Məhkəmə qərarları › İş №2(029)-253/2021

Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-253/2021

17.02.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-253/2021 17.02.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Adil Yaqub oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizəsi üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı şəxsin ölmüş elan edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx xxx 1991-ci ildə Qusar rayonu Urva kəndində anadan olmuş X11 ölmüş elan edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, onun oğlu X16 xx xxx 1991-ci il tarixdə Qusar rayonu Urva kəndində anadan olmuşdur. xx xxxxxx 2013-cü il tarixdə oğlu Tolik evdən çıxıb getmiş, həmin gün Azərbaycan Respublikasının ərazisini tərk edərək “Şıxlı” sərhəd-keçid məntəqəsindən Gürcüstan Respublikası ərazisinə keçməklə Türkiyə Respublikasına getmiş, oradan da Suriya Ərəb Respublikasına getmişdir. Həmin vaxtdan oğlu Tolik itkin düşmüş, ondan heç bir xəbər çıxmamış, onun harada olması naməlum olaraq qalmışdır. X21 Ərəb Respublikasında gedən vətəndaş müharibəsində döyüşlərdə iştirak etmiş və xx xxxx 2013-cü il tarixdə orada gedən döyüşlərdə həlak olmuşdur. Oğlu Tolikin həqiqətən də, xx xxxx 2013-cü il tarixdə Suriya Ərəb Respublikasında gedən döyüşlərdə həlak olması barədə Qusar rayonu Urva kənd sakini X6 onlara telefon vasitəsi ilə məlumat vermişdir. Həmin vaxt X6 da Suriya Ərəb Respublikasında olmuş və orada gedən döyüşlərdə iştirak etmişdir. Oğlu Tolikin xx xxxxxx 2013-cü il tarixdə evdən çıxıb getməsini, o vaxtdan onun barəsində heç bir xəbər, soraq, məlumatın olmamasını bir çox şahidlər təsdiq edə bilərlər. Artıq 8 ildir ki, oğlu Tolikdən heç bir xəbər yoxdur. Onun Azərbaycan Respublikasının ərazisini tərk edərək Suriya Ərəb Respublikasına getməsi, orada gedən döyüşlərdə iştirak etməsi barədə Qusar rayon Polis Şöbəsinin əməliyyat məlumatları, habelə bu barədə şahid ifadələri əsas götürülməklə oğlu X16 məhkəmə qaydasında ölmüş elan edilməlidir. X3 ölmüş elan edilməsi ona oğlundan miras qalmış əmlaklar barəsində vərəsəlik hüquqlarını həyata keçirmək üçün zəruridir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs rəisi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, həmin şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbauycan Respublikasının MPM-nin 185.4 və 185.5-ci maddələrinə əsasən işə həmin şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab edir. İşə baxıb, təqdim olunmuş sübutları araşdıraraq, məhkəmə hesab edir ki, ərizə aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan Seriya AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Qusar rayonu Urva kəndində qeydiyyatdadır. İşdə olan Seriya AZE 08667698 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X16 xx.xx.1991-ci ildə Qusar rayonu Urva kəndində anadan olmuş və həmin kənddə qeydiyyatdadır. İşdə olan Qusar rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 149-19266- 1220 saylı məktubdan görünür ki, Qusar rayonu Urva kənd sakini, xx.xx.1991-ci il təvəllüdlü X16 radikal dini təriqli olmaqla xx.xx.2013-cü il tarixdə ölkə ərazisini tərk edərək “Şıxlı” sərhədkeçid məntəqəsindən Gürcüstan Respublikası ərazisinə keçməklə Türkiyə Respublikasına getmiş, oradan da Suriya Ərəb Respublikasına keçməklə “İŞİD”in nəzarəti altında olan torpaqlarda fəaliyyət göstərən qanunsuz silahlı birləşmələrə qoşulmuşdur. Tolik Əzizovun sonrakı taleyi barəsində əlavə məlumat əldə olunmamışdır. İşdə olan xx xxxxxxx 2020-ci il tarixdə Ərizəçi, X13, X5, X4 və X7 tərəfindən tərtib olunmuş və Qusar rayon İHB-nın Urva kənd İƏN tərəfindən təsdiq olunmuş aktdan görünür ki, Qusar rayonu Urva kənd sakini, xx xxx 1991-ci il təvəllüdlü X16 xx xxxxxx 2013-cü il tarixdə evdən çıxıb getmiş və bir daha evə qayıtmamışdır. O vaxtdan X8 heç bir xəbər, soraq çıxmamışdır. X11 valideynləri, qohumları sonradan bilmişlər ki, o, xx xxxxxx 2013-cü il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş, Suriya Ərəb Respublikasına gedib qanunsuz silahlı birləşmələrə qoşulmuşdur. Qanunsuz silahlı birləşmələrdə iştirak etdiyi zaman X16 döyüş əməliyyatlarında həlak olmuşdur. X11 xx xxxx 2013-cü il tarixində döyüş əməliyyatlarında həlak olması barəsində onun valideynlərinə Qusar rayonu Urva kənd sakini X6 məlumat vermişdir. X6 da həmçinin həmin vaxt Suriya Ərəb Respublikasında qanunsuz hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. X9, X2 və X1 məhkəməyə göndərdikləri izahatlarından görünür ki, onlar yuxarıda qeyd olunan akta göstərilən halları bir daha təsdiq etmişlər. İşdə olan Qusar rayon prokurorluğu tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 26xid-21 saylı məktubdan görünür ki, xx.xx.1991-ci ildə Qusar rayonu Urva kəndində anadan olmuş X11 barəsində həmin prokurorluqda hər hansı bir təqsirləndirici material yoxdur. İşdə olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X16 məhkum olunmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 17/6-1168 saylı məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü X14 adlı şəxs haqqında məlumat qeydiyyatdan keçmir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, ərizəçinin oğlu Qusar rayonu Urva kənd sakini, xx.xx.1991-ci il təvəllüdlü X16 radikal dini təriqli olmaqla xx.xx.2013-cü il tarixdə ölkə ərazisini tərk edərək “Şıxlı” sərhəd-keçid məntəqəsindən Gürcüstan Respublikası ərazisinə keçməklə Türkiyə Respublikasına getmiş, oradan da Suriya Ərəb Respublikasına keçməklə “İŞİD” qruplaşmasının nəzarəti altında olan torpaqlara gedərək döyüşlərdə iştirak etmək üçün silahlı dəstələrə qoşulmuş və həmin döyüşlərdə həlak olmuşdur. X11 Suriya Ərəb Respublikasında gedən hərbi əməliyyatlarda həlak olması ərizəyə əlavə edilmiş sənədlərlə təsdiq olunur. Hazırda həmin şəxsin əmlakları barəsində vərəsəlik müəyyən olunmalı olduğundan onun məhkəmə qaydasında ölmüş elan edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, Ərizəçi öz tələblərinin əsası kimi istinad etdiyi hallar-yəni oğlu Tolik Əzizovun 2013-cü ilin yay aylarında Suriya Ərəb Respublikasında hərbi əməliyyatlar zamanı gedən döyüşlərdə ölməsi, 2013-cü ildən etibarən onun yaşayış yerində görünməməsi məhkəməyə təqdim edilmiş sənədlərlə tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, xx xxx 1991-ci il təvəllüdlü, Qusar rayonu Urva kəndində qeydiyyatda olmuş X16 ölmüş elan edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 305.1, 305.1.2-ci maddələrinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin xəbərsiz itkin düşmüş elan edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 312-ci maddəsində göstərilir ki, şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 305, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx xxx 1991-ci il təvəllüdlü, Qusar rayonu Urva kəndində qeydiyyatda olmuş X16 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün X11 ölüm günü sayılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ADİL VƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar