə ondan pulları alıb Lutfiyeyə verəndə həmin şəxs özündəki kitabçaya, İddiaçı isə ondakı kitabçaya nə vaxt nə qədər pul verilmə barədə qeydlər etmişlər. Çünki, Mehrəddin Qədimovun gözləri yaxşı görmədiyi və yataq xəstəsi olduğu üçün X53 Ataxanovdan yanlarında pulları sayıb təhvil almışdır. Həmin 3 otaqlı evi onlar 28000 manata razılaşmışlar və həmin puldan 2 otaq üçün 17200 manatını o, 1 otaq üçün 10800 manatını isə İddiaçı ödəmişdir. Bundan başqa, İddiaçı ondan 2000 manat da evin sənədləşməsi üçün lazım olacağını dediyi üçün onu da gedib X3 borc alıb gətirib vermişdir. Mehrəddin Qədimov və İddiaçı onu aldatmışlar və xəbəri olmadan həmin evi 2012-ci ildən öz aralarında alqı-satqı müqaviləsi bağlayaraq həm 19200 manat pulunu mənimşəmişlər, həm də onu razılaşdıqları kimi 2/3 hissədə əmlaka mülkiyyət hüququnun tanınmasından məhrum etmişlər. İş üzrə təqdim edilmiş sübutlardan biri olan xx xxxxxxx 2012-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 3 (yeni adı Ç.Qurbanov) ünvanında yerləşən fərdi yaşayış evinin alınması üçün 19200 manat pulu onun ödədiyini satıcı X19 bilə-bilə həmin evin İddiaçı tərəfindən özgəninkiləşdirilməsinə şərait yaratmasını bilmələri qeyd olunan alqı-satqı müqaviləsinin legitimsizliyinə əsas verir və haqqında bəhs etdiyi müqavilə üzrə İddiaçı vicdanlı alıcı qismində qəbul oluna bilməz. Həmin evin alınması üçün ödədiyi pulları satıcı, satıcının arvadı etiraf edirlər və əlavə olaraq bunu şahidlər də təsdiq edə bilərlər. Ona görə də, hesab edir ki, X19 ilə İddiaçı arasında ünvan 2, indiki adı Ç.Qurbanov küçəsi 53 olan fərdi yaşayış evinə dair Qusar rayon Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxxx 2012-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş Seriya RX ******* saylı xx.xx.2014-cü il tarixli Çıxarışın ləğv edilməsi, ünvan 2, indiki adı Ç.Qurbanov küçəsi 53 olan fərdi yaşayış evinə ödədiyi 19200 manat pulun müqabilində 2/3 hissədə payının müəyyən edilərək mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı ilkin iddianı müdafiə etmiş, qarşılıqlı iddianı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını isə etiraf etməyərək ilkin iddiada göstərilən halları təsdiq edərək ona qarşı qaldırılan iddialara etiraz ərizəsi təqdim etmiş və izahatında göstərmişdir ki, ünvan 4 N.Şərifov küçəsi) 53 saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə ona məxsusdur. Həmin evi o, 2012-ci ilin oktyabr ayının 13də X6 28000 manata satın almışdır. Həmin tarixdə Qusar rayon Notariat Kontorunda onların aralarında alqı-satqı müqaviləsi bağlanmış və həmin notariat kontorunda təsdiq olunmuşdur. O, müqavilə bağlanan gün Mehrəddinə 8000 manat məbləğində pul vermiş, qalan pulu isə hər ay 500-600 manat olmaqla hissə-hissə ödəmişdir. X31 onun qardaşının qeyri-rəsmi nikahından anadan olmuş, lakin, onun qardaşı həmin şəxsin atası kimi tanınmamışdır. Qardaşının vasitəsi ilə o, Mübarizlə tanış olmuş və aralarında yaxın münasibət yaranmışdır. O, evi satın alandan sonra orada tək yaşamasın deyə və Mübarizə kömək etmək məqsədilə ona demişdir ki, oğlu Cavabdeh1 və sonunucunun həyat yoldaşını ona məxsus həmin evə yerləşdirsin, onunla birlikdə yaşasınlar. 2017-ci ilin avqust ayında o, Cavabdeh1 və sonuncunun həyat yoldaşı Cavabdeh2 özünə məxsus həmin evə qeydiyyata aldırmışdır ki, onunla yaşayaraq ona baxsınlar. O, hətta Zamikin yeni anadan olmuş uşağının adını da atasının adına uyğun “Bahaddin” qoymuşdur ki, gələcəkdə evi həmin uşağa bağışlasın. Sonradan isə Cavabdeh1 onu tez-tez narahat etməyə, və təhqir etməyə başlamışdır. Bu səbəbdən də, o, Zamiki və Mayanı həmin evdən çıxarmaq qərarına gəlmişdir. Mübariz və Cavabdeh1lar həmin evin alınmasında ona heç bir məbləğdə pul verməmişlər, onların belə bir pulları da olmamışdır. Onun özünün isə imkanı olmuş, sabit gəliri olmuşdur. Belə ki, o həm Qusar rayon Mərkəzi Xəstəxanasında fizioterapist işləmiş, həm evində masaj xidməti göstərmiş, həm pensiya almışdır. Həmin gəlirlərinin hesabına da həmin evi satın almışdır. Mübarizin və Zamikin həmin evin alınması zamanı evi onunla şərik alması, evin dəyərinin 19200 manat hissəsini onların verməsi barədə dedikləri yalandır, onların aralarında bu barədə ümumiyyətlə heç bir razılaşma və müqavilə olmamışdır. O, Mehrəddini və sonuncunun həyat yoldaşı Lutfiye Mimişevanı həmin evdən çıxardığından və Lutfiyedən məhkəmə qaydasında onun xeyrinə 6000 manat məbləğində pul tutulduğundan həmin şəxslər onunla ədavət aparır. Mübariz isə bunu bildiyindən həmin şəxslərdən istifadə edərək onları guya evin pulunu özünün verdiyi barədə izahat verməyə təhrik edir. Onların bu barədə dedikləri maraqlı şəxs olduqları üçün mötəbər sayıla bilməz. Bundan başqa, Cavabdeh1 və Mübariz Şabanov əqdin etibarsızlığına dair müəyyən olunmuş bir il müddəti ötürmüşlər. Yəni, ona qarşı qaldırılmış etibarsızlığı tələb olunan müqavilənin bağlanmasından uzun müddət keçdiyi üçün iddia müddətinin tətbiqini də xahiş edir. Ona görə də, Cavabdeh1 və Mübariz Şabanovun iddiaları əsassız olduğundan, həmçinin iddia müddəti tətbiq olunmaqla həmin iddialar rədd olunmalıdır. Odur ki, onun ilkin iddiasının təmin edilməsi, qarşılıqlı iddianın və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasının isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili X40 göstərmişdir ki, vəkili olduğu İddiaçı iddiası tam qanuni və əsaslıdır və təmin olunmalıdır. Cavabdeh1 qarşılıqlı iddiası və müstəqil tələb irəli sürən üçüncü şəxs X18 iddiası isə qanunsuz və əsassızdır. Həmin iddia tələbləri heç bir mötəbər sübutla təsdiq olunmur, fərziyyələrə, bu işdə birbaşa maraqlı olan şəxslərin izahatlarına əsaslanır. Belə ki, Qusar rayon məhkəməsinin qanuni qüvvəyə minmiş iki ədəd qətnamələrindən də görünür ki, yuxarıda göstərilən məlum fərdi yaşayış evini məhz İddiaçı satın almış, həmin qətnamələrdə Mehrəddin Qədimovun və Lutfiye Mimişevanın öz izahatlarında həmin halı təsdiq etdikləri qeyd olunmuşdur. Bundan başqa, qətnamələrdə Lutfiye Mimişeva bir daha mübahisəli evin məhz İddiaçı tərəfindən satın alındığını, bununla bağlı ondan pul aldıqlarını qeyd etmiş, lakin ev satılarkən Zamik və Mübariz Şabanovların onlara pul vermələrini göstərməmişlər. Bundan başqa, Cavabdeh1 və Mübariz Şabanov əqdin etibarsızlığına dair müəyyən olunmuş bir il müddəti ötürmüşlər. Yəni, Cavabdeh1 və Mübariz Şabanovun etibarsızlığını tələb etdikləri müqavilənin bağlanmasından 8 ilə yaxın müddət keçdiyi üçün iddia müddətinin tətbiqini də xahiş edirlər. Ona görə də, Cavabdeh1 və Mübariz Şabanovun iddiaları əsassız olduğundan, həmçinin iddia müddəti tətbiq olunmaqla həmin iddialar rədd olunmalıdır. Tofik Əliyarov qeyd olunanlara əsasən İddiaçı iddiasının təmin edilməsi, Cavabdeh1 və Mübariz Şabanovun iddialarının isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X32 ilkin iddianı etiraf etməyərək, qarşılıqlı iddianı isə müdafiə edərək qarşılıqlı iddiada göstərilən halları təsdiq etmiş və izahatında göstərmişdir ki, İddiaçı ilə onun ailəsi arasında qohumluq münasibəti vardır. Onun atası X49 Ataxanovla yaxın və etibarlı münsibəti olmuş, sonuncu onların evlərinə gəlib-getmişdir. 2012-ci ildə İddiaçı onlara müraciət edərək Qusar şəhərində Mehrəddin adlı şəxsin 28000 manata ev satdığını, əslində həmin evin qiymətinin 40000 manat olduğunu bildirmiş və həmin evi şərikli almağı atasına təklif etmişdir. X57 bununla razılaşmış və İddiaçı ümumilikdə hissəhissə olmaqla 19200 manat məbləğində pul vermişlər. Lakin, onların aralarında bu barədə notariat qaydasında təsdiqlənən heç bir müqavilə olmamış, onlar Gürciyə inanmışlar. Çünki, həmin evi bir dəfəyə almağa onların imkanı olmamış və buna görə də, həmin pulu hissə-hissə Gürciyə vermişlər, Gürci isə Mehrəddinə vermişdir. Bundan sonra o və həyat yoldaşı Cavabdeh2 həmin evə köçərək Gürci ilə birlikdə orada yaşamağa başlamışlar, 2017-ci ildə isə həmin evə pasport qeydiyyatına düşmüşlər. Odur ki, ilkin iddianı əsassız hesab edir, qarşılıqlı iddianı isə əsaslı hesab edir. Cavabdeh1 qeyd olunanlara əsasən ilkin iddianın rədd edilməsi, qarşılıqlı iddianın isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 və müstəqil tələb irəli sürən üçüncü şəxs X18 nümayəndəsi və vəkili X28 ilkin iddianı etiraf etməmiş, qarşılıqlı iddianı və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiasını isə müdafiə etmiş və izahatında göstərmişdir ki, Şabanov X29 Şabanovun oğlu, Cavabdeh2 isə gəlini olmaqla ailə üzvləri sayılırlar. Qusar şəhəri Ç. Qurbanov küçəsi (keçmiş N. Şərifov adlanırdı) 53 saylı fərdi yaşayış evini Mübariz Şabanov İddiaçı ilə birlikdə X5 3 tərəfli qaydada qarşılıqlı razılaşma əsasında şərik alaraq oğlu Cavabdeh1 hədiyyə etmiş və həmin evin alınması üçün İddiaçı vasitəsi ilə Məhrəddin Qədimova 17 200 (on yeddi min iki yüz) manat, evin sənədləşməsi üçün isə əlavə olaraq 2000 (iki min) manat olmaqla ümumilikdə 19 200 (on doqquz min iki yüz) manat pul ödəmişdir. Bu barədə notariat qaydasında müqavilə bağlanmamış, Mübariz Gürciyə inanmışdır. Bu barədə Qusar Rayon Polis şöbəsində bir neçə dəfə araşdırma aparılaraq onun həmin evin alınması üçün 19 200 manat pulu İddiaçı verdiyi tam sübuta yetirilmiş, bu barədə qərar qəbul olunmuşdur. Mübariz Şabanov evi oğlu Cavabdeh1 alıb hədiyyə etdiyi üçün Zamik və arvadı həmin evə pasport qeydiyyatına düşmüşlər. İddiaçı da onların etibarından sui-istifadə edərək razılaşmanı pozmuş, razılığa əsasən həmin fərdi yaşayış sahəsini Mübarizin xəbəri olmadan 2012-ci ildən öz adına özəlləşdirərək bu vaxta kimi bunu onlardan məharətlə gizlətməyi bacarmış və mülkiyyət hüquqlarının tanınmasına müxtəlif yalanlar uydurmaqla imkan verməyərək qeyri-qanuni yollara əl ataraq onlara qarşı iddia qaldıraraq evdən çıxarılmalarını tələb edir. Mübariz Şabanov və sonuncunun oğlu Cavabdeh1 İddiaçı bu qanunsuz əməllərindən məhkəmədə evdən çıxarılma tələbi barədə iddia qaldırdıqdan sonra xəbərləri olmuşdur. Ona görə də İddiaçı və Məhrəddin Qədimovun onlara qarşı etdikləri cinayət əməllərinə hüquqi qiymət verilməsi barədə Qusar RPŞ-nə və Qusar Rayon Prokurorluğuna şikayət ərizələri yazmışdır. Hesab edir ki, X36 Ataxanov arasındakı alqı-satqı müqaviləsi etibarsız hesab edilərək həmin fərdi yaşayış evinə verilən çıxarış ləğv edilməli və Mübariz Şabanovun ödədiyi pulun müqabilində həmin fərdi yaşayış evinə pay hüququ müəyyən edilərək mülkiyyət hüququ tanınmalıdır. Çünki, həmin evin alınması və pulların iki il ərzində hissə-hissə ödənilməsində Mübariz özü iştirak etmişdir. İddiaçı bunu izahatlarında etiraf etməsə də, evin keçmiş mülkiyyətçisi olmuş X20, onun arvadı Mimişeva Lutfiye, pulları ödəməyə gedərkən Mübarizlə bir yerdə olmuş qudası X13, oğlu Zamik və gəlini Mayanın izhatları ilə tam təsdiqini tapmışdır. Bundan başqa, İddiaçı hər dəfə ondan pulları alıb Lutfiyeyə verəndə Lutfiye Mimişeva özündəki kitabçaya, İddiaçı isə ondakı kitabçaya nə vaxt nə qədər pul verilmə barədə qeydlər etmişlər. Çünki, Məhrəddin Qədimovun gözləri yaxşı görmədiyi və yataq xəstəsi olduğu üçün X53 Ataxanovdan onların yanında pulları sayıb təhvil amışdır. Həmin 3 otaqlı evi onlar 28 000 manata razılaşmışlar və həmin puldan 2 otaq üçün 17 200 manatını Mübariz, 1 otaq üçün 10 800 manatını isə İddiaçı ödəmişlər. Bundan başqa, Ataxanov X15 2000 manat da evin sənədləşməsi üçün lazım olacağını dediyi üçün onu da gedib X3 borc alıb gətirib Gürciyə vermişdir. X20 və Ataxanov X22 aldatmışlar və xəbəri olmadan həmin evi 2012-ci ildən öz aralarında alqı-satqı müqaviləsi bağlayaraq həm 19 200 manat pulunu mənimsəmişlər, həm də onu razılaşdıqları kimi 2/3 hissədə əmlaka mülkiyyət hüququnun tanınmasından məhrum etmişlər. İddiaçı tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqinə dair ərizələrə gəldikdə isə hesab edir ki, iddia müddəti Cavabdeh1 və Mübariz Şabanovun tərəfindən ötürülməmişdir. Çünki, həmin şəxslərin məlum alqı-satqı müqaviləsinin mövcudluğundan xəbərləri olmamış, İddiaçı hazırkı iddia qaldırdıqdan sonra bu barədə xəbər tutmuşlar. Bundan başqa, İddiaçı iddia müddətinin tətbiqinə dair ərizələr verməsi də, onun Cavabdeh1 və Mübariz Şabanovun iddialarını etiraf etdiyini-yəni evi şərikli almalarını bir daha təsdiq edir. Ona görə də, Mübariz Şabanovun iddia tələbi əsaslı olduğu üçün təmin edilərək X20 ilə İddiaçı arasında Qusar Rayon Dövlət Notariat Kontorunda bağlanmış xx xxxxxxx 2012-ci il tarixli, AN –İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş xx.xx.2014-cü il tarixli, Seriya RX № ******* saylı Çıxarışın ləğv edilməsi, Qusar şəhəri keçmiş adı N. Şərifov küçəsi 53, indiki adı Ç.Qurbanov küçəsi olan 53 saylı fərdi yaşayış evinə ödədiyi 19 200 manat pulun müqabilində 2/3 hissədə payının müəyyən edilərək mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməlidir. İlkin iddia isə rədd edilməlidir. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X31 özünün nümayəndəsi və vəkili X17 göstərdiklərini təsdiq etdiyini göstərərək İddiaçı iddiasının rədd edilməsi, özünün iddiasının isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X9 nümayəndəsi və vəkili X21 müstəqil tələb irəli sürən üçüncü şəxs X18 iddiasını etiraf etmiş və izahatında göstərmişdir ki, X50 şəhəri Ç.Qurbanov küçəsi (əvvəlki N.Şərifov küçəsi) 53 saylı ünvanda yerləşən evini pula ehtiyacı olduğu üçün satmışdır. Belə razılıq olmuşdur ki, evi Gürci ilə Mübariz şərik alırlar. Evin pulunun 1000 manat hissəsini əvvəlcə İddiaçı, sonra 8000 manat hissəsini Mübariz Şabanov vermişdir. Qalan məbləğ isə hissə-hissə ödənilmişdir. Evin şərikli alınması barədə notariat qaydasında təsdiqlənən müqavilə bağlanmamışdır. Evin dəyərinin 19200 manat hissəsini Mübariz, 10800 manat hissəsini isə Gürci vermişdir. Mehrəddinlə Gürci yaxın olduqlarına görə müqavilə onların aralarında bağlanmışdır. Odur ki, Mübariz Şabanovun iddiasının etiraf edir və həmin iddianın təmin edilməsini məhkəmədən xahiş edir. İlkin iddia üzrə Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Üçüncü şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılmasını xahiş edərək çıxarılacaq qərarı məhkəmənin öz mülahizəsinə buraxdığını göstərmişdir. Üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X60 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5, 185.6-cı maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, tərəflərin, müstəqil tələb irəli sürən üçüncü şəxsin izahatlarını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, aşağıdakı əsaslara görə İddiaçı iddiası, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası rədd edilməlidir. Belə ki, işdə olan Qusar rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş xx xxxxxxx 2012-ci il tarixli 4Ə/03-644 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, X20 özünə məxsus olan ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 0.06 hektar olan həyətyanı torpaq sahəsini və 1 mərtəbəli, 3 otaqlı, ümumi sahəsi 68.6 kv.metr, yaşayış sahəsi 45.0 kv.metr, yardımçı sahəsi 23.6 kv.metr olan fərdi yaşayış evini İddiaçı 28000 manata satmışdır. Həmin Müqavilənin 4-cü bəndinə əsasən satıcı fərdi yaşayış evini 28000 (iyirmi səkkiz min) manata satdı, alıcı isə həmin qiymətə aldı. Həmin Müqavilənin 5-ci bəndinə əsasən tərəflər arasında fərdi yaşayış evinin qiyməti ilə əlaqədar hesabılaşma qaydası: alıcı fərdi yaşayış evi sahəsinin bu müqavilənin 4-cü bəndində nəzərdə tutlan qiymətini nağd şəkildə satıcıya tam ödədi, satıcı isə həmin məbləği bütünlüklə qəbul etdi. İşdə olan Seriya RX ******* saylı xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 5 ünvanda yerləşən 0.06 hektar həyətyanı torpaq sahəsi və fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan İddiaçı xx.xx.2017-ci il tarixli notariat qaydasında təsdiq olunmuş ərizəsindən görünür ki, o, Cavabdeh1 Mübariz oğlunun və Cavabdeh2 ona məxsus olan ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə daimi qeydiyyata düşməsinə etiraz etmədiyini göstərmişdir. İşdə olan Qusar rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli 149-4783-1220 saylı məktubundan görünür ki, Cavabdeh1 Mübariz oğlu və Cavabdeh2 xx.xx.2017-ci il tarixdə Qusar rayonu Aşağı Ləgər kəndindən qeydiyyatdan çıxarılaraq ünvan 6 ünvanına qeydiyyata alınmışlar. İşdə olan Cavabdeh1 Mübariz oğluna məxsus Seriya AZE ******** saylı və Cavabdeh2 məxsus Seriya AZE ******** saylı şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, həmin şəxslər ünvan 6 ünvanına qeydiyyatdadırlar. İşdə olan X31, X13, X19 və Lutfiye Mimişeva tərəfindən tərtib olunmuş, tərtib edilmə tarixi göstərilməyən aktdan görünür ki, X8 şəhəri Ç.Qurbanov küçəsi ev 53 ünvanda yerləşən fərdi yaşayış evini və torpaq sahəsini İddiaçı ilə birlikdə şərikli satın almış və bu məqsədlə evin və torpağın dəyərinin yarısını, yəni 19200 manat (on doqquz yüz iki yüz) manat məbləğində pul aşağıda göstərilən müddətlərdə Mehrəddin Qədimova və onun həyat yoldaşı Lutfiye Mimişevaya çatdırılmışdır: xx.xx.2012-8000 manat; xx.xx.2012-1000 manat; xx.xx.2013-500 manat; xx.xx.2013-500 manat; xx.xx.2014-600 manat; xx.xx.2014-600 manat; xx.xx.2014-600 manat; xx.xx.2015-600 manat; xx.xx.2014- 700 manat; xx.xx.2014-2000 manat; xx.xx.2014-700 manat; xx.xx.2014-700 manat; xx.xx.2014-2000 manat. İşdə olan Qusar rayon Polis Şöbəsinin xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, X18 şikayəti əsasında toplanmış material üzrə əməldə cinayət tərkibi olmaması əsası ilə İddiaçı barəsində cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan Qusar rayon məhkəməsinin 2(029)-1384/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, X11 və Lutfiye Mimişevanın İddiaçı məxsus olan ünvan 7 Ç.Qurbanov küçəsi) 53 saylı ünvanda yerləşən evdən istifadə hüquqlarına xitam verilməsi, X11 və Lutfiye Mimişevanın İddiaçı məxsus olan ünvan 7 Ç.Qurbanov küçəsi) 53 saylı ünvanda yerləşən evdən çıxarılmaları qət edilmişdir. Həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsində qeyd edilmişdir ki, beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 7 Ç.Qurbanov) küçəsi 53 saylı ünvanda yerləşən ümumi 0.06 ha torpaq sahəsi və 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 68.6 kv.metr, yaşayış sahəsi 45.0 kv.metr, yardımçı sahəsi 23.6 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X14 məxsus olmuşdur. Həmin şəxs Qusar rayon Dövlət Notariat Kontorunda xx xxxxxxx 2012-ci il tarixli AN-İ seriyalı ******* saylı «daşınmaz əmlakın alqısatqı» müqaviləsi bağlamaqla həmin torpaq sahəsini və fərdi yaşayış evini İddiaçı 28000 manata satmışdır. Daha sonra həmin ev və torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınaraq Seriya RX ******* saylı xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Bundan başqa həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, məhkəmə iclasında cavabdeh Lutfiye Mimişeva iddianı etirafı etməyərək göstərmişdir ki, ünvan 7 Ç.Qurbanov küçəsi) 53 saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə onun həyat yoldaşı X14 məxsus olmuş və onlar birlikdə uzun muddət orada yaşamışlar, hal-hazırda da orada yaşayırlar. Həyat yoldaşı X20 həmin evi yerləşdiyi 0.06 hektar torpaq sahəsi ilə birlikdə xx xxxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. Bundan başqa həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsindən görünür ki,məhkəmə iclasında cavabdeh X11 nümayəndəsi X48 iddianı etiraf etməmiş və izahatında göstərmişdir ki, ünvan 7 Ç.Qurbanov küçəsi) 53 saylı ünvanda yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə onun qardaşı X14 məxsus olmuş və qardaşı ilə sonuncunun həyat yoldaşı birlikdə uzun muddət orada yaşamışlar, hal-hazırda da orada yaşayırlar. Qardaşı X20 həmin evi yerləşdiyi 0.06 hektar torpaq sahəsi ilə birlikdə xx xxxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. İş də olan Qusar rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(029)-765/2019 saylı qətnaməsinin surətindən görünür ki, Lütfiye Mimişevadan 6000 (altı min) manat məbləğində pul vəsaitinin, həmçinin dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat məbləğində pulun alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamənin təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ünvan 5 saylı ünvanda yerləşən fərdi yaşayış evini yerləşdiyi 0.06 hektar torpaq sahəsi ilə birlikdə 28000 (iyirmi səkkiz min) manata X1 almış və həmin məbləğdə pulu nəğd şəkildə Məhrəddin Qədimova ödəmişdir. Bundan başqa, İddiaçı həmin ünvanda olan 345 kv.metr torpaq sahəsinə görə Məhrəddin Qədimovun həyat yoldaşı Lutfiye Mimişevaya 6000 (altı min) manat məbləğində pul vermiş, bu barədə sonuncudan müvafiq qəbz almışdır. Sonradan həmin torpaq sahəsi Qusar bələdiyyəsi tərəfindən Məhrəddin Qədimova satılmış, bu barədə xx xxxxxx 2012-ci il tarixli 12/4-1 saylı qərar qəbul edilmişdir. Lakin, həmin torpaq sahəsinə dair İddiaçıla Məhrəddin Qədimov və ya Lutfiye Mimişeva arasında heç bir müqavilə bağlanmamış, torpaq sahəsi İddiaçı satılmamışdır. Bununla da 345 kv.metr torpaq sahəsinə dair tərəflər arasında olan şifahi razılaşma əhəmiyyətsiz bir razılaşma olmuş və bu səbəbdən də heç bir hüquqi nəticə doğura bilməzdi. Lakin, buna baxmayaraq, X53 Ataxanovun ona verdiyi 6000 manat məbləğində pulu qanunsuz olaraq özündə saxlamışdır. Həmin torpaq sahəsinin rəsmiləşdirilməsi və ya pulun qaytarılması dəfələrlə cavabdehlərdən tələb olunsa da, sonuncular həmin tələbləri təmin etməmişlər. Məhkəmə iclasında cavabdeh Lutfiye Mimişeva həmin pulu həqiqətən də, İddiaçı aldığını etiraf etmiş, lakin həmin pulu sonuncuya satdıqları ünvan 5 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və həyətyanı torpaq sahəsinə görə Gürcinin borcu qaldığını və həmin pulu həmin borcun əvəzi kimi aldığını göstərmişdir. Lakin, həmin hal öz təsdiqini tapmamış, həmin evə və torpaq sahəsinə dair notariat qaydasında təsdiq olunmuş müqavilədə isə həmin evin dəyərinin nəğd şəkildə tam olaraq İddiaçı tərəfindən cavabdeh Məhrəddin Qədimova ödənildiyi göstərilmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh Lutfiye Mimişevanın həmin izahatı ilə razılaşmayaraq qəbul etmir. Bundan başqa, iddiaçı həmin pulu Lutfiye Mimişeva ilə birlikdə Məhrəddin Qədimova verdiyini göstərsə də, həmin hal da məhkəmə iclasında öz təsdiqini tapmamış, pulun yalnız Lutfiye Mimişevaya verildiyi müəyyən olunmuşdur. Bu hal yuxarıda təsvir olunan ekspert rəyi ilə bir daha təsdiq olunmuşdur. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş ərizələrdən görünür ki, o, Cavabdeh1 Mübariz oğlu və müstəqil tələb irəli sürən üçüncü şəxs X31 tərəfindən iddia müddətinin ötürüldüyünü bildirmiş və iddia müddəti tətbiq olunaraq həmin şəxslərin iddialarının rədd edilməsini məhkəmnədən xahiş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, ünvan 7 Ç.Qurbanov) küçəsi 53 saylı ünvanda yerləşən ümumi 0.06 ha torpaq sahəsi və 1 mərtəbəli 3 otaqlı ümumi sahəsi 68.6 kv.metr, yaşayış sahəsi 45.0 kv.metr, yardımçı sahəsi 23.6 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə X14 məxsus olmuş və həmin şəxs Qusar rayon Notariat Kontorunda xx xxxxxxx 2012-ci il tarixli AN-İ seriyalı ******* saylı «daşınmaz əmlakın alqı-satqı» müqaviləsi bağlamaqla həmin torpaq sahəsini və fərdi yaşayış evini İddiaçı 28000 manata satmışdır. Daha sonra həmin ev və torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınaraq Seriya RX ******* saylı xx.xx.2014-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Daha sonra İddiaçı razılıq ərizəsi əsasında xx xxxxxx 2017-ci il tarixdə Cavabdeh1 Mübariz oğlu və Cavabdeh2 həmin evə pasport qeydiyyatına alınmışlar və orada yaşamağa başlamışlar. Həmin şəxslərlə İddiaçı arasında yaşayış sahəsindən istifadə hüququna dair notarial qaydada təsdiqlənən yazılı müqavilə bağlanmasa da, İddiaçı həmin şəxsləri öz iradəsinə və notariat qaydasında təsdiqlənən ərizəsinə əsasən həmin evə köçürməklə həmin şəxsləri özünün ailə üzvləri kimi qəbul etmiş və onların həmin evdən istifadə hüquqları əmələ gəlmişdir. Bundan başqa, müəyyən olunmuşdur ki, İddiaçı və X38 Şabanov və ya Mübariz Şabanov arasında həmin evin şərikli alqı-satqısına dair heç bir sadə və ya notarial qaydada təsdiqlənən yazılı razılaşma olmamış, yuxarıda göstərilən məlum alqısatqı müqaviləsində də, bu barədə qeyd aparılmamışdır. Bundan başqa, Qusar rayon məhkəməsinin 2(029)-1384/2017 saylı xx xxxxxx 2017-ci il tarixli qətnaməsi ilə müəyyən olunur ki, yuxarıda göstərilən məlum fərdi yaşayış evini məhz İddiaçı satın almış, həmin qətnamədə Mehrəddin Qədimovun nümayəndəsinin və Lutfiye Mimişevanın öz izahatlarında həmin halı təsdiq etdikləri qeyd olunmuşdur. Bundan başqa, məhkəmənin icraatında olmuş 2(029)-765/2019 saylı mülki iş üzrə cavabdeh olmuş Lutfiye Mimişeva bir daha mübahisəli evin məhz İddiaçı tərəfindən satın alındığını, bununla bağlı ondan pul aldıqlarını, hətta Gürcinin onlara borclu olduğunu qeyd etmişdir. Həmin vaxt o, həmin evin Gürci ilə birlikdə hər hansı digər şəxsin həmin evin şərikli qaydada alınmasını, pulu onlara Gürcidən başqa digər hər hansı şəxs tərəfindən verildiyini isə bildirməmişdir. Bununla da, Cavabdeh1 və ya X49 Ataxanova və Mehrəddin Qədimova həmin evin satın alınması məqsədi ilə 19200 manat məbləğində pul vermələri barədə də yazılı heç bir sübut yoxdur, həmin şəxslər sübut kimi yalnız Mehrəddin Qədimovun, Lutfiye Mimişevanın və Nəbiyulla Hacıyevin iştirakları ilə tərtib olunmuş tarixi qeyd olunmayan akta, həmçinin ibtidai istintaq orqanında İddiaçı barəsində olan şikayət üzrə araşdırma aparılarkən həmin şəxslərin, həmçinin Cavabdeh1, Cavabdeh2 və Nəbiyulla Hacıyevin verdikləri izahatlara istinad etmişlər. Bundan başqa, Cavabdeh1 qarşlılıqlı iddia ərizəsində həmin evi İddiaçıla birlikdə məhz onun şərik aldığını, bu məqsədlə İddiaçı 19200 manat məbləğində pul verdiyini, Mübariz Şabanov isə özünün iddia ərizəsində həmin evi İddiaçıla məhz özünün şərik alaraq Cavabdeh1 hədiyyə etdiyini, bu məqsədlə İddiaçı və Mehrəddin Qədimova pul verdiyini bildirmişlər. Mübariz Şabanovun həmin evi Cavabdeh1 hədiyyə etməsi barədə də, yazılı müqavilə olmamış, buna qanunamüvafiq hüququ da olmamışdır. Çünki, mübahisəli evə dair onun mülkiyyət hüququ olmamışdır. Həmin evin Mübariz və ya Cavabdeh1ların İddiaçıla şərik almaları barədə yuxarıda göstərilən şəxslərin izahatlarından başqa, heç bir mötəbər sübut yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasənmülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəlləsinin 228.1-ci maddəsinə əsasənyaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasənyaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Şəxsiyyət vəsiqəsinin təsviri»nin müddəalarının şərh olunması barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli qərarında göstərilmişdir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» qanunun 1-ci maddəsinin ikinci hissəsinə müvafiq olaraq yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, İddiaçı özünün xx.xx.2017-ci il tarixli notariat qaydasında təsdiq olunmuş ərizəsi əsasında Cavabdeh1 Mübariz oğlunu və Cavabdeh2 özünə məxsus olan ünvan 4 N.Şərifov küçəsi) 53 saylı ünvanda yerləşən fərdi yaşayış evinə pasport qeydiyyatına aldırmış və həmin şəxslər həmin vaxtdan indiyədək orada İddiaçıla birlikdə yaşayırlar. Bununla da, İddiaçı özünün iradəsinə və icazəsinə əsasən həmin şəxsləri özünün yaşayış sahəsinə köçürməklə onları özünün ailə üzvü qəbul etmişdir. Bununla da, həmin şəxslər həmin evdən mülkiyyətçi ilə birlikdə istifadə etmək hüququnu əldə etmişlər. Bu səbəbdən də, məhkəmənin qənaətinə görə həmin şəxslərin həmin hüquqları mülkiyyətçi İddiaçı qorunmaqla onlar həmin evdən çıxarıla bilməzlər, İddiaçı həmin şəxslərin həmin evdən çıxarılmaları tələbi qanunsuz və əsassızdır və buna görə də həmin iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti və ya digər əşya hüquqlarını digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. Bundan başqa, məhkəmə Cavabdeh1 Mübariz oğlunun qarşılıqlı iddiasını və müstəqil tələb irəli sürən üçüncü şəxs X18 iddiasını müzakirə edərək belə qənaətə gəlir ki, istər Cavabdeh1, istərsə də, X49 Ataxanov və Mehrəddin Qədimov arasında ünvan 1 (keçmiş N.Şərifov küçəsi ev 53) saylı ünvanda 0.06 hektar torpaq sahəsində yerləşən fərdi yaşayış evinin şərikli qaydada alqı-satqısına dair Mülki Məcəllənin 394-cü maddəsinin tələblərinə uyğun qaydada heç bir sadə və ya notarial qaydada təsdiq olunmuş yazılı razılaşma bağlanmamış, İddiaçıla Mehrəddin Qədimovun arasında həmin evin alqı-satqısına dair notarial qaydada təsdiq olunmuş xx xxxxxxx 2012-ci il tarixli müqavilədə də, bu barədə heç bir qeyd göstərilməmişdir. Bununla da, Mübariz Şabanovun həmin evi İddiaçıla şərikli alması barədə məhkəməyə heç bir sübut təqdim olunmamış, məhkəmədə həmin hal öz təsqidini tapmamışdır. Həmin halın Mehrəddin Qədimovun və digər şəxslərin izahat və ya ifadələri ilə təsdiq olunmasını isə məhkəmə sübut kimi qəbul etmir. Çünki, hər hansı daşınmaz əmlakın özgəninkiləşdirilməsi üzrə mülkiyyətçinin bağladığı razılaşmanın və ya müqavilənin notariat qaydasında təsdiq olunması Mülki Məcəllədə mütləq şərt kimi nəzərdə tutulmuşdur. Həmin şərtə əməl olunmaması isə bu barədə razılaşmanın və ya müqavilənin əhəmiyyətsizliyinə səbəb olur. Ona görə də, evin şərikli alınması barədə hər hansı şəxsin izahatı və ya ifadəsi sübut kimi qəbul oluna bilməz. Bundan başqa, Mehrəddin Qədimovun nümayəndəsi və vəkili Mübariz Şabanovun və Cavabdeh1 ona qarşı irəli sürdükləri iddianı etiraf etsə də, onun İddiaçı satdığı evi sonuncunun Mübariz Şabanovla şərikli aldığını evin dəyərinin 19200 manat hissəsinin Mübariz Şabanov tərəfindən ödənildiyini bildirsə də, məhkəmə həmin etirafı qəbul etmir. Belə ki, Mehrəddin Qədimov həmin evi satdıqdan sonra İddiaçı qarşı heç bir iddia tələbi irəli sürməmiş, əksinə İddiaçı ona qarşı qaldırdığı iddia üzrə işə baxılarkən onun özü və arvadı Lutfiye Mimişeva həmin evi məhz İddiaçı satdıqlarını bildirmişlər. Həmin şəxslər əvvəlcə İddiaçı iddiasına əsasən məlum evdən çıxarılmışlar, daha sonra isə İddiaçı digər iddiasına əsasən Lutfiye Mimişevadan həmin şəxsin xeyrinə 6000 manat məbləğində pul tutulmuşdur. Bununla da, həmin şəxslər hazırkı işdə maraqlı olduqlarından, həmçinin yuxarıda sadalanan digər əsaslara görə Mehrəddin Qədimovun nümayəndəsi və vəkilinin həmin etirafı Mübariz Şabanovun və Cavabdeh1 iddialarının əsası kimi istinad olunan halları təsdiq edən sübut kimi qəbul edilə bilməz. Beləliklə, məhkəmənin qənaətinə görə İddiaçıla Mehrəddin Qədimovun arasında ünvan 10 saylı ünvanda yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi torpaq sahəsinə dair bağlanmış xx xxxxxxx 2012-ci il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Mübariz və ya Cavabdeh1ların heç bir hüquqları pozulmamış, həmin müqavilənin nə məzmununda, nə də formasında hər hansı nöqsana yol verilməmişdir. Odur ki, həmin müqavilə Mülki Məcəllənin tələblərinə tam əməl olunmaqla, müqavilə tərəflərinin sərbəst iradə ifadəsini əks etdirməklə bağlanmışdır. Bu səbəbdən də, məhkəmə Zamik Şabanbovun və Mübariz Şabanovun dəlilləri ilə razılaşmayaraq hesab edir ki, həmin müqavilə etibarsız hesab oluna bilməz və həmin müqavilənin etibarsız hesab edilməsi, çıxarışın ləğvi və mülkiyyət hüquqlarının tanınması barədə Cavabdeh1 və Mübariz Şabanovun iddiaları qanunsuz və əsassızdır. Odur ki, həmin iddialar rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.2-ci maddəsinə əsasən bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Həmin Məcəllənin 373.4-cü maddəsinə əsasən tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinıə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə İddiaçı qarşılıqlı iddia və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddiası üzrə iddia müddətinin tətbiqinə dair ərizələrini müzakirə edərək belə qənaətə gəlir ki, həqiqətən də, yuxarıda göstərilən xx xxxxxxx 2012-ci il tarixli məlum alqı-satqı müqaviləsinin bağlanmasından 8 ilə yaxın müddət keçmiş, həmin müddət ərzində nə Cavabdeh1, nə də Mübariz Şabanov bu barədə heç bir iddia tələbi irəli sürməmişlər və bununla da, müqaviləsinin etibarsızlığına dair Mülki Məcəllədə müəyyən edilmiş iddia müddəti həmin şəxslər tərəfindən ötürülmüşdür. Cavabdeh1 və X58 Ataxanov özünün iddiasını qaldıranadək həmin alqı-satqının mövcudluğundan xəbərlərinin olmadığını bildirsələr də, məhkəmə bunu inandırıcı qəbul etmir. Belə ki, Cavabdeh1 2017-ci ilin avqust ayının 1-də həmin evə qeydiyyata alınarkən həm o, həm də onun X57 həmin evin mülkiyyətçisinin məhz İddiaçı olduğunu bilmişlər və ya bilməli olmuşlar. Ona görə də, məhkəmə hesab edir ki, həmin şəxslərin iddiaları üzrə iddia müddəti tətbiq olunmaqla həm də həmin əsasa görə həmin iddialar rədd edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, İddiaçı, Cavabdeh1 və Mübariz Şabanovun heç biri öz iddiasının əsası kimi istinad etdiyi halları sübuta yetirməmişlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh1 Mübariz oğluna və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddiası, Cavabdeh1 Mübariz oğlunun İddiaçı, X12, üçüncü şəxslər Qusar rayon Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X39rşı alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, Çıxarışın ləğvi və 1/2 payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası, müstəqil tələb irəli sürən üçüncü şəxs X18 İddiaçı, X12, üçüncü şəxslər Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X39rşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Çıxarışın ləğvi, 2/3 payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh1 Mübariz oğluna və Cavabdeh2 qarşı evdən çıxarılma tələbinə dair iddiası rədd edilsin. Cavabdeh1 Mübariz oğlunun İddiaçı, X12, üçüncü şəxslər Qusar rayon Notariat Ofisinə, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X39rşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Çıxarışın ləğvi və 1/2 payın müəyyən edilməsi tələbinə dair qarşılıqlı iddiası rədd edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxs X18 İddiaçı, X12, üçüncü şəxslər Qusar rayon Notariat Ofisinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı X39rşı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Çıxarışın ləğvi, 2/3 payın müəyyən edilməsi və mülkiyyət hüququnun tanınması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-208/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-208/2020
10.09.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver