Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Qusar şəhəri İş № 2(029)-293/2024 18.04.2024 QUSAR RAYON MƏHKƏMƏSİ X3 Adil oğlunun sədrliyi Əliyev Rahib Malik oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Qusar rayon məhkəməsinin binasında açıq məhkəmə baxışı iclasında qiyabi icraat qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1350 (min üç yüz əlli) manat pulun və ödənilmiş 30,50 manat dövlət rüsumunun, cəmi 1383,50 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ünvan 1 ünvanda yerləşən “Zinət” əşyalarının satışı ilə məşğul olur. xx.xx.2023-cü il tarixdə özünü Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşı kimi təqdim edən İmran adlı şəxs onun işlədiyi mağazaya gələrək qaynı Vüqarın “Cıdır” restoranında toy etdiklərini, həmin restorana borclu qaldıqları üçün köməklik istəmişdir. O, İmrana dəfələrlə pulu olmadığını bildirsə də sonuncu israr edərək ondan pul istəmişdir. O, İmran adlı şəxsə 500 ABŞ dolları (manatla 800 manat) köməklik məqsədi ilə borca pul vermişdir. Daha sonra İmran ondan 2 ədəd 500 manat dəyərində boyunbağı götürüb həmin boyunbağıların pulunu ödəyəcəyini bildirmişdir. Lakin, xx.xx.2023-cü il tarixdən bu günə kimi pulu İmrandan tələb etsə də, sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək onun pulunu verməyərək onu aldatmışdır. Hadisə nəticəsində ona ümumilikdə 1350 manat maddi ziyan dəymişdir. Belə ki, 500 ABŞ dolları (850 manat) həmin şəxsə borc kimi vermişdir. Yerdə qalan 500 manat dəyərində qızıl əşyalarını isə İmran onu aldadaraq dələduzluq yolu ilə ələ keçirmişdir. Cavabdeh ona olan borcunu qaytarmadığından məcbur qalıb Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş, araşdırma zamanı İmran adlı şəxs ondan 500 ABŞ dolları borc aldığını, 500 manat dəyərində iki ədəd qızıl boyunbağı götürüb pulunu ödəmədiyini bildirsə də, Polis Bölməsi Cavabdeh əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsinin tərkibini yaratmadığını bildirərək, Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı materialı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə təqdim etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 3(001)-4516/2023 saylı, xx.xx.2023- i! tarixli Qərarı ilə Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə olan materiala xitam verilmişdir. Məhkəmə iсlasında İddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh qaynı Vüqar adlı şəxsin “Cıdır” restoranında toyu olmuş və restorana borci qalmışdır. Ondan şikayət etdiklərinə görə İmran onun qızıl zinət əşyaları mağazasına gəlib ondan 500 ABŞ dolları məbləğində borc pul istəmişdir. O, əvvəlcə bundan imtina edərək pulu vermək istəməmiş, lakin İmran ondan əl çəkməmiş, pulu qaytaracağına söz vermiş və o, 2023-cü ilin fevral ayının 14-də həmin pulu cavabdehə vermişdir. Cavabdeh ayın 16-da pulu qaytaracağını bildirmişdir. Bundan sonra cavabdeh onun işlətdiyi mağazaya gəlib oradan bir ədədinin dəyəri 500 manat olan iki ədəd qızıəl boyunbağı götürmüş, pulunu yaxın vaxtda ödəyəcəyini bildirmişdir. Lakin, cavabdeh nə borc götürdüyü 500 ABŞ dollarını qaytarmamış, nə də qızıl boyunbağıların pulunu ödəməmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh X1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məhkəməyə bildiriş vərəqəsi göndərilmiş və axırıncı yaşayış yeri üzrə müvafiq İcra Hakimiyyəti orqanı – Qusar rayon İHB-nın Balaqusar kənd İƏD üzrə Nümayəndəliyinə məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış bildirişini aldıqdan sonra məhkəmə Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı işə qiyabi icraat qaydasında baxılmasına razı olduğunu bildirmiş və bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 238.1-ci maddəsinə əsasən işə qiyabi icraat qaydasında baxılmasını məqsədəmüvafiq hesab etmişdir. İşə baxıb, iddiaçının izahatını dinləyib, iş materiallarını tam şəkildə araşdıraraq məhkəmə hesab edir ki, iddia əsaslıdır və aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki prosessual qanunvericiliyinin sübutların toplanması və təqdim edilməsi yükünün bütünlüklə tərəflərin üzərinə düşməsi və məhkəmənin yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırıb onlardan istifadə etməli olmasına dair müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, hazırki mübahisəyə münasibətdə iddiaçı cavabdehə pulun borc verilməsini, o cümlədən qızıl boyunbağıları cavabdehə verməsini sübut etməlidir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin 01 noyabr 2023-cü ilo tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Cavabdehdən 500 ABŞ dolları məbləğində borc aldığını, eyni zamanda bir ədədinin dəyəri 500 manat olan iki ədəd qızıl boyunbağıları satın aldığını, lakin anası və atasının xəstə olması səbəbindən borcu və qızıl boyunbağıların pulunu ödəmədiyini etiraf etmişdir. Bununla da, cavabdehin iddiaçiya 500 ABŞ dolları (850 manat) məbləğində pul borclu olduğu, o cümlədən 1000 manat dəyərində qızıl boyunbağıların pulunu qaytarmadığı iddiaçı tərəfindən təqdim edilmiş həmin sənədlə təsdiq olunur və belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halı sübut etmişdir. Odur ki, məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh bağlanmış borc müqaviləsi üzrə öhdəliyi lazımınca və vicdanlılığın tələb etdiyi tərzdə icra etmədiyindən müqavilədən yaranan öhdəliyə görə məsuliyyəti yaranmış və o, tərəflərin iradə azadlığı əsasında bağlanmış müqaviləyə görə yaranmış öhdəliyi icra etməlidir. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, Cavabdeh 1850 manat məbləğində pul tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, İddiaçı tərəfindən ödənilmiş 30,50 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 238-244-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 1350 (min üç yüz əlli) manat məbləğində pul, həmçinin məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş 33,50 (otuz üç manat əlli qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı verilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış Qusar rayon məhkəməsinə ərizə verə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Qusar rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. SƏDRLİK EDƏN: ANAR QASİMOV
Məhkəmə qərarları › İş №2(029)-293/2024
Qusar Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(029)-293/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver