Azərbaycan Respublikası adından QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-286/2020 24.11.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Qusar şəhərində xx xxxxxx 2020-ci il tarixdə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN-1xx xxx 30116028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıların və cavabdehin ümumi birgə mülkiyyətlərində olan 2.13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 4/5 hissəsinin iddiaçıların ümumi birgə mülkiyyətlərinə, qalan 1/5 hissənin isə Cavabdeh ayrıca mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək izahatında göstərdi ki, JN-1xx xxx 30116028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Qusar rayonu Əvəcuq kəndi ərazisindən 2.13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə onun, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh adlarına qeydiyyata alınmaqla onların birgə mülkiyyətlərindədir. Hal-hazırda həmin torpaq sahəsinə dair onların mülkiyyət payının naturada ayrılması zərurəti yaranmışdır. Belə ki, həmin torpaq sahəsinə dair onların sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirmək barədə razılığa gəlsələr də, cavabdeh bu barədə öz razılığını bildirməmiş, buna mane olmuş, nəticədə onlar həmin hüquqlarını həyata keçirə bilməmişlər. Torpaq sahəsinə dair payların müəyyən olunması barədə mülkiyyətçilər arasında heç bir razılaşma olmamış, ona görə də, paylar bərabər sayılmalıdır. Odur ki, qeyd edilənləri nəzərə alıb iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı2 iddianı müdafiə edib İddiaçı1 izahatına uyğun eyni məzmunlu izahat verərək iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçılar İddiaçı3, İddiaçı4 və Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məluimat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə qeyd edilənləri nəzərə alıb iddiaçılar İddiaçı3, İddiaçı4 və Cavabdeh iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçılar İddiaçı1 və İddiaçı2 izahatlarını dinləyib, iş materiallarını tam, obyektiv və qərəzsiz araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə iddia rədd edilməlidir. Belə ki, işdə olan JN-1xx xxx 30116028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının təsdiq olunmuş surətindən görünür ki, Qusar rayon X1 xx xxx 1998-ci il tarixli, 7/8 saylı qərarı ilə İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh mülkiyyətlərinə Qusar rayonunun Əvəcuq kəndi ərazisindən 2.13 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxxxxxx 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, JN-1xx xxx 30116028 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və Cavabdeh məxsus Qusar rayonunun Əvəcuq kəndi ərazisində yerləşən 2.13 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan torpaq sahəsinin naturada ölçüləri 2.21 hektardır. Həmin ölçülər hüquqmüəyyənedici sənədlərə uyğun deyildir. Hüquqmüəyyənedici sənədlərdə göstərilən Qusar rayonunun Əvəcuq kəndi ərazisində yerləşən 2.13 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan torpaq sahəsinin iddia ərizəsində göstərilən hissədə naturada ayrılması mümkün deyildir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 10/1409 nömrəli ekspert rəyindən görünür ki, mübahisəli torpaq sahəsinə dair ərazinin baza məlumatları (kompleks yerquruluşu xəritələri, torpaq sahələrinin bölgü layihəsi) Mərkəzə təqdim olunmamışdır. Buna görə də, ekspert tərəfindən mütəxəssis rəyində yazılan məlumatların baza məlumatları ilə müqayisəli tədqiqatının aparılması mümkün olmamışdır. Göründüyü kimi, mübahisə edilən Qusar rayonunun Əvəcuq kəndi ərazisində yerləşən 2.13 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün nəzərdə tutulan torpaq sahəsinin iddia ərizəsində göstərilən hissədə naturada ayrılması mümkün deyildir. Ona görə də, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş üzrə 119 (bir yüz on doqquz) manat təşkil edən xərcləri iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müştərək qaydada tutularaq 50 (əlli) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına və 69 (altmış doqquz) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 Cavabdeh qarşı torpaq sahəsinə dair payın naturada ayrılması tələbinə dair iddiası rədd edilsin. İş üzrə 119 (bir yüz on doqquz) manat təşkil edən xərcləri iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 müştərək qaydada tutularaq 50 (əlli) manat Məhkəmə Ekspertizası Mərkəzinin-VÖEN **********, Hesab-AZ34CTRE******************** (keçiriləcək hesab: büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı, adı Dövlət Xəzinədarlıq Agentliyi, Kodu-210005, VÖEN **********, Müxbir hesab- AZ41NABZ013601**********3944, SFИFT BИK-CTREAZ22) hesabına və 69 (altmış doqquz) manat isə Kapital Bankın 1 saylı Xətai Filialı, Kod:200071 VÖEN (BANK) **********, Müxbir hesab: AZ37NABZ0135001**********1944, SWİFT: ALİİBAZ2X, Kadastr və Yerquruluğu Lahiyə-Təhqiqaq Mərkəzi MMC-VÖEN **********, Hesab N:AZ23AİİB******************** hesabına keçirilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-286/2020
Qusar Rayon Məhkəməsi Qətnamə — İş №2(029)-286/2020
24.11.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver