Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-239/2023 02.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Dövlət Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Qusar rayon Dövlət Notariat kontoruna qarşı qohumluq münasibətlərinin müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-cü il tarixdə vəfat etmiş X8 ilə onun arasındakı qohumluq münasibətlərinin, yəni həmin şəxsin onun xalası olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1ində yerləşən 0.79 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun xalası X7 məxsusdur. Həmin şəxsin torpaq sahəsinə dair mülkiyyət hüququ JN:0047 KOD:30118028 qeydiyyat nömrəli torpağın mülkiyyətə verilməsinə dair Dövlət aktı ilə rəsmiləşdirilmişdir. X8 xx.xx.2003-cü il tarixdə vəfat etmişdir. X3 ilə onun qohumluğu olmuşdur. Belə ki, həmin şəxs onun anası X5 bacısı olmaqla onun xalası olmuşdur. Onun anası X9 isə X1, yəni xx.xx.2010-cu il tarixdə vəfat etmişdir. X8 vəfat etdikdən sonra onun ondan başqa digər qanun üzrə vərəsələri olmamış, həmin şəxsin mülkiyyətində olmuş 0.79 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədli torpaq sahəsi vərəsə kimi onun sahibliyinə və idarəçiliyinə keçmişdir. Hal-hazırda torpaq sahəsinin torpaq vergilərini o, ödəyir (bu barədə arayışlar ərizəyə əlavə olunur). Hal-hazırda o, X2 ünvan 1ində yerləşən 0.79 ha həyətyanı torpaq sahəsini vərəsəlik yolu ilə qəbul etmək istəyir. Çünki, həmin mirası faktiki olaraq o, qəbul etmişdir. Bu məqsədlə o, Qusar rayon Notariat Ofisinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin, oradan ona bildirmişlər ki, onunla X2 arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. X2 doğumu haqqında akt qeydi mövcud deyildir, onun anası X5 doğumu haqqında akt qeydi mövcud deyildir və ona görə də, bu barədə sənədləri əldə etmək mümkün olmamışdır. Mərhum anasının və X6 doğumu haqqında akt qeydinin olmaması barədə Qusar rayon Qeydiyyat Şöbəsi tərəfindən müvafiq arayışlar verilmişdir (arayış ərizəyə əlavə olunur). Bununla belə, yaşadığı kənddə bütün qohumları bilir ki, X3 onun xalasıdır. Yaşadığı kənd üzrə icra nümayəndəliyi tərəfindən də bu barədə xx.xx.2023-cü il tarixli 15/1 saylı arayış verilmişdir. O, hazırda X2 mirasını qəbul etmək hüququ an şəxslərin dairəsinə daxildir. Çünki, onun anası sağ deyil və vəfat etmişdir. Hal-hazırda X2 mirası ilə bağlı vərəsəlik müəyyən olunmalı olduğundan hesab edir ki, həmin şəxslə onun arasındakı qohumluq münasibətləri, yəni həmin şəxsin onun xalası olması faktı müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə etmiş və izahatında bildirmişdir ki, Umhani Suleymanova onun doğma xalası olub. Onun özünün ailəsi olmayıb, ərə gedib, uşaqları olmayıb, əri vəfat etdiyindən qayıtmışdır. Onu uşaq vaxtlarından xalası Umhani böyüdüb, sonradan o, isə onun qayğısını çəkmişdir. Xalası Umhaninin əmlakını faktiki olaraq o qəbul etmiş və o, idarə edir. Umhaninin bir bacısı olub, o da çoxdan rəhmətə gedib. Hazırda Umhaninin ondan başqa heç kimi qalmayıb. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmiş, çıxarılacaq qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, ərizə əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Qusar RİHB-nın Mucuq kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli 15/1 saylı arayışdan görünür ki, mərhumə ünvan 1 sakinləri; X9 və X8 doğma bacılardır. İşdə olan ИЕ № 725095 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçiyeviç 23 dekabr 1951-ci il tarixdə anadan olmuşdur. Atası X17, anası X10r. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2013-cü il tarixli çıxarışdan görünür ki, X11 ilə X5 nikahları xx.xx.1949-cu il tarixdə Qusar rayonu Ugur kənd İƏN-də 01 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonar qadın “Paşayeva” soyadını qəbul etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.2003-cü ildə Qusar rayonu Uqur kəndində ölmüşdür. İşdə olan Qusar RİHB-nın Mucuq kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 314 saylı arayışdan görünür ki, X3 vəfat etdiyi günə kimi ünvan 1i ünvanında yaşamış və onun ölümündən sonar aşağıdakı vərəsələri qalmışdır. Bacısı oğlu- Ərizəçi. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsindən verilmiş 19 oktyabr 2022-ci il tarixli 520 saylı arayışdan görünür ki, XX.XX.1923-cü ildə Qusar rayonu Uqur kəndində anadan olmuş X6 ailə vəziyyətinin müəyyən edilməsi məqsədilə xx.xx.2003-cü ilədək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və X6 nikahı haqqında akt qeydi aşkar olunmamışdır. İşdə olan AZ-İ 422823 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 10 dekabr 2010-cu il tarixdə ölmüşdür. İşdə olan JN:0047 KOD 30118028 saylı torpağa mülkiyyət hüququna dair Dövlət Aktının surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının 28 iyun 2002-ci il tarixli 4/1 saylı qərarı ilə Qusar rayon Uqur kəndində X7 0.79 ha kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün torpaq sahəsi mülkiyyətinə verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, X8 03 fevral 2003-cü il tarixdə ölmüşdür. X15 Ərizəçi doğma xalası olsa da, bu barədə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında müvafiq qeydlər tapılmamışdır. Buna baxmayaraq, həmin hal məhkəməyə təqdim edilmiş Qusar RİHB-nın Mucuq kənd İƏD üzrə nümayəndəliyinin 11 yanvar 2023-cü il tarixli 15/1 saylı arayışla və digər sənədlərlə təsdiq olunur. Halhazırda Ərizəçi X15nın miras əmlakını vərəsəlik yolu ilə qəbul etmək istəyir. Bu məqsədlə o, Qusar rayon Notariat Ofisinə müraciət edərək adına vərəsəlik haqqında şəhadətnamə verilməsini xahiş etmiş, lakin, oradan ona bildirmişlər ki, onunla X15 arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmadığından vərəsəlik şəhadətnaməsinin verilməsi mümkün deyildir. Ona görə də, ona məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ərizəçi ilə X15nın arasında olan qohumluq münasibətlərini təsdiq edən sənəd olmasa da, ərizəçi ilə həmin şəxsin arasında olan qohumluq faktı-yəni ərizəçinin həmin şəxsin doğma xalası olması məhkəmə iclasında tədqiq edilmiş yuxarıda sadalanan sənədlərlə tam təsdiq olunmuşdur. Azərbaycan Respublikasının MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.1-ci maddələrinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Məhkəmə hesab edir ki, 03 fevral 2003-cü il tarixdə vəfat etmiş X6 Ərizəçi doğma xalası olmasını təsdiq edən rəsmi sənəd olmasa da, həmin hallar işdə olan sənədlərlə təsdiq olunduğundan həmin şəxslərin arasındakı qohumluq münasibətləri-yəni X2 Ərizəçi doğma xalası olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələbinin əsası kimi istinad etdiyi halları tam sübuta yetirmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 03 fevral 2003-cü il tarixdə vəfat etmiş X8 ilə Ərizəçi arasındakı qohumluq münasibətləri-yəni X2 Ərizəçi doğma xalası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-239/2023
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-239/2023
02.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver