Məhkəmə qərarları › İş №2(029)-212/2023

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-212/2023

04.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-212/2023 04.04.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4170 manat əsas borc və 1441 manat faiz borcunun, 76,11 manat dövlət rüsumunun, ümumilikdə 5687,11 manat məbləğində pulun alınıb onaverilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə X1 ilə ailə həyatı qurduqdan sonra qohumluq əlaqələri yaranmışdır. 2021-ci ilin oktyabr-noyabr aylarında Cavabdeh maddi sıxıntılarının olduğunu və 4000 manat borc pula ehtiyacı olduğunu bildirmişdir. O, isə nağd şəkildə bu qədər məbləğin olmadığınıCavabdeh bildirmişdir. Cavabdeh onaonun adına kredit alınaraq 4000 manat pulu ona borc şəklində verməyini xahiş etmişdir. O, cavabdehin səmimiliyinə inanaraq 4000 manat pulun bankdan öz adına alınaraq borc şəklində ona verilməsinə razı olmuşdur. xx.xx.2021-ci iltarixdə "xxxx" ASC-ninQusar rayon filialına kredit üçün müraciət etmişdir. Banka kredit müraciətini Cavabdeh istiqaməti ilə bir yerdə etmişlər. Bankdan illik 27% olmaqla 27 ay müddətinə 4170 AZN məbləğdə pul almış və həmin pulu xx.xx.2021-ci il tarixdə Cavabdeh borc vermişdir. Onlar öz aralarında borcun faizlər üzrə verilməsini şərtləşdirmişlər. Cavabdeh borc pulu ona bankın illik faizləri ilə birgə qaytaracağın ışərtləşmişlər. Bank 27 ay ərzindəillik 27% olmaqla 1441 manat faiz borcu hesablamışdır. Cavabdeh ilə almış olduğu pulu ona qaytarana qədər bank tərəfindən müəyyənləşdirilmiş aylıq 207 manat 76 qəpik pulu özü tərəfindən ödəniləcəyini və tam puldan bu məbləğin çıxılacağını şərtləşmişlər. Lakin uzun müddət keçməsinə baxmayaraq Cavabdeh, borcu qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilənsəbəbdəno,ağırmaddivəziyyətədüşmüşdür. Bank aylıqödənişionunpensiyakartınayönəltmişdir. Borc məsələsi ilə bağlı Daxili İşlər Nazirliyinin Qusar Rayon Polis Şöbəsinə müraciət etmişdir. Qusar RPŞ-nin Təhqiqat bölməsində hər iki tərəfdən izahat alınmışdır. Məsələ mülki məsələ olduğu üçün ona aidiyyəti üzrə məhkəməyə müraciət etməyi məsləhət görülmüşdür. Məhkəmə iclasında İddiaçıiddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək və izahatında bildirmişdir ki, cavabdeh onun ikinci arvadının qızının əridir. Cavabdeh 29 avqust 2020-ci il tarixdə 1600 manat pul lazım olduğunu, onun pensiya aldığını, özünün borcu olduğunu deyib ondan bankdan pul götürməsini xahiş etmişdir. O, da cavabdehə inanmış, arvadı da buna razı olmuş və o, bankdan pulu alıb vermişdir. İki aydan sonra noyabr ayının 17-də cavabdeh aldığı pulun az olduğunu, ona çox pul lazım olduğunu, hər ay özü ödəyəcəyini deyib ondan yenə bankdan pul götürməsini xahiş etmişdir. O, da iki ayın pulunu vaxtında ödədiyini görüb inanıb təzədən bankdan 4170 manat pulu alıb cavabdehə vermişdir. O, pulu ikiil, üç ay müddətinə götürmüşdür, gələn ilin fevral ayında vaxt bitir. Yanvar ayında ona bankdan məktub gəlmiş, bank işçiləri ona zəng edib pulu ödəmədiyini demişlər. O, da cavabdehə zəng edib pulun niyə ödəmədiyini soruşanda cavabdeh, ona “ödəyərəm də imkanım yoxdur” demişdir. Fevral ayında onun pensiyasından 220 manat tutulmuş, sonrakı ayları cavabdeh ödəmişdir. İyun ayında cavabdeh yenə pulu ödəməmiş, niyə ödəmədiyini soruşanda imkanı olmadığını, bir ayın pulunu ona ödəməsini demişdir. Sonradan cavabdeh yenə ödəməmiş, onun pensiyasından tutulmuşdur. O, bu barədə cavabdehin atasına zəng etmiş, atası deyil, anası onunla danışmış, ona “o, niyə ödəməlidi, sən özün ödə” demişdir. O, yaxşılıq edib pul alıb vermiş, indi cavabdeh ödəmir. Pul alanda cavabdeh özü də ona zamin durmaq üçün banka gəlmiş, sonra ona zamin durmamışdır. O, cavabdehə ondan şikayət edəcəyini demiş, cavabdeh ona “get nə istəyirsənsə et” demişdir. Buna görə o, polisə şikayət etmişdir. Polis əməkdaşları cavabdehi polisə dəvət etmiş və izahat almışlar. Həmin vaxt cavabdeh pulun aldığını boynuna almamış, sonra polis əməkdaşı ona zəng edib onu çağırmışlar və ona “ağsaqqal sən kimə ilişmisən?” demişlər. Sonra o, cavabdehlə aralarında olan səs yazısını polisə təqdim etmiş, bundan sonra cavabdeh pul aldığını boynuna alaraq, 4700 manatdan 3000 manatı özündə olduğunu qalan pulun isə onda olduğunu demiş,ödəyəcəyini demiş, lakin sonradan yenə ödəməmişdir. Polisdə cavabdeh guya 4170 manatdan 3000 manatı özünə götürdüyünü, 1000 manatın isə onda olduğunu demişdir. İddia tələbi ilə bağlı bütün sübutları məhkəməyə təqdim etmiş, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, o, özü dövlət işində işləyir, onun 4300 manat kredit borcu var. Necə olur ki, o pulu alıb ödəməsin? Əgər o pulu almışdırsa niyə indiyənə kimi iddiaçı onu şikayət etməyib. İddiaçıda olan səs yazıları qanunsuzdur. İddiaçı ona qazilərə odun aparan vaxt zəng edib, o, da iddiaçıya yanında adamlar olduğunu, sonra danışacağını demişdir. Əgər o, iddiaçıdan pulu alsaydı, deyərdi “almışam”.Öz adına 4000 manat bankdan pul almış, hazırda o, 210 manat aylıq kredit borcu ödəyir. Polisdə izahat verən zaman ona qarşı hər hansı fiziki və ya psixi təsir olmayıb. O, öz iradəsi əsasında izahat vermişdir. İddiaçı xalasının ikinci əri olub, xalası gələndən sonra bu söhbətlər başlamışdır, onun xalası həm də onun qaynanasıdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. İşə baxıb,tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan GTKR4400594A148 saylı kredit müqaviləsinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçıMollanur oğluna 27 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 4170 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Cavabdeh izahatında bildirmişdir ki, götürülmüş 4170 manat kredit borcundan İddiaçı 1000 manat məbləğində pulu həmin gün, yəni krediti alarkən vermiş, 3170 manat borcu qalmış, həmin puldan 4-5 ay müddətində 208 manat olmaqla ödəniş etmiş, lakin uşağının xəstə olması səbəbindən ödənişi edə bilməmişdir. Məhkəmə araşdırması zamanı tədqiq edilərək dinlənilmiş iş materiallarında olan İddiaçıMollanur oğlu tərəfindən məhkəməyə təqdim olunmuş CD-diskdə olan səs yazılarından görünür ki, cavabdehin iddiaçının qarşısında pul öhdəliyinin olması müəyyən olunsada, borc pulun məbləği, ödəmə üsulları və ya cavabdehin faizləri ödəməsi ilə bağlı üzərinə öhdəlik götürməsi barədə məlumat müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasənborcmüqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması iləşifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasənəgər müqavilənin iştirakçıları borcun faizlər iləverilməsinişərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dairxx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). İddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti,incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə araşdırması zamanı İddiaçı "xxxx" ASC-dən götürdüyü 4170 manat məbləğində pulu cavabdehə borca verməsi, sonuncunun həmin puldan 1000 manatı iddiaçıya qaytarması, qalan hissəsini isə qaytarmaması öz təsdiqini tapmışdır.Lakin cavabdehin iddiaçıdan borc götürdüyü pula görəbanka faiz ödəyəcəyi barədə öhdəlik götürməsi sübuta yetirilməmişdir. Bundan başqa, məhkəmə, iddiaçının məhkəməyə təqdim etdiyi CD-diskdə olan səs yazılarını müzakirə edərək hesab edir ki, həmin səs yazılarında iddiaçı tərəfindən cavabdehə borc pulun verilməsi və cavabdehin iddiaçı qarşısında borc öhdəliyinin mövcud olması müəyyən olmuşdur. Lakin, cavabdehin iddiaçı qarşısında götürdüyü borc məbləğinə dair banka faizləri ödəməsi ilə bağlı üzərinə öhdəlik götürməsi barədə hər hansı bir qeyd müəyyən edilməmişdir. Hazırkı iş üzrə İddiaçı "xxxx" ASC-dən götürdüyü 4170 manat məbləğində pulagörə cavabdeh tərəfindən aylıq faizlərin ödənilməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Aylıq ödəmə qrafikinə görə ödənişlərin və faizlərin ödənilməsi cavabdeh tərəfindən verilməsi ilə bağlı da hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş kredit müqaviləsindən görünür ki, Kapital Bank” ASC tərəfindən İddiaçıMollanur oğluna 27 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 4170 manat məbləğində kredit verilmişdir. İşdə olan xx.xx.2021-ci il tarixli GTKR4400594A148 saylı kredit müqaviləsinə əlavə ödəniş qrafikindən görünür ki, bank qarşısında iddiaçı öhdəlik götürmüşdür. Həmin kredit müqaviləsində nəzərdə tutulan faizlərin məhz cavabdeh tərəfindən ödənilməsi, cavabdehin faizləri ödəməsi ilə bağlı üzərinə öhdəlik götürməsi, həmçinin İddiaçıMollanur oğlunun Kapital Bank” ASC tərəfindən İddiaçıMollanur oğluna 27 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 4170 manat məbləğində kredit borcuna görə hər ay faizlərin ödənilməsi ilə bağlı sübutlar məhkəməyə təqdim olunmadığına görə məhkəmə hesab edir ki, iddiaçı məhkəməyə təqdim etmiş olduğu iddia tələbində nəzərdə tutulan faiz hissəsi təmin edilməməlidir. Məhkəmə iddiaçının dəlilləri ilə qismən razılaşaraq hesab edir ki, Cavabdeh 3170 manat məbləğində pul vəsaiti tutularaq İddiaçıverilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığınıəsaslandırsın. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 76.11 (yetmiş altı manat on bir qəpik) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 3170 (üç minyüz yetmiş) manat məbləğində pul vəsaiti, həmçinin dövlət rüsumu kimi ödənilmiş 76.11 (yetmiş altı manat on bir qəpik) manat, ümumilikdə 3246.11 (üç min iki yüz qırx altı manat on bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı verilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar