Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-248/2025 01.05.2025 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsinə” dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Ərizəçi Maraqlı şəxsnə qarşı “şəxsin ölmüş elan edilməsinə” dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1978-ci il təvəllüdlü Qusar rayonu Suduroba kəndində qeydiyyatda olmuş və yaşamış anası X3 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəməyə dəqiqləşdirmə ərizəsi təqdim edərək X1 Mirzəbəy Şixaybat oğlu ilə nikaha daxil olduqdan sonra soyadını “Əlimirzəyeva” olaraq dəyişdirildiyini, bu səbəbdən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə vermək zərurəti yarandığını, yuxarıda göstərilənləri nəzərə alaraq, xx.xx.1978-ci il təvəllüdlü Qusar rayonu Suduroba kəndində qeydiyyatda olmuş və yaşamış anası X2 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsi məzmunda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun anası xx.xx.1978-ci il təvəllüdlü X10 2016-cı il tarixdə Azərbaycan Respublikasından Türkiyə Respublikasının ərazisinə keçmiş, oradan da Suriya Ərəb Respublikasına keçməklə “İŞİD” qruplaşmasının nəzarəti altında olan torpaqlara gedərək döyüşlərdə iştirak etmək üçün silahlı dəstələrə qoşulmuş və həmin döyüşlərdə həlak olmuşdur. X14 Suriya Ərəb Respublikasında gedən hərbi əməliyyatlarda həlak olması Qusar RPŞ-si uə təsdiq edə bilər. Ona görə də, hesab edir ki, anası X11 ölmüş elan edilməlidir. Anasının ölmüş elan edilməsi onun adına ölüm haqqında şəhdətnamə alınması, daha sonra isə vərəsəliyin müəyyən edilməsi, həmçinin digər mülki hüquqi əməliyyatların həyata keçirilməsi məqsədi ilə lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş, ərizədə göstərilmiş xüsusatları təsdiq etmiş və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə etmiş, ərizədə göstərilmiş xüsusatları təsdiq etmiş və ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin idarənin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən işə Maraqlı şəxs nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan AZ-T 290112 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1999-cu ildə Qusar rayonu Əvəcuq kəndində anadan olmuşdur. X8, anası X5r. İşdə olan 3-38-33/2-767/25 saylı xx.xx.2025-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən verilmiş məktubdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü Əlimirzəyeva (Balabəyova) Zülfiyyə Balabək qızının sonuncu dəfə dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumat qeydə alınmışdır. xx.xx.2015-ci il - Çıxış. Bununla yanaşı, Əlimirzəyeva (Balabəyova) Zülfiyyə Balabək qızının xarici ölkələrdən deportasiya olması barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır. İşdə olan 3-13-93/2-2851/2025 saylı xx.xx.2025-ci il tarixli Qusar rayon Polis Şöbəsindən verilmiş məktubun surətindən görünür ki, xx.xx.1978-ci il təvəllüdlü X3 xəbərsiz itkin düşməsi və ölməsi, həmçinin həmin şəxsin barəsində hər hansı əməliyyatın keçirilməsi haqqında Qusar rayon Polis şöbəsində hər hansı bir məlumat qeydə alınmamışdır. İşdə olan 3-39/2-24/5-754/25 saylı 04 mart 2025-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən verilmiş arayışdan görünür ki, xx.xx.1978-ci il təvəllüdlü AR vətəndaşı Əlimirzəyeva (Balabəyova) Zülfiyyə Balabək qızı xx.xx.2015-ci il tarixdə Azərbaycanı tərk etmiş və bu günədək geri qayıtmamışdır. Onun xaricdəki münaqişə bölgəsində olmasına dair məlumatlar daxil olmasına baxmayaraq, ölüm faktını təsdiq etmək mümkün olmamışdır. Həmçinin, Z. Əlimirzəyevaya dair təqsirləndirici materiallar mövcud olmadığından onun barəsində axtarış elan edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.2-ci maddəsinə əsasən məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi hallar təqdim olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Bu Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respiblikasının Mülki Məcəlləsinin 41.1. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. 41.3. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1978-ci il təvəllüdlü X3 ölməsi təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb edir, belə ki, həmin şəxsə məxsus əmlakın ərizəçinin vərəsəlik yolu ilə mülkiyyətə verilməsi üçün isə onun ölüm haqqında şəhadətnaməsinin əldə edilməsi zəruridir. Məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizəçinin ərizəsi əsaslıdır, ona görə də təmin edilməli və Ərizəçi xx.xx.1978-ci il təvəllüdlü Qusar rayonu Suduroba kəndində qeydiyyatda olmuş və yaşamış anası X6 ölmüş elan edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, Qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1978-ci il təvəllüdlü Qusar rayonu Suduroba kəndində qeydiyyatda olmuş və yaşamış anası X6 ölmüş elan edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN ƏLİ CƏLİLOV
Məhkəmə qərarları › İş №2(029)-248/2025
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-248/2025
01.05.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver