Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-266/2021 05.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsinə dair mülki işə Qusar şəhərində xx xxxx 2021-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : Ərizəçi maraqlı şəxs Qusar rayon Notariat ofisinə qarşı qohumluq münasibətlərinin müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 1978-ci il tarixdə Qusar rayonunun Zuxul-oba kəndində vəfat etmiş X30 və xx xxxxxx 2001-ci il tarixdə Qusar rayonunun Zuxul-oba kəndində vəfat etmiş X7 doğma bacılar olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında göstərdi ki, o, xx xxxxx 1953-cü il tarixdə Qusar rayonu Zuxul-oba kəndində anadan olmuşdur. X9, anası X22r. X9 xx xxxxx 1968-ci il tarixdə, anası X31 isə xx xxxxxx 1978-ci il tarixdə vəfat etmişlər. Qusar rayon Zuxul-oba kəndində onun valideynlərinə məxsus yaşayış evində onlarla birlikdə X10 doğma bacısı, yəni onun xalası X15 da yaşamış, və o, xx xxxxxx 2001-ci il tarixdə Qusar rayonu Zuxul-oba kəndində vəfat etmişdir. Qusar rayonu Zuxuloba kəndində X9ndan 2 mərtəbəli yaşayış evi, anası X31 və xalası X5 həyətyanı və pay torpaq sahələri miras qalmışdır.X2 xx xxxxxx 2001-ci il tarixdə özünə məxsus torpaq sahələrini ona vəsiyyət etmiş və həmin vəsiyyətnamə Şirvanovka kənd inzibati ərazi nümayəndəliyində təsdiq edilmişdir. Onların ölümündən sonra, o, onlardan həmin mirası qəbul etmək istəyir və bu məqsədlə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Qusar rayon Notariat ofisinə müraciət etmişdir. Lakin mövcud sənədlər üzrə X10 və xalası X7 doğma bacılar olduğunu müəyyənləşdirmək mümkün olmadığından Qusar rayon Notariat ofisində vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilməmişdir. Belə ki, anası X31 və xalası X7 doğumu haqqında Qusar rayon Qeydiyyat şöbəsində doğum haqqında akt qeydləri tapılmadığından onların doğma bacılar olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Ona görə də X10 və xalası X7 arasında qohumluluq münasibətlərinin olması, yəni onların doğma bacılar olması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. X10 və xalası X7 həqiqətən də doğma bacılar olmasını bir çox şahidlər təsdiq edirlər. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Səlimov Yüzbəy Xantəmir oğlu ifadəsində göstərdi ki, Ərizəçi qonşusudur. Ərizəçinin valideynlərini tanıyır, anası X31 idi. X3 ərizəçinin doğma xalasıdır. X1 əri və uşaqları yox idi. X31 və X15 doğma bacıdılar. Ərizəçi mərhum xalası X15 vəfat edən günə kimi Ərizəçi ailəsi ilə birlikdə yaşamışdır. Ərizəşinin xalası X15 2001-ci ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X18 şahid Səlimov Yüzbəy Xantəmir oğlunun ifadəsinə uyğun eyni məzmunlu ifadə vermişdir. Maraqlı şəxs Qusar rayon Notariat Ofisi məhkəməyə məktub göndərərək, xidməti zərurətlə əlaqədar işdə iştirak edə bilməyəcəklərini və işə onların iştirakları olmadan baxılmasına məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edilənləri nəzərə alıb işə maraqlı şəxs Qusar rayon Notariat ofisinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki iş materiallarında olan Qusar rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2020-ci il tarixli Arayışından görünür ki, X19 xx xxxxx 1968-ci ildə Qusar rayonu Yuxarı Kalunxur kəndində ölmüşdür. Bu barədə xx xxx 1968- ci il kitabın Ölüm səh. №-02 ilə qeydiyyat aparılmışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2020-ci il tarixli Arayışından görünür ki, X31 xx xxxxxx 1978-ci ildə Qusar rayonu Qusar şəhərində ölmüşdür. Bu barədə xx xxxxxx 1978-ci kitabında Ölüm səh. №-09 ilə qeydiyyat aparılmışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsinin xx xxxxxx 2020-ci il tarixli Arayışından görünür ki, X15 xx xxxxxx 2001-ci ildə Qusar rayonu Sudur-oba kəndində ölmüşdür. Bu barədə xx xxxxxx 2001-ci il kitabın Ölüm səh. №-309 ilə qeydiyyat aparılmışdır. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixli Arayışından görünür ki, Ərizəçi xx xxxxx 1953-cü ildə Qusar rayonunda anadan olmuşdur. Bu barədə doğum a/q. xx xxxxx 1953-cü il kitabında №-07 ilə qeydiyyat aparılmışdır. Şəhadətnamə seriya İ-İE №-958104. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı İƏD üzrə nümayəndəliyinin 612 saylı xx xxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Qusar rayon Zuxuloba kəndində yaşamış xx xxxxxx 2001-ci il tarxində vəfat etmiş, 1922-ci il təvəllüdlü X15 həqiqətən Ərizəçi doğma xalasıdır. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Şirvan İƏD üzrə nümayəndəliyinin xx xxxx 2020-ci il 351 saylı Arayışından görünür ki, Ərizəçi həqiqətən də Qusar rayonunn Zuxuloba kəndində yaşayır və qeydiyyatdadır. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Şirvan İƏD üzrə nümayəndəliyinin xx xxxxxx 2020-ci il tarixli 138 saylı Arayışından görünür ki, X3 vəfat edənə kimi Qusar rayon Zuxuloba kəndində yaşamışdır. Vərəsələri müəyyən etmək mümkün olmamışdır. Vəsiyyətnaməyə əsasən Ərizəçi vərəsədir. İşdə olan Qusar rayon Qeydiyyat şöbəsinin xx xxxx 2020-ci il tarixli, 291/15 saylı Arayışından görünür ki, X7 Qusar rayon qeydiyyat şöbəsində, Qusar rayon qeydiyyat şöbəsinin arxivində doğum haqqında akt qeydiyyatı tapılmamışdır. İşdə olan Qusar Rayon İcra Hakimiyyəti Qusar Rayon Dövlət Arxivinin xx xxxx 2020-ci tarixdə 155 saylı Arxiv Arayışından görünür ki, rayon arxivində saxlanılan Qusar rayonu Şirvanovka kənd inzibati ərazi vahidi üzrə nümayəndəliyinin 2001-2005-ci illərin Zuxul Oba kəndi üzrə 18№-li Təsərrüfatbaşına kitabında şəxsi hesab nömrəsi 2 olan Ərizəçi təsərrüfat üzvlərinin siyahısında X15 təsərrüfatın üzvü olduğu göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx xxxx 2020-ci il tarixli X-538 saylı məktubundan görünür ki, vərəsəlik haqqında şəhadətnamənin verilməsi miras qoyanla vərəsənin qohumluq əlaqələrini təsdiq edən sənədlərin mövcud olmaması səbəbindən mümkün deyildir. Bununla bağlı qohumluluq faktının təsdiq olunması üçün məhkəməyə müraciət etməyi məqsədə uyğun görülmüşdür. İşdə olan xx xxxxxx 2001-ci il tarixli Vəsiyyətnamədən görünür ki, Qusar rayonun Zuxur-oba kəndində yaşayan X4-oba kəndində olan həyatyanı sahəsi, torpaq payı bacısı oğlu Ərizəçi vəsiyyət etmişdir. İşdə olan JN-00xx xxx 30125038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq edilmiş surətindən görünür ki, Qusar rayon Aqrar İslahat Komissiyasının xx xxx 1998-ci il tarixli 7/9 saylı qərarına əsasən X8 mülkiyyətinə 0.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Notariat Ofisi tərəfindən Qusar rayon Məhkəməsinə ünvanlanmış xx xxxx 2021-ci il tarixli X-238 saylı məktubundan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Qusar rayon Notariat Ofisinin nümayəndəsinin xidməti zərurətlə əlaqədar iştirak edə bilmədiyi üçün işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Qusar rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı İƏD üzrə nümayəndəliyindən xx xxxx 2020-ci il tarixdə təsdiq edilmiş, X13 (Seriya- AZE №-03293819 Qusar RPŞ xx.xx.2005), X14 (Seriya- AZE №-06972188 Qusar RPŞ xx.xx.2009), X6 (Seriya- AZE №-03293843 Qusar RPŞ xx.xx.2005), X11 (Seriya- AZE №-16492399 Qusar RPŞ xx.xx.2006), Səlimov Yüzbəy Xantəmir oğlunun (Seriya- AZE №-14953974 Qusar RPŞ xx.xx.2014) iştirakları ilə tərtib olunmuş Aktdan görünür ki, Qusar rayonun Zuxuloba kəndində yaşamış 1922-ci il təvəllüdlü mərhumə X15 həqiqətən Ərizəçi doğma xalasıdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlarla birgə hüquqi qiymət verərək Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən belə nəticəyə gəlir ki, xx xxxxxx 1978-ci il tarixdə Qusar rayonun Zuxul-oba kəndində vəfat etmiş X35 və xx xxxxxx 2001-ci il tarixdə Qusar rayonunun Zuxul-oba kəndində vəfat etmiş X7 doğma bacılar olması faktının müəyyən edilməsinə dair ərizə əsaslı olduğundan və həmin faktın müəyyən edilməsi hüquqi əhəmiyyət kəsb etdiyindən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ət etdi : Ərizə təmin edilsin. xx xxxxxx 1978-ci il tarixdə Qusar rayonun Zuxul-oba kəndində vəfat etmiş X35 və xx xxxxxx 2001-ci il tarixdə Qusar rayonunun Zuxul-oba kəndində vəfat etmiş X7 doğma bacılar olması faktı müəyyən edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-266/2021
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-266/2021
05.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver