Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-22/2023 10.10.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçılar İddiaçı3, İddiaçı2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş İddiaçı2 məxsus 0.10 ha torpaq sahəsindən və İddiaçı1 məxsus 0.06 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına və həmin torpaq sahələrinin aidiyyəti üzrə onlara qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Qusar rayonunun Kirig kəndində onlara, yəni iddiaçılara bir ailənin üzvləri olmaqla İddiaçı1 mülkiyyətində 0.4056 ha, İddiaçı2 mülkiyyətində isə 0.7086 ha kənd təsərrüfatı təyinatlı pay torpaq səhələri vardır. Həmin torpaq sahələrinə mülkiyyət hüquqları DƏDRX-nın 5 saylı Ərazi İdarəsi tərəfidən verilmiş RX ******* və RX 849523 saylı daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışla təsdiq olunur. Həmin torpaq sahələri bir birinə bitişik formada yerləşir və onlar iddiaçılar həmin torpaqdan birgə istifadə barəsində razılığa gəldikləri üçün torpaq sahəsini bir-birindən hasarla ayırmamışlar. Həmin torpaq sahələrindən İddiaçı2 məxsus torpaq sahəsinin 0.10 ha hissəsini, İddiaçı1 məxsus torpaq sahəsinin 0.06 ha hissəsini, ümumilikdə 0.16 ha torpaq sahəsini uzun müddətdir ki, Cavabdeh qanunsuz olaraq zəbt edərək oradan təyinatı üzrə istədiyi kimi özbaşına istifadə edir. Onların çoxsaylı müraciətlərinə baxmayaraq Cavabdeh torpaq sahəsini aidiyyəti üzrə onlara qaytarmaqdan imtina edir. Bununla əlaqədar onlar dəfələrlə yerli icra hakimiyyəti və bələdiyyə orqanlarına müraciət etmişlər. Lakin, Cavabdeh həmin orqanların qanuni göstərişlərinə əməl etməmiş və torpaq sahəsini aidiyyəti üzrə onlara qaytarmaqdan imtina etmişdir. Amma artıq onlar bu cür vəziyyətlə barışmaq istəmirlər. Ona görə də, Cavabdeh onlara məxsus torpaq sahəsindən məhkəmə qaydasında çıxarılmalı və torpaq sahəsi cavabdehdən alınıb onlara qaytarılmalıdır. Qusar rayon Məhkəməsinin 16 iyun 2022-ci il tarixli qərardadı ilə İddiaçı1 öldüyündən İddiaçı3, İddiaçı1 hüquqi varisi kimi tanınmış və İddiaçı1, İddiaçı3 ilə əvəz olunmuşdur. Məhkəmə iclasında iddiaçılar İddiaçı3 və İddiaçı2 məhkəməyə ərizə təqdim edərək, ekspert rəyinə uyğun olaraq qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş, izahatında bildirmişdir ki, o, Kadastrda nə pay torpağı varsa onu istəyir, başqa heçnə istəmir. Onun torpağı Kirig kəndindədir, öz adınadır. Torpaqdan Cavabdeh istifadə edir. Sərdar torpağı onun icazəsi olmadan götürüb. O, cavabdehə demişdir ki, “torpaq sahəsindən çıx bura mənimdir”, lakin cavabdeh deyirki “çıxmıram bura mənimdir”. O, cavabdehə torpağın sənədlərini də göstərmişdir. Bundan başqa İddiaçı2 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ekspert rəyində göstərilmişdir ki, Cavabdeh tərəfindən 0.13 ha və 0.07 ha torpaq sahələrinin zəbt edildiyi qeyd edilmişdir. Ona görə də, həmin ekspert rəyinə uyğun olaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı3 iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş, izahatında bildirmişdir ki, torpaq sahəsindən Sərdar istifadə edir. Sərdar torpağı özbaşına zəbt edib. Sərdara demişdir ki, “torpaq sahəsi bizimdir, sənədlər bizim adımızadır”, lakin Sərdar deyirki, “çıxmayacam bu torpaqdan”. Bundan başqa İddiaçı3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, ekspert rəyində göstərilmişdir ki, Cavabdeh tərəfindən 0.13 ha və 0.07 ha torpaq sahələrinin zəbt edildiyi qeyd edilmişdir. Ona görə də, həmin ekspert rəyinə uyğun olaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında bildirmişdir ki, o, bu torpaq sahəsini 1996-cı ildə cihazlar gətirərək bataqlıq sahədən qurudaraq bağ salmışdır. İddiaçıların əlində olan sənəd əkin sahəsidir, lakin faktiki olaraq orada olan sənəd bağ sahəsidir. Həmin torpaq sahəsinin ona məxsus olması ilə bağlı sənəd yoxdur. O torpaq sahəsi sənədlə heç kimə məxsus deyil, onların əlindəki sənəd düzgün deyil. Bunu İcra Hakimiyyətinin sərəncamı və əlində olan xəritə ilə əsaslandırır. Həmin ərazidə heç kimin çıxarışı olan ərazisi yoxdur, onunda yoxdur. Onun orada əlavə torpaq sahəsi yoxdur. O vaxtı pay torpaq paylananda 1 ha 57 sot torpaq sahəsinin yerinə hal hazırdaki torpaq sahəsini çıxmaq şərti ilə orada 65 sot torpaq sahəsi vermişlər. Ravilin atası 2006-cı ildə həmin mübahisə olunan torpaq sahəsi ilə bağlı onunla torpaq sahəsindən istifadə üçün 1 illik icarə müqaviləsi bağlanmışdır. Müqavilənin müddəti bitdikdən sonra o, müqaviləni uzatmaq üçün müraciət edəndə, ona demişdir ki, 1 ildən artıq müqaviləni uzatmaq olmur. Müqavilə bağlanarkən o torpaq sahəsi heç kimə məxsus deyildi, İddiaçı1 ona müqavilə bağlamağı təklif etmişdi. Müqavilə bağlanan qədər həmin torpaq sahəsindən o, istifadə edirdi. Ravilin atası bələdiyyə sədri idi və onunla 1 il müddətinə müqavilə bağlanmışdır. 2000-ci ildən o torpaqdan istifadə etməyi barədə sənədi var. İndi iddiaçıların sənədi var deyə o torpağa tez-tez gedib gələ bilmir. O, iddiaçılarda olan çıxarışla tanış olmamış, oxumamışdır. Torpaq sahəsinin ona məxsus olması ilə bağlı hər hansı bir sənədi yoxdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan seriya RX ******* olan xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu Kirig kəndində yerləşən 0.7086 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2, X8, X5 və X7 payları ümumi birgə olmaqla məxsusdur. İşdə olan seriya RX ******* olan xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Qusar rayonu Kirig kəndində yerləşən 0.4056 ha kənd təsərrüftı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1, X1 və X3 payları ümumi birgə olmaqla məxsusdur. İşdə olan Qusar rayon Həzrə Bələdiyyəsindən verilmiş 27 may 2019-cu il tarixli 77 saylı arayışdan görünür ki, Kirig kənd sakini Cavabdeh tərəfindən həmyerlisi İddiaçı2 məxsus olan 0.70 ha pay torpaq sahəsindən 0.13 ha torpaq sahəsi bağlanmışdır. İşdə olan AZ-İİ 049356 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx.xx.2020-ci il tarixdə Qusar rayonu Kirig kəndində ölmüşdür. İşdə olan АЗ № ******* İddiaçı3 Tofik oğlu xx xxxxxx 1967-ci il tarixdə Qusar rayonundan anadan olmuşdur. Atası İddiaçı1 anası X2r. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********15 saylı məktubu ilə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, Seriya RX ******* saylı çıxarışa əsasən İddiaçı2, X8, X5 və X7 məxsus 0.7086 ha və Seriya RX ******* saylı çıxarışa əsasən İddiaçı1, X1 və X3 məxsus Qusar rayonu Kirik kəndində yerləşən 0.4056 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada uyğun olaraq 0.57 ha və 0.33 ha-dır. Həmin ölçülər hüquqmüəyyənedici sənədə uyğun deyildir. Cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsi istifadə olunur. İstifadə olunan torpaq sahəsi 0.20 hektardır (0.13 və 0.07 ha). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli 10/1882 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin, Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli mütəxəssiz rəyinə əsasən Seriya RX ******* saylı çıxarışa əsasən İddiaçı2, X8, X5 və X7 məxsus 0.7086 ha və Seriya RX ******* saylı çıxarışa əsasən İddiaçı1, X1 və X3 məxsus Qusar rayonu Kirik kəndində yerləşən 0.4056 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada uyğun olaraq 0.57 ha və 0.33 ha-dır. Həmin ölçülər hüquqmüəyyənedici sənədə uyğun deyildir. Cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsi istifadə olunur. İstifadə olunan torpaq sahəsi 0.20 hektardır (0.13 və 0.07 ha). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 may 2022-ci il tarixli 10/1882 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli 10/4327 nömrəli ekspert rəyindən görünür ki, qərardadın 1-ci sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsinin mühəndisi İ.Əlixanovun mütəxəssis rəyində qeyd edilir ki, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli DƏDRX-dən verilmiş çıxarışa əsasən İddiaçı2, X8, X5 və X7 məxsus Qusar rayonu, Kirig kəndində yerləşən 0.7086 ha və xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı1 Manlabala oğluna, X1 və X3 məxsus Qusar rayonu, Kirig kəndində yerləşən 0.4056 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin planı və ölçüsündə göstərilən döngə nöqtələrin koordinatları daxilində torpaq sahəsi mövcuddur, ölçüləri sənədlərə uyğundur. Qərardadın 2-ci və 3-cü sualları üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsinin mühəndisi İ.Əlixanovun mütəxəssis rəyində qeyd edilir ki, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli DƏDRX-dən Çıxarışa əsasən İddiaçı2, X8, X5 və X7 məxsus Qusar rayonu, Kirig kəndində yerləşən 0.7086 ha və xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı1 Manlabala oğluna, X1 və X3 məxsus Qusar rayonu, Kirig kəndində yerləşən 0.4056 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin şimal tərəfdən 0.13 ha və 0.07 ha sahəsi Cavabdeh tərəfindən iddiaçılara məxsus torpaq sahəsi istifadə olunur. Qərardadın 4-cü sualı üzrə: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Qusar rayon şöbəsinin mühəndisi İ.Əlixanovun mütəxəssis rəyində qeyd edilir ki, ********** qeydiyyat nömrəli, xx.xx.2016-cı il qeydiyyat tarixli DƏDRX-dən verilmiş Çıxarışa əsasən İddiaçı2, X8, X5 və X7 məxsus Qusar rayonu, Kirig kəndində yerləşən 0.7086 ha və xx.xx.2016-cı il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən İddiaçı1 Manlabala oğluna, X1 və X3 məxsus Qusar rayonu, Kirig kəndində yerləşən 0.4056 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələr suvarılan əkin sahələridir və Cavabdeh tərəfindən istifadə edən 0.13 ha və 0.07 ha sahəsi kollarla çəpərlənib. Alma bağı olub-olmaması təyin etmək olmamışdır, hal-hazırda sahədə məhsul verən fındıq bağı mövcuddur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli 10/4327 nömrəli məktubdan görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli **********15 saylı mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 05 may 2022-ci il tarixli 10/1882 saylı və 28 iyul 2023-cü il tarixli 10/4327 saylı ekspert rəyləri ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh RX ******* olan xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı2, X8, X5 və X7 məxsus olan, Qusar rayonu Kirig kəndi ərazisində yerləşən 0.13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsini və seriya RX ******* olan xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatlı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən İddiaçı1, X1 və X3 məxsus olan, Qusar rayonu Kirig kəndi ərazisində yerləşən 0.07 ha kənd təsərrüfatlı torpaq sahəsini iddiaçıların iradəsinə zidd olaraq istifadə edir. Bununla da, cavabdeh iddiaçıların mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur. İnsan Hüquqlarının və X6 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, ilk iddia tələbi qanuni və əsaslı olduğu üçün təmin olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* olan xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Qusar rayonu, Kirig kəndində yerləşən torpaq sahəsinin şimal tərəfdən 0,13 ha hissəsindən Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsi İddiaçı2 istifadəsinə qaytarılmalıdır. Həmçinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya seriya RX ******* olan xx.xx.2016-cı il tarixli ********** çıxarış əsasən, Qusar rayonu, Kirig kəndində yerləşən torpaq sahəsinin 0,07 ha hissəsindən Cavabdeh çıxarılmalı və həmin torpaq sahəsi İddiaçı1 hüquqi varisi İddiaçı3 istifadəsinə qaytarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər. Həmin Məcəllənin 118.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə məbləğ, onlar öz vəzifələrini yerinə yetirdikdən sonra məhkəmə tərəfindən depozit hesabından verilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 05 may 2022-ci il tarixli 10/1882 saylı və xx.xx.2022-ci il tarixli **********15 saylı rəyləri üzrə ekspertiza xərci 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* olan xx.xx.2016-cı il tarixli ********** qeydiyyat nömrəli çıxarışa əsasən, Qusar rayonu, Kirig kəndində yerləşən torpaq sahəsinin şimal tərəfdən 0,13 ha hissəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsi İddiaçı2 istifadəsinə qaytarılsın. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya seriya RX ******* olan xx.xx.2016-cı il tarixli ********** çıxarış əsasən, Qusar rayonu, Kirig kəndində yerləşən torpaq sahəsinin 0,07 ha hissəsindən Cavabdeh çıxarılsın və həmin torpaq sahəsi İddiaçı1 hüquqi varisi İddiaçı3 istifadəsinə qaytarılsın. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş tikinti-texniki obyektlərin tədqiqi ekspertizasının 05 may 2022-ci il tarixli 10/1882 və 28 iyul 2023-cü il tarixli 10/4327 saylı rəyləri üzrə 100 (yüz) manat təşkil edən məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin- VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X4, Kodu- 210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK- CTREAZ22) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-22/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-22/2023
10.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver