Məhkəmə qərarları › İş №2(029)-24/2022

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-24/2022

07.12.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-24/2022 07.12.2022 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılması və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Babayeva X1 Fariz Teyfur oğluna qarşı torpaq sahəsindən çıxarılması və mülkiyyət hüququnun bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin RX seriyalı ******* nömrəli, ********** qeydiyyat, **********72 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən ona məxsus olan, Qusar rayonu Üzdənoba kəndində yerləşən 0.68 hektar torpaq sahəsindən çıxarılması və çəkilmiş hasarın onun hesabına sökülməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, RX seriyalı ******* nömrəli, ********** qeydiyyat, **********72 reyestr nömrəli, xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən Qusar rayonu Üzdənoba kəndində yerləşən 0.68 hektar torpaq sahəsi onun xüsusi mülkiyyətindədir. Onun torpaq sahəsinin qonşuluğunda Cavabdeh məxsus torpaq sahəsi vardır. Cavabdeh özünün torpaq sahəsini hasara alanda ona məxsus torpaq sahəsinin təxminən 0.25 hektar hissəsini öz torpaq sahəsinə qatıb hasarlamışdır. Artıq xeyli müddətdir ki, o, öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Bu barədə dəfələrlə cavabdehə müraciət olunmuş, həmin şəxs hər dəfə bunu etiraf edərək torpaq sahəsinin hasarını söküb ona məxsus torpaq sahəsini qaytaracağını bildirsə də, bunu etməmiş, ona məxsus torpaq sahəsindən çıxmamışdır. Hesab edir ki, Cavabdeh özbaşına tutduğu torpaq sahəsindən çıxarılmalı və çəkilmiş hasar onun hesabına sökülməlidir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, izahatında göstərmişdir ki, Qusar rayonu Üzdənoba kəndi ərazisində ona məxsus 0.68 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi ona pay torpaq sahəsi kimi verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsində hər hansı məhsul əkmir, buna imkanı yoxdur. Cavabdeh torpaq sahəsi onun torpaq sahəsi ilə qonşuluqda yerləşir. Həmin şəxs onun torpaq sahəsinin təxminən 0.24 hektar hissəsini hasarlamışdır. O, özünün torpaq sahəsinin qaytarılmasını istəyir. Ekspert rəyi ilə razıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməmiş və izahatında göstərmişdir ki, o, təxminən 6-7 il bundan əvvəl Qusar rayonu Üzdənoba kəndində yerləşən 3.45 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini satın almışdır. Həmin torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə həmsərhəddir. O, torpaq sahəsini satın aldıqdan sonra oraya tikanlı məftillə hasar çəkmiş, həmin vaxt iddiaçı da orada olmuş və onun hasar çəkməsinə heç bir etirazı olmamışdır. 2019-cu ildən sonra onun torpaq sahəsini 3 dəfə gəlib ölçmüşlər, heç birində onda artıq torpaq sahəsi aşkar olunmamışdır. Sonuncu dəfə isə artıq torpaq sahəsinin olduğunu bildirmişlər. İddiaçının sənəd üzrə torpaq sahəsi 0.68 hektardır, lakin faktiki istifadə etdiyi torpaq sahəsi 0.90 hektardır. Ekspert rəyi ilə razı deyil, o, iddiaçının torpaq sahəsini tutmamışdır. Ola bilər ki, torpaq sahələrinin sənədlərində sürüşmələr olmuş və ona görə üst-üstə düşmələr olmuşdur. Odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, işdə olan xx.xx.2016-cı il tarixli RX seriyalı ******* saylı ********** qeydiyyat, **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Üzdənoba kəndində yerləşən 0.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2015-ci il tarixli RX seriyalı ******* saylı ********** qeydiyyat, **********49 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar rayonu Üzdənoba kəndində yerləşən 3.454476 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh Teyfir oğlunun adına qeydiyyata alınmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********47 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, seriya RX № ******* saylı Çıxarışa əsasən İddiaçı iddia etdiyi Qusar rayonu Üzdənoba kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.90 ha təşkil edir. Seriya RX № ******* saylı Çıxarışa əsasən İddiaçı məxsus 0.68 ha torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 0.0945 ha hissəsi istifadə olunur (Sxem tərtib olunmuş məlumatlar cizgidə təsvir edilmişdir). İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli 10/6676 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin texniki Nəbi Nəbizadənin mütəxəssis rəyində qeyd edilir ki, seriya RX № ******* saylı Çıxarışa əsasən İddiaçı iddia etdiyi Qusar rayonu Üzdənoba kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 0.90 ha təşkil edir. Seriya RX № ******* saylı Çıxarışa əsasən İddiaçı məxsus 0.68 ha torpaq sahəsi iddiaçının iddia etdiyi torpaq sahəsinin cizgiləri daxilində yerləşir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinin 0.0945 ha hissəsi istifadə olunur (Sxem tərtib olunmuş məlumatlar cizgidə təsvir edilmişdir). Ekspert tərəfindən qeyd olunur ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Odur ki, mütəxəssis rəyinin nəticələrinə məhkəmə tərəfindən qiymət verilə bilər. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli 10/6676 saylı ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məjburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********47 saylı məktubu ilə məhkəməyə təqdim edilmiş mütəxəssis rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 oktyabr 2022-ci il tarixli 10/6676 ekspert rəyi ilə razılaşaraq həmin rəyləri işin hallarını müəyyən edən kifayət qədər əsaslı, tam aydın və dolğun sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh tərəfindən xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli, ********** qeydiyyat, **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan, Qusar rayonu Üzdənoba kəndində yerləşən 0.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0945 hektar hissəsi zəbt edilərək tor hasarla hasarlanmış, indiyədək həmin şəxsin qanunsuz sahibliyində və istifadəsindədir. Bununla da, cavabdeh iddiaçının mülkiyyət hüququna əsassız müdaxilə etməklə onun həmin hüququnu pozmuşdur. İnsan Hüquqlarının və X4 Haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin 1-3-cü hissələrinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111-ci maddəsinin 2-ci bəndinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. Həmin Məcəllənin 111-ci maddəsinin 3-cü hissəsinə əsasən torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tədqiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, iddiaçı tərəf öz iddiasının əsası kimi istinad etdiyi halları qismən sübuta yetirmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh Qusar rayonu Üzdənoba kəndində yerləşən, xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli, ********** qeydiyyat, **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı adına qeydiyyata alınmış 0.68 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0945 ha hissəsindən çıxarılmalı, həmin torpaq sahəsi İddiaçı qanuni sahibliyinə və istifadəsinə qaytarılmalı, həmin hissəyə çəkilmiş tor hasar Cavabdeh öz hesabına sökülməlidir (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinə əlavə olunmuş torpaq sahəsinin yerquruluşu planına uyğun olaraq). Qalan hissədə isə iddia rədd edilməlidir. İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri, iş üzrə təyin edilmiş məhkəmə-torpaqşünaslıq ekspertizası cavabdeh tərəfin vəsatəti əsasında təyin edildiyindən Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X3, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2016-cı il tarixli RX seriyalı ******* nömrəli, ********** qeydiyyat, **********72 reyestr nömrəli daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olan, Qusar rayonu Üzdənoba kəndində yerləşən 0.68 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.0945 hektar hissəsindən çıxarılsın, həmin torpaq sahəsi İddiaçı qanuni sahibliyinə və istifadəsinə qaytarılsın, həmin hissəyə çəkilmiş tor hasar Cavabdeh öz hesabına sökülsün (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubu ilə təqdim edilmiş mütəxəssis rəyinə əlavə olunmuş torpaq sahəsinin yerquruluşu planına uyğun olaraq). İş üzrə 50 (əlli) manat məbləğində məhkəmə xərcləri Cavabdeh tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı X2, Kodu-210005, VÖEN **********, Müxbir hesab-AZ41NABZ013601**********3944, SFİFT BİK-CTREAZ22) hesabına keçirilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar