Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-209/2021 15.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı1 Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların Cavabdeh məxsus ünvan 1 saylı fərdi yaşayış evindən istifadə hüququnun tanınması və yaşayış evinə köçürülməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1991-ci ildə nikahı rəsmi qeyd etdirməklə Cavabdeh ilə evlənmişdir. Evləndikdən sonra cavabdehin adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 3 otaqlı yaşayış evinə gəlin köçmüşdür. Cavabdehlə birgə nikahlarından xx xxxxxx 1994-cü il tarixdə Zaikat və xx xxxxxx 1999-cu il tarixdə Şamil adlı uşaqları anadan olmuşdur. Cavabdehlə evləndikləri zaman ev istifadəyə tam yararlı olmamış, sonradan birgə nikah dövründə valideynlərinin də köməkliyi sayəsində həmin evin tikintisi, daxili tamamlama işləri tam başa çatdırılmış, bir sıra yenidənqurma işləri görülmüş və ev yaşayış üçün tam yararlı vəziyyətə gətirilmişdir. Cavabdehlə evləndikdən, yəni 1991-ci ildən 2017-ci ilədək həmin evdə yaşamış, sonradan ailə münasibətləri pozulduğu üçün cavabdehlə ayrılmışdır. Aralarındaki nikah Qusar rayon Məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Hal-hazırda müvəqqəti olaraq uşaqları digər iddiaçılar Zaikat, Şamil ilə valideynlərinə məxsus Qusar şəhəri Mir Cəlal küçəsi 3 saylı evdə yaşayırlar. Cavabdehlə evləndikdən sonra, yəni 1991-ci ildən bəri mübahisənin predmeti olan ünvan 2 ünvanında yerləşən və cavabdehin adına qeydə alınmış ikimərtəbəli, üç otaqlı yaşayış evində yaşamışdır. İş üzrə iddiaçılar İddiaçı2 və İddiaçı3 də həmin ünvanda doğulmuşlar. Onlara aid bütün əmlaklar da həmin ünvanda qalmışdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərdi ki, o, xx xxxxxx 1991-ci ildə nikahı rəsmi qeyd etdirməklə İddiaçı1 ilə evlənmişdir. Birgə nikahlarından xx xxxxxx 1994-cü il tarixdə Zaikat və xx xxxxxx 1999-cu il tarixdə Şamil adlı uşaqları anadan olmuşdur. Evləndikdən sonra ünvan 1 saylı ünvanında yaşamışlar və uşaqları da həmin evdə anadan olmuşlar. Ailə münasibətləri pozulduğu üçün İddiaçı1 ilə ayrılmışlar və aralarındaki nikah pozulmuşdur. İddiaçıların, onun adına qeydə alınmış ünvan 1 ünvanında yerləşən torpaq sahəsində tikilmiş 2 mərtəbəli, 3 otaqlı yaşayış evinə köçürülməsinə etiraz etmir. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçılar İddiaçı2 və İddiaçı3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə iddiaçılar İddiaçı2 və İddiaçı3 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı1 və Cavabdeh izahatlarını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin olunmalıdır. Belə ki, işdə olan Qusar şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 1803 nömrəli Arayışdan görünür ki, İddiaçı1 ünvan 1 saylı evdə qeydiyyatdadır və Cavabdeh h/yoldaşı, İddiaçı2 və İddiaçı3 ibarət ailə tərkibi vardır. İşdə olan Qusar rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli, 2(029)-176/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı1 ilə Cavabdeh arasında xx xxxxxx 1991-ci il tarixdə Qusar rayon Qeydiyyat şöbəsində 73 sayla qeydə alınmış nikahın pozulması qət edilmişdir. İşdə olan A № 216663 saylı torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Qusar rayon X1 xx xxxxxx 1998-ci il tarixli 02 saylı qərarına əsasən Cavabdeh Qusar şəhərində 300 kv.metr fərdi yaşayış evi tkmək üçün torpaq sahəsi verilmişdir. İşdə olan 1253 saylı Qeydiyyat vəsiqəsinin surətindən görünür ki. Qusar şəhəri İlyasov küçəsində yerləşən 2 (iki) mərtəbəli, 3 (üç) otaqlı yaşayış sahəsi 52.20 kv.metr, ümumi sahəsi 204.10 kv.metrdən ibarət olan 23 saylı yaşayış evi şəxsi mülkiyyət hüququ əsasında Qusar rayon X1 xx xxxxxx 1986-ci il tarixli 52 nömrəli qərarı ilə Cavabdeh Zəbiyulla oğlunun adına qeydə alınmışdır. Beləliklə, məhkəmə tədqiqi zamanı müəyyən edilmişdir ki,İddiaçı1 ilə Cavabdeh xx xxxxxx 1991-ci il tarixdə nikahı rəsmi qeyd etdirməklə evlənmişdir. Tərəflərin birgə nikahlarından xx xxxxxx 1994-cü il tarixdə Zaikat və xx xxxxxx 1999-cu il tarixdə Şamil adlı uşaqları anadan olmuşdur. İddiaçı1 1991-ci ildə evləndikdən sonra cavabdehə məxsus ünvan 1 saylı fərdi yaşayış evinə gəlin köçmüşdür. İddiaçı1 ilə Cavabdeh ailə münasibətləri pozulduğu üçün ayrılmışlar. Qusar rayon məhkəməsinin xx xxx 2017-ci il tarixli qətnaməsinə əsasən İddiaçı1 ilə Cavabdeh arasındaki nikah pozulmuşdur. 2017-ci ilədək iddiaçılar mübahisə edilən fərdi yaşayış evində yaşamış, hazırda da bütün əmlakları həmin evdədir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin ərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.2-ci maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvlərinin istifadə etməsinə əsas verən hüququnun yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimləndiyindən, bu hüququn yaranması və həyata keçirilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci maddələrinə əsasən notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunmur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2008-ci il tarixli qərarının nəticə hissəsinin 3-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinin “yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllə qüvvəyə mindiyi gündən yaranır” müddəası Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun hesab edilsin. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilmişdir ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı Mülki Məcəllənin 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstitusiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və Mülki Məcəllənin 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələlərlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Azərbaycan Respublikasının xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş və hazırda qüvvədən düşmüş xx xxxx 1982-ci il tarixli Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsində göstərilir ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin həmin maddəsinin 3-cü hissəsində göstərilir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədarlar birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Azərbaycan Respublikasının qüvvədə olan Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Ona görə də, iddia təmin edilməli, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh adına olan ünvan 1 saylı evdən istifadə hüququ tanınmalı və iddiaçılar həmin evə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Cavabdeh adına olan ünvan 1 saylı evdən istifadə hüququ tanınsın və iddiaçılar həmin evə köçürülsün. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-209/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-209/2021
15.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver