Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-23/2024 02.02.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1250(min iki yüz əlli) ədəd alça tinginə görə ödədiyi 4375(dörd min üç yüz yetmiş beş) manat pulun, həmin alça tinglərinin istifadəmdə olan 3,2 ha torpaq sahəsini faydasız yerə 3 il müddətində tutması nəticəsində ödədiyi icarə haqqı olan 4800 (dörd min səkkiz yüz) manat icarə haqqının, 3,2 ha alça bağına 3 il ağaclara qulluq və dərman pulu olan 3840 (üç min səkkiz yüz qırx) manat qulluq haqqının, 2022-ci ildə 3,2 ha 3 illik alça bağından əldə etməli olduğum əldən çıxmış bəhərin əvəzi olan 16000 (on altı min) manat pulun, cəmi olaraq 29015 (iyirmi doqquz min on beş) manat pulun, habelə iddia qaldırmaqla əlaqədar ödədiyi 178 manat dövlət rüsumunun alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasınıməhkəmədən xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə ünvanlanmış və işə əlavə edilmiş ərizədən görünür ki, o, iddianın baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş dövlət rüsumunicraya yönəltmədən ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. İddiaçı məhkəmədə işə baxılması üçün xx.xx.2023-cü il tarixdə ödənilmiş 178 manat (qəbz nömrəsi 21633) dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı geri qaytarılsın. İddiaçı məhkəmədə işə baxılması üçün üçün xx.xx.2023-cü il tarixdə ödənilmiş 178 manat (qəbz nömrəsi 21633) dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra İddiaçı qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-23/2024
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-23/2024
02.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver