Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-24/2025 10.03.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraсiət edərək, Cavabdeh 20000 (iyirmi min) manat pulun, iddianın qaldırılması ilə əlaqədar ödədiyi 150 (yüz əlli) manat dövlət rüsumunun və vəkil xidmətindən istifadə etməyə görə Qusar rayon Vəkil Bürosunun hesabına ödədiyi 300 (üç yüz) manat hüquqi yardım haqqının alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış və işə əlavə edilmiş ərizədən görünür ki, o, iddianın baxılmamış saxlanmasını, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət qaytarılır. Hal-hazırda iddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə işə baxılması üçün ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra X2 geri qaytarılmalı və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki iş baxılmamış saxlanılsın. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər X2 geri qaytarılsın. İddiaçı X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı “pul” tələbinə dair məhkəmədə işə baxılması üçün ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumu qərardad qanuni qüvvəyə mindikdən sonra X3 geri qaytarılsın və icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qusar rayon maliyyə şöbəsinə tapşırılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Qusar Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Əli Cəlilov
Məhkəmə qərarları › İş №2(029)-24/2025
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-24/2025
10.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver