Məhkəmə qərarları › İş №2(029)-25/2023

Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-25/2023

17.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-25/2023 17.11.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi, Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə, İddiaçı cavabdeh X1 qarşı “pul tələbinə” dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X1 qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, hazırki iş üzrə icraata xitam verilməlidir. Belə ki, “AZEMİS” Elektron Məhkəmə İnformasiya sisteminin çıxarışından görünür ki, İddiaçı 10 noyabr 2021-ci il tarixində ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 50.1 və 50.3-cü maddələrinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. İddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 25.2.-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Qeyd olunan normalarının tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı artıq vəfat etmiş olduğundan, qeyd olunan qanunvericilik normasına əsasən iddia tələbi ilə müraciət edilməsi istisna edilir. Bu isə ona dəlalət edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən, işə məhkəmədə baxılmalı deyildirsə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdeh X1 qarşı “pul tələbinə” dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN: ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar