Azərbaycan Respublikası adından QƏRARDAD Qusar şəhəri İş № 2(029)-290/2021 01.03.2021 QUSAR RAYON MƏHKƏMƏSİ Mən, Qusar rayon məhkəməsinin hakimi Vəliyev Adil Yaqub oğlu Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı işləmə faktının müəyyən edilməsinə dair ərizəsinə baxaraq, Müəyyən etdim: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Maraqlı şəxsnə qarşı işləmə faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri iddia ərizəsinə əlavə edilir. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. http://www.e-qanun.gov.az/alpidata/code/data/0/c_c_9.htm Ərizədən və ona əlavə olunmuş sənədlərdən görünür ki, ərizədə müəyyən olunması tələb olunan işləmə faktının ona gələcəkdə pensiya təyin olunması üçün lazım olduğu göstərilsə də, onun işlədiyi dövrün ümumi iş stajına daxil edilməsinin mümkün olubolmaması barədə pensiya təyinatını həyata keçirən orqana müraciət olunması və həmin müraciətə hər hansı cavab verilməsi barədə müvafiq sənəd ərizəyə əlavə olunmamışdır. Beləliklə, ərizə Azərbaycan Respublikasının MPM-nin 149-cu maddəsinin tələbləri pozulmaqla məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 152.1.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də, hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 152.1.1, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizə və ona əlavə edilmiş sənədlər Ərizəçi geri qaytarılsın. Ərizəçi izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada ərizə ilə məhkəməyə müraciət edilə bilər. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Qusar rayon məhkəməsinə şikayət vermək olar.
Məhkəmə qərarları › İş №2(029)-290/2021
Qusar Rayon Məhkəməsi Qərardad — İş №2(029)-290/2021
01.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver