Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-251/2024 09.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X21 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, mirasın mülkiyyətə verilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X7 miras kütləsinə daxil olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin miras əmlak kimi onun tərəfindən qəbul edilməsi faktının və onun həmin mirasa mülkiyyət hüququnun müəyyən edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 974 kv.metr torpaq sahəsi atası X9 məxsus olmuşdur. X22 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. Vəfat etməmişdən əvvəl, yəni 12 mart 1999-cu il tarixdə X22 bütün əmlaklarını, o cümlədən yuxarıda qeyd etdiyi evi və torpaq sahəsini ona vəsiyyət etmişdir. Atası vəfat etdikdən sonra həmin evi və 974 kv.metr torpaq sahəsinin 387 kv.metr hissəsini faktiki olaraq mən qəbul etmiş və həmin vaxtdan o, həmin evdə yaşayır. Torpaq sahəsinin vergilərini, həmçinin evin bütün kommunal xidmət haqlarını özü ödəyir. Mərhum X22in qanun üzrə birinci dərəcəli vərəsələri mərhum atasının mirasına dair hər hansı pay tələb etmirlər, bu barədə ərizə vermişlər və bununla da, mirasla bağlı vərəsələr arasında hər hansı mübahisə mövcud deyildir. Bu yaxınlarda o, həmin torpaq sahəsinə dair adına vərəsəlik şəhadətnaməsinin verilməsi üçün Qusar rayon Notariat Ofisinə müraciət etmiş, lakin oradan onun tərəfindən mirasın qəbul edilməsini təsdiq edən sənəd təqdim edilmədiyi bildirilərək məhkəməyə müraciət etməyi tövsiyyə olunmuş, bu barədə müvafiq məktub verilmişdir. O, mərhum X22in mirasını qəbul etmək üçün notariat ofisinə vaxtında ərizə verməsə də, mirası onun qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmişdir. Belə ki, miras açıldığı vaxtdan həmin mirası o, idarə edir, ondan istifadə edir, orada yaşayır, evin bütün kommunal xidmət haqlarını da özü ödəyir. Ona görə də hesab edir ki, həmin mirasın onun tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli və onun mirasa dair vərəsəlik hüququ tanınmalıdır. Məhkəmə iclasında Ərizəçi ərizə üzrə tələbi müdafiə etmiş və ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, ərizədə göstərdiyi evin və torpaq sahəsinin sənədləri məhkəməyə təqdim etmiş, mirasa dair vərəsələr arasında mübahisə yoxdur. Evin bütün kommunal xidmət haqları onun tərəfindən ödənilir. Odur ki, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisinin notariusuna məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə həmin şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, ərizəçinin izahatını dinləyib, müəyyən olunmuş hallara hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Belə ki, işdə olan 847 saylı torpaq qeydinin surətindən görünür ki, Qusar şəhəri Sabir küçəsində yerləşən 500 kv.metr torpaq sahəsi X7 istifadəsinə verilmişdir. İşdə olan inventar nömrəsi 1720 olan 1977-ci il tarixli texniki pasportun surətindən görünür ki, ünvan 2 ünvanda (indiki M.Həsrətov küçəsi ev 52) yerləşən fərdi yaşayış evinin sahibi X13 olmuşdur. İşdə olan 12 mart 1999-cu il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X13 özünə məxsus bütün əmlaklarını, o cümlədən ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin oğlu Ərizəçi vəsiyyət etmişdir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında arayışdan görünür ki, X13 xx.xx.2005-ci il tarixdə ölmüşdür. İşdə olan AZ-İİ 689309 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1961-ci ildə anadan olmuş, atası X10r. İşdə olan X3, X4 və X5 notariat qaydasında təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ərizələrindən görünür ki, onlar mərhum ataları X9 məxsus olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən onlara düşən paydan qardaşları Ərizəçi xeyrinə imtina edirlər. Gələcəkdə bununla bağlı heç bir iddiaları və tələbləri olmayacaqdır. İşdə olan X2 notariat qaydasında təsdiq olunmuş xx.xx.2019-cu il tarixli ərizəsindən görünür ki, o, mərhum əri X9 məxsus olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən onlara düşən paydan oğlu Ərizəçi xeyrinə imtina edir. Gələcəkdə bununla bağlı heç bir iddiası və tələbi olmayacaqdır. İşdə olan X8 notariat qaydasında təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, mərhum atası X9 məxsus olan ünvan 4 ünvanında yerləşən torpaq sahəsindən və üzərindəki fərdi yaşayış evindən onlara düşən paydan qardaşı Ərizəçi xeyrinə imtina edir. Gələcəkdə bununla bağlı heç bir iddiası və tələbi olmayacaqdır. İşdə olan X11, X12 və Humare Aydunbekovanın notariat qaydasında təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizələrindən görünür ki, onlar mərhum ataları X7 ölümündən sonra mirasın nədən ifadə olunmasından və harada olmasından asılı olmayaraq mirası qəbul etməmişlər və buna görə də, öz vərəsəlik hüquqlarını rəsmiləşdirmək niyyətində deyillər. Mirasın qəbul edilmə müddətinin bərpası və miras əmlakın bölüşdürülməsi ilə əlaqədar məhkəməyə müraciət etməyəcəklər. İşdə olan ünvan 5 ünvanda yerləşən evə dair kommunal xidmət haqları barədə qəbzlərin surətlərindən görünür ki, həmin xidmət haqlarının bir hissəsi Ərizəçi tərəfindən ödənilmişdir. İşdə olan Qusar rayon Notariat Ofisi tərəfindən verilmiş 13 dekabr 2023-cü il tarixli 1630 saylı məktubdan görünür ki, Ərizəçi müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2005-ci il tarixdə vəfat etmiş X6 miras qalmış əmlaka mirasın qəbulu faktı və ya müddətin bərpası ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1166-cı maddəsinə əsasən fiziki şəxs ölməsi halı üçün öz əmlakını və ya onun bir hissəsini həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə qoya bilər. Həmin Məcəllənin 1159.1, 1159.1.1-ci maddələrinə əsasən birinci növbədə-ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göründüyü kimi, Ərizəçi miras qoyan Hacı Hacıyevin oğludur. Eyni zamanda miras qoyan Hacı Hacıyev özünə məxsus bütün əmlaklarını, o cümlədən ünvan 6 ünvanda yerləşən fərdi yaşayış evinin oğlu Ərizəçi vəsiyyət etmişdir. Belə olan halda qanun üzrə vərəsəlik istisna olunur və miras qoyanın mirasına dair vəsiyyət üzrə vəsərəlik müəyyən olunmalıdır. Bundan başqa, məhkəmə iclasında müəyyən olunmuşdur ki, vəsiyyət üzrə vərəsəlik zamanı miras qoyan Hacı Hacıyevin məcburi pay hüququ olan vərəsələrinin heç biri mirasdan məcburi pay tələb etməmiş, bu barədə notariat qaydasında təsdiq olunmuş ərizələr vermişlər. Bununla da, həmin şəxsin mirasına dair vərəsəlik hüquq mübahisəsi mövcud deyildir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Göründüyü kimi, Ərizəçi miras qoyan Hacı Hacıyevin miras kütləsinə daxil olan fərdi yaşayış evində yaşayır, evin kommunal xidmət haqlarını ödəyir və bununla da, evin faktiki sahibi və idarəçisidir. Belə olan halda, məhkəmə hesab edir ki, Ərizəçi miras qoyan Hacı Hacıyevin miras əmlaklarını mirasın qəbul edilməsinin faktiki üsulu ilə qəbul etmiş və ona görə də həmin əmlakların miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, həmçinin həmin miras əmlaklar vəsiyyət üzrə vərəsəlik yolu ilə həmin şəxsin mülkiyyətinə verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. X1 miras kütləsinə daxil olan, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin və həmin miras əmlaklar vərəsəlik yolu ilə Ərizəçi mülkiyyətinə verilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-251/2024
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-251/2024
09.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver