Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-290/2020 16.03.2020 QUSAR RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Rafiq Vəli oğlunun sədrliyi Ağaliyev Hümmət Rahib oğlunun katibliyi ilə İddiaçı Cavabdeh X2 iştirakı ilə İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki işə Qusar rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 450 (dörd yüz əlli) manat məbləğində pulun, həmçinin iddia ərizəsi üçün ödədiyi rüsumun və gediş-gəlişə sərf etdiyi pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı məhkəməyə ərizə təqdim edərək, hazırda mübahisəni məhkəmədən kənarda həll etdiklərini, cavabdeh Bəylər Şinğayevə qarşı hər hansı bir şikayət və tələbi olmadığını, cavabdehin ona olan borcunu qaytardığına görə mülki işin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X4 məhkəməyə ərizə təqdim edərək, hazırda mübahisəni məhkəmədən kənar həll etdiklərini, iddiaçının ona qarşı tələbi olmadığına görə mülki işin baxılmamış saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin məhkəməyə təqdim etdiyi ərizələri nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair ərizəsi üzrə mülki iş baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.11, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh X3 qarşı pul tələbinə dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardadı çıxarmış məhkəməyə verilə bilər.
Məhkəmə qərarları › İş №2(029)-290/2020
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-290/2020
16.03.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver