Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-242/2021 23.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə xx xxxxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ünvan 4 mənzil 8 saylı ünvanda yerləşən ona məxsus olan yaşayış evindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərdi ki, İddiaçı ünvan 1 mənzil 96 ünvanında qeydiyyatda olmaqla, halhazırda Qusar rayonu Xuray kəndində qohumu X3 evində müvəqqəti yaşayır. ünvan 3 mənzil 8 ünvanında yerləşən yaşayış evi iddiaçının şəxsi mülkiyyətindədir. İddiaçının mülkiyyət hüququ Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx xxxxxx 2012-ci il tarixdə qeydiyyata alınmış **********16-05101-093004 daşınmaz əmlakın reyestr nömrəli Çıxarışla qeydiyyata alınmışdır. İddiaçının mülkiyyətində olan yaşayış evində xx xxxxxxxx 1964-cü il təvəllüdlü Cavabdeh qeydiyyatdadır. İddiaçı heç vaxt cavabdehi görməmişdir. Cavabdeh iddiaçıya məxsus evdə qeydiyyatda olması mülkiyyətçi kimi iddiaçının bir sıra hüquqlarını məhdudlaşdırır. “Elektron notariat” X1 Çıxarışdan görünür ki, cavabdeh ünvan 4 mənzil 8 ünvanında qeydiyyatdadır. Cavabdehin özünün ünvan 3 mənzil 2 ünvanında yaşayış evi vardır. Cavabdehin iddiaçıya məxsus evdə qeyddiyatda qalması mülkiyyətçi kimi iddiaçının mülkiyyət hüquqlarını pozur, həmçinin cavabdehin həmin mənzildə qeydiyyatda qalması əlavə kommunal xərclərin ödənilməsi zərurətini yaradır. Ona görə də, Cavabdeh iddiaçının mülkiyyətində olan ünvan 4 mənzil 8 saylı yaşayış evindən qeydiyyatdan çıxarılmalıdır. Qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehməhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli “Elektron notariat” X1 Çıxarışın təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh ünvan 6 mənzil 8 ünvandan qeydiyyatdadır. İşdə olan ünvan 7 üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 22 saylı Arayışdan görünür ki, İddiaçı xx xxxxxx 1958-ci il tarixdə Qusar rayonu Xuray kəndində anadan olub və hal-hazırda müvəqqəti Xuray kəndində qohumu X3 evinə yaşayır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya MA № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiq olunmuş surətindən görünür ki, ünvan 3 mənzil 8 ünvanında yerləşən 1 mərtəbəli, 20 kv.m yaşayış, 11.8 yardımçı sahədən ibarət mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı Əbişah qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində 01 nömrəli reyestr kitabının 187 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan Bakı şəhər Xətai rayon İcra Hakimiyyəti Xətai rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin 90 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 06 saylı Arayışdan görünür ki, Rəhimova X2 18 saylı evin 96 saylı mənzildə qeydiyyatdadır. İşdə olan Seriya AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx xxxxxx 1958-ci il tarixdə Qusar rayonu Xuray kəndində anadan olmuş,hazırda ünvan 1 mənzil 96 ünvanında qeydiyyatdadır. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Seriya MH № ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın surətindən görünür ki, Qusar şəhəri F.Musayev küçəsində istifadədə olan 0.032 ha torpaq sahəsində yerləşən 17 nömrəli 1mərtəbəli binanın 2-ci girişində, 1-ci mərtəbəsində yerləşən 25.2 kv.metr ümumi, 17.1 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 2 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, ünvan 4 mənzil 8 saylı saylı ünvanda İddiaçı məxsus olan mənzil mülkiyyət hüququ üzrə iddiaçının adına dövlət qeydiyyatına alınmaqla Seriya MA № ******* saylı Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışla rəsmiləşdirilmişdir. Cavabdeh iddiaçıya məxsus olan ünvan 4 mənzil 8 saylı mənzildə qeydiyyatda olsa da, həmin evdə yaşamır. Cavabdehin ünvan 4 mənzil 2 saylı ünvanda yaşayış evi vardır. Məhkəmə iclası zamanı araşdırılmış sübutlardan görünür ki, ünvan 4 mənzil 8 saylı mənzil mülkiyyət hüququ üzrə İddiaçı məxsusdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 5-ci bəndinin tələblərinə görə, yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Məhkəmə hesab edir ki, Cavabdeh ünvan 4 mənzil 8 saylı ünvanda İddiaçı xüsusi mülkiyyətində olan mənzildə formal qeydiyyatdadır. Belə ki, faktiki olaraq Cavabdeh həmin evdə yaşamır. Evdən istifadəyə dair Cavabdeh iddiaçı ilə aralarında hər hansı bir razılaşma yoxdur. Cavabdeh ünvan 4 mənzil 8 saylı ünvanda yerləşən İddiaçı xüsusi mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda olması mülkiyyətçi kimi İddiaçı hüququnu pozur. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsasən kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə şərh olunan normaların tələblərini rəhbər tutaraq hesab edir ki, Cavabdeh ünvan 4 mənzil 8 saylı ünvanda yerləşən İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evindən istifadə hüququna xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 4 mənzil 8 saylı ünvanda yerləşən İddiaçı xüsusi mülkiyyətində olan yaşayış evindən istifadə hüququna xitam verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Qusar Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-242/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-242/2021
23.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver