Məhkəmə qərarları › İş №2(029)-244/2024

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-244/2024

07.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-244/2024 07.06.2024 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 13.500(on üç min beş yüz) manat məbləğində borcun və ödənilmiş 130.50 (bir yüz otuz manat əlli qəpik) manat dövlət rüsumunun alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun yeznəsi pula ehtiyacı olduğu üçün kredit alıb ona borc verməyi ondan xahiş etmişdir. O da, buna razı olaraq 19 oktyabr 2022-ci il tarixdə "UNİBANK” ASC-nin Quba filialından öz adına 7500 (yeddi min beş yüz) manat məbləğində kredit alıb cavabdehə vermişdir. Daha sonra Cavabdeh aldığı kredit puldan iki ay ödəniş etmiş, sonra yenə 6000( altı min) manat borc istəmiş o da, buna razı olaraq yenə də kredit alıb ona 6000 (altı min) manat məbləğində borc vermişdir. Cavabdeh Qusar şəhər mərkəzi bazarında ticarətlə məşğul olmuş və pulu ticarət məqsədi ilə almışdır. Sonralar Cavabdeh aldığı kredit pulu ödəməkdən yayınmış və ödəniş etmədiyi səbəbindən kredit pula yığılaraq artmaqda davam etmişdir. Ümumilikdə aldığı kredit borcu 13.500 ( on üç min beş yüz) manat təşkil edir.Üstündən xeyli vaxt keçməsinə baxmayaraq borc pulu hələ də qaytarılmamışdır. Borc pulun qaytarılması ilə əlaqədar Qusar RPŞ-nə müraciət olunmuş və ordan ona borc pul alması faktında cinayət tərkibi olmadığından mülki qaydada məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur. Cavabdeh etiraz ərizəsini onunla əsaslandırmışdır ki, o, həmin iddianı qəbul etmir və bildirir ki, İddiaçı qaldırdığı iddia tamamilə əsassız və qanunsuz bir iddiadır. O, 19 aprel 2023-cü il tarixdə Rusiya Federasiyasına getmiş, bu yaxınlarda isə qayıtmışdır. İddia ilə bağlı bildirmişdir ki, onunla İddiaçı arasında heç bir borc münasibətləri olmamış, o, İddiaçı hər hansı məbləğdə borc pul götürməmişdir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halla bağlı məhkəməyə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar təqdim etmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, guya onun atası onun iddiaçıdan borc pul almasını təsdiq etmişdir. Lakin, onun atası polis şöbəsində heç bir izahat verməmiş, borcun mövcudluğunu təsdiq etməmiş, ümumiyyətlə qərar üzrə araşdırma zamanı polis şöbəsində olmamışdır. Göründüyü kimi, İddiaçılə onun arasında borc münasibətlərinin mövcud olmasını, həmçinin cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin olmasını məhz iddiaçı sübut etməlidir. İddiaçı iki nəfər şahid ifadəsini sübut kimi məhkəməyə təqdim edir. Lakin, qeyd olunmalıdır ki, tərəflər arasında hər hansı əqdin bağlanması, o cümlədən borc müqaviləsinin bağlanması şahid ifadələri ilə müəyyən olunan hal deyil. İddiaçı iki nəfər şahid gətirirsə, o, beş və ya on nəfər şahid gətirə bilər ki, onun iddiaçıya heç bir borcu yoxdur. Eyni zamanda Mülki Məcəllənin tələblərinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa tərəflər arasında yazılı müqavilə bağlanmalıdır. Bu, hal borc müqaviləsinin forması ilə bağlı imperativ tələbdir və həmin tələbə riayət olunmaması borc münasibətinin mövcudluğunu istisna edir. Bu, isə bir daha iddiaçının ona qarşı irəli sürdüyü iddianın tamamilə qanunsuz və əsassız olduğunu birbaşa təsdiq edir. Bir daha qeyd edir ki, onun iddiaçı qarşısında heç bir pul öhdəliyi yoxdur, iddiaçıdan borc pul almamışdır. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir sübut yoxdur. Odur ki, iddiaçının iddiası iddia tamamilə qanunsuz və əsassız olduğundan rədd olunmalıdır. İddiaçı Cavabdeh Qazımahammad oğluna qarşı pul tələbinə dair iddiası rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 03 may 2024-cü il tarixli məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və izahatında bildirmişdir ki, Cavabdeh onun kürəkəni olaraq bazar ərazisində biznes ilə məşğul olaraq mağaza işlədirdi. Samir dükana Sədərək bazarından mal gətirmək istədiyini və köməklik etməsini ondan xahiş etmişdir. O da, bankdan kredit götürüb verəcəyini və ona zaminin olmadığını demişdir. Samir ona zamin tapdığını, narahat olmamağını, kürəkən olduğunu, pulu vaxtında özü ödəyəcəyini demişdir. Bundan sonra o, bankda 13500 manat pul alıb Samirə vermişdir. O, pulu Samirin iş yerində əlbəəl vermişdir. Samir onun kürəkəni olduğuna görə ondan yazılı qəbz almamışdır. O, Samirə pul verəndə qızı Mehriban və tanışı İlqar həmin vaxt orada olub. O, ora şahidləri çağırmamışdır. O, Qubadan bankdan pul alıb Samir ilə qayıtmış, qızı işdə olub İlqarda orada olmuşdur. Samirə pul verilməsi barədə sübutu ancaq şahidləridir, başqa heç bir sübutu yoxdur. Samir 2-3 ay krediti ödəmiş, sonra ailəsini dağıtmış, bankı və öz ailəsini onun boynuna atıb getmişdir. O, Samirə pulun qaytarması barədə demiş, Samiri polisə çağıranda pulu aldığını etiraf etmiş, lakin həmin vaxt polisdə ondan izahat alınmamışdır. O, Samirdən pulun ödənilməsi barədə qəbzləri istəmiş, iki ayın pulunu yəni 1400 manatı başqalardan alıb banka ödəmişdir. Bankda borc məbləğinin üstünə gündəlik faizlər gəlir. Samir ilə qızı arasında olan nikah pozulub. İlk iki ayın pulunu Samir ödəyib, bu barədə qəbzlər onda yoxdur. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq etmiş və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh məhkəməyə yazılı izahat göndərərək bildirmişdir ki, o, həmin iddianı qəbul etmir və bildirir ki, o, 19 aprel 2023-cü il tarixdə Rusiya Federasiyasına getmiş, bu yaxınlarda isə qayıtmışdır. İddia ilə bağlı bildirmişdir ki, onunla İddiaçı arasında heç bir borc münasibətləri olmamış, o, İddiaçı hər hansı məbləğdə borc pul götürməmişdir. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halla bağlı məhkəməyə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar təqdim etmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, guya onun atası onun iddiaçıdan borc pul almasını təsdiq etmişdir. Lakin, onun atası polis şöbəsində heç bir izahat verməmiş, borcun mövcudluğunu təsdiq etməmiş, ümumiyyətlə qərar üzrə araşdırma zamanı polis şöbəsində olmamışdır. Göründüyü kimi, İddiaçılə onun arasında borc münasibətlərinin mövcud olmasını, həmçinin cavabdehin iddiaçı qarşısında pul öhdəliyinin olmasını məhz iddiaçı sübut etməlidir. İddiaçı iki nəfər şahid ifadəsini sübut kimi məhkəməyə təqdim edir. Lakin, qeyd olunmalıdır ki, tərəflər arasında hər hansı əqdin bağlanması, o cümlədən borc müqaviləsinin bağlanması şahid ifadələri ilə müəyyən olunan hal deyil. Bir daha qeyd edir ki, onun iddiaçı qarşısında heç bir pul öhdəliyi yoxdur, iddiaçıdan borc pul almamışdır. İddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair heç bir sübut yoxdur. İddiaçı iki nəfər şahid gətirirsə, o, beş və ya on nəfər şahid gətirə bilər ki, onun iddiaçıya heç bir borcu yoxdur. Eyni zamanda Mülki Məcəllənin tələblərinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa tərəflər arasında yazılı müqavilıə bağlanmalıdır. Bu, hal borc müqaviləsinin forması ilə bağlı imperativ tələbdir və həmin tələbə riayət olunmaması borc münasibətinin mövcudluğunu istisna edir. Bu, isə bir daha iddiaçının ona qarşı irəli sürdüyü iddianın tamamilə qanunsuz və əsassız olduğunu birbaşa təsdiq edir. Odur ki, iddiaçının iddiası iddia tamamilə qanunsuz və əsassız olduğundan rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, bildirir ki, o, şəxsi işlərilə əlaqədar olaraq məhkəmə iclasına gələ bilmir və ona görə də işə onun iştirakı olmadan baxılaraq iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. 03 may 2024-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadəsində bildirmişdir ki, İddiaçı onun tanışıdır, onunla 15 ilə yaxındır ki, dostluq münasibətləri var. Samiri də yaxşı tanıyır. O, Gedəzeyxur kəndində yaşayır, Samir qonşu Gündüzqala kəndində yaşayır. Bir vaxt Samir onun yanına gəlmiş, həmin vaxt o, Samirin, Məzahirin kürəkəni olduğunu da bilmirdi. Samir ona biznes qurmaq üçün bankdan pul götürmək istədiyini, onun özünə zamin durmasını xahiş etmişdir. O, Samirə razılıq verməmişdir. Sonra, o, bazarda olan Məzahirin işlədiyi yerə gedəndə oranın bağlı olduğunu görmüş və onun kürəkəni Samirin işlədiyi dükana tərəf getmişdir. Həmin vaxt dükanda Məzahirin qızı, Məzahir və Samir var idi. Mağazada Məzahirin pulu Samirə verdiyini görmüşdür. O, Məzahirdən niyə pulu Samirə verdiyini soruşanda Məzahir ona qızı Samirdə ərdə olduğunu, biznes qurmaq üçün ona kömək məqsədi ilə pul verdiyini demişdir. Məzahirin, Samirə nə qədər pul verdiyini dəqiq deyə bilmir. 03 may 2024-cü il tarixdə məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Məzahir onun atasıdır, Samir isə əridir. Samir ilə aralarında olan nikah pozulub. Onlar evdə Samir ilə məsləhətləşmişlər ki, biznesi böyütmək üçün bankdan pul alsınlar. Həmin vaxt o da işləyirdi, onun adında da kredit var idi. Kreditin şərtlərinə görə pul onlara düşmürdü, buna görə atası Məzahirin adın bankdan pul alıb biznesi böyütsünlər, pulu isə banka onlar ödəyəcəklər. Atası bankdan pulu alıb Samirə vermişdir. Samir birinci ayın pulunu ödəmiş, ikinci ayda isə maddi vəziyyəti yaxşı olmadığı üçün pulu ödəyə bilməmişdir. Atası pulu mağazada Samirə verib. Pul verəndən sonra ora İlqar gəlmişdir. Samirin çoxlu borcları olduğuna görə qaçıb getmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan, xx.xx.2022-ci il tarixli 2947micQoba/22-EM saylı əsas kredit və bank hesabı müqaviləsinin surətindən görünür ki, Cavabdeh 300000 (üç yüz min) manat məbləğində, illik maksimum 32 (otuz iki) faiz, minimum 1(bir) ay, maksimum 120 (yüz iyirmi) ay müddətinə, xx.xx.2023-cü il tarixinədək müddətə kredit xətti açılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2947micQoba/22 saylı zaminlik müqaviləsinin surətindən görünür ki, X9 xx.xx.2022-ci il tarixli 2947micQoba/22-EM saylı kredit müqaviləsi üzrə İddiaçı öhdəliklərinin icrasının təminatı olaraq Bank qarşısında zamin durmuşdur İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, vətəndaş İddiaçı Qusar RPŞ-nə ünvanladığı şikayət ərizəsi əsasında toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 329.3-cü maddəsinə əsasən şifahi bağlanan bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. 386.2-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində göstərdiyi məbləğdə olan pulun Cavabdeh verilməsi barədə sübut təqdim etməmişdir. İddiaçının öz sübutlarının onun şahidləri olduğunu bildirsə də məhkəmə həmin şahidlərin ifadələrini sübut kimi qəbul etmir. Məhkəmə, X6nun ifadəsini inandırıcı hesab etmir. Belə ki, şahid ifadəsində göstərdi ki, İddiaçı onun tanışıdır, onunla 15 ilə yaxındır ki, dostluq münasibətləri var. Məhkəmə hesab edir ki, 15 il bir-birini tanıyan şəxs, dostluq edən şəxs, dostluq etdiyi şəxsin mənafeyinə uyğun olaraq ifadə vermiş olacaqdır. X6 ifadəsində bildirmişdir ki, mağazada Məzahir pulu Samirə verdiyini görmüşdür. O, Məzahirdən niyə pulu Samirə verdiyini soruşanda Məzahir ona qızı Samirdə ərdə olduğunu, biznes qurmaq üçün ona kömək məqsədi ilə pul verdiyini demişdir. Əgər hər iki şəxs dostdursa, bir-birilərini tanıyırsa ailə üzvləri barədə də məlumatlı olar, həmçinin X6 iş üzrə cavabdehi də tanıdığını qeyd edir, lakin Samirin iş üzrə iddiaçının qızı ilə ailəli olmasını bilmir. İddiaçı iki dəfə bankdan kredit götürüb cavabdehə verdiyini göstərsədə, şahid bu hallara bağlı hər hansı məlumat verməmiş, sadəcə iddiaçının bankdan kredit götürüb cavabdehə verdiyini bildirir. Həmçinin X6 iddiaçının cavabdehə nə qədər pul verdiyini deyə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X6nun ifadəsi ziddiyətli hesab edir və iddiaçının sübutu kimi qəbul edilə bilməz. Məhkəmə, X3nın ifadəsini inandırıcı hesab etmir, belə ki, İddiaçı X3nın atasıdır, atasının mövqeyinə uyğun olaraq məhkəmədə ifadə verir. Həmçinin iddiaçı izahatında bildirir ki, cavabdeh iki ayın kredit ödənişini etmiş, X3 isə bildirdi ki, cavabdeh bir ayın kredit ödənişini etmişdir. Belə olan halda X3nın ifadəsini ziddiyətli hesab edir və iddiaçının sübutu kimi qəbul edilə bilməz. Məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrinə nəzər saldıqda həm X6nun, həm də X3nın ifadələrində ziddiyətli məqamlar məhkəmənin diqqətini cəlb etmişdir. Belə ki, X6 ifadəsində bildirmişdir ki, Mağazada Məzahirin pulu Samirə verdiyini görmüşdür. X3 isə ifadəsində bildirmişdir ki, atası pulu mağazada Samirə vermiş, pul verəndən sonra ora İlqar gəlmişdir.Belə olan halda məhkəmə hesab edir ki, hər iki ifadə arasında ziddiyyət var. Şahid ifadələrinə münasibətdə isə məhkəmə nəzərə alır ki, iddiaçının vəsatəti əsasında dindirilmiş şahidlər X7 (iddiaçının qızı) onun yaxın qohumu, X12 (iddiaçının tanışı) isə onun tanışıdır. Belə olan halda hər bir bu ifadəyə tənqidi yanaşmaqla məhkəmə bununla belə qeyd etməyi zəruri hesab edir ki, şahidlər iddiaçının yaxını və qohumudurlar. Şahid ifadələri müdafiə xarakteri daşıyır. Məhkəmə yuxarıda qeyd olunan səbəbdən şahid ifadələrini sübut kimi qəbul eləmir. İddiaçı iki ayın kredit borcunu Cavabdeh tərəfindən ödənildiyini bildirsədə, bu barədə hər hansı qəbz məhkəməyə təqdim etməmişdir. İddiaçı cavabdehə pul verməsinə dair hər hansı müqavilə bağlamamış, yazılı şəkildə qəbz arayış almamışdır. Hal-hazırda iddiasının uğurlu hesab olunması üçün mötəbər sübut məhkəməyə təqdim edə bilmir. İddiaçı həmin pulu cavabdehə verdiyi zaman müqavilə bağlamadığını bildirmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın materiallarında olan X2 izahatında bildirir ki,oğlu Samir qaynatası Məzahirdən borc aldığını bilmiş, lakin nə qədər aldığını bilməmişdir. Məhkəmə həmin materiala və X2 izahatına əsasən hesab edir ki, iddiaçı cavabdehə hansı tarixdə, nə qədər məbləğdə borc pul verildiyini müəyyən etmək olmur, əgər həmin materiala əlavə olunmuş izahatda X1 tarix və məbləğ göstərsə idi, iddiaçının iddia tələbi tam və ya qismən uğurlu ola bilərdi, lakin nə şahid ifadələri ilə, nə də ki, işdə olan xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın materiallarında olan cavabdehin atası X2 izahatı ilə də müəyyən etmək olmur ki, iddiaçı cavabdehə hansı tarixdə, nə qədər məbləğdə pulun verilməsini müəyyən etmək olmur, belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin oluna bilməz, çünki iddiaçı öz iddia tələbinin uğurlu olması üçün sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçının özünün izahatına münasibətdə isə məhkəmə nəzərə alır ki, Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən həmin izahat iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı tərəfindən cavabdehə hər hansı pul məbləğinin borca verilməsi məhkəmədə öz təsdiqini tapmadığından və həmin hal sübuta yetirilmədiyindən İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməməlidir. Yuxarıdagöstərilənlərəəsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar