Məhkəmə qərarları › İş №2(029)-272/2023

Qusar Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(029)-272/2023

30.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-272/2023 30.05.2023 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Cəlilov Əli İsa oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı “21.450 manat pul tələbinə” dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X3 qarşı “21.450 manat pul tələbinə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X2 borclu qaldığı 21.450 ( iyirmi bir min dörd yüz əlli) manat borc pulun alınıb ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, 2020-ci ilin sentyabr ayından 2021-ci il oktyabrın 25-nə dək Yasab kənd sakini X4 şəxsi təsərrüfatından 12 (on iki) baş «Simmental» cins iri buynuzlu mallardan yazılı müqavidə əsasında 22,450 (iyirmi iki min dörd yüz əlli) manata razılaşıb, Xudat şəhərində yerləşən şəxsi mal fermasına apararaq orada malları kəsib özünün işlədiyi ət dükanında əti sataraq pulu geçikdirmədən qaytarmaq şərti ilə razılaşaraq aparmışdır. Cavabdehin apardığı mallarının ümumi dəyəri 22.450 ( iyirmi iki min dörd yüz əlli) manat məbləğindən, 2021-ci ilin may ayında növbəti malları aparmaq istəyəndə borc pulun gecikdirdiynə görə razılaşmadığıma görə ona 1000 (bir min ) manat pulu qaytararaq növbəti mallarından aparmış və bu günə kimi yalan vədlərlə inamından istifadə edərək ona qaytarmalı 21,450 (iyirmi bir min dörd yüz əlli) manat borc pulunu dələduzluq edərək mənimsəmişdir. Dəfələrlə zəng edib pulunun qaytarılmasını xahiş etsədə 5 günə, 10 günə qaytaracağını deyib vaxtını ötürmüşdür. Bəlkədə 100 dəfə şəxsən Xudat şəhərinə qəssab dükanına gedib borc pulunu qaytarmasını xahiş etmişdir. Namiq isə hər dəfə müxtəlif bəhanələrlə bir az səbr elə pulu mütləq qaytaracağını deyib onu aldatmışdır. Axır vaxtlar cavabdehin şəxsi mobil telefonuna zəng çatmadığına görə Xudat şəhərindəki iş yeri olan qəssab dükanına gedib Namiqin olmadığını görüb iş yolldaşlarından soruşanda borclar yığıldığına görə Namiq şəxsi evini, mülkünü satıb Rusiya Fedarasiyasına qaçıb getdiyini bildirdilər. Ona görə də 11 noyabr 2022-ci il tarixində Qusar rayon Polis Şöbəsinə rəsmi şikayət ərizəsilə müraciət etmişdir. PŞ-dən onlara araşdırmanın nəticəsi kimi Qusar rayon Məhkəməsinə iddia ərizəsi ilə müracət etməyini tövsiyyə etmişlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etmiş, iddia ərizəsindəki xüsusatları təsdiq edərək izahatında bildirmişdir ki, onun təsərrüfatında iri buynuzlu heyvanlar olub. 2020-ci ilin sentyabr ayından 2021-ci il oktyabrın 25-nə dək Yasab kənd sakini Namiq Əlisulatnov onun təsərrüfatından 12 (on iki) baş «Simmental» cins iri buynuzlu mallardan yazılı müqavidə əsasında 22,450 ( iyirmi iki min dörd yüz əlli) manata razılaşıb, Xudat şəhərində yerləşən şəxsi mal fermasına apararaq orada malları kəsib özünün işlədiyi ət dükanında əti sataraq pulu gecikdirmədən qaytarmaq şərti ilə razılaşaraq aparıb. Cavabdehin apardığı mallarının ümumi dəyəri 22.450 ( iyirmi iki min dörd yüz əlli) manat olub. 2021-ci ilin may ayında növbəti malları aparmaq istəyəndə borc pulun gecikdirdiyinə görə razılaşmadığıma görə ona 1000 (bir min) manat pulu qaytararaq növbəti mallarından aparmış və bu günə kimi yalan vədlərlə inamımdan istifadə edərək ona qaytarmalı olan 21,40 (iyirmi bir min dörd yüz əlli) manat borc pulunu qaytarmamışdır. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, hazırkı iddia ilə əlaqədar hər hansı mövqeyini bildirmədiyindən, məhkəməyə yazılı qaydada məlumat vermədiyindən, iddiaçının ərizəsini nəzərə alınmaqla - işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sübutları araşdıraraq məhkəmə hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, işdə olan 22 aprel 2021-ci il tarixli İddiaçı və X5 arasında bağlanmış müqavilənin surətindən görünür ki, İddiaçı 5 (beş) baş 3 yaşlı “Simmental” cinsli cöngələri 2020-ci il sentyabrın axırında Xudatda qəssab işləyən X3 9000 (doqquz min) manata satmışdır və razılaşıb yaylaqdan Xudata aparmışdır. Razılaşmanın şərtinə görə Namiq heyvanların ətini satandan sonra məbləğin yarısını oktyabr ayında, yarısını noyabr ayında ödənilməsinə razılaşmışdır (2020). Lakin bu günə kimi 1 köpük də ödənilməmişdir. Dəfələrlə vaxt istəyib, razılaşsalar da məbləğdən verilməmişdir. 22 aprel 2021-ci il tarixində yenidən 2-3 gün möhlət istəmiş, axırıncı dəfə razılaşmışdır. İşdə olan İddiaçı və X5 arasında bağlanmış müqavilənin surətindən görünür ki, İddiaçı 1(bir) baş, 235 kq əti olan 5 yaşlı cins inək 09 may 2021-ci il tarixində Xudatda qəssab işləyən X3 1450 (bir min dörd yüz əlli) manata razılaşıb Xudata bayramda kəsib əti satmaq üçün aparmışdır. Razılaşma şərtinə görə Namiq heyvanın ətini bayram qabağı kəsib, satıb 14 may 2021-ci il tarixində 1450 (bir min dörd yüz əlli) manat məbləği qaytarmalıdır. İşdə olan 25 oktyabr 2021-ci il tarixli İddiaçı və X5 arasında bağlanmış müqavilənin surətindən görünür ki, İddiaçı 6 (altı) baş iri buynuzlu “Simmental” cinsli, 1 baş dörd yaşlı inək, 2 baş hərəsində 350 kq olan cöngə və 3 baş hərəsində 250 kq əti olan düyələri 25 oktyabr 2021-ci il tarixində Xudat şəhərində qəssab işləyən X3 12000 (on iki min) manata razılıq əsasında, heyvanları kəsib, əti satdıqdan sonra pulu qaytarmaq şərti ilə Xudata aprmışdır. Heyvanların pulunu çox gecikdirmədən yeni ilə kimi qaytarmağa razılaşmışdırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsində qeyd edilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasənalğı-satqı müqaviləsinə görə satıcıəşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isəəşyanı qəbul edib əvəzindəmüəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1.-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2.-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin Məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, nonneganti,incumbitprobation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dairxx.xx.2016-cı il tarixli qərarına əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin. Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Beləliklə, məhkəmə təqdim olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, həqiqətən də, 2020-ci ilin sentyabr ayından 2021-ci il oktyabrın 25nə dək Yasab kənd sakini X1 Şakir Sadıq oğlunun şəxsi təsərrüfatından 12 (on iki) baş «Simmental» çins iri buynuzlu mallardan yazılı müqavidə əsasında 22,450 (iyirmi iki min dörd yüz əlli) manata razılaşıb, Xudat şəhərində yerləşən şəxsi mal fermasına apararaq orada malları kəsib özünün işlədiyi ət dükanında əti sataraq pulu gecikdirmədən qaytarmaq şərti ilə razılaşaraq aparmışdır. Cavabdehin apardığı mallarının ümumi dəyəri 22.450 ( iyirmi iki min dörd yüz əlli) manat məbləğindən, 2021-ci ilin may ayında növbəti malları aparmaq istəyəndə borc pulun gecikdirdiynə görə razılaşmadığıma görə ona 1000 (bir min ) manat pulu qaytararaq növbəti mallarından aparmış və bu günə kimi yalan vədlərlə inamından istifadə edərək ona qaytarmalı 21,450 (iyirmi bir min dörd yüz əlli) manat borc pulumu dələduzluq edərək mənimsəmişdir. İddiaçı dəfələrlə zəng edib pulunun qaytarılmasını xahiş etsədə 5 günə, 10 günə qaytaracağını deyib vaxtını ötürmüşdür Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız təqdim edilmiş sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci madəsində göstərilir ki, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübüt etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən, müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360 maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 borclu qaldığı 21.450 ( iyirmi bir min dörd yüz əlli) manat borc pul tutularaq İddiaçı verilsin. Qiyabi qətnamədən cavabdehlər qətnaməni aldıqdan sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. HAKİM ƏLİ CƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar